Məhkəmə qərarları › İş №2-1(102)-472/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-472/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-472/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: reyestrdən çıxarışa “sahibkarlıq” ifadəsi əlavə edilməklə yeni çıxarışın verilməsi) (iş № 2-1(102)-472/2022) Hakimlər: Kərimov Səyyad Əli oğlu-məruzəçi, Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən mülkiyyətində olan 8.12 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilərək, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” yazısından sonra “sahibkarlıq” sözü əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 2-1(105)-555/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (AZE 0*******, FİN-0YHO2P) xx.xx.1960-cı ildə Salyan rayonu, Qaraçala kəndində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Şamaxı rayonu, Nağaraxana bələdiyyəsinin 26.05.2005-ci il tarixli, 07 saylı qərarı ilə həmin bələdiyyənin ərazisində yerləşən 8,50 hektar torpaq sahəsi tikinti məqsədi ilə iddiaçıya satılmışdır. Sözügedən torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikasının DTXK-nın Şamaxı rayon Şöbəsi tərəfindən Dövlət aktı qeydiyyatı kitabında 581 nömrə ilə, 08.09.2005-ci il tarixində qeydiyyata alınmış və bu barədə iddiaçının adına JN 0661, kod 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. 3. 8,50 ha torpaq sahəsinin 0,38 hektarı alqı-satqı müqaviləsi ilə digər şəxsə satılmışdır. İddiaçının mülkiyyətində qalan 8, 12 ha torpaq sahəsinə dair onun adına 02.09.2020-ci il tarixində reyestrdən yeni çıxarış verilmişdir (reyestr № **********26, qeydiyyat nömrəsi **********). Həmin çıxarışda mülkiyyətində qalan torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kimi yalnız “kənd təsərrüfatı təyinatlı torpaqlar” sözləri göstərilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək mülkiyyətində qalan 8,12 ha torpaq sahəsinə dair adına verilmiş reyestrdən çıxarışın “məqsədli təyinatı” qrafasında sahibkarlıq sözünün göstərilməsini xahiş etmişdir. Cavabdeh 06.10.2020-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və göstərmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “çıxarış”ın, “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirləri Azərbaycan R espublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndində Dövlət reyestrindən çıxarışın təsviri barədə izahat verilib. Reyestrdən çıxarışın yeni təsvirində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsinin məqsədli istifadə növü qrafası nəzərdə tutulmamış və çıxarış yeni formada verilmişdir. Yeni formalı reyestrdən çıxarışda torpaq sahəsinin yalnız kateqoriyası (məqsədli təyinatı) qeyd olunur. Xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus 8,12 ha torpaq sahəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğuna görə, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. İş üzrə qəbul edilmiş mə hkəmə aktları birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 22 oktyabr 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən mülkiyyətində olan 8.12 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilərək, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” yazısından sonra “sahibkarlıq” sözü əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 8,50 ha torpaq sahəsinin relyefi, eləcə də digər xarakterik əlamətləri bu torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə istifadəni mümkünsüz edir. Dövlət aktı əsasında onun adına verilən 25. 09.2007-ci il tarixli reyestrdən çıxarışda mülkiyyətində olan torpaq sahəsinin məqsədli istifadə növü sahibkarlıq kimi qeyd olunmuşdur. Lakin hazırda mübahisələndirdiyi 02.09.2020-ci il tarixli reyestrdən yeni çıxarışda torpaq sahəsinin məqsədli təyinatı ümumiyyətlə göstərilməmiş, torpaq sahəsinin kateqoriyası isə yalnız kənd təsərrüfatı torpaqları kimi qeyd olunmuşdur. Bu da onun qanunla təsbit olunan və qorunan mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Xüsusi mülkiyyətində olan 8,12 ha torpaq sahəsinin məqsədli təyinat növünün sahibkarlıq olaraq reyestrdən yeni çıxarışda göstərilməməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 2.4, 13.11, 23-cü maddələrinin tələblərinə ziddir. Ona görə də cavabdehin 02.09.2020ci il t arixli reyestrdən çıxarışda həmin torpaq sahəsinin məqsədli təyinatının göstərilməsindən imtinası əsassızdır. Xüsusi mülkiyyətdə olan torpaq sahəsinə dair elektron formada aparılan qeydiyyat kağız üzərindəki məlumatlara uyğun tərtib edilməli və bu zaman torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı torpaqları” kimi göstərilsə də, məqsədli təyinatı “sahibkarlıq” kimi göstərilməlidir.

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirləri Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndində dövlət reyestrindən çıxarışın təsviri barədə izahat verilib. Reyestrdən çıxarışın təsvirində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsinin məqsədli istifadə növü qrafası çıxarılmış və yeni formada verilmişdir. Yeni formada verilmiş reyestrdən çıxarışda torpaq sahəsinin yalnız kateqoriyası ( məqsədli təyinatı) qeyd olunur. İddiaçıya məxsus 8.12 ha torpaq sahəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğuna görə, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı kimi göstərilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X3) 7 iyun 2021-ci il tarixli, 2-1(118)420/2021 saylı qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində n elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında 1-ci hissə ləğv edilmişdir.

10. Həmin Fərmana əsasən reyestrdən çıxarışın yeni təsviri formasından “məqsədli istifadə növü” çıxarılmışdır. Cavabdeh inzibati orqan qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun qeydiyyat aparmış və əsaslı olaraq iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir.

11. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

12. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2-məruzəçi, X1 və X4) 11 noyabr 2021-ci il tarixli, 2-1(105)-555/2021 saylı qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 7 iyun 2021-ci il tarixli qərarı dəyişidirlmədən saxlanılmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

14. İddianın və apelyasiya şikayətinin dəlil lərinə əsaslanan kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh orqan 6.10.2020-ci il tarixli imtina məktubunda guya reyestrdən çıxarışın təsvirindən qeydiyyata alınan torpaq sahəsinin “məqsədli istifadə növü” qrafasının çıxarıldığını və yeni formalı reyestrdən çıxarışda torpaq sahəsinin yalnız kateqoriyasının (məqsədli təyinatının) qeyd olunduğunu bidirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən Fərmana əsasən reyestrdən çıxarışın yeni təsvir forması heç də cavabdeh inzibati orqanın mülahizələrində göstərilən kimi deyildir. Cavabdeh və məhkəmə hesab etmişdir ki, çıxarışın təsdiq edilmiş formasında yalnız “torpaq sahəsinin kateqoriyası” qeyd olunmuşdur, guya, “məqsədli istifadə növü” qrafası təsvirdən çıxarılmışdır. Ancaq bu yanlış mülahizə olmaqla, əsassızdır, r eal vəziyyətin təhrif edilməsidir. Belə ki, yeni formada “torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)” bir qrafada əks olunmuşdur və bu hal hətta cavabdeh orqanın 6.10.2020-ci il tarixli məktubunda da öz əksini tapmışdır. Beləliklə, xüsusi mülkiyyətdə olan torpaq sahəsinə dair elektron formada aparılan qeydiyyat kağız üzərindəki məlumatlara uyğun tərtib edilməli və bu zaman torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı torpaqları” kimi göstərilsə də, məqsədli təyinatı “sahibkarlıq” kimi göstərilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hü quqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

17. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağ lı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (h əcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir.

19. İddiaçı apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etm ələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, eləcə də torpaq sahəsinin planı və ölçüsünün təsvirləri “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

24. Həmin Fərmanla təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nin 2.1-ci bəndində dövlət reyestrindən çıxarışda əks etdirilməli olan məlumatlar, o cümlədən təsvirin 2.1.12-ci alt bəndində torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) nəzərdə tutulmuşdur. Başqa sözlə, reyestrdən çıxarışda torpaq sahəsinin yalnız kateqoriyasının qeyd olunması təsbit edilmişdir. 25. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il Fərmanına əsasən Azərbayca n Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmiş və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu” təsdiq olunmuşdur. Qeyd olunan sənəd, növündən asılı olmayaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə tərtib edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – dövlət reyestri) elektron çıxarışın məzmununu müəyyən edir.

26. Dövlət reyestrindən elektron çıxarış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alındıqda hüquq sahibinə (sahiblərinə) yuxarıda istinad olunan sənədlə müəyyən edilən məzmunda verilir.

27. Həmin sənədin (2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu”nun) 2.1-ci bəndinin 2.1.11-ci alt bəndinə görə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri) göstərilir.

28. Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələr inin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.

29. Yuxarıda istinad olunan tənzimləyici normalarda məqsədli təyinatından və hüquqi rejimindən asılı olaraq torpaqların kateqoriyaları imperativ qaydada müəyyən olunmuş və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elekt ron çıxarışda torpaq sahəsinin Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalarından birinin göstərilməsi dəqiq təsbit olunmuşdur. Hazırkı mübahisə üzrə iddiaçıya məxsus torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğundan, ona verimiş çıxarışın müvafiq qrafasında da məhz həmin kateqoriya qeyd edilmişdir.

30. Həmçinin nəzərə almaq lazımdır ki, sahibkarlıq öz riski əsasında şəxs tərəfindən müstəqil şəkildə həyata keçirilən və əmlaka sahiblikdən, malların satışından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən sistematik gəlir əldə etməyə yönəlmiş fəaliyyətdir və torpaq sahəsinin kateqoriyasının müəyyən olunması zamanı əsas qismində çıxış edə bilməz.

31. Bu baxımdan, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyi natlı torpaqlar” yazısından sonra “sahibkarlıq” sözü əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsi tələbində iddiaçı haqlı sayıla bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2021 tarixli, 21(105)-555/2021 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar