Məhkəmə qərarları › İş №2-1(102)-475/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-475/2025

27.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-475/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2nə (üçüncü şəxslər: X23 və qeyriləri) qarşı “qərarın qismən etibarsız və onun hüquqi nəticələrinin həmin hissələrdə qanunsuz sayılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 okt yabr 2024-cü il tarixli, 2-1(103)-439/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya aid sənədlər:

1. Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Bilgəh qəsəbəsi, “Çayka” pioner düşərgəsinin şərqində Avtoekspedisiya trestinə ayrılmış torpaq sahəsində kooperativ bağların tikintisinin layihələndirilməsinə icazə verilmiş, ayrılmış torpaq sahəsinin 4,0 ha hissəsində tikintinin aparılması üçün xx.xx.1989-cu ildə inşaat pasportu təsdiq edilmiş və ayrıc aktı tərtib edilmişdir. Torpaq sahəsində tikintinin aparılması üçün İddiaçı Bağ-Tikinti Kooperativi və nizamnaməsi qeydiyyata alınmışdır.

2. Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tari xli qətnaməsi ilə iddiaçının təsisçilərinin bərabər, yəni 1/28 paylarla adlarının sadalanan müxtəlif fiziki şəxslərdən ibarət olması faktı müəyyən edilmiş, kooperativin yeni nizamnaməsi xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

3. İddiaçı Bağ-Tikinti Kooperativi yeni nizamnaməsi xx.xx.2011-ci il tarixdə təsdiqlənmişdir. Həmin Nizamnaməyə əsasən: - Kooperativin 28 üzvü var: X57, X93, X8, X46, X47, X34, X48, X77, X68, X78, X17, X79, X69, X35, X104, X7, X80, X36, X49, X94, X24, X50, X25, X58, X51, X70, X37 və X38. - Nizamnamənin 5.1-ci bəndinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə olan üzvlərinin paylarına bölünür.... 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu i l tarixli qərarına əsasən İddiaçı Bağ-Tikinti Kooperativinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ayrılmış 4,0 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir.

5. Həmin məhkəmə qərarının icrası qaydasında iddiaçının adına xx.xx.2012-ci il tarixdə A № 420054 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.

6. Yuxarıda qeyd edilən məhkəmə qərarının məzmununda qeyd edilmişdir ki, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə 4,0 ha torpaq sahəsi ayrılsa da, bir hasarın daxilində 5,3 ha torpaq sahəsi mövcuddur. Göründüyü kimi 1,3 ha torpaq sahəsi zəbt olunmuşdur.

7. Həmçinin iddiaçının adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş A № 420054 say lı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində zəbt kimi 1,29 ha göstərilmişdir. İddiaçıya aid hüquq müəyyənedici sənədlərin mübahisələndirilməsi üzrə digər məhkəmə icraatları:

8. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarı xx.xx.1991-ci ildən etibarsız hesab edilmiş, həmin qərar əsasında aparılmış sənədləşmələr torpaqdan təyinatı üzrə 2 (iki) il ərzində istifadə edilmədiyi üçün qüvvəsini itirmiş hesab edilmişdir.

9. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə (Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı) Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ləğv edilmişdir.

10. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncam ı ilə yenidən Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarı xx.xx.1991-ci ildən etibarsız hesab edilmiş, həmin qərar əsasında aparılmış sənədləşmələr qüvvəsini itirmiş hesab edilmişdir.

11. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ləğv edilmiş, gələcəkdə eyni əsaslarla sərəncamın qəbulu qadağan edilmişdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1430/2022 nömrəli qərarı). Üçüncü şəxslərə aid sənədlər:

12. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu (yanvar, 1998ci il tarixli) ilə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 35 saylı ev Zenfira Salahzadəyə məxsus olmuşdur (5,29 ha faktiki torpaq sahəsi, 386.5 kv.m. evin sahəsi).

13. X13 və Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında fərdi yaşayış evi X2 adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1 saylı DNK-nun xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu onun adına dəyişdirilmişdir.

14. Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 5,29 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, eyni zamanda torpaq sahəsinin eskiz sxemi və torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. 15. 12.12.2005-ci il tarixli vəsiyyətnaməyə əsasən, X5 ünvan 1 ünvanında fərdi yaşayış evini nəticəsi Maraqlı şəxs vəsiyyət etmişdir.

16. X5 xx.xx.2010-cu ildə vəfat etmişdir. 17. ünvan 1 ünva nında fərdi yaşayış evi (387 kv.m.) və 5,29 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə Kübra Camalovanın adına qeydiyyata alınmış, fərdi yaşayış evinin texniki pasportu tərtib edilib verilmişdir.

18. Kübra Camalovanın vəsiyyətnaməsinə əsasən ünvan 1 ünvanında fərdi yaşayış evi (387 kv.m.) və 5,29 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınmışdır.

19. Daha sonra Maraqlı şəxs xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilələri ilə: - 0,53 ha torpaq sahəsini X27; - 0,65 ha torpaq sahəsini X39; - 0,54 ha torpaq sahəsini X14; - 0,44 ha torpaq sahəsini X40; - 0,48 ha torpaq sahəsini X15; - 0,56 ha torpaq sahəsini X28; - 0,63 ha torpaq sahəsini X60; - 0,46 ha torpaq sahəsini X61; - 0,65 ha torpaq sahəsini X18; - 0,35 h a torpaq sahəsini və fərdi yaşayış evini X1.

20. Daha sonra, xx.xx.2014-cü il tarixli bağışlama müqavilələri əsasında: - X52 torpaq sahəsinin yarısını, yəni 0,265 ha hissəsini X10; - X62 torpaq sahəsinin yarısını, yəni 0,32 ha hissəsini X9; - X29 torpaq sahəsinin yarısını, yəni 0,265 ha hissəsini X30; - X63 torpaq sahəsinin yarısını, yəni 0,22 ha hissəsini X53; - X31 torpaq sahəsinin yarısını, yəni 0,235 ha hissəsini X11; - X54 torpaq sahəsinin yarısını, yəni 0,28 ha hissəsini X64 bağışlamışlar.

21. Göründüyü kimi, xüsusi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınmış ünvan 1 ünvanında fərdi yaşayış evi (387 kv.m.) və 5,29 ha torpaq sahəsi tamamilə alqı-satqı və bağışlama müqavilələri əsasında digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi nin üst-üstə düşməsi ilə bağlı işin halları: 22. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə kooperativ bağların tikintisi üçün İddiaçı Bağ-Tikinti Kooperativinin daimi istifadəsinə ayrılmış 4,0 ha torpaq sahəsi ilə Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 saylı qərarı ilə X4 ayrılmış 5,29 ha torpaq sahəsi naturada üst-üstə düşürmü?

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14178 saylı xx.xx.2016-cı il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqatla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən mübahisəli 5,3 hektar t orpaq sahəsinin əvvəllər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışına əsasən xüsusi mülkiyyət kimi X2 adına qeydiyyatdan keçdiyi, həmin ünvanda yerləşən yaşayış evi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli texniki pasport tərtib edildiyi, faktiki olaraq isə həmin əraziyə mülkiyyət hüquqları (ayrı-ayrı şəxslərin adına) qeydiyyata alınaraq çıxarışlar verildiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

24. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 fərdi yaşayış evinin tikintisi üçün 5,29 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh2 xx.xx.2005-ci il tarixli qərarının Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli torpaq sahəsinin plan-ölçüsündəki koordinatlar daxilində (4,0 ha) etibarsızlığının tanınması və həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4,0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nın 25/347 saylı xx.xx.1976-cı il tarixli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 5,0 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər XDS İKnın xx.xx.1989-cu il tarixli qərarı ilə Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 4,0 ha torpaq sahəsi kooperativ bağların tikintisi üçün ayrılmışdır. Bu məqsədlə, qeyd olunan nazirliyin struktur bölməsi olmuş “Tikintiavtonəqliyyat” müəssisəsinin nəzdində İddiaçı BTK təsis edilmiş və keçmiş Şaumyan rayonu XDS İK-nın xx.xx.1989-cu il tarixli 81/58 saylı qərarı ilə İddiaçı BTK qeydiyyata alınmışdır. Eyni zamanda, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində kooperativ bağların tikintisi üçün ayrılmış 4,0 ha torpaq sahəsinə dair Bakı şəhərinin baş memarının müavini F.Cəfərov tərəfindən xx.xx.1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportu və ayrıc aktı tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, İddiaçı BTK ona ayrılmış torpaq sahəsinə istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün müvafiq sənədlərlə xx.xx.2013-cü il tarixdə Daşınmaz Əm lakın Dövlət Reyestri Xidmətinə müraciət etsə də, sonuncu xx.xx.2013-cü il tarixli **********604 saylı məktubla çıxarışın verilməsindən əsassız olaraq imtina etmiş və bildirmişdir ki, hüquq müəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 4,0 ha təşkil etsə də, əlavə 1,29 ha torpaq sahəsi zəbt olunaraq istifadə edilməkdədir və həmin sahədə digər şəxslərə aid ikimərtəbəli yaşayış evi mövcuddur. Daha sonra iddiaçı müəyyən etmişdir ki, onun iddia etdiyi torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

26. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

27. Üçüncü şəxs X2 vəsiyyətnamə üzrə vərəsəsi Maraqlı şəxs nümayəndəsi tərəfindən iddia ərizəsinə qarşı təqdim olunmuş etirazda qeyd edilmişdir ki, A.Salahzadə küçəsi ev 3 5 ünvanında yerləşən 5,29 ha torpaq sahəsi ilə iddiaçıya ayrılmış 4,0 ha torpaq sahəsi fərqli sahələrdir, bu torpaq sahələrinin bir-birinə aidiyyəti yoxdur, iddiaçıya ayrılmış torpaq sahəsi qonşuluqda yerləşir. Həmçinin qeyd edilir ki, kooperativ tərəfindən 4,0 ha torpaq sahəsi kooperativin üzvlərinə paylanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 28. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Z.M.Tağıyev) 5 sentyabr 2018-ci il tarixli, 2-1(82)-01/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 «vətəndaş X4 fərdi yaşayış evinin tikintisi üçün 5,3 ha torpaq sahəsi ayrılması barədə» xx.xx.2005-ci il tarixli, 041 saylı qərarının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı Bağ-Ti kinti Kooperativinin adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A seriyalı 420054 saylı «torpaq sahəsinin plan və ölçüsü»ndə göstərilən koordinatların hüdudları daxilindəki 4,0 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4,0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması qərara alınmışdır.

29. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisələndirilən 041 saylı xx.xx.2005-ci il tarixli qərarı maddi hüquq normalarının tələblərini pozmaqla qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 həmin qərarla İddiaçı BTK-nın mülkiyyətinə aid olan torpaq sahəsini qeyd olunan vətəndaşın mülkiyyətinə ayırmaqla mülki və torpaq qanunvericiliyinin tələblərini pozmuş və torpaq sahəsini faktiki olaraq özgəninkiləşdirmişdir. Halbuki, mübahisəli torpaq sahələri iddiaçının mülkiyyətinə aid olmuş və həmin sahələrin Cavabdeh2 mülkiyyətinə verilməsi haqqında müvafiq icra hakimiyyətinin hər hansı bir qərarı mövcud olmamışdır. Nəticədə, Bələdiyyənin müvafiq qərarı İddiaçı BTK-nın istifadəsində olan torpaqlardan maneəsiz istifadə hüququnu məhdudlaşdırmışdır.

30. Cavabdeh və üçüncü şəxslər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 21 dekabr 2022-ci il tarixli, 21(103)-12/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmi n edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 sentyabr 2018-ci il tarixli, 2-1(82)-01/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir ki, iddiaçının tələbi “Cavabdeh2 041 saylı xx.xx.2005-ci il tarixli qərarının İddiaçı BTK-nın adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A № 420054 saylı “Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatların hüdudları daxilindəki 4,0 ha torpaq sahəsi hissəsində etibarsızlığının tanınması” barədə olsa da, bu tərzdə ifadəni məhkəmə kollegiyası “inzibati aktın etibarsız sayılması” ifadəsi kimi qəbul edir və hesab edir ki, iddianın bu şəkildə birinci instansiya məhkəməsi tərəfindən təmin edilm əsi İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan “məhkəmə baxışının hədləri” çərçivəsində olmuşdur.

33. İddiaçının iddia tələbinin “bələdiyyə qərarının hüquqi nəticələrinin qeyd olunan 4,0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması” hissəsinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırmaları zamanı mübahisələndirilən bələdiyyə qərarı əsasında ayrı-ayrı şəxslərin adına müvafiq hüquq müəyyənedici sənədlərin – daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verildiyi müəyyən olunmuşdur. Hazırki işdə iddiaçının əsas iddia tələbi təmin olunduğu üçün məhkəmə kollegiyası hesab edir ki, həmin əsas tələbin davamı olaraq verilmiş əlavə tələb də təmin olunmalıdır. Bundan əlavə, iddiaçının əlavə tələbdə qanunsuz sayılmasını tələb etdiyi “bələd iyyə qərarının hüquqi nəticələri” özü-özlüyündə qeyri-müəyyənlik yaratmır və bu halın məhkəmə qərarının gələcəkdə icrasında hər hansı çətinliklər də yaratmayacağını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin ifadə - adı çəkilən bələdiyyə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar kimi başa düşülməli və bu zaman “qanunsuz sayılma” ifadəsi təkcə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara münasibətdə deyil, həm də həmin çıxarışlarla aparılmış alqı-satqı müqavilələri olarsa, həm onlara, həm də sonrakı hərəkət olaraq verilmiş reyestrdən çıxarışlara da şamil olunur.

34. Cavabdeh və üçüncü şəxslər ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmi şlər. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov /məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 5 iyul 2023-cü il tarixli, 21(102)-995/2023 nömrəli qərarına əsasən kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(103)12/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

36. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki: - İddiaçı Bağ-Tikinti Kooperativi tərəfindən 4,0 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərə (kooperativin üzvlərinə) ayrılmasına dair işin halları aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamışdır. Halbuki, bu halın araşdırılması hazırkı iddia il ə çıxış etmək hüququ olan şəxs(lər)in dairəsinin müəyyən edilməsi üçün əhəmiyyətlidir. Belə ki, kooperativ üzvlərinə torpaq sahələrinin ayrılması barədə qərarlar və orderlər həmin şəxslərin ayrılan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququnun yaranmasına əsas verir ki, məhz həmin şəxslər də onlara ayrılmış torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədar iddia qaldırmaq hüququna malikdirlər. Belə olan halda isə başqa şəxslərə (kooperativin üzvlərinə) ayrılmış torpaq sahəsi üzərində istifadə və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı İddiaçı Bağ-Tikinti Kooperativinin hüquqi marağının mövcudluğundan söhbət gedə bilməz. - Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini iş üzrə tərəflərin dəlilləri və təqdim etdiyi digər sübutlarla əlaqəli şəkildə tədqiq etməmişdir. Belə ki, ekspert qarşısında qoyulan sual cavablandırılarkən iddiaçının adına tərtib olunmuş xx.xx.2012-ci il tarixli A№420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatlar əsas götürülmüşdür. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsinin “plan və ölçüsü” 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının icrası qaydasında tərtib edilmişdir. Halbuki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Bilgəh qəsəbəsi, “Çayka” pioner düşərgəsinin şərqində Avtoekspedisiya trestinə ayrılmış torpaq sahəsində kooperativ bağların tikintisinin layihələndirilməsinə icazə verilmiş, ayrılmış torpaq sahəsinin 4,0 ha hissəsində tiki ntinin aparılması üçün xx.xx.1989-cu ildə inşaat pasportu təsdiq edilmiş və ayrıc aktı tərtib edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi üçüncü şəxslərə məxsus sahələrin məhz ilkin ayrıc aktında təsbit edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi məsələsini araşdırmamışdır. Bu halın araşdırılması ona görə vacibdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012ci il tarixli qərarının icrası ilkin ayrıc aktına uyğun aparılmamışdırsa, bu halda, mübahisəli torpaq sahələrinin faktiki üst-üstə düşmədiyi müəyyən olunacaq və iddiaçıya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının düzgün icrası edilmədiyi ilə bağlı atmalı olduğu addımlara dair hüquqi yardım edilməlidir. - Bundan əlavə, iş materiallarında Cavabdeh2 möhürü ilə təsdiq ed ilmiş, iddiaçı və üçüncü şəxs(lər)ə məxsus torpaq sahələrinin fərqli yerlərdə yerləşməsini (qonşuluqda) əks etdirən sxem vardır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən A.Salahzadə küçəsi, ev 35 ünvanında yerləşən 5,29 ha torpaq sahəsi ilə iddiaçıya ayrılmış 4,0 ha torpaq sahəsinin fərqli sahələr olması ilə bağlı dəlilə münasibət bildirməmiş, mübahisəli torpaq sahəsinin əks olunduğu yuxarıda qeyd edilən sxemin sözügedən sahənin faktiki vəziyyətinə nə dərəcədə uyğun olub-olmamasını müəyyən etməyə imkan verən səviyyədə araşdırma aparılmamışdır. - Apellyasiya məhkəməsinin “qanunsuz sayılma” ifadəsinin təkcə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara münasibətdə deyil, həm də həmin çıxarışlarla aparılmış alqı-satqı müqavilələri olarsa, həm onlara, həm də sonrakı hə rəkət olaraq verilmiş reyestrdən çıxarışlara da şamil olunmasına dair mövqeyi əsassızdır. Belə ki, üçüncü şəxs Maraqlı şəxs tərəfindən digər şəxslərə satılmış və ya bağışlanılmış əmlaklara dair müqavilələrinin etibarsızlığı inzibati məhkəmə icraatının predmetini təşkil etmir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və E.Ə.Əliyev) 8 oktyabr 2024-cü il tarixli, 21(103)-439/2024 nömrəli qərardadına əsasən apellyasiya şikayətləri qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 sentyabr 2018-ci il tarixli, 2-1(82)-01/2018 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki: - iddia çının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş subyektiv hüququ mövcud olmamışdır. Belə ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, 4,0 ha torpaq sahəsi kooperativin 49 üzvünə bölündüyü halda (kooperativ üzvlərinin ümumi iclasında torpaq sahəsi 49 nəfər kooperativ üzvü arasında bölünmüş və iclasın qərarına əsasən hər bir kooperativ üzvünə arayış – order verilmişdir) Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə kooperativ təsisçilərinin bərabər, yəni 1/28 paylarla kooperativin 28 üzvdən ibarət olması faktı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı BTK-nın üzvü olmuş X48 şahid qismində ifadə verərək bildirmişdir ki, Kooperativə ay rılmış torpaq sahələri Kooperativ üzvləri arasında bölünmüşdür. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X25 izahat verərək, İddiaçı üzvlərinin hamısının torpaq sahəsinin olduğunu və Kooperativə ayrılmış torpaqların bütün üzvləri arasında bölündüyünü bildirmişdir. Göründüyü kimi mübahisələndirilən torpaq sahəsinin Kooperativ üzvləri arasında bölünməsi faktı iddiaçının nümayəndəsinin izahatı ilə də təsdiq olunur. - Eyni zamanda iş materiallarında kooperativin üzvlərindən Tahir Qocayev, Elşən Abbasov və Nazim İsmayılovun (İ cild: iş v. 120,133 və 134) iddianın təmin edilməməsinə dair ərizəsi də mövcuddur. Belə olan halda, başqa şəxslərə (kooperativin üzvlərinə) ayrılmış torpaq sahəsi üzərində istifadə və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı İddiaç ı Bağ-Tikinti Kooperativinin hüquqi marağı mövcud deyil. - Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlaraq İddiaçınə ayrılmış torpaq sahəsinin yanında (ətrafında) yerləşən torpaq sahələrinə (həmin torpaq sahələrinin üzərində tikilmiş fərdi yaşayış evlərinə) dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışların və həmin çıxarışların verilməsinə əsas olan sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq həmin ərazidə qeydiyyatdan keçmiş bir neçə torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş su rətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən edilmişdir ki, qeyd edilən ərazidə yerləşən torpaq sahələrinə (həmin torpaq sahələrinin üzərində tikilmiş fərdi yaşayış evlərinə) dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı verilmiş çıxarışların əsası kimi mülki hüquqi əqdlər və bələdiyyə qərarları çıxış etmiş, ümumiyyətlə iddiaçıya məxsus hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. - Hazırkı iş üzrə iddia tələbi mümkün sayılmadığından apellyasiya instansiyası məhkəməsi iddianın mahiyyəti ilə bağlı digər dəlillərə münasibət bildirilməsini zəruri hesab etməmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin qərarındakı İddiaçı BTK-ya və mübahisələndirilən Bələdiyyə qərarı ilə üçüncü şəxslərə ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-d üşməməsi məsələsinin araşdırılması ilə əlaqəli göstərişin (ilkin ayrıc sənədləri əsasında) icrası məqsədi ilə müvafiq ekspertiza tədqiqatının keçirilməsi üçün qərardad qəbul edilərək iş materialları Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatı ilə (torpaq sahəsinə dair faktiki koordinatlar, baza məlumatları və mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığına görə) məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

39. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

40. Kassasiya şikayətinin dəlilləri iddia ərizə sinin dəlilləri ilə oxşarlıq təşkil edir.

41. İddiaçı əlavə olaraq qeyd edir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki mübahisəli 4,0 ha torpaq sahəsi üzərində istifadə hüquqları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(82)-372/2012 saylı iş üzrə qanuni qüvvəyə minmiş 1 may 2012-ci il tarixli qərarı ilə müəyyən edilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Kooperativə ayrılmış torpaq sahəsinə dair 30 oktyabr 2012-ci il tarixdə A № 420054 saylı “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir.

42. Bundan başqa, İddiaçı BTK-nın Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarına münasibətdə subyektiv hüquqa məxsus olması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2804/2014 saylı iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-301/2016 saylı xx.xx.2016-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1430/2022 saylı xx.xx.2022-ci il tarixli qərarları ilə də müəyyən edilmişdir.

43. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin guya mübahisəli torpaq sahəsinin Kooperativ üzvləri arasında bölündüyünə istinad edərək, Kooperativin guya artıq həmin torpaq sahəsi üzərində subyektiv hüquqa malik olmaması barədə gəldiyi nəticə düzgün deyildir.

44. Apellyasiya instansiyası məhkəməsində İddiaçı mübahisəli 4,0 ha torpaq sahəsi üzərində hüquqlarına xitam verilməsi ilə bağlı hər hansı bir dəlil və sübut yoxdur. Çünki nə iddiaçı tərəfindən, nə cavabdeh tər əfindən, nə üçüncü şəxslər və nədə ki məhkəmənin özü tərəfindən mübahisəli torpaq sahəsinin Kooperativin üzvləri arasında bölünməsinin təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmənin istinad etdiyi, mübahisəli torpaq sahəsinin 49 nəfər Kooperativ üzvü arasında bölgüsü isə formal xarakter daşımış, belə ki, Kooperativin 28 nəfər üzvdən ibarət olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, Kooperativə ayrılmış torpaq sahəsi üzərində hazırki qanunvericiliyə uyğun müvafiq ilkin sənədləşdirmə işləri aparılsa da, cavabdeh inzibati orqan olan Cavabdeh2 tərəfindən hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi nəticəsində Kooperativ öz istifadə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatını tamamlaya bilmədiyindən, Kooperativin 28 nəfə r üzvü arasında torpaq sahəsinin bölgüsünü apara bilməmişdir.

45. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin Kooperativin həmin torpaq sahəsi üzərində subyektiv hüququnu itirməsinə dair əsaslandırmanın heç bir hüquqi əsası yoxdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

46. Üçüncü şəxslər X81, X42, X29, X43 və X12 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səla hiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə b orcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

48. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraq larının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçi nin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qə rarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araş dıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayət qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qərardadı ləğv edilərək iddia tələbi qismən təmin olunmalıdır. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır. İddianın mümkünlüyü ilə bağlı

52. Apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinin pozulmasından ibarət olmuşdur. Həmin normaya gö rə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

53. Apellyasiya məhkəməsi hazırkı iş üzrə yekun nəticəyə gələrkən iddiaçının subyektiv hüququnun olmamasına istinad etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi Kooperativ üzvləri arasında bölündüyündən başqa şəxslərə (kooperativin üzvlərinə) ayrılmış torpaq sahəsi üzərində istifadə və mülkiyyət hüquqları nın müdafiəsi ilə bağlı İddiaçı Bağ-Tikinti Kooperativinin hüquqi marağı mövcud deyil.

54. Kollegiya apellyasiya məhkəməsinin sözügedən mövqeyi ilə razılaşmır və hesab edir, işdəki sübutların məcmusu, onların məqsəd və məzmununun birgə dəyərləndirilməsi belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Bağ-Tikinti Kooperativinin hazırkı mübahisə üzrə iddia qaldırmaqda subyektiv hüququ mövcuddur.

55. Belə ki, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Bilgəh qəsəbəsi, “Çayka” pioner düşərgəsinin şərqində Avtoekspedisiya trestinə ayrılmış torpaq sahəsində kooperativ bağların tikintisinin layihələndirilməsinə icazə verilmiş, ayrılmış torpaq sahəsinin 4,0 ha hissəsində tikintinin aparılması üçün xx.xx.1989-cu ildə inşaat pasportu təsdiq edilmiş və ayrıc aktı tərtib edilmişd ir. Torpaq sahəsində tikintinin aparılması üçün İddiaçı Bağ-Tikinti Kooperativi və nizamnaməsi qeydiyyata alınmışdır.

56. Bundan sonra, Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçının təsisçilərinin bərabər, yəni 1/28 paylarla adlarının sadalanan müxtəlif fiziki şəxslərdən ibarət olması faktı müəyyən edilmiş, kooperativin yeni nizamnaməsi xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

57. İddiaçı Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə ona ayrılan 4,0 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və məhkəmənin xx.xx.2012-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarına əsasən İddiaçı Bağ-Tikinti Kooperat ivinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ayrılmış 4,0 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir.

58. Qeyd edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına xx.xx.2012-ci il tarixdə A № 420054 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.

59. Bundan başqa, işin materiallarından müəyyən edilir ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı hüquq müəyyənedici sənəd qismində çıxış edən Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı da bir neçə dəfə məhkəmə mübahisənin predmeti olmuş (hazırkı qərarın 8-11-ci bəndləri), lakin Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022- ci il tarixli, 2-1(102)-1430/2022 nömrəli qərarı ilə yekunlaşmış məhkəmə icraatına əsasən Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarının qəbul edildiyi vaxtda onun qanuniliyi və hüquqi nəticələr yaratmaq qabiliyyətinə malik olduğu (etibarlılığı) təsdiq olunmuşdur.

60. Göründüyü kimi, hazırkı mübahisə predmeti olan 4,0 ha torpaq sahəsinin iddiaçıya ayrılması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə etibarlılığı şübhə doğurmayan qanuni inzibati akt – Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə həyata keçirilmiş və qüvvəyə minmiş məhkəmə qərarı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixdə A № 420054 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir.

61. Qeyd edilənlərə əsasən iddiaçı qüvvədə olan hüquq müəyyənedici sənədə və torpaq sahəsinin yerini (koordinatlarını) dəqiq göstərən plan və ölçü sənədinə malik olduğu halda apellyasiya instansiyası məhkəməsi həmin torpaq sahəsinin başqa şəxslərə (kooperativin üzvlərinə) bölünməsinə istinad etməklə torpaq sahəsi üzərində istifadə və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı İddiaçı Bağ-Tikinti Kooperativinin hüquqi marağının mövcud olmadığı qənaətinə gəlmişdir.

62. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, kooperativ üzvlərinin arasında bölüşdürülmüş torpaq sahəsinə dair həmin şəxslərin adına mülkiyyət hüquqları qeydə alınmamışdır. Hər nə qədər kooperativin Nizamnaməsinə əsasən torpaq sahəsinin kooperativin üzvləri arasında bölüşdürülməsi nəzərdə tutulsa da, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi müvafiq hüquq müəyyənedici sənəd əsasında ilkin olaraq iddiaçının adına ayrılmış və həmin torpaq sahəsinin maddi və hüquqi baxımdan qorunması iddiaçının vəzifəsi olmuşdur. Kooperativin üzvlərinə ayrılmış torpaq sahəsi üzərində ayrı-ayrı şəxslərin (üzvlərin) mülkiyyət hüququ qeydə alınmadığından iddiaçı həmin torpaq sahəsi ilə bağlı məhkəmədə hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.

63. Eyni zamanda, nəzərə almaq lazımdır ki, iddia tələbinə əsasən kooperativə ayrılmış torpaq sahəsi mübahisələndirilən bələdiyyə qərarı ilə digər şəxsə satılmışdır. İddiaçının hazırkı iddia tələbinin nəticəsi sadəcə hüquqi şəxs olaraq iddiaçının özünün deyil, eləcə də, Nizamnaməsinə əsasən kooperativin üzvlərinin də hüquqlarının m üdafiəsinə yönəlmişdir.

64. Ona görə də, işə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsinin iddiaçının subyektiv hüququnun və hüquqi marağının olmaması ilə bağlı gəldiyi nəticə əsaslı hesab oluna bilməz. İddianın mahiyyəti ilə bağlı

65. İddianın mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsində birinci icraat zamanı mübahisəyə mahiyyəti üzrə baxılmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı halda, apellyasiya məhkəməsi tərəfindən mübahisəyə artıq bir dəfə mahiyyəti üzrə baxıldığına görə kassasiya qaydasında iş üzrə yeni qərar çıxarmaq üçün prosessual əsaslar mövcuddur. Aşağı instansiya məhkəmələri tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən, yəni: - X4 fərdi yaşayış evinin tikintisi üçün 5,29 ha torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 nömrəli qərarının Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli, A 420054 nömrəli torpaq sahəsinin plan-ölçüsündəki koordinatlar daxilində (4,0 ha) etibarsız sayılması; - Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 nömrəli qərarı əsasında xüsusi mülkiyyət hüququna dair X2 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərə findən İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli, A 420054 nömrəli torpaq sahəsinin plan-ölçüsündəki koordinatlarla (4,0 ha) üst-üstə düşən hissədə qanunsuz sayılması hissələrində təmin edilməlidir.

66. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçıya Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Bilgəh qəsəbəsində 4,0 ha torpaq sahəsinin ayrılması və məhkəmə qərarı əsasında həmin torpaq sahəsinə dair iddiaçının adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixdə A № 420054 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilməsi işin mübahisələndirilməyən halıdır.

67. İşin mübahisəli halı iddiaçıya ayrılan və iddiaçının adına xx.xx.2012-ci il tarixdə tərtib edilən A № 420054 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilən 4,0 ha torpaq sahəsinin Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X2 mülkiyyətinə verilmiş 5,29 ha torpaq sahəsi ilə üst-üstə düşməsindən ibarətdir. Ona görə də, iddiaçı ilkin olaraq Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 saylı qərarını ona ayrılmış 4,0 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab olunmasını tələb edir.

68. Bununla bağlı, qeyd edilməlidir ki, Cavabdeh2 mübahisələndirilən qərarı ilə X4 fərdi yaşayış evinin tikintisi üçün 5,29 ha torpaq sahəsi ayrılmışdır. X5 xx.xx.2010-cu ildə vəfat etsə də, qeyd edilən 5,29 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə onun adına qeydiyyata alınmış və vəsiyyətnamə əsasında xx.xx.2014-cü il tarixdə nəticəsi Maraqlı şəxs adına qeydi yyata alınmışdır.

69. Daha sonra xüsusi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınmış ünvan 1 ünvanında fərdi yaşayış evi (387 kv.m.) və 5,29 ha torpaq sahəsi alqı-satqı və bağışlama müqavilələri əsasında tamamilə digər şəxslərin adına özgəninkiləşdirilmişdir (hazırkı qərarın 19-21-ci bəndləri).

70. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A № 420054 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində, eləcə də, mübahisələndirilən bələdiyyə qərarı əsasında X2 mülkiyyətinə verilmiş 5,29 ha torpaq sahəsinin koordinatları müəyyən olduğundan işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

71. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eks pertiza Mərkəzinin 14178 saylı xx.xx.2016-cı il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqatla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən mübahisəli 5,3 hektar torpaq sahəsinin əvvəllər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışına əsasən xüsusi mülkiyyət kimi X2 adına qeydiyyatdan keçdiyi, həmin ünvanda yerləşən yaşayış evi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli texniki pasport tərtib edildiyi, faktiki olaraq isə həmin əraziyə mülkiyyət hüquqları (ayrı-ayrı şəxslərin adına) qeydiyyata alınaraq çıxarışlar verildiyi müəyyən edilmişdir.

72. Göründüyü kimi, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin xx.xx.2012-ci il tarixli qərarı əsasında iddiaçının adına tərtib edilən xx.xx.2012-ci il tarixli, A № 420054 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən torpaq sahəsi Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X2 mülkiyyətinə verilmiş 5,29 ha torpaq sahəsi ilə üst-üstə düşür.

73. Bununla da, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 həmin qərarla İddiaçı BTK-ya ayrılmış torpaq sahəsini qeyd olunan vətəndaşın mülkiyyətinə ayırmaqla mülki və torpaq qanunvericiliyinin tələblərini pozmuş, mübahisəli torpaq sahəsi bələdiyyəyə ayrılmış sahə olmadığı, həmin torpaq sahəsi 1989-cu ildən iddiaçıya ayrıldığı halda, Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 nömrəli qərarında qeyd edilən 5,29 ha torpaq sahəsinin iddiaçıya ayrılan 4,0 ha hissəsinə münasibətdə sərəncam vermək səlahiyyətinə malik olmamışdır. 74. “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.

75. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

76. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 nömrəli qərarı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfində n İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli, A 420054 nömrəli torpaq sahəsinin plan-ölçüsündəki koordinatlar daxilində (4,0 ha) etibarsız sayıldığından, həmin qərar əsasında xüsusi mülkiyyət hüququna dair X2 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat da Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli, A 420054 nömrəli torpaq sahəsinin plan-ölçüsündəki koordinatlarla (4,0 ha) üst-üstə düşən hissədə qanunsuz sayılmalıdır. İddianın mümkün sayılmayan hissəsi ilə bağlı

77. İddiaçının iddia tələbi cavabdehin qərarının qismən etibarsız hesab edilməsi ilə yanaşı həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4,0 ha torpaq sahəsi hissəsində də qanunsuz sayılmasından ibarətdir.

78. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 nömrəli qərarını iddiaçıya məxsus 4,0 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız, eləcə də, həmin qərar əsasında xüsusi mülkiyyət hüququna dair X2 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli, A 420054 nömrəli torpaq sahəsinin plan-ölçüsündəki koordinatlarla (4,0 ha) üst-üstə düşən hissədə qanunsuz sayılsa da, sonradan X2 vəsiyyətnaməsi ilə Maraqlı şəxs adına qeydiyyat aparılmış, daha sonra Maraqlı şəxs xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilələri ilə həmin torpaq sahəsini bölgü sxemi əsasında digər şəxslərə satmış və onların da bir neçəsi xx.xx.2014-cü il tarixli bağışlama müqavilələri əsasında torpaq sahəsinin bir hissəsini digərlərinə bağışlamışlar.

79. Yəni, hazırda Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 nömrəli qərarı ilə Camalova X3 və 2013-cü ildə onun adına qeydə alınmış 5,29 ha torpaq sahəsi üzərində hazırkı iş üzrə üçüncü şəxs olan digər şəxslərin mülkiyyət hüququ qeydə alınmışdır.

80. Hazırkı iş üzrə iddia tələbi qismən təmin edilməklə Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 nömrəli qərarı X4 ayrılmış torpaq sahəsinin iddiaçıya məxsus 4,0 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız, Kübra Camalovanın da adına aparılmış qeydiyyat həmin hissədə qanunsuz sayılsa da, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi həmin torpaq sahəsi ilə bağlı sonradan vəsiyyətnamə, alqı-satqı və bağışlama müqavilələri ilə təkrar qeydiyyata alındığından həmin hissədə iddia mümkün sayılmamalıdır.

81. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əgər mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

82. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, v ərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

83. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Kübra Camalovanın vəsiyyətnaməsinə əsasən Maraqlı şəxs adına aparılmış qeydiyyatın, Maraqlı şəxs ilə X52, X62, X29, X63, X31, X54, X81, X82, X43 və X44 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilələrinin, eləcə də, X52 ilə X20 arasında, X62 ilə X16 arasında, X29 ilə X55 arasında, X63 ilə X71 arasında, X31 ilə X21 arasında, X54 ilə X83 arasında bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqavilələrinin və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin qanunsuz sayılması hissəsində mümkün sayılmamalıdır.

84. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 21(103)-439/2024 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. X4 fərdi yaşayış evinin tikintisi üçün 5,29 ha torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 nömrəli qərarı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli, A 420054 nömrəli torpaq sahəsinin plan-ölçüsündəki koordinatlar daxilində (4,0 ha) etiba rsız sayılsın. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 041 nömrəli qərarı əsasında xüsusi mülkiyyət hüququna dair X2 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli, A 420054 nömrəli torpaq sahəsinin plan-ölçüsündəki koordinatlarla (4,0 ha) üst-üstə düşən hissədə qanunsuz sayılsın. İddia qalan hissədə mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar