Məhkəmə qərarları › İş №2-1(102)-473/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-473/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-473/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “çıxarışın v erilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1987/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1957-ci il tarixdə Ermənistan, Vardenis rayonu, Qızılkənd kəndində doğulmuşdur, ünvan 1 ünvanında daimi qeydiyyatdadır.

2. Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya verilmiş AB seriyalı 029070 nömrəli vəsiqəyə əsasən, iddiaçı 1988-ci il tarixdən Ermənistanın Vardenis rayonundan qaçqındır.

3. Xətai rayonu X7 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 17/54 nömrəli qərarından çıxarışa əsasən, Ermənistandan qaçqın düşmüş iddiaçının 6 nəfər ailə üzvü ilə birlikdə (özü və 5 uşağı) Mirzə Davud küçəsi 23 ünvanına daimi qeydiyyata alınması və hüquqlarının tanınması qərara alınmışdır.

4. Bakı ŞİH Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı 036090 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsində 8 otaq 151.2 kv.m yaşayış sahəsi, 278.2 kv.m ümumi sahəsi olan 23 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə, ******* qeydə alma nömrəsi ilə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. 5. xx.xx.2005-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına texniki p asport tərtib edilmişdir, torpaq sahəsi cəmi 583.00 kv.m təşkil edir, tikinti altında düşən hissə 246.60 kv.m, həyət 336.40 kv.m.-dir

6. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarın verilməsi barədə 19 iyul 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, müraciətinin təmin olunmasından imtina edilərək bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçını n ailəsi 1988-ci ildə Ermənistandan qaçqın düşmüşdür. ünvan 4 ünvanındakı evlərini erməni ilə dəyişmiş və orada məskunlaşmışlar. Xətai rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 17/54 nömrəli qərarından çıxarışla göstərilən ünvanda pasport qeydiyyatına alınmışlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il Fərmanının 7-ci bəndinə əsasən, 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılmış və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikintilərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin olunması qərara alınmışdır. 2005-ci ildə həmin ünvanda yerləşən evə mülkiyyət hüququ iddiaçının adına daşınma z əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarış verilmişdir. Lakin iddiaçı bilməmişdir ki, torpağı özəlləşməyib. İddiaçı torpağına çıxarış almaq üçün cavabdehə müraciət etsə də, ona imtina cavabı verilmişdir.

9. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməmişdir. Bu səbəbdə n də iddia əsassızdır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-252/2021 saylı iş) xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı 1988-ci ildə Ermənistandan qaçqın düşdükdən sonra ünvan 2 ünvanda məskunlaşmış, Xətai rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarına əsasən, ailə üzvləri ilə birlikdə həmin ünvana daimi qeydiyyata alınması və hüquq larının tanınması qərara alınmış, həmin fərdi yaşayış evi hazırda onun adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və iddiaçı hazırda həmin ünvanda daimi qeydiyyatdadır. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanının xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan 7-ci bəndindən də göründüyü kimi, 1988-1992ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətin də olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi müəyyən edilmişdir. Göründüyü kimi, qeyd olunan Fərmanla iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5 – sədrlik edən və məruzəçi, X1 və X10, 21(103)-1987/2021 saylı iş) 18 noyabr 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2 021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində Torpaq Məcəlləsinin 55, 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1, 11.1, 23, 67-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, işin halları və qanunvericiliyin tələbləri qanunsuz olaraq nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza təyin edilməmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, həmçinin üçüncü şəxslərin cəlb edilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş, nəticə də qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.

16. Əlavə olaraq qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfa tbaşına kitablardan çıxarış, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məc əlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxıl masının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icr aat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

22. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

23. Hazırkı iş üzrə iddiaçı Xətai rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 17/54 nömrəli qərarına, Bakı ŞİH Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı 036090 nömrəli qeydiyyat vəsiqəsinə, xx.xx.2005-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna istinad etməklə, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahə si üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanının 7-ci bəndinə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzs iz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin) istinad etmişdir.

24. İddianı təmin edən birinci instansiya məhkəməsi və onun nəticəsi ilə razılaşan apellyasiya instansiya məhkəməsi də sözügedən Fərmanın 7-ci bəndinə əsaslanmışlar.

25. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, hazırkı iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanının 7-ci bəndi 25 may 2006-cı il tarixli 412 nömrəli Fərmanla qüvvədən düşmüşdür.

26. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir. Əlavə olaraq, Azərba ycan Respublikasının Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər təsbit edilmişdir. Həmin əsaslardan biri də üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportdur.

27. Hazırkı iş üzrə isə Bakı ŞİH Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir.

28. Göründüyü kimi, texniki pasport xx.xx.2001-ci il tarixdən sonra tərtib edildiyindən, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilə bilməz.

29. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi hesab edir ki, hazırkı iş üzrə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslar olmadığından, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmçinin iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanının 7-ci bəndi 25 may 2006-cı il tarixli 412 nömrəli Fərmanla qüvvədən düşdüyündən iddia tələbi əsassızdır.

30. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmamış, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iddia təmin edilməməlidir.

31. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1987/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar