Məhkəmə qərarları › İş №2-1(102)-471/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-471/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-471/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, məhkəməyə qədər cavabdehə müraciətin olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv olunması və pensiyanın yenidən hesablanması” tələbinə dairinzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2875/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 253 nömrəli Qərarı ilə prokurorluq işçilərinə verilən əlavənin (prokurorluq işçilərinə bu əlavənin verilməsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.2-1-ci maddəsində də nəzərdə tutulmuşdur) “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci və 9.4.2-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq, yaş həddinə çatdığına görə prokurorluqda qulluğuna xitam verilənədək işlədiyi son 24 ayın (fevral 2019 - fevral 2021) bütün dövrünə, bu dövrdə ona verilmiş, əmək haqqının ibarət olduğu və qanunvericiliklə nəzərdə tutulmuş bütün ödənişlərə (əmək haqqı, məzuniyyətə görə müavinət, maddi yar dım, xəstəliyə görə müalicə pulu) şamil edilməklə və həmin ödənişlər (üzərinə əlavə hesablanmaqla) də nəzərə alınmaqla əmək haqqının orta aylıq məbləği müəyyən edilərək, onun əsasında pensiyanın təyin olunması barədə qərarın qəbul edilməsi vəzifəsinin qoyulması və bu vəzifənin icrası qaydasında cavabdeh tərəfindən qəbul edilən qərarla təyin olunan pensiyanın ödənilmə müddətinin xx.xx.2021-ci il tarixdən (müvafiq yaş həddinə çatdığına görə “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən prokurorluq orqanlarında qulluğuna xitam verilməklə yaşa görə əmək hüququ yarandığı gündən (“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə müvafiq olaraq) başlanmasının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi (tələbin də qiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə əsasən qulluq stajına görə 2015-ci ilin aprel ayında təyin olunaraq, prokurorluqda işləməkdə davam etdiyinə görə 50%-nin ödənişi həyata keçirilmiş, sonrakı illərdə qüvvədə olan qanunvericiliyə əsasən məbləği artaraq 2018-ci ildə 50%-i 2118 manat 54 qəpik (100%-i 4237 man. 08 qəp.) məbləğində müəyyən edilmiş (pensiyanın bu məbləği audit qaydasında yenidən yoxlanılaraq xx.xx.2020-ci tarixli qərarla təsdiq edilmişdir) ömürlük təyin edilmiş pensiyasının xx.xx.2021-ci il tarixdə yaşa görə prokurorluqda qulluğuna xitam verilməklə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən (xx.xx.2021-ci ildən) etibarən 100% (4237 man. 08 qəp.) ödənişinin həyata keçirilməsini; Bu zaman həmin pensiya t əyin olunduqdan sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalına əsasən və xx.xx.2019-cu il tarixdə ona verilmiş daha yüksək xüsusi rütbəyə görə əmək haqqındakı artım hesablanaraq, pensiyasının 100% (4237 man. 08 qəp.) məbləğinin üzərinə əlavə edilməsini, bu qaydada müəyyən edilmiş pensiya məbləğinin üzərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3173 №-li Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən etibarən həmin məbləğin 10 % miqdarında aylıq maddi yardım əlavə edilməsini, 2022-ci il dekabrın 1-dən əmək haqqının artırılması nəzərə alınaraq həmin tarixdən etibarən pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarının əmək haqqının artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10% miqdarı nda maddi yardım əlavə edilməsini, bundan sonra yaranan pensiya məbləğinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3749 №-li Sərəncamına əsasən 2023-cü il yanvarın 1dən etibarən həmin məbləğin 14.7% miqdarında indeksləşdirilməklə artırılmasını; Yuxarıda göstərilən qaydada hesablama aparılaraq xx.xx.2021-ci il tarixdən indiyədək olan dövrdə 4237 man. 08 qəpik üstəgəl fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalına əsasən və xüsusi rütbəyə görə əmək haqqındakı artım (xx.xx.2019-cu il tarixdən etibarən), bu məbləğin üstünə xx.xx.2022-ci il tarixdən etibarən onun 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə, xx.xx.2022-ci il tarixdən etibarən isə pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarı əmək haqqını n həmin tarixdən artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10% miqdarında maddi yardım hesablanaraq və sonda alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 % miqdarında əlavə edilməklə cəm şəkildə hesablanmış pensiya məbləğindən xx.xx.2021-ci il tarixdən indiyədək faktiki ödənilmiş pensiya məbləği çıxılmaqla, yaranmış fərqin birdəfəlik ödənilməsinin təmin olunması; DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun pensiya məsələsi ilə bağlı qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2 №-li və xx.xx.2021-ci il tarixli **********5 №-li qərarların qanunsuz və əsassız olduqları üçün ləğv edilməsi; xx.xx.2021-ci il tarixdə onun yaşa görə qulluğuna xitam verilməklə qazanmış olduğu yeni, yaşa görə pensiyasının məbləğinin qanuni və vicdan lı (etimad hüququna riayət edilməklə) xx.xx.2021-ci il tarixə hesablanılmasnın təmin edilməsini, onun üstünə xx.xx.2022-ci il tarixdən etibarən 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə xx.xx.2022-ci il tarixdən etibarən isə həmin pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarı əmək haqqının həmin tarixdən artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10 faiz miqdarında maddi yardım hesablanaraq və sonra alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 faiz miqdarında əlavə edilməklə pensiya məbləğinin müəyyən edilməsini, həmin pensiyanın məbləğindən asılı olaraq onun əvvəldən aldığı staja görə pensiyanın eyni dövr üzrə məbləği ilə müqayisə edilərək iki pensiyadan məbləği daha yüksək olan pensiyanın seçilməsini, iki pensiyadan daha yüksək olanın seçilməsi prosesinin icrası qaydasında qəbul edilən qərarla müəyyən olunan pensiyanın ödənilmə müddətinin xx.xx.2021-ci il tarixdən (“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə müvafiq olaraq) başlanması müəyyən edilməklə həmin vaxtdan etibarən yaranmış fərq (faktiki ödənilmiş pensiya nəzərə alınmaqla) hesablanıb birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-973/2023 saylı, 16 mart 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin (hakim X1) 2-1(112)-973/2023 nömrəli 18 may 2023cü il tarixli qərarı ilə iddia qismən - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nın İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi hissəsində təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-973/2023 nömrəli 18 may 2023-cü il tarixli qərardadı (hakim X1) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv olunması və pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası - “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə əsasən qulluq stajına görə 2015-ci ilin aprel ayında təyin olunaraq, prokurorluqda işləməkdə davam etdiyinə görə 50%-nin ödənişi həyata keçirilmiş, sonrakı illərdə qüvvədə olan qanunvericiliyə əsasən məbləği artaraq 2018-ci ildə 50%-i 2118 manat 54 qəpik (100%-i 4237 man. 08 qəp.) məbləğində müəyyən edilmiş (pensiyanın bu məbləği audit qaydasında yenidən yoxlanılaraq xx.xx.2020-ci tarixli qərarla təsdiq edilmişdir) ömürlük təyin edilmiş pensiyasının xx.xx.2021-ci il tarixdə yaşa görə prokurorluqda qulluğuna xitam verilməklə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən (xx.xx.2021-ci ildən) etibarən 100 % (4237 man. 08 qəp.) ödənişinin həyata keçirilməsi; Bu zaman həmin pensiya təyin olunduqdan sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalına əsasən və xx.xx.2019-cu il tarixdə ona verilmiş daha yüksək xüsusi rütbəyə görə əmək haqqındakı artım hesablanaraq, pensiyasının 100 % (4237 man. 08 qəp.) məbləğinin üzərinə əlavə edilməsini, bu qaydada müəyyən edilmiş pensiya məbləğinin üzərinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3173 №-li Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən etibarən həmin məbləğin 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməsin i, 2022-ci il dekabrın 1- dən əmək haqqının artırılması nəzərə alınaraq həmin tarixdən etibarən pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarının əmək haqqının artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10% miqdarında maddi yardım əlavə edilməsini, bundan sonra yaranan pensiya məbləğinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3749 №-li Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən həmin məbləğin 14.7 faizi miqdarında indeksləşdirilməklə artırılması; yuxarıda göstərilən qaydada hesablama aparılaraq xx.xx.2021-ci il tarixdən indiyədək olan dövrdə 4237 man. 08 qəpik üstə gəl fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalına əsasən və xüsusi rütbəyə görə əmək haqqındakı artım (xx.xx.2019-cu il tar ixdən etibarən), bu məbləğin üstünə xx.xx.2022-ci il tarixdən etibarən onun 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə, xx.xx.2022-ci il tarixdən etibarən isə pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarı əmək haqqının həmin tarixdən artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10% miqdarında maddi yardım hesablanaraq və sonda alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 faiz miqdarında əlavə edilməklə cəm şəkildə hesablanmış pensiya məbləğindən xx.xx.2021-ci il tarixdən indiyədək faktiki ödənilmiş pensiya məbləği çıxılmaqla, yaranmış fərqin birdəfəlik ödənilməsinin təmin olunması; xx.xx.2021-ci il tarixdə onun yaşa görə qulluğuna xitam verilməklə qazanmış olduğu yeni, yaşa görə pensiyasının məbləğinin qanuni və vicdanlı (etimad hüququna riayət edilməklə) xx.xx.2021-ci il tarixə hesablanılmasnın təmin edilməsini, onun üstünə xx.xx.2022-ci il tarixdən etibarən 10 faizi miqdarında aylıq maddi yardım əlavə edilməklə, xx.xx.2022-ci il tarixdən etibarən isə həmin pensiya məbləğinin aylıq maddi yardım əlavə edilənədək olan miqdarı əmək haqqının həmin tarixdən artımı faizinə müvafiq olaraq artırılmaqla onun üzərinə 10 faiz miqdarında maddi yardım hesablanaraq və sonra alınmış məbləğin üzərinə xx.xx.2023-cü il tarixdən etibarən onun 14.7 faiz miqdarında əlavə edilməklə pensiya məbləğinin müəyyən edilməsini, həmin pensiyanın məbləğindən asılı olaraq onun əvvəldən aldığı staja görə pensiyanın eyni dövr üzrə məbləği ilə müqayisə edilərək iki pensiyadan məbləği daha yüksək olan pensiyanın seçilməsi hissələrində mümkü n sayılmamışdır.

6. Məhkəmə qeyd etmişdir ki, hazırki tələblə bağlı cavabdeh orqana müraciət olunmamışdır. Cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından iddiaçının göstərilən tələblərinə mövcud vəziyyətdə baxıla bilməz.

7. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2875/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər X3 / məruzəçi/, X4 və X2) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-973/2023 nömrəli 18 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkə məsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Şikayətdə “İnzibati icraat haqqında” Qanunun, eləcə də İnzibati Prosessual Məcəllənin normalarına istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi şikayəti təmin etməməklə qanunsuzluğa yol verilmişdir. Belə ki, müvafiq sübutlarla onun iddiasının əsaslı olduğu tam sübuta yetirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibat i məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə

34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzər də tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası mə hkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, k assasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov A zərbaycana qarşı” işi üzrə).

18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

19. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, məhkəmələr əsaslı olaraq iddia tələbini mümkün saymamışlar.

20. Belə ki, İPM-in tələbinə əsasən iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır.

21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur» (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə ol an digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (m əsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

22. Göründüyü kimi, öhdəliyin icrası haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi iddianın mümkün hesab edilməsi şərtlərindən biridir.

23. İddiaçının tələbi pensiyanın yenidən hesablanmasından (öhdəliyin icrası haqqında iddia) ibarət olsa da, işin materialları ilə iddiaçının müvafiq tələblə cavabdeh inzibati orqana rəsmi müraciət etməsi müəyyən olunmur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qeyd olunan tələblər üzrə iddianın mümkünlüyü şərtinə (iddia qaldırılmaz dan əvvəl inzibati orqana müraciətə dair) əməl olunmadığından, apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.

24. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

25. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası şərh edilənləri rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2875/2023 saylı iş üzrə 11 oktyabr 2023-cü il tarixl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar