Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-475/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi; hüquqi maraq. hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (25.6.2013-cü il təvəllüdlü; şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE********) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “02.06.2020-ci il tarixli, **********5 saylı əmrin qismən, iddiaçıya münasibətdə ləğv olunaraq dəyi şdirilməsi və iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi X1 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1934/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 15 fevral 2012-ci ildə Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsində Əmək birjası sektorunun müdiri kimi işə başlamış, 18 yanvar 2019cu il tarixdən isə Bakı şəhəri B inəqədi rayon X1 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
2. Cavabdeh orqanın “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi haqqında” 02 iyun 2020-ci il tarixli əmrinin icrası haqqında **********5 nömrəli 02 iyun 2020-ci il tarixli əmrindən çıxarışa əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar həmin tarixdən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağdam rayon Statistika İdarəsinin 09 avqust 2021-ci il tarixli 13/k nömrəli əmrinə əsasən ləğv edilmiş Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində işləmiş və ehtiyat kadrlar siyahısına daxil edilmiş iddiaçı 10 avqust 2021-ci ildən Ağdam rayon Statistika İdarəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağdam rayon Statistika İdarəsinin 13 sentyabr 2021-ci il tarixli 16/k əmrinə əsasən, iddiaçının dövlət qulluğuna öz xahişi ilə həmin tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiаçı 10.08.2020-ci il tarixdə cаvаbdеhə qаrşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 02.06.2020-ci il tarixli, **********5 saylı əmrin qismən, ona münasibətdə ləğv olunaraq dəyişdiri lməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi X1 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, məlum hadisələrlə əlaqədar olaraq Ağdamdan olan məcburi köçkündür. Ailə üzvləri – həyat yoldaşı, yetkinlik yaşına çatmayan oğlu, 2-ci qrup əlil və Qarabağ müharibəsi veteranı atası onun himayəsindədirlər. O, ali təhsillidir, 22 avqust 2000-ci ildən əmək fəaliyyətinə başlamış, 2012-ci ilədək müxtəlif təşkilatlarda işləmişdir. 01 yanvar 2009-cu ildən dövlət qulluqçusudur. İşlədiyi 20 il müddətində qüsursuz xidmət etmiş, fəxri fərmanla təltif o lunmuş və barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olmaqla, sonuncu iş yerində - Bakı şəhəri Məşğulluq İdarəsinin Binəqədi rayon Məşğulluq Mərkəzi üzrə YAP-ın ərazi təşkilatının sədridir. Cavabdeh tərəfindən barəsində verilmiş 02.06.2020-ci il tarixli, **********5 saylı əmrin 3.27ci bəndi ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Vəzifədən azad olunması barədə əmr verilməsini 04 iyun 2020-ci il tarixdə iş gününün sonunda iş yoldaşlarından eşitmişdir. Bu barədə ona rəsmi məlumat verilməmişdir. Barəsində olan adıçəkilən əmrin surəti bu günədək rəsmi qaydada iddiaçıya verilməmişdir. Əmək ki tabçası ona 09 iyun 2020-ci ildə təqdim edilmişdir. Əmr verilərkən həm “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, həm də əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Mübahisələndirilən əmrlə Məşğulluq Xidməti tam ləğv edilməmiş, həmin orqan yenidən təşkil edilmiş və ştat sayları ixtisar edilmişdir. Əmrdən məlum olur ki, işəgötürən tərəfindən dövlət qulluğu orqanının ləğv edilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Lakin cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilməmiş, işlədiyi rəhbərliyin qərəzli məlumatı əsasında o, yenidən işə qəbul edilməmiş, dövlət qulluğunda qüsursuz xidmətləri nəzərə alınmamış, dövlət qulluğunda ondan az iş stajı olan işçilər işdə saxlanılmış, hətta işə yeni işçilər qəbul edilmiş, məcburi köçkün olmağı, YAP ərazi təşkilatının sədri olmağı, himayəsində azyaşlı oğlunun, həyat yoldaşının və 2-ci qrup əlil olan Qarabağ müharibəsi veteranı, 74 yaşlı atasının olması nəzərə alınmamışdır. İddiaçı göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh iddia tələbinə verdiyi yazılı etirazında işin hallarını qeyd etmiş və bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə əsasən xitam verilmiş, həmçinin o, 02.06.2020-ci ildən ƏƏSMN-də ehtiyat kadr siyahısına daxil edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim M.Hacıbəyova, 2-1(112)-4938/2021 saylı iş) 06 may 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən halların a əsasən, iddiaçının mübahisələndirdiyi əmr cavabdeh orqanın öz səlahiyyətləri çərçivəsində Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi məqsədilə verilmişdir. İddiaçı dövlət qulluqçusu olmaqla, Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi kimi 02 iyun 2020-ci il tarixədək xidmət etmişdir. İddiaçının əmək müqaviləsinə 02 iyun 2020-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar xitam verilmişdir. Həmçinin, işin faktiki hallarına əsasən, ləğv edilmiş Dövlət Məşğulluq Xidmətinin bazasında yeni yaradılmış dövlət orqanında ştatların sayı iddiaçının müvafiq vəzifəyə keçirilməsinə imkan vermədiyi üçün (il k növbədə peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslərin analoji vəzifəyə təyin edildiyi səbəbindən) iddiaçının işə düzəldilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçının Dövlət Məşğulluq Xidmətində xidmət etməsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanunazidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi üçün məhkəmənin gəldiyi nəticəyə görə hazırkı iddianın hüquqi əsasları mövcud deyildir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağdan rayon Statistika İdarəsinin 09.08.2021-ci il tarixli 13/k əmri ilə iddiaçı avqust ayının 10-dan Ağdam rayon Statistika İdarəsin in aparıcı məsləhətçisi təyin edilmiş, həmin İdarənin 13.09.2021-ci il tarixli əmri ilə dövlət qulluğuna xitam verilmişdir (öz arzusu ilə).
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Bektaşisədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn, 2-1(103)-1934/2021 saylı iş) 30 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin 06 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, ehtiyat kadr siyahısına daxil edilmiş iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6 və 28.9-cu maddələrinə uyğun olaraq 10 avqust 2021-ci ildən Ağdam rayon Statistika İdarəsi ndə aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş və onun dövlət qulluğuna öz xahişi ilə xitam verilmişdir. Belə olan halda, hazırkı iddia tələbi İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün səbəblərin aradan qaldırıldığı, qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüququnun pozulması halı müəyyən edilməmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün hesab edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
15. Apellyasiya məhkəməsi İnzibati Prosessua l Məcəllənin 35.1-ci maddəsinə istinad edərək iddia tələbi ilə çıxış edilməsi üçün səbəblərin aradan qalxdığını, qanuni əsasların mövcud olmadığını, iddiaçının hər hansı bir hüququnun pozulması halının baş vermədiyini müəyyən etmişdir. Lakin, apellyasiya məhkəməsinin qərardadı əsaslandırılmamışdır. İnzibati Prosessual Məcəllədə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında iddianın mümkün sayılmaması əsasları göstərilmişdir. Qərardadda apellyasiya məhkəməsinin bu əsaslardan hansını tətbiq edərək iddianı mümkün saymamasını müəyyən etmək olmur. Halbuki, iddiaçının hüquqlarının pozulması kifayət qədər əsaslandırılmış və iddia tələbi aydın ifadə olunmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kass asiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkə mə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
18. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin in tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
21. İlk növbədə məhkəmə tərkibi qey d edir ki, iddiaçının iddia tələbi 02.06.2020ci il tarixli, **********5 saylı əmrin qismən, iddiaçıya münasibətdə ləğv olunaraq dəyişdirilməsi və iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi X1 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə barədədir. Başqa sözlə, iddiaçının hüquqi marağı tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və əvvəlki vəzifəsində işini davam etdirməsidir.
22. Apellyasiya instansiya məhkəməsi iddia tələbini mümkün saymayaraq ona istinad etmişdir ki, iddiaçı məhkəmə prosesinin gedişində - 2021-ci ilin avqust-sentyabr aylarında Ağdam rayon Statistika İdarəsində aparıcı məsləhətç i vəzifəsində işləmiş, həmin vəzifədən öz xahişi ilə azad edilmişdir ki, bu da onun hazırki iddia tələbi ilə çıxış etməsi üçün səbəblərin aradan qalxdığı və iddiaçının qanunla qorunan hər hansı bir hüququnun pozulmadığı mənasına gəlir.
23. Məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq bildirir ki, iddiaçının məhkəmə prosesinin gedişində Ağdam rayon Statistika İdarəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilməsi və dövlət qulluğuna öz xahişi ilə xitam verilməsi onun iddia tələbinə mahiyyəti üzrə baxılması imkanını məhdudlaşdırmamalıdır. Belə ki, iddiaçı 02 iyun 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, 10 avqust 2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və iş apellyasiya instansiyası məhkəməsinə 19 iyun 20 21-ci il tarixdə, kassasiya instansiya məhkəməsinə isə 19 yanvar 2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə prosesləri 2 ilə yaxındır ki, davam edir. İddiaçının bu müddət ərzində əmək hüquqlarını realizə edərək başqa bir işdə işləməsi onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırıcı amil kimi çıxış edə və bu iddianın mümkünsüzlüyünə əsas verə bilməz. Belə ki, iddiaçı məhkəmədə mübahisə yekunlaşanadək bu və digər səbəbdən, o cümlədən maddi həyat səviyyəsini təmin etmək üçün işləyə bilər və onun inzibati orqanın əmrini mübahisələndirməsi konstitusion hüququnun (əmək hüququnun) realizəsində maneə təşkil etmir və ya başqa işdə işləməsi onun hazırkı iddiaya marağının olmaması anlamına gəlməyə əsas vermir.
24. Beləliklə, məhkəmə tərkibi iddianın mümkünsü zlüyü ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir.
25. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2-1(103)-1934/2021 saylı qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.