Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-474/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 26 sentyabr 2023-ci il tarixli, 21(103)-3407/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1976-cı ilin may ayından 1978-ci ilin iyul ayınadək hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.2007-ci ilədək Bakı Baş Tikinti İdarəsində işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-50274/2023 nömrəli imtina məktubunda göstərilmişdir ki, iddiaçının sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 15 il 14 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-c i il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və ona xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHK ƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi müddəti ümumi iş stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05.1976-cı ildən xx.xx.2007-ci ilə qədər 6 nömrəli Bakı Baş Tikinti İdarəsində 2-ci, 3-cü dərəcəli malyar, 4-cü dərəcəli malyar-suvaqçı, 5-ci dərəcəli suvaqçı, rəngsazlar briqadasının briqadiri vəzifələrində çalışmışdır. Lakin, cavabdeh onun xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi müddəti ümumi iş stajına da xil etməmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək müddətin ümumi iş stajına daxil edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh müraciət ərizəsi ilə əlaqədar imtinaedici inzibati akt qəbul edərək aktını onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alnımadığı üçün xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə t utulmayıb. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış cavabından görünür ki, onlar xx.xx.1975-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan əmək qabiliyyətini düzgün qiymətləndirməyiblər. Bu illər ərzində iddiaçı və iş yoldaşları Bakı şəhərinin və ətraf qəsəbələrin tikintisində, quruculuğunda böyük əziyyət çəkmişlər. Bu əziyyətin qarşılığında Bakı Baş Tikinti idarəsi növbəlilik əsasında iddiaçıya xx.xx.1994-cu ildə ünvan 1 ünvanındakı mənzillə dəyərləndirmişdir. ARƏƏSMN-nin hesablamadığı və nəzərə alm adığı tarixlərdə Bakı Baş Tikinti idarəsi onu mənzillə təmin edib. İşlədiyi və ƏƏSMN-in hesablamadığı xx.xx.1992-ci ildən xx.xx.2007-ci il tarixədək idarə onun fərdi hesabının sığorta hissəsinə pensiya kapitalının hesablamadığı məbləğdə iddiaçının heç bir günahı yoxdur. İşləməyi əmək kitabçasında qeyd olunub və bunun müqabilində mənzil verilib. Əgər işləməsə idi, xx.xx.1992-ci ildən xx.xx.2007-ci ilə qədər mənzil verilməzdi. Hesab edir ki, bu qanunsuzdur və cavabdehin üzərinə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Belə ki, onun müvafiq əmək stajı qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir (“Əmək pensiyaları haqqında” Qanun, maddə 31.2 və “İnzibati icraat haqqında” Qanun, maddə 19). Yaşa görə əmək pensiyasının hesablanması zamanı bü tün əmək stajı və ona uyğun olaraq bütün sosial sığorta stajı nəzərə alınmalıdır (“Əmək pensiyaları haqqında” Qanun, maddə 1.0.2 və 7).
6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2-1(112)-8782/2023 nömrəli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, iddiaçıya xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi müddəti ümumi iş stajına daxil etməklə 65 yaşının tamam olduğu xx.xx.2023-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı müddət lər, xx.xx.1978-ci ildən xx.xx.2007-ci ilə qədər Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə işlədiyi müddətlər (cəmi 30 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-ci il tarixli, 2-1(103)-3407/2023 nömrəli qərarı ilə (hakimlər: hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Öz mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 7, 21.2, 22.2-ci maddələrinə, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə istinad etmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kasasiya şikayətinin dəlillərinə görə, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-cİ il tarixədək olan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı hər hansı araşdırılma aparılmışdır, həmçinin həmin dövrlərə qeyd olunan əsas üzrə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bununla bağlı bildiririk ki, İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi həyata keçirilməmişdir
14. Kassator ape llyasiya məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1, 25-ci maddələrinin pozulmasını qeyd edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəs sisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası h üququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, b ir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə qismən riayət edilməmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilmiş hissədə iddia rədd edilməli, qalan hissədə isə qərar dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin hallarından müəyyən edilir ki, cavabdehin mübahisələndirdiyi dövr idd iaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlı olmuşdur.
24. Məhkəmə kollegiyası xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlə bağlı yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə qeyd edir ki, həmin dövrün sosial sığorta stajına daxil edilə bilməsi üçün iddiaçının Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə işləməsi faktının müəyyən edilməsi kifayət edir. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından isə müəyyən edilir ki, iddiaçı həmin müəssisədə xx.xx.1978-ci ildən fasiləsiz olaraq işləyib. Bu iddiaçıya məxsus əmək kitabçasında olan qeydlər ilə də öz təsdiqini tapmış, həmin qeydlərin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icra at haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Bundan başqa, qanunvericilik qaydasında müəssisələr xx.xx.2006-cı il tarixədək olan ödənilməmiş məcburi dövlət sosial sığorta haqqlarından azad edilmişlər. Beləliklə, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan fəaliyyət dövrünü sosial sığorta stajına daxil etməkdə apellyasiya məhkəməsi haqlı olmuşdur. 25. xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrü pensiyanın təyin edilməsinə əsas təşkil edən sosial sığorta stajına daxil edərkən isə apellyasiya məhkəməsi düzgün qərar verməmişdir.
26. Belə ki, xx.xx.2006-cı il tarixdən sonra kı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Apellyasiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən ümumən iddiaçının Bakı Baş Tikinti İdarəsində işlədiyi dövrün əmək kitabçasında qeydə alınmasına istinad etmiş, lakin iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə əhəmiyyət verməmişdir.
27. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsini qərarı qismən yəni, “xx.xx.2 006-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3407/2023 nömrəli qərarı qismən yəni, “xx.xx.2006-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.