Məhkəmə qərarları › İş №2-1(102)-472/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-472/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-472/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: əlilliyə görə əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Dilarə Qurbanovanın iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı cavabdehin iddiaçının pensiyasının yenidən hesablanmasının təmin edilməməsi və ödənilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.1.7.2-ci maddəsinə əsasən iddiaçının pensiyasına əlavələrin hesablanması ilə pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2262/19 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Cavabdeh, dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı cavabdehin iddiaçının pensiyasının yenidən hesablanmasının təmin edilməməsi və ödənilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.1.7.2-ci maddəsinə əsasən iddiaçının pensiyasına əl avələrin hesablanması ilə pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsində iştirak etmişdir. Döyüş əməliyyatlarında ciddi yaralanmışdır. Azərbaycan Respublikasının MN tibbi-sosial ekspert komisiyasının rəyinə, o cümlədən “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən iddiaçı (ömürlük) 2ci qrup Qarabağ əlilli statusunu almışdır. İddiaçı əlillik üzrə pensiyanı cavabdehin İdarəsindən alır. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozaraq cavabdeh qanunsuz və əsassız olaraq iddiaçını pensiyaya əlavəni almaq hüququndan məhrum etmişdir. Əvvəllər bu artımı Azərbaycan Respublikası “Hərbi qulluqçuların pensiya təminatı barədə” Qanununun 15-ci maddəsinə, daha sonra isə - “Əmək pensiyaları haqqında” Qanununun 19.1.7.2-ci maddəsinə əsaslanaraq iddiaçıya ödənilməli idi. “Əmək pensiyaları haqqında” Qanununun 19-cu maddəsinin (xx.xx.2018-ci il tarixli 1078 saylı redaksiyada) məzmunundan görünür ki, əlillik qrupundan asılı olaraq müvafiq əlavələr əmək pensiyalarına hesablanmalıdır. Bundan əlavə, həmin aktın 26.2-ci maddəsində nəzərdə tutulur ki, xx.xx.2017-ci il tarixədək təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı hazırkı Qanunun 19-cu maddəsinə əsasən bu əlavələr əmək pensiyalarının sığorta hissəsinə dəyişiksiz şəkildə edilir. Birinci instansi ya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1880/2019 saylı (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin İddiaçı pensiyasının yenidən hesablanmasının təmin edilməməsi və ödənilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı pensiyasına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.1.7.2-ci maddəsinə əsasən əlavələrin hesablanması ilə pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi ni, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2262/19 saylı (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Həmid Həmidov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsininxx.xx.2019-cu il tarixli, 2-1(81)-1880/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “cavabdehin iddiaçının pensiyasının yenidən hesablanmasının təmin edilməməsi və ödənilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kası Qanunun 19.1.7.2-ci maddəsinə əsasən iddiaçının pensiyasına əlavələrin hesablanması ilə pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərə əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavələr hesablanır. Qeyd olunan qanunun müvafiq maddəsindən göründüyü kimi, o cümlədən müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərə əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavələr hesablanmalıdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsində iştirak etmişdir. Döyüş əməliyyatlarında ciddi yaralanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Xəzər rayon üzrə 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 410822 nömrəli arayışına əsasən iddiaçı ikinci qrup əlildir və əlilliyinin səbəbi hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Göründüyü kimi, iddiaçı İİ qrup müharibə əlilidir və bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 19.1.7.2-ci maddəsində nəzərdə tutulan 77 manat məbləğində əlavənin iddiaçının pensiyasına hər ay hesablanaraq ödənilməsi həyata keçirilməlidir. Bütün yu xarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2262/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Qurbanova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqı nda lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərə əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavələr hesablanır. Qeyd olunan qanunun müvafiq maddəsindən göründüyü kimi, o cümlədən müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərə əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavələr hesablanmalıdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsində iştirak etmişdir. Döyüş əməliyyatlarında ciddi yaralanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Xəzər rayon üzrə 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 410822 nömrəli arayışına əsasən iddiaçı ikinci qrup əlildir və əlilliyinin səbəbi hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Göründüyü kimi, iddiaçı İİ qr up müharibə əlilidir və bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 19.1.7.2-ci maddəsində nəzərdə tutulan 77 manat məbləğində əlavənin iddiaçının pensiyasına hər ay hesablanaraq ödənilməsi həyata keçirilməlidir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan ) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Göründüyü kimi, iddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən İİ qrup əlilliyə görə 77 manat məbləğində əlavənin pensiya təyin olunduğu vaxtdan hesablanmasının nəzərə alınmaqla, pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsini istəyir. İddiaçı bununla əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin olunmamış dır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasıhesab edir ki, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən İİ qrup əlilliyə görə 77 manat məbləğində əlavənin pensiya təyin olunduğu vaxtdan hesablanmasının nəzərə alınmaqla, pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi barədə iddia tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, in san və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 4.1-ci maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. xx.xx.2006-cı ildə qəbul edilmiş və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsində yaşa görə əmək pensiyası alan İİ qrup müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin hesablanması nəzərdə tutulmuşdur. İş materiallarından göründ üyü kimi isə iddiaçıya xx.xx.2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir ki, hazırda qüvvədə olan və iddiaçının pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanuna görə əlilliyə görə əlavənin verilməsi yalnız yaşa görə pensiyaya çıxan hərbçilər üçün nəzərdə tutulmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bak ı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 21(103)-2262/19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar