Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-472/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati praktikada bərabər yanaşma və etimadın qorunması prinsipləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2452/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X8 İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin xx.xx.1989-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli, 11/409 nömrəli qərarına əsasən X7, X9 və İddiaçı 60 nömrəli kooperativin tərkibinə keçirilmişdir.
2. Ləhiş bağlar sahəsində yerləşən 60 nömrəli kooperativ tərəfindən verilmiş 47 nömrəli orderə əsasən, iddiaçıya 56/57b nömrəli 0,12 ha bağ torpaq sahəsi ayrılmışdır.
3. İddiaçı yuxarıda qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların döv lət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.
4. İş materiallarında cavabdehin imtinası aşkar olunmadı. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırm ışdır ki, bağa ehtiyacı nəzərə alınaraq Bakı şəhəri X8 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarı və X3 və İstismarı Birliyinin 60 saylı Bağ Tikinti Koorperativinin 47 saylı orderi əsasında sahəsi 0,12 ha olan 56/57b saylı bağ sahəsi ona verilmişdir. Bundan əlavə, o, ərizə ilə kooperativin sədrinə müraciət edərək, kooperativin tərkibinə keçirilməsini xahiş etmiş, xx.xx.1989-cu il tarixli qərarla kooperativin tərkibinə qəbul edilmişdir. Qeyd olunan vaxtdan ailə üzvləri ilə birlikdə göstərilən bağ sahəsindən təyinatı üzrə istifadə edərək şəxsi maliyyə vəsaiti ilə ona ayrılmış torpaq sahəsini uzun illər abadlaşdırmış və aqrotexniki qulluq göstərmişdir. Sözügedən bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciə t cavablandırılmamışdır. Eyni zamanda, qonşuluqdaki bağ sahələri qeydə alınaraq müvafiq çıxarışlar verilmişdir.
7. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Ləhiş bağlar massivinin bölgü sxemində (sxematik xəritədə) 56/57b saylı bağ sahəsi öz əksini tapmamışdır. Həmçinin vətəndaş tərfindən göstərilən ərazi başqa şəxsin istifadəsinə verilmiş ərazi ilə üst-üstə düşür. Qeyd edilən səbəblərdən də ərizənin icrası mümkün olmamışdır.
8. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********66 nömrəli məktubunda qeyd etmişdir ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəkı 56/57b nömrəli bağ sahəsi və naturada göstərdiyi torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifa dəsinə verilmiş 101,0 ha ərazi ilə üst-üstə düşür.
9. Bakı İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. İddiaçının vəkilinin müraciəti əsasında Azərbaycan Respublikası «X6» MMC tərəfindən aparılmış ekspertiza nəticəsində verilmiş 456 saylı 28 iyul 2021-ci il tarixli rəyə əsasən, Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 nömrəli qərarı və X3 və İstismarı Birliyinin 60 nömrəli kooperativinin 47 saylı orderi əsasında X1 verilmiş 0.12 ha bağ sahəsi "xxxx" MMC-yə ("xxxx" MMC) məxsus ərazinin hüdudları daxilinə düşmür.
11. İddiaçının vəkilinin müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-c i il tarixli məktuba əsasən bağ sahələri "xxxx" MMC tərəfindən özəlləşdirilən 77 ha torpaq sahəsi ilə üst-üstə düşmür.
12. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh sözügedən bağ sahəsinin digər şəxsin istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad etsə də, bu dəlillə əlaqədar mötəbər sübutl ar məhkəməyə təqdim etməmiş, əksinə iş materialları ilə bu dəlil təkzib olunmuşdur. Bundan başqa, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamasına, eləcə də X3 və İstismari Birliyinin qeydiyyat kitabının İdarənin arxivində olmamasına iddiaçı məsuliyyət daşımır, bu onun vəzifələrinə daxil deyil və iradəsindən asılı olan hal deyil. Eyni zamanda, cavabdeh tərəfindən orderin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Qeyd olunan order ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin order isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
14. Cavabdeh apellyasiya şikayəti verər ək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-631/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(102)914/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-631/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçının istinad etdiyi orderin Bakı şəhəri X8 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 nömrəli qərarı əsasında verildiyi qeyd olunub. Həmin qərarla bir sıra BTK-ın şəxsi tərkibi təsdiq olunmuş və Maştağa, Pirşağı, Bilgəh, Zirə, Buzovna, Şüvəlan, Nardaran, Ləhiş qəsəbələrində yerləşən bağ sahələrinin ayrılması qərara alınmışdır. Bakı Şəhəri X8 İc raiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıda iddiaçının adı müəyyən olunmur. Eyni zamanda, işə əlavə olunmuş bağların bölgüsünə dair sxematik xəritədə iddianın əsasını təşkil edən orderdə qeyd olunan 56/57b nömrəli bağ sahəsi öz əksini tapmamış və iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi arxivdə aşkar olunmamışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış və işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 56/57b saylı torpaq sahəsinə dair sənəd və X3 və İstismari Birliyinin 60 saylı Bağ Tikinti Kooperativinin 1988-1990-cı illər üzrə qeydiyyat kitabı idarənin arxivində aşkar olunmamışdır. Həm çinin, qeyd olunan və iddiaçının tələb etdiyi torpaq (bağ) sahəsi 60 nömrəli BTK-yə aid olmayan “Bakıtuneltikinti” bağçılıq-yoldaşlığına ayrılmış ərazidə yerləşir. İddiaçının tələb etdiyi bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından, iddiaçının tələb etdiyi torpaq sahəsinin sərhədləri qanunda müəyyən edilmiş qaydada yerdə müəyyən edilmədiyindən, onların planı və ölçüsü tərtib edilmədiyindən və torpağın icarəsi barədə müqavilə bağlanılmadığından, torpağın koordinatlarının müəyyən edilməsi mümkünsüzdür və torpaq üzərində hüququ yaranmır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2452/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1353/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtinasında göstərilənlərlə bağlı (bağ sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi halı) hər hansı sənədi istər əvvəlki məhkəmə icraatlarında, istərsə də hazırki icraatda məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilmişdir ki, sözügedən ərazidə yerləşən bağ sahəsinə qonşu bağ sahələri digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əgər həmin ərazidə yerləşən bağ sahələri qeyd olunan MMC-nin istifadəsinə verilm iş torpaq sahəsi ilə üst-üstə düşürsə, həmin bağ sahələri daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alına bilməzdi. Bununla yanaşı, işdə olan Azərbaycan Respublikası «X6» MMC-nin 456 saylı, 28 iyul 2021-ci il tarixli rəyinə əsasən, Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/409 nömrəli qərarı və X3 və İstismarı Birliyinin 60 nömrəli kooperativinin 47 saylı orderi əsasında X1 verilmiş 0.12 ha bağ sahəsi "xxxx" MMC-yə ("xxxx" MMC) məxsus ərazinin hüdudları daxilinə düşmür. Bundan başqa, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması, eləcə də X3 və İstismari Birliyinin qeydiyyat kitabının İdarənin arxivində olmamasına görə iddiaçı məsuliyyət daşımır, bu onun vəzifələrinə daxil deyil və iradəsindən asılı olan hal deyil. Eyni zamanda, cavab deh tərəfindən orderin həqiqətə uyğun olmadığı da sübuta yetirilməmişdir. Qeyd olunan order ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin order isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, Qanunda 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlərlə yanaşı, həm də kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın təqdim olunması mütləq şərt kimi göstərilməmişdir. Yəni, iddiaçının təqdim etdiyi order bağ sahəsinin onun adına rəsmiləşdirilməsinin aparılması üçün yetərli sənəddir, həmin sənədin təqdim edilməsi ilə yanaşı iddiaçı həm də adının göstərildiyi BTK üzvlərinin siyahısını da təqdim etmək kimi bir vəzifə daşımır. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində göstərilən ərazinin digər hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsini bildirsə də, bu hal iş materialları ilə təsdiqini tapmamışdır. Həmçinin cavabdeh həmin bağ sahəsi ilə bağlı digər şəxsin müraciət etməsini, iddiaçı ilə həmin şəxs arasında bağ sahəsinə dair mübahisənin olmasını təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki, iş üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyindən görünür ki, X1 verilmiş 0.12 ha bağ sahəsi "xxxx" MMC-yə ("xxxx" MMC) məxsus ərazinin hüdudları daxilinə düşmür. Məhkəmə kollegiyası cavabdehin “bağların bölgüsünə dair sxematik xəritədə 56/57b bağ nömrəsi öz əksini tapmadığı və iddiaçının təqdim etdiyi orderin nüsxəsinin idarənin arxivində aşkar olunmadığı” barədə dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamasına, eləcə də X3 və İstismari Birliyinin qeydiyyat kitabının İdarənin arxivində olmamasına iddiaçı məsuliyyət daşımır və bu onun vəzifələrinə daxil deyil.
22. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ET İRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritədə 56/57b bağ nömrəsi öz əksini tapmamış və iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin, qeyd olunan torpaq (bağ) sahəsi “Bakıtuneltikinti” bağçılıq-yoldaşlığına ayrılmış ərazidə yerləşir. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin icl asının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
26. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı v ə ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal bax ımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdir ilmədən saxlanılmalıdır.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması (və bu barədə müvafiq çıxarışın verilməsi) ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün t ətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh Reyestr Xidməti tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.
35. Belə ki, mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər X8 İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli, 11/409 nömrəli qərarına əsasən X7, X9 və İddiaçı 60 nömrəli kooperativin tərkibinə keçirilmişdir.
36. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(8 2)2143/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə X4 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.13 ha olan 69/70 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilmiş, həmin qərar icra edilərək ona bu barədə müvafiq çıxarış, o cümlədən torpaq sahəsinə dair plan və ölçü sənədi verilmişdir. Həmin qərarın qərarın məzmunundan müəyyən olunur ki, X4 iddiası üzrə işin faktiki halları ilə hazırkı mübahisə üzrə işin halları oxşarlıq təşkil edir. Həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş və icra edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, əslində cavabdeh inzibati orqan qeyd olunan məhkəmə qərarı əsasında özünün yeni inzibati praktikasını yaratmışdır.
37. Həmçinin nəzərə almaq lazımdır ki, eyni qərar əsasında iddiaçı ilə bərabər eyni kooperativin tərkibinə keçirilmiş X5 eyni kooperativ tərəfindən verilmiş order əsasında onun hüquqları qeydə alındığı və ona bu barədə müvafiq çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.
38. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 39. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
40. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
41. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.
42. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilər inə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bəra bər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
44. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 21(103)-2452/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.