Məhkəmə qərarları › İş №2-1(102)-470/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-470/2020

31.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-470/2020 31.01.2020 ALİ MƏHKƏMƏ İşin icraata qəbul edilməməsi barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev iş üzrə İddiaçı kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2-1(81)3801/2016 saylı qərarı ilə İddiaçı cavabdeh AR Vergilər Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa, dəymiş zərərin ödənilməsi barədə iddianın təmin edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2018-ci il tarixli 2-1(103)-751/19 saylı qərardadı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərarının ləğv edilmə si, işin ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 07 oktyabr 2018-ci il tarixli, 2-1(083)1094/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh AR Vergilər Nazirliyinə (üçüncü şəxs Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi) qarşı əmrin ləğvi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının geri götürülmüş sayılması və inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2018-ci il tarixli 2-1(103)-751/19 saylı qərardadından narazı qalan İddiaçı həmin qərardaddan kasasiya şikayəti vermişdir. İdd iaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, apelyasiya instansiya məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2-1(103)-751/19 saylı qərardadı kasasiya şikayəti vaxtında verilmədiyindən qanuni qüvvəyə minmişdir. 04 aprel 2018-ci il tarixli qərardaddan sonra Gəncə İnzibati-İqtisadi Məhkəməsi 07 oktyabr 2018-ci il tarixli, 2-1(083)-1094/2019 saylı qərardad qəbul etmiş və ondan şikayət etmə qaydası və müddəti göstərilmişdir. Lakin sonuncu qərardaddan iddiaçı şikayət verməmiş, aidiyyəti üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən qüvvəyə minmiş və icra olunmuş qərardaddan kasasiya şikayəti vermişdir. Bu isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90-ci maddəsində nəzər də tutulmamışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Məcəlləsinin 90-cı maddəsini rəhbər tutub məhkəmə kollegiyası İnzibati Prosessual qərara aldı: İddiaçı kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar