Məhkəmə qərarları › İş №2-1(102)-470/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-470/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-470/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Üçüncü şəxs1” şirkəti) iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Üçüncü şəxs1” şirkəti) çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 2-1(105)-427/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt Bələdiyyəsi ilə “Üçüncü şəxs1” şirkəti arasında 19.01.2012-ci il tarixdə torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Ünvan1 kəsişməsində 818,6 kv.m torpaq sahəsi yanacaq doldurma məntəqəsi üçün 99 il müddətinə şirkətə icarəyə verilmişdir.

2. MA № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ünvan1 kəsişdiyi ərazi ünvanında yer ləşən 45 kv.m. qeyri-yayayış binası (yanacaq doldurma məntəqəsi) mülkiyyət hüququ əsasında, qeyri-yaşayış sahəsinin yerləşdiyi 0.08186 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olmaqla icarə hüququ əsasında “Üçüncü şəxs1” şirkətinin adına 24.02.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 3. “Üçüncü şəxs1” şirkəti 01.06.2017-ci il tarixdə Sumqayıt bələdiyyəsinə müraciət edərək şirkətin icarəsinə verilmiş Ünvan1 kəsişməsində 818,6 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmiş və bununla bağlı Sumqayıt Bələdiyyəsi tərəfindən 13.07.2017-ci il tarixində Sumqayıt Bələdiyyəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan Ünvan1 kəsişməsində sahibkarlıq məqsədilə 824,3 kv.m. torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı açıq müsabiqən in keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır.

4. Bununla bağlı Sumqayıt Bələdiyyəsi 13.02.2020-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək 820 kv.metr torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.

5. Cavabdeh 03.03.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, Layihə Tədqiqat Mərkəzi 2 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən hazırlanmış müayinə baxış aktında və Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi Şöbəsinin rəyində Bələdiyyənin mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün 820 kv.metr göstərilməsinə baxmayaraq, Sumqayıt Bələdiyyəsinin 13.10.2017-ci il tarixli, 14 saylı protokolunda və 13.02.2020-ci il tarixli 487 saylı məktubunda torpaq sahəsinin ölçüsü 824,3 kv.metr göstərilmişdir. Bundan əlavə, nəzərdə tutulan torpaq sahəsi Ünvan1 birləşdirən dairənin tərkib hissəsi olduğundan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubu sənədlərə əlavə edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. Bundan sonra iddiaçı Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan1 kəsişməsindəki ərazidə yerləşən, sahəsi 820 kv.m olan torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestrdən çıxarışının Sumqayıt bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Üçüncü şəxs1” şirkətinin direktoru Nümayəndə2 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək, bələdiyyə mülkiyyətində olan və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə icarə hüququ əsasında “Üçüncü şəxs1” şirkətinin istifadəsində olan Ünvan1 kəsişməsində yerləşən sahəsi 818,6 kvadrat metr olan torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə şirkətin mülkiyyətinə verilməsini xahiş etmişdir. Sözügedən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən icarə hüququ əsasında, onun üzərində yerləşən sahəsi 45 kv m olan qeyri-yaşayış binası isə mülkiy yət hüququ əsasında “Üçüncü şəxs1” şirkətinin adına 24 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən” çıxarış verilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyə torpaq sahəsinin hərrac (müsabiqə) yolu ilə rəsmiləşdirilməsi üçün müvafiq prosedurlara başlamışdır. Bu məqsədlə Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 19.06.2017- ci il tarixli 75 saylı rəy verilərək 824,3 kv m torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildiri lmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı ərazi idarəsi tərəfindən 11 oktyabr 2017-ci il tarixli, 1022 saylı rəy verilərək torpaq sahəsinin müsabiqə və ya hərraca çıxarılmaqla sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Həmin rəylər əsasında Sumqayıt Bələdiyyəsinin 13 oktyabr 2017-ci il tarixli, 14 saylı iclasının 11 saylı qərarı ilə sözügedən torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmasını qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı ərazi idarəsi tərəfindən 10 aprel 2018-ci il tarixli, 1494 saylı yeni rəy verilərək sahəsi 820 kvadrat metr olan torpaq sahəsinin müsabiqə və ya hərraca çıxarılmaqla mülkiyyətə verilməsin in mümkün olduğu bildirilmişdir. Torpaq sahəsinin hərraca, yaxud müsabiqəyə çıxarılması məqsədilə tələb olunan mülkiyyət hüququna dair çıxarışın və digər aidiyyəti sənədlərin bələdiyyəyə verilməsi üçün bələdiyyə tərəfindən cavabdehə müraciət olunsa da, sonuncu 03 mart 2020-ci il tarixli məktubla cavab verərək müraciətin icrasından imtina etmişdir. Bu zaman cavabdeh nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə, nə də Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun 24 fevral 2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Üçüncü şəxs1” şirkətinin adına verilmiş “Hüq uqların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən” çıxarış verilərkən dövlət qeydiyyatından keçirilməsinə əhəmiyyət verməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədləri verməkdən imtinası üçün göstərdiyi dəlillərin hüquqi əsası mövcud deyildir.

8. Cavabdeh etirazında bildirmişdir ki, Layihə-Tədqiqat Mərkəzi 2 saylı LayihəTədqiqat İdarəsi tərəfindən hazırlanmış müayinə baxış aktında və Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi Şöbəsinin rəyində Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün 820 kv.m göstərilməsinə baxmayaraq Sumqayıt Bələdiyyəsinin 13 oktyabr 2017-ci il tarixli 14 saylı protokolunda və 13 fevral 2020-ci il tarixli 487 saylı məkt ubunda torpaq sahəsinin ölçüsü 824,3 kv m göstərilmişdir. Bundan əlavə, nəzərdə tutulan torpaq sahəsi Ünvan1 birləşdirən dairənin tərkib hissəsi olduğundan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubunun sənədlərə əlavə edilməli olduğu Sumqayıt Bələdiyyəsinə bildirilmiş və bu barədə ona 02 mart 2020-ci il tarixli **********84 qeydiyyat nömrəli cavab göndərilmişdir. Hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən cavabdeh hesab edir ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2-1(118)-149/202 1 saylı qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırda Sumqayıt Bələdiyyəsinin 13.10.2017-ci il tarixli 14 saylı qərarında göstərilən ölçülərdən çox deyil, əksinə 4.3 kv.m. az ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir ki, bu da onun hüquqlarından imtina üçün əsas təşkil etmir. hazırki iş üzrə mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhdudiyyət və ya imtina üçün əsas mövcud deyildir.

11. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 21(105)-427/2021 nömrəli qərarına əsasən (sədrlik edən Hökümə Babayeva, hakimlər Rəşadət Ağayev və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2-1(118)-149/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 2-1(105)-427/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əs asını etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinin tələbləri pozularaq torpaq sahəsi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmadığından müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin alınmasının məcburi olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən iddiaçı mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə

5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi 5.1. Bələdiyyə mülkiy yətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. (-) 18. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanun Maddə 1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə bələdiyyələrin siyahısı təsdiq edilsin (əlavə olunur). Bələdiyyələrin əraziləri bu siyahıya uyğun müəyyənləşdirilir. Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir (-) 19. “Torpaq islahatı haqqında” Qanun Maddə

7. Bələdiyyə torpaqları

1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyy ətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir (-)

20. Torpaq Məcəlləsi Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; (-) 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olun ur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (-) Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-) Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiy yatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri A li Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Hazırkı qərarın 21-ci bəndində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.

26. Hazırkı işdə cavabdeh iki əsasla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir: - iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün 820 kv.m göstərilməsinə baxmayaraq Sumqayıt Bələdiyyəsinin 13.10.2017-ci il tarixli 14 saylı protokolunda və 13.02.2020-ci il tarixli 487 saylı məktubunda torpaq sahəsinin ölçüsünün 824,3 kv.metr göstərilmişdir; - nəzərdə tutulan torpaq sahəsi Ünvan1 birləşdirən dairənin tərkib hissəsi olduğundan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubu sənədlərə əlavə edilməmişdir.

27. Məhkəmələr isə haqlı olaraq cavabdehin imtinasını və göstərdiyi dəlilləri əsassız hesab etmişdir. Belə ki, Bələdiyyənin protokolunda və ƏMDK-nin 5 saylı Ərazi şöbəsinin rəyində torpaq sahəsinin ölçüsü 824.3 kv m göstərilsə də, Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Sumqayıt ərazi şöbəsinin 10.04.2018-ci il tarixli 1494 saylı rəyində qeyd edilmişdir ki, Sumqayıt bələdiyyəsi tərəfindən mülkiyyətə verilməsi nəzərdə tutulan 820 kv m torpaq sahəsi Sumqayıt bələdiyyəsinin torpaqlarına aid olmaqla kateqoriyası – yaşayış məntəqələrinin torpaqları olmaqla, yaxınlıqdakı avtomobil yolunun mühafizə zolağı nəzərə alınmaqla, müsabiqə və hərraca çıxarılması yolu ilə və bilavasitə mülkiyyətə verilməsinə baxıla bilər. Cavabdehə olan son müraciətində də iddiaçı məhz 820 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.

28. Digər dəlilə münasibətdə isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Komitə tərəfindən hələ tikiləcək tikililər üçün öncədən rəy-razılıq verilməsi tələb olunur. Hazırki işin hallarından isə görünür ki, nəzərdə tutulan torpaq sahəsində yanacaq doldurma məntəqəsi inşa olunmuş, həmin stansiyaya dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Ərazi İdarəsi, yəni elə cavabdehin özü tərəfindən texniki pasport tərtib olunmuş, həmin bina istismara qəbul edilmiş (bu barədə qəbul aktı iş materiallarına əlavə olunmuşdur), eləcə də 24.02.2012-ci il tarixdə həmin qeyri-yaşayış binasına “Üçüncü şəxs1” şirkətinin adına mülkiyyət hüququ qeydə alınmışdır. Bununla da müəyyən olunur ki, cavabdehin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubunun sənədlərə əlavə edilməməsi barədə dəlili əsassızdır.

29. Cavabdehin kassasiya şikayətinin dəlilləri də mahiyyət etibarilə yuxarıda göstərilən dəlillərlə eynilik təşkil edir. Həmin dəlillərə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh inzibati orqan torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etsə də, iddiaçıya münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübut edə bilməmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il t arixli, 2-1(105)-427/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 21(105)-427/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar