Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-475/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-475/19 Bakı şəhəri 13 fevral 2019-cu il 13.02.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun vəkili Vəkil2 iştirakları ilə İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-1(103)-2633/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə icla sında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş Prokurorun 07 avqust 2014-cü il tarixli, 10/48-11/215k saylı əmrinin ləğv edilməsi və Baş Prokurorluqda Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə və ya ona bərabər başqa vəzifəyə bərpa edilməsinə, işləmədiyi dövrə görə əmək haqqının, əmək haqqına əlavələrin və müavinətlərin hesablanaraq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. (1)Daha sonra iddiaçı, iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, “Biləsuvar rayon Polis Şöbəsinin təhqiq at qrupunda araşdırılmış 24 material üzrə rayon prokuroru Qabil Əliyev tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarların ləğv edilməsi” və “bir material üzrə qərarın ləğv edilərək 27 may 2014-cü il tarixdə X2 barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanılması ilə əlaqədar aparılmış araşdırmanın son nəticələri barədə qərarların” ona verilməsi, rayon prokuroru Qabil Əliyevin qanunsuz hərəkətləri barədə xidməti yoxlama aparıb qanunamüvafiq tədbirlər görülməsi və ona vurduğu mənəvi zərərə görə 10.000 manat məbləğində pulun ödənilməsi barədə qərardad və yol verdiyi qanun pozuntularına görə barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. (2)Daha sonra, iddiaçı iddia tələblərinin artırılması barədə m əhkəməyə ərizə təqdim edərək, vəzifəsindən əsassız azad edilməsinə səbəb olmuş 04 dekabr 2011-ci il tarixdə Sumqayıt şəhəri ərazisində qeydə aldığı yol-nəqliyyat hadisəsinin istintaqının yekun nəticəsi kimi qərarın təsdiq olunmuş surətinin ona verilməsi, rayon prokuroru Sərdar İmanovun qanunsuz hərəkətləri barədə xidməti yoxlama aparıb qanunamüvafiq tədbirlərin görülməsi və ona vurduğu mənəvi zərərə görə 10.000 manat məbləğində pul ödəməsi barədə qəradad və yol verdiyi qanun pozuntularına görə barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. (3)Daha sonra, iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, vəzifədən azad edilməsinə səbəb olmuş 04 dekabr 2011-ci il tarixdə Sumqayıt şəhəri ərazisində qeyd edilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 04 dekabr 2011-ci il tarixdə iş vaxtından, yəni saat 18 radələrindən sonra və 05 dekabr 2011-ci il tarixdə ***-**-** və həmin ərəfədə bacısı X1 adına olmuş ***-***-**-** nömrəli mobil telefonundan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli telefonlara daxil olmuş və çıxmış zənglər barədə Azercell Telekom MMC-dən arayışın və məlumatın ona təqdim edilməsini xahiş etmişdir. (4)Daha sonra, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, pozulmuş hüquqlarının bərpa edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, iş üzrə əsas sübutları olan və 08 iyun 2000-ci il, 14 dekabr 2011-ci il, 07 avqust 2014-cü il tarixli vəzifədən azad edilməyi barədə əmrlərin, barəsində aparılmış xidməti yoxlama materialları ilə tanış olmağı ilə yanaşı tərtib edilmiş yekun arayışların təsdiq edilmiş surətlərinin, işə bərpa edilməyinə dair etdiyi 25 sentyabr 2017-ci il tarixli müraciətinə cavab verilməsi, 2011-2018-ci illərə aid maddi yardımların verilməsi barədə, hər il verilmiş həmin əmrlərin surətlərinin, 1985-ci ildən 08 yanvar 2018-ci il tarixə kimi məzuniyyətə çıxmağı ilə əlaqədar Baş prokurorun əmrlərinin surətləri, həmin dövrlərdə aldığı əmək haqqı, mükafat, maddi yardım və s. pul vəsaitləri barədə arayışın, axırıncı haqq-hesab sənədlərinin və müraciətlərində də göstərdiyi digər sənədlərin, arayışların və məlumatların ona təqdim edilməsi barədə, habelə Baş Prokurorluğun müvafiq əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərə görə 50.000 manat məbləğində pulun ödənilməsi öhdəliyinin inzibati orqan olan cavabdehin üzərinə qoyulması barədə qərar və həmçinin həmin vəzifəli şəxslərin yol verdikləri qanun pozuntularına görə barələrində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. (5)Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə müraciət edərək, Baş prokurorluğun tələb olunan sənədləri verməmək hərəkətsizliyi ilə bağlı iddiaya ilk növbədə baxılmasını və təmin edilməsini, əvvəlki qaldırdığı iddia tələbləri onlara etdiyi dəyişikliklər həcmində, artırılmış və dəqiqləşdirilmiş sayılması, sərəncamda saxlandığı müddətdə ona verilməmiş əmək haqqı və digər ödənişlər (maddi yardım, müalicə pulu), pensiyaya çıxarkən ödənilən birdəfəlik məbləğin həcmində vəzifə maaşına görə yaranmış fərqi, onların gecikdirilməsinə görə 2%-lik ödənc - məhkəmə qərarı icra edilən günə olan məbləğilə ödənməsi, həmin ödənişlərin ona verilməməsinin Avropa insan Hüquqları Konvensiy asının 1-ci (mülkiyyət) və 14-cü (ayrı-seçkiliyə məruz qalamaq) maddələrinin pozuntusu kimi tanınması, xidməti yerə köçmə xərcləri, ürək və şəkər xəstəliyilə əlaqədar müalicə pulunun, 36 günlük məzuniyyətin 6 günlük ödənilməmiş hissəsinin, əmək kitabçasının, son haqq hesabın vaxtında verilməməsinə görə kompensasiyanın və bütün bu ödənişlərin gecidkirilməsinə görə 2%-lik ödənc — məhkəmə qərarı icra edilən günə olan məbləğilə ödənməsi, Azərbaycan Respublikası Baş Prokurorunun 28 dekabr 2001-ci il tarixli, 08/17407 saylı və 7 sentyabr 2001-ci il tarixli 08/125 JSTQ-1 25 nömrəli əmrlərin qanunsuz hesab edilməklə, onlara əsasən şənbə, istirahət günləri, iş vaxtından əlavə, növbətçiliyə görə işlədilmələri qarşılığından verilməli olduğu halda verilməmiş ikiqat əməkhaqqı həcmində əmək haqqı ödəniş lərin ödənməsi, onların gecikdirilməsinə görə 2%-lik ödənc - məhkəmə qərarı icra edilən günə olan məbləğilə ödənməsi barədə, mənəvi ziyana görə 200.000 AZN məbləğində vəsaitin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş və qeyd etmişdir ki, hazırkı hesablamalarla ümumi həcmi 17.248. 811,68 AZN olmaqla əlavə sənədlər təqdim edildiyi təqdirdə və məhkəmə qərarlarının icrası gününə qədər dəqiqləşdirilə bilər. Hazırki hesablama 30 avqust 2018-ci il tarixinə qədər olan halları təsvir edir. (6)İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, hazırda işdə olan əvvəldən verilmiş və sonradan əlavə edilmiş bütün iddia tələbləri üzrə məbləğlər müəyyən edilərkən və iddialar təmin edilərkən inflyasiya və devalvasiyaya görə indeksasiya edilməklə hesablanmış olması barədə göstərişin məhkəmə qərarında öz əksini tapmasının təmin edilməsini xahiş etmişdir. (7)İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, xidmət illərində istifadə olunmamış məzuniyyətlərin ona verilməsi və son iş günü barədə əmək kitabçasında müvafiq qeydin məzuniyyətin son günü kimi qeyd olunmasına dair düzəlişin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə və bu hüququnun pozuntusunun Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci (şəxsi həyat hüququ - həm istirahət hüququ, həm də sosial və maddi nəticələrə malik fərdi peşəkar fəaliyyət hüququ kontekstində) və 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququnun) pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizələr məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Biləsuvar rayon prokuroru Qabil Əliyevin Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin rəisi Müqəddəs Sultanovun adına yazdığı məktubları əsasında onun barəsində qərəzli və qanunsuz xidməti yoxlama aparılmış və yoxlama nəticəsində qəbul olunmuş Azərbaycan Respublikası Baş Prokurorunun 07 avqust 2014-cü il tarixli, əmrinə əsasən 3 ildən artıq müddətdə sərəncamda saxlanılmışdır. Halbuki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatların ixtisarına görə vəzifədən azad edildikdə üç ay müddətinə sərəncamda ola bilər və onun prokurorluq orqanlarından xaric edilməsi üçün əsaslar aşkar olunduqda onun barəsində v əzifədən azad etmə intizam tənbehi tətbiq oluna bilər. Əks təqdirdə isə prokurorluq işçisi prokurorluq orqanlarında işə təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etiraz təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2-1(82)1283/2018 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) iddia mümkün sayılmamışdır. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh inzibati orqana qarşı yönəlmiş iddia tələbləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş iddia növlərindən birinə uyğun olmalı və inzibati aktın ləğvi və ya dəyişdirilməsi, inzibati aktın qəbul edilməsi eləcə də faktiki hərəkətlərin yerinə yetirilməsi və ya onların yerinə yetirilməsindən çəkinmə formasında cavabdeh tərəfindən konkret olaraq hansı hərəkətlərin yerinə yetirilməsi tələbdə əks olunmalıdır. İddia tələblərinin bir qismi qanunvericiliklə müəyyən edilmiş iddia növlərini əhatə etsə də, digər bir qismi isə ümumilikdə publik hüquqi münasibətlərdən irəli gələn mübahisələrə aid olmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddia tələblərinə mahiyyəti üzrə baxılmaqla təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-1(103)-2633/2018 saylı qərardadı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qə rarında göstərilmiş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35.1, 37-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin mümkün sayılmaqla mahiyyəti üzrə baxılması və təmini və onun “Əsas insan hüquqlarının və Azadlıqlarının Müdafiəsi üzrə Avropa Konvensiyasının” 4, 6, 8, 10, 13, 14, 17 və 18-ci maddələri ilə qorunan hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, onun iddia tələbləri ilə bağlı olan və mübah isə ilə bağlı düzgün nəticəyə gəlinməsi üçün zəruri olan sənədləri cavabdehlərdən ala bilmədiyi üçün, həmin zəruri sənədlərin cavadehlərdən əldə olunması ilə bağlı məhkəməyə müraciət etmiş və müraciətlərində iddia tələblərinin priorotetlik baxımından baxılma ardıcıllığına dair dəlillərini göstərmişdir. Belə ki, iddia ərizəsinə dəqiqləşdirmələr şəklində təqdim olunmuş həmin ərizələrdə cavabdehlərdən alınması tələb olunan sənədlər əldə olunmadan, mübahisəyə mahiyyəti üzrə baxılaraq düzgün hüquqi qiymətin verilməsi mümkün deyildir. Sənədlərin tələb olunmasına dair ərizələrin məhkəməyə ayrı-ayrılıqda təqdim olunmasına və ayrı icraat qaydasında baxılmasının tələb edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi icraatların birləşdirilməsi barədə qərardad qəbul etmədən həmin ərizələrin eyni i craatla bağlı təqdim olunmasına və həmin ərizələrin inzibati xarakter daşımadığına istinad etməklə bütünlükdə iddianı mümkün hesab etməmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi hər-hansı əlavə araşdırma aparmadan birinci instansiya məhkəməsinin qərardadında göstərilənləri öz qərardadına köçürmüş və əlavə olaraq iddianın mümkün sayılmamasına dair mövqeyinin əsasandırılması üçün Ali Məhkəmənin 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarına istinad etsə də, həmin Qərarın ayrı-ayrı icraatların bir-birinə mane olmadan hansı qaydada baxılmalı olmasına dair tələblərini nəzərə almamışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə koll egiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsi qərardadında işin halları və əsaslandığı sübutlar barədə bildirilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən apellyasiya məhkəməsi iddianın İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyini müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddia tələbləri formal olaraq biri-biri ilə bağlı olsa da, əslində tələblər İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddiaların fərqli növlərinə aiddir ki, bu isə onların mümkünlük şərtlərinin birlikdə yoxlanılmasını istisna edir. İddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyət etibarı ilə iddia ərizəsi ilə uyğunluq təşk il etmiş, lakin kassasiya şikayətində apellyasiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair gəldiyi mövqeyin qanunsuz olmasına və iddianın hansı əsaslara görə mümkün hesab edilməli olmasına dair dəlillər göstərilməmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab etmişdir. Azərbaycan Respublikası İPM-nin: - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri et məkdən çəkinməyə dair iddia mümkün sayılır; - 2.2-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair (mübahisələndirmə haqqında) (2.2.1); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında) (2.2.2); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında) (2.2.3); və inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair (müəyyən hərəkətləri etməkdən çə kinməyə dair) (2.2.4) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; İnzibati məhkəmə icraatı qaydasında məcburetmə haqqında iddianın mümkün sayılması üçün inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı), iddianın məqsədi olmalı (əlverişli inzibati aktın qəbul edilməsi), iddianın qaldırılmasından əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli, iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli, iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Həmçinin öhdəliyin icrasına dair iddiaların mümkünlük şərti də iddiaçı tərəfindən müvafiq inzibati orqana müraciət edilməsini, həmin inzibati orqan tərəfindən isə iddiaçının arzuladığı nəticədən imtina olunmasını ehtiva edir. İddia tələblərinin bir qisminin mahiyyəti iddiaçının cavabdeh qurumda tutduğu vəzifəy ə bərpa edilməsi ilə bağlıdır. Lakin, iddiaçı bu tələbin əsaslandığı halları sübuta yetirə bilməsi üçün tələb olunan sübutların cavabdehdən alınması ilə bağlı müvafiq vəsatətlərin verilməsinin əvəzinə onları iddia tələbi kimi təqdim etmişdir. Bu əsasla, məhkəmə düzgün olaraq onları iddiaçının tələbi kimi qəbul edərək onların mümkünlük şərtlərini yoxlamışdır. Belə ki, onun xidmətdən xaric olmasının əsassız olmasını təsdiq edəcək sənədlərin tələb olunması, əmrin ləğvi, habelə işlədiyi vəzifəyə və ya ona uyğun digər vəzifəyə işə bərpa olunmasına dair iddia tələbləri ilə bağlı olan inzibati mübahisələrin xüsusi mümkünlük şərtləri mövcuddur ki, onların bir icraatda yoxlanılması mümkün deyil. Həmçinin, mübahisənin birinci instansiya məhkəməsindəki baxışı zamanı məhkəmə iddiaçıya iddia tələblərin in dəqiqləşdirilməsini təklif etmiş və bununla bağlı ona vaxt vermiş, lakin iddiaçı iddia tələblərini dəqiqləşdirməyərək məhkəməyə yalnız iddia tələbinin həcminin artırılması ilə bağlı ərizələr təqdim etmişdir. İddia tələblərinin digər bir qismini, Biləsuvar rayon prokuroru Qabil Əliyevin və Sumqayıt şəhər prokuroru Sərdar İmanovun qanunsuz hərəkətləri barədə xidməti yoxlama aparılaraq qanunamüvafiq tədbirlərin görülməsi təşkil etmişdir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun: - 28.1-ci maddəsinə əsasən, prokurorluq işçisi xidməti intizamı pozduqda və ya intizam tənbehinin tətbiq olunmasına digər əsaslar olduqda, habelə işçi intizam məsuliyyətinə cəlb edilməsi ilə razılaşmadıqda xidməti yoxlama aparılır; - 28.2-ci maddəsinə əsasən, xidməti yoxla manın aparılması qaydası Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən müəyyən edilir. Maddələrin tələblərindən aydın olduğu kimi, prokurorluq işçiləri tərəfindən xidməti intizamın pozulduğu hallarda xidməti yoxlamanın aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Baş Prokurorunun səlahiyyətlərinə aiddir. İnzibati işin 22-ci vərəqində yer alan, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən göründüyü kimi, iddiaçı iddia tələbində adıçəkilən prokurorluq əməkdaşlarının qanunsuz hərəkətlərinə dair xidməti yoxlamanın aparılması tələbi ilə cavabdehə müraciət etməmiş, bununla da məcburetmə və öhdəliyin icrasına dair iddia növlərinin inzibati orqana müvafiq müraciətin edilməsinə dair mümkünlük şərti ödənilməmişdir. İddia tələbinin digər bir qismini isə, iddiaçının bacısı qızının adına olmuş mobil telefondan digər telefonlara daxil olmuş və çıxmış zənglər barədə “xxxx” MMC-dən arayışın və məlumatın ona təqdim edilməsi təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair 04 aprel 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, inzibati hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. İddia tələbinin yuxarıda göstərilən qisminin yönəldiyi subyekt olaraq “xxxx” MMC isə hüquqi şəxs olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda göstərilməmiş v ə iddiaçının tələbinin qiymətləndirilməsi baxımından ona münasibətdə inzibati aktın qəbul edilməsində səlahiyyətli olmamışdır. Məhkəmə Kollegiyası qeyd edilənləri nəzərə alaraq apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik bir neçə iddia tələbinin bir iddiada birləşdirilməsinə yalnız o şərtlə yol vermişdir ki, həmin iddialar bir-biri ilə əlaqədə olmaqla eyni məhkəməyə aid olsun və ən əsası eyni cavabde hə qarşı yönəlsin. Hazırda isə iddiaçı dörd fərqli iddia tələbini iki fərqli, faktiki olaraq isə həmin iddialara cavab verməli olmayan cavabdehlərə yönəltmişdir. Beləliklə iddiaçı tərəfindən iddianın irəli sürülməsinin prosessual tələbləri aşkar şəkildə pozulmuşdur. Bu baxımdan da hazırkı iddia tələbləri aşağı instansiya məhkəmələri tərəfindən haqlı olaraq mümkün sayılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının: - 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaç ının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır; - 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun; - 7-ci bəndinə əsasən, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İfadə edilmiş hüquqi mövqeyi rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqi marağının hansı məsələ ilə bağlı olduğ unu müəyyən etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respub likası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-1(103)-2633/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-475/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-475/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver