Məhkəmə qərarları › İş №2-1(102)-471/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-471/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-471/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə əmək pensiyasının pensiya hüququ yaranan vaxt qüvvədə olan qanuna əsasən yenidən hesablanması). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı X2, onun vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbayca n Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi üçüncü şəxs olmaqla) cavabdeh tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinin və 27ci maddəsinin xx xxxxxxxx 2008-ci il tarixində qüvvədə olan tələbləri əsasında yenidən hesablanıb birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2241/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərə findən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xx xxxxxxxx 1956-cı ildə Qax rayonunun Baydarlı kəndində anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı xx.xx.1978-ci ildə “xxxx” Neft və qazçıxarma idarəsinin Elektrik avadanlıqları və elektrik təchizatı” təmir-kirayə sexində bilavasitə neftqazçıxarma obyektlərinə xidmət edən elektrik avadanlıqlarının istismarı, təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə işə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə işdən azad olunmuiş, xx.xx.1981-ci il ta rixdə “xxxx” Neft və qazçıxarma idarəsinin “Elektrik avadanlıqları və elektrik təchizatı” təmirkirayə sexində elektrik avadanlıqlarına xidmət üzrə 3-cü dərəcəli montyor peşəsində qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə “xxxx” Neft və qazçıxarma idarəsinin “Elektrik avadanlıqları və elektrik təchizatı” təmir-kirayə sexində elektrik avadanlıqlarına xidmət üzrə 3-cü dərəcəli montyor peşəsində qəbul edilmiş, xx.xx.2000-ci il tarixdə “Elektrik avadanlıqları və elektrik təchizahı sahəsində” elektromexaniki sınaqlar və ölçülər üzrə laborant peşəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə 5-ci dərəcə verilmiş, xx.xx.2016-cı il tarixdə yaşa görə təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. İddiaçıya “Əmək pensiyaları” haqqında Qanunun 9.1-ci maddəsinin tələbinə (xx.xx.2010-cu ildən qüvvədə olmuş redaksiyasına əsasən) əsasən xx.xx.2016-cı il tarixdə xx.xx.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş redaksiyasına əsasən Qanunun 10.2-ci maddəsinin və 27-ci maddəsinin tələbinə əsasən pensiyasının yenidən hesablanıb yaranmış fərqin birdəfəlik ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi tərəfindən iddiaçının müraciətinə xx xxxxx 2019-cu il tarixli, **********4 saylı məktubla imtina cavabı verilərək qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqı nda" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçıya xx xxxxxxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya mövcud olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən (xx.xx.2009-cu il tarixli 904-İİİ-QD saylı Azərbaycan Respublikası Qanunu) yaşa görə əmək pensiyası təyin olunmuşdur. Bundan sonra, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin və 27-ci maddəsinin xx xxxxxxxx 2008-ci il tarixində qüvvədə olan tələbləri əsasında yenidən hesablanıb birdəfəyə ödənilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddi açı bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2006 № 54-İİİQ) 9.8-ci maddəsinə əsasən ona xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin pensiya təyin olunan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2010-cu il tarixdən sonra qüvvədə olan müddəaları tətbiq edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1, 32.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 38, 71-ci maddələrinə istinad edərək, ona təyin edilmiş əmək pensiyasının, pensiya təyini zamanı qüvvədə olan qanunvericiyin tələbləri nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin şöbə tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1969/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 52 yaşı xx xxxxxxxx 2008ci ildə tamam olduğundan ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələlərinə uyğun olaraq xx xxxxxxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pens iyası təyin olunduğundan iddia əsassızdır. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2241/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (bundan sonra cavabdeh) ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı ş əhəri Pirallahı rayon şöbəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2241/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1 (82)-1969/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin və 27-ci maddəsinin xx xxxxxxxx 2008-ci il tarixdə qüvvədə olan tələbləri əsasında yenidən hesablanıb birdəfəyə ona ödənilməsi cavabdehə həvalə edilmişd ir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya təyin edilmiş pensiyanın, onun hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyinə görə hesablanmaması həm Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin hissəsinə, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın tələblərinə uyğun olmamışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlillə ri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçıya 2008-ci ildə pensiya təyin edilsə də, həmin təyinat xx xxxxxxx 2016-cı ildə aparıldığı üçün iddiaçının pensiya hüququnun yarandığı dövrün deyil, 2016-cı ildə qüvvədə olmuş pensiya qanunvericiliyinin tələbləri əsas götürülmüşdür. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlər də güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Şikayətdə həmçinin bildirilir ki, işin müəyyən edilmiş hallarına görə iddiaçıya cavabdeh tərəfindən 2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya təyin edilmiş pensiya əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş qaydada hesablanaraq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticəyə görə cavabdeh inzibati orqan iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbl ərini nəzərə almaqla həmin vaxt qüvvədə olmuş hesablanma qaydası ilə əmək pensiyasını təyin etməli və hesablamalı olduğu halda bunu etməmişdir. Lakin qeyd olunan mövqe əsassızdır. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.8-ci maddəsinin məzmunundan göründüyü kimi, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanu na əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx xxxxxx 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası tətbiq edilməyə başlanılmışdır. İddiaçının pensiyası hesablanıb ödənilərkən artıq yeni qaydalar qüvvədə idi və dəyişikliyə qədərki qaydaların tətbiqi mümkünsüz idi. Ona görə də, iddiaçının pensiyanın məbləği də hüququnun realizə olunduğu 2016-cı il tarixində qüvvədə olmuş q anuna uyğun olaraq hesablanmalıdır. Müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17ci maddəsinin 5-ci bəndinin hazırkı işə tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş m əhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi) ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələ ri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çı xdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da eht iva edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 01 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun xx.xx.2010cü ilədək qüvvədə olmuş redaksiyası) 26.2-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudi yyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığo rta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Həmin maddənin 2016-cı ildə qüvvədə olan redaksiyasına əsasən Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu qanun qüvvəyə mindiyi tarixə (2006-cı il yanvarın 1-dək) qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən maddi hüquq normalarının tələblərinin hazırki işin faktiki hallarına tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının xx xxxxxxxx 2008-ci ildə əmək pensiyası hüququnun yarandığı vaxt əmək pensiyası qanunvericiliyində, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma qüvvə olmuşdur. Həmçinin, kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya təyin edilmiş pensiya əvvəllər qüvvədə olmu ş qanunvericiliyə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş qaydada hesablanaraq ödənilməlidir. Kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının pensiyasının yenidən hesablanmasının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş qaydada deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin və 27-ci maddəsinin xx xxxxxxxx 2008-ci il tarixdə qüvvədə olan tələbləri əsasında yenidən hesablanması nəticəsinə gəlmişdir. İddiaçının pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ödənilməsi tələbi ilə bağlı da apelyasiya i nstansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (xx xxxx 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun (xx xxxx 2017-ci ilədək olan redaksiyası) 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl ed ilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2241/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar