Məhkəmə qərarları › İş №2-1(102)-472/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-472/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-472/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Qəhrəmanov Nadir Fərux oğlu və digərləri) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 20 23-cü il tarixli, 2-1(103)-2723/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Azon” zavodu direktorunun 28 №li, xx.xx.1999-cu il tarixli əmrinə əsasən nəqliyyat sahəsində əhaliyə pullu xidmət göstərən təsərrüfat hesablı briqadanın iş fəaliyyətinin yaxşılaşdırılması məqsədilə həmin briqadanın briqadiri İddiaçı öz vəsaiti hesabına avotmobil üçün ehtiyat hissələrinin satışını təşkil etməyə icazə verilmiş, zavodun nəqliyyat sahəsində yerləşən tikilinin zavodun mağazası kimi fəaliyyət göstərməsinə icazə verilmişdir. 2. 01.10.1999-cu il tarixli, “Azon” zavodu ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən “Azon” zavodu zavodun nəqliyyat sahəsində yerləşən istifadəsiz qa lmış sahəsi 20,0 kv metr olan tikilini İddiaçı istifadəsinə vermişdir, İddiaçı isə tikilinin hər kv metrinə görə 14.000 AZM olmaqla ayda 280.000 AZN xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.

3. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 125 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan İddiaçı Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120,0 kv metr ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı müəyyən edilmişdir. 4. “Azon” zavodunun Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubunun surətindən görünür ki, həmin zavod, əməkdaşı İddiaçı tə rəfindən öz vəsaiti hesabına 876 kv metr torpaq sahəsində 120 kv metr qeyri-yaşayış sahəsinin tikildiyini və zavoda gələcəkdə lazım olmadığını nəzərə alaraq həmin sahənin İddiaçı adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirmişdir. 5. “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, 414 №-li sərəncamı əsasında Qəhrəmanov Emil Nadir oğlu Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə xx.xx.2013-cü il tarixli icarə müqaviləsi bağlayaraq ünvan 1 ünvanında yerləşən 51.2 kv metr qeyri-yaşayış binasını müddətli icarəyə götürmüşdür.

6. Bundan sonra Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 433 №-li sərəncamı əsasında Qəhrəmanov Emil Nadir oğlu xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən ünvan 1 ünvanında yerləşən 51.2 kv metr qeyri-yaşayış binasını “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nə əsasən satın almışdır. 7. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası xx.xx.2014-cü il tarixdə Qəhrəmanov Emil Nadir oğlunun adına ilkin qeydiyyatdan keçmişdir.

8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014cü il tarixli 76 №-li sərəncamı əsasında Qəhrəmanov Emil Nadir oğlu ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1083 kv.m. torpaq sahəsini icarəyə götürmüş və buna müvafiq “Torpaq sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır.

9. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin x x.xx.2014cü il tarixli 132 №-li sərəncamına və xx.xx.2014-cü il tarixli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi”nə əsasən Qəhrəmanov Emil Nadir oğlu Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi,13 D ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 1083,0 kv metr torpaq sahəsini satın almış və ona xx.xx.2014cü ildə 55,7 kv metr olan qeyri-yaşayış binası və 10.8 kv metr olan daş hasar, habelə 0,1083 ha torpaq sahəsi ilə bağlı vahid əmlak kimi çıxarış verilmişdir. 10. 11.02.2020-ci il tarixdə Qəhrəmanov Emil Nadir oğlu mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən sahəsi 51,2 kv metr olan qeyri-yaşayış binası və 0,1083 ha torpaq sahəsini atası Qəhrəmanov Nadir Fərux oğluna bağışlamış və sonuncuya bununla bağlı xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. 11. xx.xx.2021-ci il tarixdə Qəhrəmanov Nadir Fərux oğlu mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən sahəsi 51,2 kv metr olan qeyri-yaşayış binası və 0,1083 ha torpaq sahəsini X3 və sonuncuya bununla bağlı xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölçülərinin artırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxs Qəhrəmanov Emil Nadir oğlunun adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışın, habelə üçüncü şəxs Qəhrəmanov Nadir Fərux oğlunun adına verilmiş x x.xx.2020-ci il tarixli Çıxarışın, xx.xx.2013-cü il tarixli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs Qəhrəmanov Nadir Fərux oğlu və digərləri arasında olan mülki iş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən ölçüsü 51,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair Qəhrəmanov Emil Nadir oğlunun adına verilmiş ******* nömrəli xx.xx.2014cü il tarixli ilk çıxarışda həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,00557 ha olmuş və həmin torpaq sahəsi dövlətə məxsus olmuşdur. Bundan sonra eyni şəxsin adına yenidən verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışdan müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin ölçüsü artırılaraq 0,1083 ha ölçüdə qeyd edilmiş və cavabdehin adına xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra isə həmin torpaq sahəsinə dair eyni ölçülərlə Qəhrəmanov Nadir Fərux oğlunun adına xx.xx.2020-ci il tarixli Çıxarış verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, yuxarıda göstərilən Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m ölçüdə qeyriyaşayış sahəsi onun tərəfindən tikilmiş və onun istifadəsindədir. Lakin torpaq sahəsinə dair cavabdeh tərəfindən qeydiyyat aparılarkən onun inşa etdiyi tikililərin yerləşdiyi torpaq sahəsi, cavabdeh tərəfindən heç bir əsas olmadan Qəhrəmanov Emil Nadir oğlunun adına dövlət qeydiyyatına alınmış və ona Çıxarış verilmişdir. Bundan başqa Qəh rəmanov Emil Nadir oğlunun adına eyni qeyri-yaşayış sahəsinə verilmiş xx.xx.2013-cü il tarixli texniki pasportdan müəyyən edilir ki, qeyri-yaşayış sahəsinin ölçüsü Çıxarışda 51,2 kv.m göstərilsə də, texniki pasportda obyektin sahəsi artırılaraq 66,5 kv.m göstərilmişdir. Mübahisələndirilən torpaq sahəsi və qeyri-yaşayış sahəsi xx.xx.2021-ci ildə üçüncü şəxs Qəhrəmanov Nadir Fərux oğlu tərəfindən digər üçüncü şəxs X1. Beləliklə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, inzibati orqanın torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölçüsünün artırılmasına dair hərəkətləri qanunsuz hesab edilməli və üçüncü şəxs Qəhrəmanov Emil Nadir oğlunun adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış, habelə üçüncü şəxs Qəhrəmanov Nadir Fərux oğlunun adına verilmiş xx.xx.2020ci il tarixl i Çıxarış, xx.xx.2013-cü il tarixli texniki pasport ləğv edilməlidir.

14. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd edilən məsələlərə aydınlıq gətirilməsi və digər şəxslərin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir və bu barədə vətəndaşa məktubla izah edilmişdir. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması v ə bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır.

15. Üçüncü şəxslər Qəhrəmanov Nadir Fərux oğlu və Qəhrəmanov Emil Nadir oğlu iddia tələbinə dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı cavabdehlər Qəhrəmanov Nadir Fərux oğluna və Qəhrəmanov Emil Nadir oğluna qarşı ünvan 4 ünvanda yerləşən torpaq sahəsi ilə əsassız varlanmaya görə pul tələbinə dair Bakı şəhəri Səbail rayon məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya M əhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Bundan başqa iddiaçı cavabdehlər Qəhrəmanov Nadir Fərux oğluna, Qəhrəmanov Emil Nadir oğluna və X4 qarşı, 3-cü şəxs DƏDRX-nın 1 saylı ünvan 6 ünvanda yerləşən mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət (sahiblik və istifadə) hüquqlarının müdafiəsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamı ilə 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən inşa olunması faktı müəyyən olunsa da, bu günə kimi iddiaçı həmin sahənin öz adına özəlləşdirilməsi ilə bağlı müraciət etməmişdir. Eyni zamanda iddiaçı həmin sahənin Emil Qəhrəmanovun və Nadir Qəhrəmanovun mülkiyyətində olması barədə məlumatlı olmuş, lakin bu müddət ərzində onlara qarşı heç bir məhkəmə mübahisəsinə başlanmamışdır. Mübahisəli ünvan 2 ünvanda yerləşən 51,2 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Emil Qəhrəmanovun adına xx.xx.2014-cü il tarixli çıxarış verilmiş və xx.xx.2014-cü il tarixdə Emil Qəhrəmanov həmin ünvanda yerləşən 51,2 kv.m qeyri-yaşayış sahəsinə və 0,1083 ha torpaq sahəsinə dair ******* nömrəli çıxarış verilmişdir. Bundan başqa həmin sahə Emil Qəhrəmanovun adında olduğu müddət ərzində həmin torpaq sahəsində tərtib olunmuş layihə əsasında Nadir Qəhrəma novun vəsaitinə qeyri-yaşayış sahəsinin tikintisi başlanmış, lakin sona qədər çatdırılmamışdır və bundan əvvəl də 51,2 kv.m qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən sökülmüşdür. Bundan əlavə həmin sahə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Qəhrəmanov Nadir Fərux oğlu tərəfindən X2 və həmin sahə hazırda Elton Mustafayevin mülkiyyətindədir.

16. Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)-431/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda üçüncü şəxslərin adına hüquqların dövlət qeydiyyatına alınması üçün hər iki çıxarışın verilməsi üçün əsas olmuş sənədlər - müqavilələr qüvvədədirlər, həmin sənədlərin ləğv edilməsi və ya etibarsız hesab edilməsi inzibati işə baxılan zaman müəy yən edilməmişdir, yəni daşınmaz əmlaka hüquqların qeydiyyatının əsassızlığı - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsində təsbit edilmiş hallar müəyyən edilməmişdir.

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2723/2023 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 125 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan İddiaçı Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120,0 kv metr ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı müəyyən edilmişdir. “Azon” zavodunun Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubunun surətindən görünür ki, həmin zavod, əməkdaşı İddiaçı tərəfindən öz vəsaiti hesabına 876 kv metr torpaq sahəsində 120 kv metr qeyri-yaşayış sahəsinin tikildiyini və zavoda gələcəkdə lazım olmadığını nəzərə alaraq həmin sahənin İddiaçı adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirmişdir. İstinad edilən sərəncamın və məktubun məzmunundan da göründüyü kimi həmin sərəncamla iddiaçıya mübahisələndirdiyi qeyri-yaşayış sahəsi və ya torpaq sahəsi ayrılmamışdır. Bu halın mövcudluğu da qeyri-mümkündür. Belə ki, iş materiallarıdan da göründüyü kimi həmin vaxt sözügedən qeyri-yaşayış sahəsi və torpaq sahəsi dövlətin mülkiyyətində olmuşdur. Azon zavodunun isə dövlətin mülkiyyətində olan əmlakın kiminsə adına rəsmiləşdirilməsinə razılıq vermək kimi səlahiyyəti olmamışdır. Belə ki, sözügedən dövrdə də dövlət əmlakını icarəyə vermək səlahiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi malik idi. İddiaçının istinad etdiyi sübutların heç biri vaxtilə dövlət əmlakı olmuş daşınmaz əmlaklarda hüquqa malik olmasını deməyə əsas vermir. Belə olan halda hazırki məqamda, mübahisələndirilən çıxarışların və texniki pasportun ləğvi üçün heç bir əsas yoxdur.

21. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 139-1.1, 149.2, 152.2, 152.3, 157.8, 158.1, 159-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin 1, 5, 11, 19-cu bəndlərinə istinad etmişdir.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərar ını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə ondan ibarət olmuşdur ki, “.....istinad edilən sərəncamın və məktubun məzmunundan da göründüyü kimi həmin sərəncamla iddiaçıya mübahisələndirdiyi qeyri-yaşayış sahəsi və ya torpaq sahəsi ayrılmamışdır. Bu halın mövcudluğu da qeyri-mümkündür. Belə ki, iş materiallarından da göründüyü kimi həmin vaxt sözügedən qeyri-yaşayış sahəsi və torpaq sahəsi dövlətin mülkiyyətində olmuşdur. Azon zavodunun isə dövlətin mülkiyyətində olan əmlakın kiminsə adına rəsmiləşdirilməsinə razılıq vermək kimi səlahiyyəti olmamışdır. Belə ki, sözügedən dövrdə də dövlət əmlakını icarəyə vermək səlahiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi malik idi." Belə mövqe bildirən məhkəmə, nədənsə səlahiyyət bölgüsü ilə bağlı heç bir maddi hüquq norm asina istinad etməmişdir. İddiaçı ilə bağlanılmış icarə müqaviləsini isə görməzdən gəlmişdir. Məhkəmə sözügedən dövrdə də dövlət əmlakını icarəyə vermək səlahiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi malik olduğunu və "Azon" Zavodunun belə səlahiyyətə malik olmadığını qanuni əsaslarına qərarda toxunmamışdır.

24. Həmçinin kassator qeyd edilmişdir ki, apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, “iddiaçının nümayəndəsi və vəkili çıxarışların verilməsinə əsas olan hüquq müəyyənedici sənədləri ayrıca məhkəmə icraatında mübahisələndirildiyini bildirsə də, işin məhkəmələr tərəfindən ətraflı araşdırmasından aydın görünür ki, ümumiyyətlə iddiaçının istinad etdiyi sübutların heç biri vaxtilə dövlət əmlakı olmuş daşınmaz əmlaklarda hüquqa malik olmasını deməyə əsas vermir. Belə olan halda ha zırki məqamda, mübahisələndirilən çıxarışların və texniki pasportun ləğvi üçün heç bir əsas yoxdur." Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə iş materiallarını tədqiq etməmiş, işdə olan sənədləri tədqiq etmədən, yalnız bir məhkəmə iclasında tez-tələsik yekun qərar qəbul etmişdir.

25. Kassator apellyasiya məhkəməsi tərəfindən İPM-in 68.1 və 68.2-ci maddələrinin pozulması qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Üçüncü şəxslər Qəhrəmanov Nadir Fərux oğlu və Qəhrəmanov Emil Nadir oğlu kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2723/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prose ssual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfin dən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; 2.1. Mümkünlük şərtlər inin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, mübahisənin inzibati hüquq mübahisəsi olmasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər qismən, məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli, iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

32. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

33. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

34. Bu baxımdan işin hallarına nəzər salınanda görünür ki, iddiaçının hüquqi marağı üçüncü şəxs Qəhrəmanov Emil Nadir oğlunun adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışın, habelə üçüncü şəxs Qəhrəmanov Nadir Fərux oğlunun adına verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın, xx.xx.2013-cü il tarixli texniki pasportun ləğv edilməsinə yönəlmişdir.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ləğvini tələb etdiyi üçüncü şəxs Qəhrəmanov Emil Nadir oğlunun adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış, habelə üçüncü şəxs Qəhrəmanov Nadir Fərux oğlunun adına verilmiş xx.xx.2020-ci il tarixli Çıxarış, və onun tərkib hissəsi olan xx.xx.2013-cü il tarixli texniki pasport üçüncü şəxslərə hüquqmüəyyənedici sənəd əsasında verilmişdir və həmin sənədin qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxslərin adına verilmiş həmin çıxarışların ləğvini tələb hüququ da mövcud deyildir.

36. Belə ki, həmin çıxarışların ləğvini tələb etmək, yəni bu barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq ü çün qeyd olunan çıxarışın iddiaçının hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, üçüncü şəxslərə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olduğundan iddiaçı tərəfindən mübahisələndirilmiş olsun və bunun nəticəsində həmin hüquqmüəyyənedici sənəd ləğv edilmiş olsun. Başqa sözlə, iddiaçı əvvəlcə üçüncü şəxsin adına olan hüquqmüəyyənedici sənədin ləğvinə nail olmalı və yalnız bundan sonra həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını və bu barədə müvafiq sənədlərin verilməsini tələb edə bilər.

37. Hazırkı mübahisəyə münasibətdə iddiaçının üçüncü şəxslərə torpaq sahəsinin ayrılması bar ədə hüquqmüəyyənedici sənədin ləğvinə nail olduğu iş üzrə materiallardan görünmür.

38. Qeyd olunmalıdır ki, iddia qaldırmaq səlahiyyəti iddianın mümkünlük şərtlərinə aiddir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddianı qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə idd iaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin idd ia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).

40. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən iddiaçı iddia qaldırmaq səlahiyyətinə malik olmadığı üçün, iddia tələbi mümkün sayılmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2723/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar