Məhkəmə qərarları › İş №2-1(102)-474/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-474/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-474/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (açar söz: söküntüyə görə kompensasiya tələbi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Iddiaçı iştirakı ilə Iddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2-1(103)2026/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ X XDS İK- nin 29.05.1981-ci il tarixli **** saylı qərarı ilə Iddiaçı yaşadığı ünvanın yaxınlığında 3×6 ölçüdə standart dəmir qarajın müvəqqəti quraşdırılmasına icazə verilmişdir. 11 noyabr 1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X XDS İK-nin 29.05.1981- ci il tarixli ****saylı qərarına əsasən Iddiaçı məxsus dəmir qaraja dair Iddiaçı ilə X arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında *** nömrəli, 16 oktyabr 2007-ci il tarixli müqaviləyə əsasən Torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən Iddiaçıicarəyə verilmişdir. Müqavilə 16.10.2007-ci ildən 16 oktyabr 2056-cı ilədək bağlanmışdır. İddiaçı ünvan yaşayış binasının qarşısında yerləşən qa rajın sökülməsi müqabilində kompensasiya alması barədə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin araşdırılması məqsədi ilə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məktub ünvanlanmış, sonuncu tərəfindən verilmiş 27.04.2016-cı il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan sahədə yaşıllıq zolağı mövcuddur. Bundan sonra iddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşıiddia ərizəsi ilə1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyətindən ondan alınan 26,4 kv.m torpaq sahəsi üçün 52800 manat məbləğində və həmin torpaq üzərində və mişar daşından inşa edilmiş qarajın uçurulması üçün isə 15000 manat məbləğində kompensasiya olmaqla, cəmi 67800 manat məbləğində kompensasiya alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyətindən ona məxsus olmuş qarajın uçuruması ilə əlaqədar olaraq 16000 manat məbləğində pulun kompensasiya olaraq tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 11 noyabr 1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan yaşayış binasının qarşısında yerləşən 26,4 kv.m sahəsi olan qarajı almış və həmin tarixdən də qeyd edilən qaraj onun mülkiyyətində olmuşdur.Onunla Binəqədi Bələdiyyəsi arasında bağlanmış 16 oktyabr 2007-ci il tarixli *** saylı müqavilə əsasında həmin qarajın yerləşdiyi 26,4 kv.m torpaq sahəsi 50 illik müddətə onun icarəsinə verilmişdir. Bu ndan sonra o, həmin qarajdan istifadə etmiş və o zaman dəmirdən olan həmin qarajı mişar daşı ilə tikərək, dəmir qapı qoymuş və qarajın damını dəmir-betonla örtmüşdür.Qeyd edilən müqaviləyə əsasən isə Bələdiyyə tərəfindən həmin torpaq sahəsi ona qaraj tikintisi üçün icarəyə verilmiş, həmin torpaq sahəsi Bələdiyyə mülkiyyəti olmuş, İcra hakimiyyətinə aidiyyəti olmamışdır. O, qeyd edilən icarə müqaviləsindən irəli gələn hüququndan istifadə edərək, həmin torpaq üzərində daş qaraj inşa etmiş, yəni dəmirdən olan qarajını daşla əvəz etmişdir.O, həmin torpaq sahəsi üzərində olan, ona məxsus daş qarajdan, həmin qaraj Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülənədək maneəsiz istifadə etmişdir. Lakin, 2012-ci ildə Binəqədi rayon icra Hakimiyyəti tərəfindən ona məxsus daş qarajı sökülmüş, həmin qaraj sökülən zaman ona heç bir xəbərdarlıq edilməmişdir. O, sökülən qarajı üçün kompensasiya tələb edən zaman isə İcra Hakimiyyətindən sökülən qarajın konstruksiyasının mişar daşından olmasını sübut edən hər hansı bir sənəd olmadığına görə ona kompensasiya ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Halbuki, «Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllləsi»nin 79.1.1ci maddəsinə əsasən icarədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmadığından o, dəmir qarajı heç bir icazə olmadan mişar daşı ilə tikib düzəltmiş və bu səbəbdən həmin qarajın mişar daşı ilə olması barədə o, heç bir sənəd əldə edə bilməmişdir. Bundan əlavə qeyd edilən torpaq sahəsi onun qanuni istifadəsində olduğun a görə və həmin torpaq sahəsinin mülkiyyətçisi İcra hakimiyyəti olmadığına, yəni torpaq dövlət mülkiyyətində olmadığına görə, qeyd edilən torpaq sahəsi İcra Hakimiyyəti tərəfindən ondan geri alına bilməz, həmin torpaq sahəsində ucaldılmış tikili sökülə bilməzdi. Torpaq sahəsi üzərində yerləşən və mişar daşından inşa etdirdiyi qarajın sahəsinin də 26,4 kv.m olmasını və damının dəmir beton olması nəzərə alınsa, qeyd edilən tikilinin təxminən 16000 manat dəyəri olmuşdur ki, həmin tikilinin də uçurulması üçün Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ona 16000 manat məbləğində kompensasiya ödənilməlidir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-32/2019 saylı, 23 may 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Iddiaçı məxsus olmuş dəmir qarajı n sökülməsi ilə əlaqədar olaraq 16000 (on altı min) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin 23 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2-1(103)-2026/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-32/2019 saylı, 23 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli qaraj üzərində sahiblik və istifadə hüququ olmuş, mü lkiyyət hüququ isə gözlənilən hüquq olmuşdur. Digər tərəfdən cavabdeh etiraz ərizəsində iddiaçının sahiblik və istifadəsində olmuş dəmir qarajın Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülmədiyini iddia etsə də, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27 aprel 2016-cı il tarixli məktubun surətindən görünür ki, həmin sahənin abadlıqquruculuq işləri zamanı söküldüyü, yaşıllıq zolağının mövcud olması təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2-1(103)-2026/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının Binəqədi rayon İcra Hakimiyyətinə qarşı inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi barədə iddia irəli sürməsi və cavabdehin üzərinə m üvafiq öhdəliklərin qoyulması tələbi əsassızdır. İddiaçı həmin qarajın Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər hansı bir dəlil təqdim etməmişdir. İş materiallarından da göründüyü kimi mübahisələndirilən qarajın müvəqqəti olaraq quraşdırılmasına icazə verilmişdir. Dəmir qaraja dair notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması hələ həmin qarajın iddiaçının mülkiyyətində olmasını təsbit etmir. Belə ki, mövcud qanunvericilikdə qarajlar müvəqqəti xarakter daşıdığından onlara dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmır. Qarajlara dair Daşınmaz Əmlaknı Dövlət Reyestri tərəfindən Texniki Pasport tərtib olunur ki, bu da qarajlara dair mülkiyyət hüquqlarının olmasını sübut edən sənəd hesab olunmur, texniki pasport adından da g öründüyü kimi, qarajların yalnız texniki göstəricilərini özündə əks etdirir. Buna baxmayaraq, iddiaçının mübahisələndirdiyi qaraja dair hətta texniki pasportu da mövcud deyildir. İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də, məhkəməyə bunu təsdiq edən hər-hansı sənəd təqdim etməmişdir. Kassator MM-nin 21.1, 21.2-ci maddələrinə, İPM-nin 90.1-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2-1(103)-2026/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş dir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019cu il tarixli 2-1(103)-2026/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, X XDS İK-nin 29.05.1981-ci il tarixli ****saylı qərarı ilə Iddiaçı yaşadığı ünvanın yaxınlığında 3×6 ölçüdə standart dəmir qarajın müvəqqəti quraşdırılmasına icazə verilmişdir. 11 noyabr 1992ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X XDS İK-nin 29.05.1981- ci il tarixli ****saylı qərarına əsasən Iddiaçı məxsus dəmir qaraja dair Iddiaçı ilə X arasında notaria l qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında *** nömrəli, 16 oktyabr 2007-ci il tarixli müqaviləyə əsasən Torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən Iddiaçı16.10.2007-ci ildən 16 oktyabr 2056-cı ilədək icarəyə verilmiş və müvafiq müqavilə bağlanmışdır. Bələdiyyə Mülkiyyətinin idarə edilməsi Şöbəsinin mühəndis memarı tərəfindən situasiya planı tərtib edilmişdir. İddiaçı ünvan yaşayış binasının qarşısında yerləşən qarajın sökülməsi müqabilində kompensasiya alması barədə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin araşdırılması məqsədi ilə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məktub ünva nlanmış, sonuncu tərəfindən verilmiş 27.04.2016-cı il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan sahədə yaşıllıq zolağı mövcuddur. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, sökülən qarajın iddiaçının mülkiyyətində olması və qarajın altında olan torpağın iddiaçının icarəsində olması işin mübahisəsiz hallarına aiddir. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin II bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Hazırkı iş üzrə iddiaçı əmlakından məhrum olmuş və ona kompensasiya ödənilməmişdir. Cavabdeh kassasiya şikayətində dəmir qarajın Binəqədi rayon İcra Hak imiyyəti tərəfindən sökülmədiyini iddia etsə də, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27 aprel 2016-cı il tarixli məktubda həmin sahənin abadlıq-quruculuq işləri zamanı söküldüyü, yaşıllıq zolağının mövcud olması qeyd edilmişdir. «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.III.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mü bahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddiaçı mülkiyyətindən kompensasiya ödənilmədən məhrum olduğundan, onun hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur. Ödəniləcək kompensasiyanın məbləği ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, «X » MMC tərəfindən təqdim edilmiş ekspert rəyinə əsasən, Ünvan qarşısında 26.4 kv.m torpaq sahəsində mövcud olmuş və sökülmüş Iddiaçı 11.11.1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı metal konstruksiyalı qarajın 10 aprel 2019-cu il tarixə olan bazar qiyməti 16000 (on altı min) manat təşkil edir. Sözügedən ekspert rəyi ilə müəyyən edilmiş məbləğ məhkəmə kollegiyası tərəfindən ağlabatan hesab olunur və həmin ödəniləcək kompensasiya məbləğinin daha az olmalı olmasında dair hər hansı mötəbər sənəd isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2-1(103)-2026/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar