Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-475/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2017/2022 nömrəli iş üzrə 20 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1973-xx.xx.1975-ci illərdə Texniki-peşə məktəbində oxumuşdur.
2. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci il ilə qədər SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur (2 il 20 gün).
3. İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə Texnoloji sexdə fəhlə, çilingər (2 il 1 ay 9 gün), xx.xx.1978-xx.xx. 1978-ci illərdə Tikinti sahəsində sürücü (3 ay 14 gün), xx.xx.198027. 07.1981-ci illərdə Tikinti-quraşdırma sahəsində sürücü (7 ay 1 gün), xx.xx.1981xx.xx.1982-ci illərdə Kənd-tikinti sənayesi sahəsində sürücü (7 ay 25 gün), xx.xx.1982xx.xx.1983-cü illərdə Avtotransport təşkilatında sürücü (8 ay 28 gün), xx.xx.1983xx.xx.1986-cı illərdə zavodda sürücü (3 il 5 ay 28 gün), xx.xx.1986-xx.xx.2002-ci illərdə Quraşdırma idarəsində çilingər (15 il 9 ay 11 gün) vəzifələrində işləmiş, xx.xx.2002-ci il tarixdən hazıra qədər “Caspian W1RF.İ.İNE Senices” LTD-də sürücü-operator vəzifəsində işləyir. 4. “Caspian Wireline Services” LTD-nin Azərbaycan Respublikasındakı filialının xx.xx.2021-ci ildə CWS/L-024 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı “Caspian Wireline Services” LTD şirkətində Azərbaycan Respublikasındakı filialında xx.xx.2002-ci il tarixdən hal-hazırki tarixə qədər “sürücü-operator” peşəsində işində işləyir. Həmin vaxtdan etibarən o, neft quyularında istifadə olunan partlayış və radioaktiv təhlükəli maddələrinin daşınması və quyuların tədqiqatı üzrə operator işini (perforasiya və karotaj işləri) icra edir. Bu əmək funksiyası və işçinin peşəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 10.1.(a) bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hü ququ verir. Əmək Şəraitinə görə güzəştli şərtlərlə əmək staji: 18 il, 1 ay, 4 gün təşkil edir.
5. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilərək iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, sürücü-operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft qaz kondensantı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəş tli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-xx.xx.1975-ci illərdə peşə təhsili məktəbində oxumuş, xx.xx.1975-xx.xx.2002-ci illərdə müxtəlif sahələrdə əmək fəaliyyəti göstərm işdir. xx.xx.2002-ci il tarixdən hazıra qədər “Caspian W1RF.İ.İNE Senices” LTD-də sürücü-operator vəzifəsində çalışır. 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixə qədər 40 ildən çox ümumi əmək stajı və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən-əmək stajı 13 il təşkil etmişdir. “Caspian WİRELİNE Services" LTD tərəfindən verilmiş arayışda-"neft quyularında istifadə olunan partlayış və radioaktiv təhlükəli maddələrinin sürücü olaraq daşınma və quyuların tədqiqatı üzrə (perforasiya və karotaj işləri) operator işi” icra etdiyi qeyd olunur. Zərərli sahə hesab edilən “operator" peşəsi üzrə güzəştli pensiya hüququ verən əmək funksiyası üzrə 16 il iş stajı olmuşdur. O, görüləcək operator, karotajçı işlərin icrası zamanı lazım olan radioaktiv və partlayış xarakterli malları avtoma şın sürməklə, sürücü olaraq mədənə apardıqdan sonra digər işçilərlə bərabər əsas funksiyanı yerinə yetirir. Cavabdeh təşkilata müraciətləri əsassız olaraq müsbət cavablandırılmamışdır.
8. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın fərdi hesabın sığorta hissəsində qeydə alınmış p ensiya kapitalı əmək pensiyasının minimum) məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X1 qərarlarını, X1 sədrin in sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının, Mərkəzi Filiala təqdim etdiyi 3 mart 1976-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında 3 sentyabr 2002-ci il tarixindən bugünədək “Caspian Wireline Services LTD” şirkətində sürücü-operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi sürücü-operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 7-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək siyasi hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1( 112)-2804/2022 nömrəli (hakim M.Hаcıbəyоvа) qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının “sürücü operator” peşəsində iş stajı 2015-ci il tarixinə 13 ildən çox olsa da həmin peşədə iş stajı ona güzəştli şərtlərlə pensiya almaq hüququ vermir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu “neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı” qrafası üzrə 10.1 bölməsində göstərilən quyuların tədqiqatı üzrə operatorlar və quyuların yoxlanılması (sınaması) üzrə operatorlar peşəsi iddiaçının işlədiyi peşəsinə (sürücü-operator) uyğun gəlmir. İddiaçının 2015-ci il tarixinə ümumi iş stajı 25 ildən artıq olmasına baxmayaraq, əmək fəaliyyəti dövründə işlədiyi peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmaması təsdiq edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2017/2022 nömrəli (hakimlər C.Yusifov /sədrlik edən və məruzəçi/, E.Kazımov və N.Cəfərov) qərarı ilə iddiaçı t ərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2804/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya 57 yaşından (xx.xx.2015-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın, pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 il əvvəlki dövr üzrə (xx.xx.2018-ci il tarixdən), ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, qeyd etmişdir ki, iddiaçının əsas icra etdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş Siyahının 10.2 "Neft, qaz və qaz kondensatının hasilatı "a) fəhlələr” bölməsinin 15-ci sətrində nəzərdə tutulan güzəştli pensiya hüquq u verən “quyuların tədqiqatı üzrə operator” işində 57 yaşının tamam olduğu tarixə qədər 12 il 6 aydan da çox çalışdığı sübuta yetirilir. Cavabdeh tərəfindən iddiaçının 12 il 6 ay güzəştli stajının olmaması əsası ilə ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunması qanunsuz olmuş, qanunla qorunan hüquqlarını pozmuşdur.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti imtina məktubuna və iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respubl ikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əm ək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olan redaksiyada). Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən ed ilmiş müddətlərə təyin edilir.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qa ydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamenta l vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbər lik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
25. Bununla belə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Cavabdehin şikayətinin məzmununa görə iddiaçının xx.xx.2002-xx.xx.2015-ci il (57 yaş) tarixləri arasındakı dövr ərzində "Caspian Wireline Services” LTD-nin Azərbaycan Respublikasındakı filialında işlədiyi “sürücü-operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 7-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək siyasi hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmamışdır.
27. Kasasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.
28. Qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən mü əyyən edir.
29. Apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın mübahisələndirdiyi hal - iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajının olmaması faktı araşdırılarkən “Caspian Wireline Services LTD” şirkətinin 3 fevral 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş iddiaçının işə qəbul olunması və icra etməli olduğu işlər barədə 2-2002/HR nömrəli xx.xx.2002-ci il və Ol-2003/HR nömrəli xx.xx.2003-ci il tarixli əmrlərdən müəyyən olunur ki, İddiaçı - 03 sentyabr 2002-ci il tarixdən sürücü operator vəzifəsinə işə qəbul edilmiş, onun aylıq maaşı ştat cədvəlinə uyğun olaraq təyin edilmiş, xx.xx.2002-ci il tarixdən şirkət üzrə “sürücü-operator” peşəsi üzrə işə qəbul olunmuşdur. Onun əmək funksiyalarını dəqiq göstərmək üçün əmrə əlavədə qeyd olunmuşdur ki, “işçini n əsas əmək funksiyası “operator” vəzifəsi olaraq “neft quyularının tədqiqatı üzrə operator” əmək funksiyasının icrasını təmin etmək, habelə quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri və karotajçı işlərini icra etməkdən ibarətdir. İşçi sürücülük hüququna malik olduğundan “sürücü” olaraq mədənlərdə istifadə ediləcək zəruri partlayış və radioaktiv təhlükəli maddələri nəqliyyat vasitəsilə mədən obyektinə aparmaq, mədən- geofiziki partiyaların və dəstələrin fəhlələri və karotajçılarla birlikdə quyularda işləri icra etmək tapşırılmışdır.” 30. “Caspian Wireline Services LTD” şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı neft quyularında istifadə olunan partlayış və radioaktiv təhlükəli maddələri nin daşınması və quyuların tədqiqatı üzrə operator işini (perforasiva və karotaj işləri) icra edir. Bu əmək funksiyası və işçinin peşəsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N°-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 10-cu bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə əmək staji: 18 il, 1 ay, 4 gün təşkil edir. 31. “Caspian Wireline Services LTD” şirkətinin 19 oktyabr 2022-ci il tarixli məktubunda iddiaçının əsas icra etdiyi işin quyuların tədqiqatı üzrə ope rator işi olduğu və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş Siyahının 10-cu bölməsində, AR NK-nın 21.062993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş köhnə Siyahının isə 1 nömrəli Siyahısında "X” bölmədə 11000000a-15832 kodunda nəzərdə tutulduğu göstərilmişdir.
32. Bununla da apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının güzəştli stajını əks etdirən “Quyuların tədqiqatı üzrə operatorlar” göstəricisi 2006-cı ildən sonra tamamlandığı üçün, hazırkı mübahisəyə tətbiq edilməli olan 2007-ci ildə qəbul olunmuş Siyahıdır ki, həmin Siyahının da “10.2 "Neft, qaz və qaz kondensatının hasilatı” "a) fəhlələr” bölməsinin 15-ci sətrində (köhnə Siyahıda 11000000a-15832 kodunda) nəzərdə tutulur.
33. Beləliklə iddiaçının 57 yaşının tamam old uğu xx.xx.2015-ci il tarixinədək xüsusi iş stajı 12 il 6 aydan artıqdır və bu staj onun iş yeri tərəfindən verilmiş təfərrüatlı arayışlarla təsdiq olunur.
34. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlandığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
35. Əlavə olaraq yuxarıda istinad edilən qanunvericilik normalarının tələbləri baxımından qeyd edilməlidir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, qanunda müəyyən edilmiş müddətlərə təyin edilir.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.
37. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 21(103)-2017/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.