Məhkəmə qərarları › İş №2-1(102)-473/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-473/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-473/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Prezident təqaüdünün təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “prezident təqaüdünün təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2674/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1985-ci ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş və 1990-cı ildə həmin X2 və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 30 iyun 1990-cı il tarixli qərarı ilə ona rus dili və ədəbiyyatı müəllimi ixtisası verilmişdir.

2. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, xx.xx.1990-cı ildən xx.xx.2015-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 6 aprel 2010-cu il tarixli (protokol № 15 – k) qərarı ilə İddiaçı pedoqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi və 22 may 2013-cü il tarixli (protokol № 15 – k) qərarı ilə təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədris metodikası) ixtisası üzrə dosent elmi adı verilmişdir.

4. İddiaçı prezident təqaüdünün təyin edilməsi bağlı cavabdeh orqana müraciət etmişdir.

5. Cavabdeh tərəfindən həmin müraciətdən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, i şləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 24 il 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımında n mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, orta təhsilini bitirdikdən sonra 1985-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olmuşdur. 1990-cı ildə həmin X2 və Ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Daha sonra təhsilini davam etdirmiş və xx.xx.2010-cu il tarixdə ona pedaqogika üzrə fəlsəfə doktoru “təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası)” ixtisası üzrə elmi dərəcəsi verilmişdir. xx.xx. 2013-cü il tarixdə isə ona “Dosent” elmi adı verilmişdir. Ona məxsus olan əmək kitabçasından görünür ki, xx.xx.1985-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif tədris müəssisələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına uyğun olaraq fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, təqaüdün təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi ona məxsus əmək kitabçasının surətindən, iş stajının 25 ildən çox olması öz təsdiqini tapır. Göründüyü kimi, qanunvericiliklə tə ləb edilən sənədlərin surətini cavabdehə təqdim etsə də, cavabdeh əsassız olaraq Prezident təqaüdünün təyin edilməsindən imtina etmişdir.

8. Cavabdeh tərəfindən iddiaya qarşı etirazın dəlilləri imtina məktubu ilə eynilik təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1385/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təsis edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüqu qu olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanının tələblərinə görə, 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ təsbit edilmişdir. Fərmanda elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində elmi fəaliyyətlə məşğul olan müddəası nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən cavabdehin dəlillərinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq sonuncu tərəfindən 30 dekabr 2022-ci il tarixli, 10-10-128/12 nömrəli məktubla daxil olmuş cavab məktubundan müəyyən edilmişdir ki, Tovuz rayon pioner evində dərnək rəhbəri vəzifəsi pedaqoji fəaliyyət sahəsinə aiddir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2674/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, R.Səmədov və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edil məsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Tovuz rayon pioner evində dərnək rəhbəri vəzifəsində işləmişdir. Lakin qeyd olunan dövrlərdə olan sosial sığorta stajı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olmadığından elmi fəaliyyətə daxil edilməmişdir.

16. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər elmi müəssisə və təşkilatlarda və ya təhsil mü əssisələrində olan sosial sığorta stajı kimi təsdiqlənmədiyindən, İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

17. Qeyd edir ki, Tovuz rayon pioner evinin elmi müəssisə, təşkilat və ya təhsil müəssisəsi olması ilə bağlı məhkəmələr tərəfindən hər hansı araşdırılma həyata keçirilməmiş, yalnız dərnək rəhbəri vəzifəsinin təhsil prosesinin iştirakçıları kateqoriyasına aid olması ilə bağlı sorğuya əldə edilmiş cavab məktubuna əsasən iddia tələbi əsassız olaraq təmin edilmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapital ı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 31.0.1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunkt lar və başqaları; 31.0.2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndistexniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul ola n rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;

21. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiya çıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.

22. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddə lərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı nın ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin f aktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Hazırkı mübahisəyə münasibətdə qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının elm i müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajının 24 il 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olması və xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Tovuz rayon pioner evində dərnək rəhbəri vəzifəsində işləməsi ilə bağlıdır. Qeyd olunan dövrlərdə olan sosial sığorta stajı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olmadığından elmi fəaliyyətə daxil edilməmişdir.

31. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dərnək rəhbəri vəzifəsi təhsil prosesinin iştirakçıları (Maddə 31) kateqoriyasına aiddir və Tə hsil Qanununun 31-ci maddəsinin 31.0.2-ci bəndinə əsasən təhsil verənlər (pedoqoji işçilər) sırasında daxil edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, elmi fəaliyyət elmi araşdırmalarla bağlı fəaliyyət növü olduğundan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun təhsil sistemində elmi araşdırmaları özündə ehtiva edən 25-ci maddəsi ilə tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 25.1-ci bəndinə uyğun olaraq təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və onların müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzilər, kafedralar, laboratoriyalar və s.) aparılır. Qeyd olunan səbəblərdən İddiaçı xx.xx.1985-ci il tari xdən xx.xx.1989-cu il tarixədək Tovuz rayon pioner evində dərnək rəhbəri vəzifəsində işlədiyi müddət elmi deyil, pedoqoji fəaliyyət sahəsinə aiddir.

32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21-ci bəndində göstərilən Fərmanın tələblərinə əsasən, 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ təsbit edilmişdir.

33. Göründüyü kimi sözügedən Fərmanın tətbiqi məhz elmi fəaliyyətlə məşğul olanları nəzərdə tutmamışdır.

34. Beləliklə, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2674/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar