Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-475/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) 15.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2648/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı Dəmiryol Nəqliyyatı Texnikumunda ”tikinti və dəmiryol nəqliyyatı yol təsərrüfatının istismarı” ixtisası üzrə əyani orta ixtisas təhsili almış, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. 05.10.1987-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.2006-c ı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 3. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı Bakı Metropoliteninin Yol xidmətində xx.xx.1988-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “yol ustası”, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək “böyük yol ustası” vəzifəsində çalışmışdır (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti). xx.xx.2014-cü il tarixdən hal-hazıradək "xxxx" QSC-nin Yol xidmətində “böyük yol ustası” (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti) vəzifəsində işləyir. Qeyd: Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:00-dan 05:30-dək). İddiaçının əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlavə ödəniş hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Döyüşən ordunun tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. Veteranlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
5. İddiaçı cavabdehə müraci ət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, təqdim etdiyi sənədlərdə iddiaçının xx.xx.1988-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yol xidmətində “yol ustası” vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi “yol ustası” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox olmuş və həmin müddətin də 12 il 6 aydan çoxunu güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləmişdir. O, cavabdehə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən ona pensiya təyinatından imtina edilərək onun pensiya hüququ pozulmuşdur.
9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli stajı olmadığı üçün ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından və "xxxx" QSC-nin arayışından görünür ki, iddiaçının işlədiyi “yol ustası”, “böyük yol ustası” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli və xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş müvafiq Siyahılarda nəzərdə tutulmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışda müvafiq siyahılara istinad olunmamışdır və bu halda həmin arayış güzəştli arayış kimi qəbul edilə bilməz. İddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun hesab edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq, iddianın təmin olunmaması xahiş edilir.
10. Birinci instansiya məhkəməsinin sorğusuna "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli cava b məktubunda qeyd edilmişdir ki, iddiaçı Bakı Metropoliteninin Yol xidmətində xx.xx.1988-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “yol ustası” (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti), xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək “böyük yol ustası” (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30dək), 24% xüsusi zərərli əmək şəraiti), xx.xx.2014-cü il tarixdən hal-hazıradək "xxxx" QSCnin Yol xidmətində “böyük yol ustası” (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti) vəzifəsində işləyir. İddiaçının xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 34 il 5 ay 19 gün (xx.xx.2022-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı il ə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “21. Nəqliyyat” bölməsinin “21.5. Metropolitenlər” fəslinə (“bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri)”) aiddir ki, bu da, qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarla təsdiq edilmiş Siyahının “23000000 XXVİİİ. Nəqliyyat” bölməsinin “23002000
2. Metropolitenlər” fəslinin “2300200b-23186” şifrəsi ilə tənzimlənir. “Yol ustası” müntəzəm olaraq əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq texniki baxış və təmir işləri keçirməklə metropolitenin istismarında olan yolların və yol ayırıcılarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təşkil edir, yoldəyişdiricilərin yağlanmasına və təmizliyinə mütəmadi olaraq nəzar ət edir, metro xətlərinin təmir prosesini düzgün, vaxtında və hərəkətin təhlükəsizliyinin təminatı ilə yerinə yetirir, metro xətlərinin təmirinə cəlb edilən yol montyorlarını əməyin mühafizəsi, təhlükəsizlik texnikası və hərəkətin təhlükəsizliyi qaydalarının, o cümlədən yanğından mühafizənin norma və qaydalarının izahı üzrə iş öncəsi təlimatlandırır. Bundan başqa o, yollarda aparılan cari və əsaslı təmir işlərinin (epür (fiqur proyeksiyalarının düz səth üzərində çertyoju) üzrə şpalların və əks-qaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasına nəzarət edir. Böyük yol ustası sadalananlardan əlavə distansiyanın yol ustası və yol montyorlarının işinə n əzarət edir, peşə ixtisasının artırılması istiqamətində onlarla texniki məşğələlər keçirir. Qeyd: Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:00-dan 05:30-dək). İddiaçının əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlavə ödəniş hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 nömrəli Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 15 mart 2023-cü il tarixli, 2-1(112)-2816/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2022-ci ildə tamamlamışdır. İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1988-xx.xx.2006-cı il tarixlərdə əmək fəaliyyəti dövrünün bir hissəsi xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək hərbi xidmət keçdiyi dövr ilə üst-üstə düşür. Məhkəmə əmək fəaliyyətinin hərbi xidmətlə üst-üstə düşən hissəsindən yalnız birini – xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün ayrıca ümumi iş stajına hesablanmasını əsaslı sayır, həmin dövrlə üst-üstə düşən əmək fəaliyyəti dövrünü əlavə olaraq (təkrar ən) ümumi iş stajına daxil etmir. İddiaçının Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövrün bir hissəsi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrünə təsadüf edir. Belə ki, məhkəmə sorğusu ilə Müdafiə Nazirliyindən əldə edilmiş hərbi xidmətkeçmə ilə əlaqədar arayışdan görünür ki, iddiaçının xx.xx.1993-xx.xx.1994-cü ilədək (702 nömrəli hərbi hissə tərkibində iştirak) hərbi xidmət dövrü bilavasitə döyüş şəraitində aktiv döyüş əməliyyatlarında iştirak dövrüdür. Qeyd edilməlidir ki, məhkəmə yuxarıda adıçəkilən hərbi xidmət dövründən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək 20 gün və xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixədək olan 1 il 4 ay 6 gün olmaqla 1 qat olaraq ümumi iş stajına hesablanmasını qanuni hesab edir. İddiaçının xx.xx.1993-xx.xx.1994-cü il tarixlə rdə olan döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövrü isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən 2 qat ölçüdə, yəni 8 ay 22 gün (4 ay 11 gün x 2) olmaqla hesablanmalı olduğu nəticəsinə gəlir. Beləliklə iddiaçının ümumi iş stajı xx.xx.1980xx.xx.1984-cü il tarixlərdə təhsil dövrü 3 il 5 ay 25 gün; xx.xx.1984-xx.xx.1987-ci il tarixlərdə hərbi xidmət dövrü 3 il 19 gün; xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə əmək fəaliyyəti dövrü 8 ay 1 gün; xx.xx.1988-xx.xx.1993-cü il tarixlərdə əmək fəaliyyəti dövrü 5 il 5 ay 13 gün; xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə 20 gün və xx.xx.1994-xx.xx.1995-ci il tarixlərdə 1 il 4 ay 6 gün hərbi xidmət dövrü; xx.xx.1993-xx.xx. 1994-cü il tarixlərdə 2 qat ölçüdə hərbi xidmət dövrü 8 ay 22 gün; xx.xx.1995-xx.xx.2006-cı il tarixlərdə əmək fəaliyyəti dövrü 10 il 3 ay 18 gün olmaqla, cəmi 25 il 1 ay 4 gün təşkil edir və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur.
13. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin Siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Məhkəmə cavabdehin iddiaçının işləmiş olduğu “yol ustası” vəzifəsinin Siyahıda nəzərdə tutulmaması barədə formal mülahizədən ibarət dəlili ilə razılaşmır. İddiaçının əmək fəaliyyətinə dair sənədlə r və məhkəmənin sorğusu əsasında təqdim edilmiş güzəştli iş arayışı onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat” bölməsinin “23002000
2. Metropolitenlər” fəslinin 2300200b-23186 şifrəsində “bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri)” zərərli peşələr kimi göstərilmişdir. İddiaçının xx.xx.1988xx.xx.1993-cü il və xx.xx.1995-xx.xx.2006-cı il tarixlərdə xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 15 il 9 ay 1 gün təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 20 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2648/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instan siyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının mini mum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müva fiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 2 60-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 19 97-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə 68 Hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) pensiya almaq hüququ verən iş stajına ikiqat ölçüdə daxil edilir (Əslində həmin maddənin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasında qeyd edilən müddətin üçqat ölçüdə daxil edildiyi müəyyən edilmiş və “qazanılmış hüquq” konsepsyası baxımından iddiaçıya münasibətdə tətbiq edilə bilər (əlavə 4 ay 11 gün hesablanmış olacaq), lakin məhkəmələr həmin məsələyə toxunmayıb, iddiaçı da şikayət vermədiyindən həmin halı mübahisələndirməyib). 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqə dar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri n 2 nömrəli Siyahısı” 23000000 – XXVİİİ. Nəqliyyat 23002000 –
2. Metropolitenlər 2300200b—23186 – bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri)
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş y erinin arayışı;
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kas sasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiy aları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsin in qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də o nun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
35. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarını n araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
36. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 37. “Əmək pensiyaları h aqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
38. Bu qərarın 20-21-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan i şlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanması.
39. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
40. Həmçinin iddiaçının işlədiyi peşənin (Bakı Metropolitenində “yol ustası”) və sahənin nəqliyyat sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına a lan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
41. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının bilavasitə işl ədiyi müəssisə tərəfindən verilmiş arayışı mötəbər hesab etməsini də əsaslı sayır.
42. Beləliklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instans iyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2648/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.