Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-473/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar söz: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili iştirakı ilə Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmçinin indiyə qədər ona ödəniləcək pensiyanın hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli 2-1(103)-2005/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29.01.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı **.**.1955-ci il təvəllüdlü iddiaçı 03.08.1973-cü ildən əmək fəaliyyətinə başlamış, 07.12.1974-11.11.1976-cı illərdə hərbi xidmətdə olmuş, 13.12.1976-cı ildə A X deposunda 1-ci dərəcəli çilingər vəzifəsinə qəbul olunmuş, 17.11.1977-26.01.1981-ci illərdə və 28.08.1981-23.04.1982-ci illərdə elektrovoz maşinist köməkçisi vəzifəsində çalışmış, 23.04.1982-03.08.1987- ci illərdə elektrovoz maşinisti kimi, 03.08.198702.10.1989-cu illərdə depoda növbətçi maşinist, 02.10.1989-22.11.1989-cu illərdə manevr maşinisti, 22.11.1989-28.01.1992-ci illərdə növbətçi maşinist kimi işləmiş, 28.01.199201.06.1994-cü illərdə Təsərrüfat briqadasında qumtökən qurğunun 3-cü dərəcəli maşinisti, 05.06.1994-02.11.1994-cü illərdə X1 müəssisəsində gözətçi, 04.11.1994-cü ildən 29.12.1995-ci ilədək hərbi hissədə gözətçi və çilingər, 15.02.1996-15.12.1998-ci illərdə Anda çilingər, 10.08.1999-22.04.2002-ci illərdə Sutikinti Birliyində mühəndis kimi işləmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 11.03.2019-cu il tarixli imtina məktubu ilə bildirmişdir ki, güzəştli iş stajı olmadığından pensiya təyin edilə bilməz. Bundan sonr a iddiaçı məhkəməyə müraciət edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmçinin indiyə qədər ona ödəniləcək pensiyanın hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1870/2019 saylı, 18 iyun 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmçinin ona ödəniləcək pensiyanın hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 sentyabr 2019cu il tarixli 2-1(103)-2005/2019 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli 2-1(103)-2005/2019 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1870/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı, «iddiaçı» sözlərindən sonra «57 yaşdan (21 iyul 2012-ci ildən)» sözləri əlavə edilməklə dəyişdirilm ədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, 21 iyul 2012-ci il tarixinə (57 yaş) iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi stajı mövcud olduğundan, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli 2-1(103)-2005/2019 saylı qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməsi üçün iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə əsasən, azı 25 il ümumi sığorta stajı olmalı və həmin müddətin azı 12 il 6 ayını güzəştli pensiya hüququ verən ağır şəraitli işlərdə çalışmış olmalı idi. İş materiallarıda olan əmək kitabçasına və 15.11.2012-ci il tarixli arayışlara məhkəmə tərəfindən iddiaçının güzəştli iş stajı araşdırılarkən hüquqi qiymət verilməmişdir. Belə ki, həmin sənədlərə əsasən iddiaçı 03.08.1987-02.10.1989-cu illərdə və 22.11.198928.01.1992-ci illərdə, yəni ümumilikdə, 04 il 04 ay ərzində elektrovoz maşinisti deyil, depoda ümumi növbətçi maşinist olmuşdur. Qeyd olunan fakt həm iddiaçının əmək kitabçası, həm də 15.11.2012-ci il tarixli arayışla öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası almaq üçün elektrovoz maşinisti kimi fəaliyyət göstərmiş olduğu iş stajının qanunla tələb olunan müddətə- 12 il 6 aya çatmadığı məlum olduğundan iddiaçı tərəfindən sonradan məhkəməyə özündə doğru olmayan məlumatları əks etdirən 04.03.2019-cu il tarixli arayış təqdim edilmiş, Məhkəmə isə arayışlar və əmək kitabçası arasındakı ziddiyyətləri nəzərə almamış, yalnız 04.03.2019-cu il tarixli arayış əsasında iddiaçının güzəştli iş stajının yetərli olması qənaətinə gəlmişdir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda “depoda növbətçi maşinist” vəzifəsi mövcud olmadığından, buna görə də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan daha az olduğundan, onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ mövcud deyil. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.9-cu maddəsinə, istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli 2-1(103)-2005/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin i zahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli 2-1(103)-2005/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli 2-1(103)-2005/2019 saylı qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırıla n halları ilə müəyyən olunur ki, **.**.1955-ci il təvəllüdlü iddiaçı 03.08.1973-cü ildən əmək fəaliyyətinə başlamış, 07.12.1974-11.11.1976-cı illərdə hərbi xidmətdə olmuş, 13.12.1976-cı ildə A X1-ci dərəcəli çilingər vəzifəsinə qəbul olunmuş, 17.11.1977-26.01.1981-ci illərdə və 28.08.198123.04.1982-ci illərdə elektrovoz maşinist köməkçisi vəzifəsində çalışmış, 23.04.198203.08.1987-ci illərdə elektrovoz maşinisti kimi, 03.08.1987-02.10.1989-cu illərdə depoda növbətçi maşinist, 02.10.1989-22.11.1989-cu illərdə manevr maşinisti, 22.11.198928.01.1992-ci illərdə növbətçi maşinist kimi işləmiş, 28.01.1992-01.06.1994-cü illərdə Təsərrüfat briqadasında qumtökən qurğunun 3-cü dərəcəli maşinisti, 05.06.199402.11.1994-cü illərdə X1 müəssisəsində gözətçi, 04.11.1994-cü ildən 29.12.1995-ci ilədək hər bi hissədə gözətçi və çilingər, 15.02.1996-15.12.1998-ci illərdə Anda çilingər, 10.08.1999-22.04.2002-ci illərdə Sutikinti Birliyində mühəndis kimi işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə cavabdehin im tinasının əsasını iddiaçının güzəştli iş stajının olmaması təşkil edir. “A” Qapalı Səhmdar Cəmiyyəti X deposu tərəfindən verilmiş 04.03.2019-cu il tarixli, 74 saylı açıqlama-arayışına istinad edən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 13.12.1976-cı ildən 01.06.1994-cü ilə kimi X deposunda 17.11.1977 26.01.1981, 28.08.1981 - 23.04.1982 illərdə elektrovoz maşinist köməkçisi, 23.04.1982 28.01.1992 illərdə elektrovoz maşinisti vəzifələrində işləmişdir. iddiaçı güzəştli iş stajı maşinist köməkçisi kimi - 03 il 10 ay 6 gün, maşinist kimi- 09 il 9 ay 4 gün, ümumilikdə 13 il 7 ay 11 gündür. Bu müddət isə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının Nəqliyyat bölməsinin 21.4 maddəsinə əsasən güzəştli təqaüd almasına imkan v erir. Beləliklə, 21 iyul 2012-ci il tarixinə (57 yaş) iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi stajı mövcud olduğundan, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtl ərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli 2-1(103)-2005/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-473/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-473/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver