Məhkəmə qərarları › İş №2-1(102)-473/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-473/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-473/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosi al Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2330/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıxx.xx.2020-ci il tarixdən yaşa görə ömürlük pensiya təyin olunmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarı ilə İddiaçı pensiyası yenidən hesablanaraq 304 manat 304,49 manat məbləğində müəyyən edilmişdir. İddiaçı pensiya təyin olunarkən onun hərbi xidmət (xx.xx.1974- xx.xx.1976) və təhsil (xx.xx.1973xx.xx.1977) dövrləri birlikdə nəzərə alınmışdır.

2. İddiaçı yaş a görə əmək pensiyasının onun 1973-1992-ci illər ərzində qazanmış olduğu sığorta stajını nəzərə alaraq yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1977ci il tarixindən 01,06.1992-ci il tarixinədək Laçın rayon Mərkəzi Xəstəxanasındakı fəaliyyət dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Laçın rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli № 16 saylı arayışına əsasən Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əhatə edən dövrlərin arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğa lda qaldığına görə həmin dövrlərin araşdırılması imkan xaricindədir. Bu baxımdan həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi və eləcə də 1973-cü ildən1977 iyul ayının 6-dək hərbi xidm ət və təhsil dövrünün nəzərə alınaraq pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildən ailəsi ilə birlikdə Qarabağ hadisələri ilə əlaqədar məcburi köşkün düşmüşdür.1992-ci ilin may ayının sonunda Qarabağ hadisələri ilə əlaqədar rayonu tərk etmişdir. Həmin idarədə işlədiyi müddətdə ona əmək kitabçası da verilmişdir. Lakin əmək kitabçası işğal zonasında qalmışdır. 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində çalışmışdır. Bu barədə SSR pasportunda qeyd edilmişdir. Hal-hazırda pensiya alır.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının müraciətinə əsasən, onun işl əməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdən müraciət etdiyi tarixədək (xx.xx.2021-ci il) fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4114.97 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən 275.11 manata çatdırılmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiya məbləği 306.47 manata çatdırılmışdır. Qeyd etmək lazımdır ki, iddiaçıya məxsus xx.xx.2014-cü il tarixli 052544 nömrəli əmək kitabçasında 1977-xx.xx.1992 -ci il tarixdə Laçın Rayon Mərkəzi Xəstəxanada işlədiyi göstərilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 16 nömrəli arayışına əsasən Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.1977xx.xx.1992-ci illərə dair arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğal zonasında qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996-cı il tarixli qərarının 3.2-ci bəndinə əsasən, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama uyqun aparılır. Qeyd olunanlara əsasən idd ia tələbinin təmin olunmamasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-5227/2022 saylı 19 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin 1973-cü ildən 1977-ci il iyul ayının 6dək hərbi xidmətdə olduğu və təhsil aldığı dövrün nəzərə alınaraq pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-5227/2022 saylı 19 may 2022-ci il tarixli qərarı ilə İddiaçı 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi dövrün nəzərə alınaraq, pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı 1977-ci ildən may 1992-ci ilədək Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işləməsi faktının düzgünlüyünün yoxlanılmasının mümkün olmamasına, eləcə də iddiaçı tərəfindən 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi illəri təsdiq edəcək heç bir sübutun məhkəməyə təqdim edilməmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Laçın rayon X1 Hüquqi Şəxsi tərəfindən məhkəmə təqdim olunmuş 02 saylı xx.xx.1 992-ci il tarixli əmrdən çıxarışa əsasən, Laçın rayonu işğal olunandan sonra tibb işçiləri ayrı-ayrı tibb müəssisələri üzrə xx.xx.1992-ci il tarixdən iş yerləri hesabına işdə saxlanmış hesab edilmişdirlər. Həmin əmrə əlavə edilmiş siyahıda 435-ci sırada İddiaçı adı öz əksini tapmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2330/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova-sərdlik edən, M.N.Tağızadə və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5227/2022 saylı 19 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək İddiaçı “05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi dövr nəzərə alına raq pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

13. Məhkəmə qeyd etmişdir ki, Laçın rayon X1 Hüquqi Şəxsinin təqdim etdiyi əmrlərin qeydiyyat jurnalına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 02 saylı xx.xx.1992ci il tarixli əmr 897 şəxsə münasibətdə qəbul edilmişdir. Həmin qeydiyyat jurnalına əsasən əmrin 435-ci sırasında İddiaçı Mirik həkim məntəqəsində məntəqənin müdiri vəzifəsində saxlanılması göstərilmişdir. İddiaçı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən 1977-1992-ci illərdə adı çəkilən müəssisədə işləmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğ v edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə iddiaçının müraciətin verilmiş imtinanın və iddia ərizəsinə qarşı verilmiş etirazın məzmunu eynilik təşkil etmişdir. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1, 22-1.3, 37.1.3 və İnzibati Prosessual Məcəllənin 12.1 və 58.7-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kasasiya şikayətinə dair etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların f ərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

19. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək ki tabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 20. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 21. (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1 31.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət tə min edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaq la qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

30. Kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi, cavabdeh hazırda iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövr mübahisələndirilir.

31. Cavabde hin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və iddiaçının 1977-1992-ci illərdə yuxarıda adı çəkilən müəssisədə işləməsi barədə onun əmək kitabçasında qeydlər mövcuddur və bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehə aid olsa da, cavabdeh bu halı sübuta yetirə bilməmişdir.

32. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mübahisə olunan dövr üçün apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Laçın rayon X1 Hüquqi Şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş 02 saylı xx.xx.1992-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Laçın rayonu işğal olunandan sonra tibb işçiləri ayrı-ayrı tibb müəssisələri üzrə xx.xx.1992-ci il tarixdən iş yerləri hesabına işdə saxlanmış hesab edilmişlər. Həmçinin həmin əmrə əlavə edilmiş siyahıda 435-ci sırada İddiaçı adı öz əksini tapmışdır.

33. Beləliklə, işin sadalanan hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən 1977-1992-ci illərdə adı çəkilən müəssisədə işləmiş və göstərilən sığorta stajını nəzərə alınmaması üçün hər hansı bir əsas yoxdur.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

35. Beləliklə, cavabdehin kassasiya şikayəti əsassız olduğundan rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2330/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRA RA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2330/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar