Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-471/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2017-ci il tarixli, 22a nömrəli qərarı ilə ona ayrılmış 17.50 ha torpaq sahəsini özəlləşdirilərək, dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-39/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qusar rayonu Xürəl Bələdiyyəsinin 02.10.2007-ci il tarixli qərarı və iddiaçı ilə aralarında bağlanmış 05.10.2007-ci il tarixli torpaqların alqı-satqı müqaviləsinə əsasən Qusar rayonu Xürəl Bələdiyyəsi ərazisində yerləşən 17,50 hektar torpaq sahəsi iddiaçıya satılmışdır. Torpaq sahəsinin Xürəl Bələdiyyəsinin ehtiyat fondunun torpaq sahəsinə aid olmasına dair DT və XK Qusar rayon şöbəsi tərəfindən müvafiq rəy verilmiş və yerquruluşu planı təsdiq edilmişdir. Qeyd olunan torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. İddiaçı 17,50 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.
2. Cavabdeh iddiaçıya ünvanladığı 25.10.2019-cu il tarixli məktubla bildirmişdir ki, Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22 a saylı qərarı ilə sahibkarlıq məqsədi ilə satılmış 17.50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 30 sentyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2017-ci il tarixli, 22a nömrəli qərarı ilə ona ayrılmış 17.50 ha torpaq sahəsini özəlləşdirilərək, dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Xürəl bələdiyyə ehtiyat fondunun alğı-satqı predmeti olan az yararlı torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 17.50 ha torpaq sahəsinin satılması barədə 02.10.2007-ci il tarixli, 22 a nömrəli qərar qəbul edilmişdir. Həmin qəra r əsasında Xürəl bələdiyyəsinin torpaqların alğı-satqısına dair 05.10.2007-ci il tarixli akt tərtib olunmuşdur. Xürəl bələdiyyəsindən ona ayrılmış torpaq sahəsinə dair qərar qəbul edilərkən, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qurumlardan rəylər alınmışdır. 17.50 ha torpaq sahəsini 9800 manat məbləğində pul ödəməklə Qusar rayonu, Xürəl bələdiyyəsindən almışdır. Torpaq sahəsi yerində ölçülərək ona təhvil verilmiş, o torpaq sahəsində texniki işlər görmüş və torpağın təyinatı üzrə istifadəsi üçün ona qulluq göstərmişdir. Hal-hazırda torpaq sahəsini özəlləşdirərək, dövlət qeydiyyatından keçirmək istəyir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və 15-ci maddələrini əsas göstərək imtina etmişlər. İddiaçı hesab edir ki, verilmiş cavab qanunsuz və əsasızdır. Buna görə də mülkiyyət hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Cavabdeh iddia tələbinə qarşı etirazında Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1, 56.3, 68-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 9, 11.1-ci və 15-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçının ərizəsinin icrasından əsaslı olaraq imtina olunmuşdur. İddia predmeti olan Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22a saylı qərarı ilə sahibkarlıq məqsədilə satılmış 17.50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Bununla bağlı icraatda olan iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X2, 2-1(118)-267/2020 saylı iş) 3 iyun 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Qusar rayonu Xürəl Bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22a saylı qərarı və 05.10.2007-ci il tarixli, 358 nömrəli torpaqların alqı-satqı müqaviləsinə əsasən Qusar rayonu Xürəl Bələdiyyəsi ərazisində yerləşən 17.50 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki, iş üzrə iddiaçı Qusar rayonu, Xürəl bələdiyyəsinə qarşı qeyd olunan Qanunun etimad prinsiplərinə əsaslanaraq Xürəl bələdiyyəsinə müraciət edərək, torpaq sahələri əldə etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya torpaq sahəsi ayrılarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin rəyi alınmış və həmin rəyə əsasən qeyd olunan torpaq sahəsi Xürəl bələdiyyəsinin ehtiyat fonduna aid olması müəyyən edilmişdir. Zaman etibarı ilə qeyd olunan vaxt torpaq sahələrinin kateqoriyasının, normativ qiymətinin müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Kom itəsinin səlahiyyətlərinə aid edilmişdir. Hal-hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olan ƏMDK-nin yanında DƏDRXnin 5 saylı ərazi idarəsi hüquqi sələfi olmuş DTXK-nin verdiyi rəyi inkar edir. Bu isə “İnzibati İcraat haqqında” Qanunun 13.5-ci maddəsinə ziddir. Məhkəmə tərəfindən torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi istiqamətində müvafiq mütəxəssis rəyi alınmış, lakin həmin rəyə əsasən qeyd olunan torpaq sahəsinin kateqoriyasını müəyyən etmək mümkün olmamışdır. Belə olduğu təqdirdə “İnzibati İcraat haqqında” Qanunun 19cu maddəsində göstərilən mötəbərlik prinsipinə riayət olunmalıdır. Belə ki, həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəli llər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə olan halda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X3 və X1, 2-1(105)-39/2021 saylı iş) 14 dekabr 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinc i instansiya məhkəməsinin 3 iyun 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
10. Cavabdeh 20 dekabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
11. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sahibkarlıq kimi məqsədli istifadəsi qanunvericilikdə nəzərdə tu tulmamışdır.
12. Məhkəmə kollegiyası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələblərini pozaraq nəzərə almamışdır ki, Qusar rayonu Xürəl Bələdiyyəsi ərazisində yerləşən 17.50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Göstərilən halda isə bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar verilməmişdir.
13. Məhkəmə kollegiyası tərəfindən Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələbləri pozulmuş, nəzərə alınmamışdır ki, Qusar rayonu Xürəl Bələdiyyəsi ərazisində yerləşən 17.50 hektar kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsi olmaqla ancaq fiziki şəxslərin icarəsinə verilə bilər, həmin torpaq sahələrinin ümumiyyətlə mülkiyyətə verilməsi qada ğandır.
14. Məhkəmə kollegiyası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2.- ci maddəsinin tələblərini pozaraq nəzərə almamışdır ki, Qusar rayonu Xürəl Bələdiyyəsi ərazisində yerləşən 17.50 hektar kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsi olmaqla xüsusi mülkiyyətə verilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
16. Torpaq Məcəlləsi: Maddə
13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. (-). Maddə
56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları (-).
2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hü quqi və fiziki şəxslərin icarəsinə verilə bilər (12 dekabr 2008-ci il tarixə qədər qüvvədə olmuş redaksiya). 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 56-cı maddənin 2-ci bəndin ikinci cümləsində “, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri” sözləri, üçüncü cümləsində “müvəqqəti istifadəsinə və” sözləri çıxarılmışdır və həmin bəndə yeni məzmunda dördüncü cümlə əlavə edilmişdir. Madd ə
86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri (-).
2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. (-). 17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə
7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaql arın öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4.qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidr otexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (23 oktyabr 2007-ci il tarixə qədər olan redaksiya). 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan R espublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (-). Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. (-). 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı: 2.Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər.
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə i clasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmu ş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
21. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə bax ılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmuşdur, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Qusar rayonu Xürəl Bələdiyyəsinin 02.10.2007-ci il tarixli qərarı və iddiaçı ilə aralarında bağlanmış 05.10.2007-ci il tarixli torpaqların alqı-satqı müqaviləsinə əsasən Qusar rayonu Xürəl Bələdiyyəsi ərazisində yerləşən 17,50 hektar torpaq sahəsi iddiaçıya satılmışdır. Torpaq sahəsinin Xürəl Bələdiyyəsinin ehtiyat fondunun torpaq sahəsinə aid olmasına dair DT və XK Qusar rayon şöbəsi tərəfindən müvafiq rəy verilmiş və yerquruluşu planı təsdiq edilmişdir. Qeyd olunan torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. İddiaçı 17,50 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlə t reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.
25. Cavabdehin şikayətinin dəlillərinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olduğundan alqı-satqının predmeti ola bilməz.
26. Apelyasiya instansiyası məhkəməsinin əldə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 22 noyabr 2021-ci il tarixli məktubuna əlavə edilmiş Xaçmaz LayihəTədqiqat İdarəsinin mütəxəssis rəyində göstərilmişdir ki, Qusar rayonu, Xürəl Bələdiyyəsinin 02.10.2017-ci il tarixli 22a saylı qərarı və 05.10.2007-ci il tarixli, 358 nömrəli torpaqların alqı-satqı müqaviləsi əsasında Xürəl Bələdiyyəsi ərazisində yerləşən, iddiaçıya ayrı lmış 17,50 hektar torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və həmin torpaq sahəsi kənd təsərrüfatı ehtiyacları üçün az yararlıdır.
27. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin 2 oktyabr 2007-ci il tarixli qərarında da 17,50 ha torpaq sahəsinin bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsi olması qeyd edilmişdir.
28. Yuxarıda sadalanan hüquq normalarına görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan to rpaq sahələri, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqları özəlləşdirilə bilər, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir.
29. İddiaçıya satılmış 17,50 ha torpaq sahəsinin məqsədli təyinatına görə hansı kateqoriya (yaşayış məntəqələrinin torpaqları, kənd təsərrüfatı təyinatlı torpaqlar və s.) torpaqlara aid olması və ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu təqdirdə həmin torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlığının hansı (yararlı, az yararlı, yararsız) səviyyədə olması barədə mütəxəssis rəyi alınmış, rəydə torpaq sahəsinin məqsədli təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriya sına aid olduğu, eləcə də həmin torpaq sahəsinin kənd təsərrüfatına az yararlı torpaqlara aid olduğu qeyd edilmişdir.
30. Apelyasiya instansiyası məhkəməsi səlahiyyətli mütəxəssis rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, kənd təsərrüfatına az yararlı torpaq sahəsidir, qanunvericilikdə isə bu keyfiyyətdə olan torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü təsbit edilmişdir.
31. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq bildirir ki, torpaq sahəsinin kateqoriyası və keyfiyyəti səlahiyyətli dövlət orqanının rəyi ilə müəyyən olunur. Apelyasiya məhkəməsinin aldığı mütəxəssis rəyində iddiaçıya satılmış 17,50 ha torpaq sahəsinin kənd təsərrüfatına az yararlı torpaq sahəsi olması qe yd edilmişdir. 32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinə görə kənd təsərrüfatına az yararlı və yararsız bələdiyyə torpaqlarının xüsusi mülkiyyətə verilməsi və Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə görə bələdiyyələrin kənd təsərrüfatına azyararlı və yararsız torpaqlarının özəlləşdirilməsi nəzərdə tutulduğundan, kənd təsərrüfatına az yararlı və yararsız bələdiyyə torpaqlarının xüsusi mülkiyyətə verilməsini istisna edən hal “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın a yrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
33. Torpaq sahəsi sahibkarlıq məqsədilə ayrıldığından qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyinin alınması şərt idi və həmin rəy də işdə mövcud olmuşdur.
34. Odur ki, cavabdehin şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apel yasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-39/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.