Məhkəmə qərarları › İş №2-1(102)-476/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-476/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-476/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin cavabdeh Komitəsinəqarşı iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük QƏRAR (açar sözlər: iddianın mümkünlüyünə dair bütün meyarların mövcud olubolmaması xidməti vəzifəyə uyğun olaraq yoxlanılmalıdır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı ziyana görə kompensasiyanın öd ənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 21(103)-2721/2019 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Dövlət Gömrük Komitəsinin **********0949 saylı gömrük bəyannaməsi üzrə İddiaçı MMC-dən 25068.85 manat məbləğində ƏDV-nin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi, 25068.85 manat məbləğində ƏDV artıq ödəmə hesab edilməklə həmin məblə ğin geri qaytarılmasına dair DGK-nin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim edilməsi, Dövlət Gömrük Komitəsinin qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-nin üzləşdiyi 73.851.43 manat ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində “xxxx” MMC, təchizatçı qismində GHİ Solutions GMbH arasında xx xxxxx 2019-cu il tarixində LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə dörd adda olan yük (1 ədəd SİRONA İNTEGO CS markalı, 1 ədəd SİRONA İNTEGO PRO markalı, 1 ədəd MCX5 markalı, 1 ədəd suction unit (230V)) xx xxxxxx 2019cu il tarixdə Bakı şəhərinə İddiaçı MMC adına idxal ed ilmişdir. Yük təyinatı üzrə Bakı Baş Gömrük İdarəsinə verilmişdir. İddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsinə başlanılmış və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, tələb olunan bütün lazimi sənədlər təqdim olunmuş və ödənişlər aparılmasına baxmayaraq, yükün buraxılmasına icazə verilməmişdir. Cavabdeh tərəfindən yükün buraxılmamasına səbəb kimi İddiaçı MMC-dən əsassız və qanunazidd şəkildə, ƏDV ödənilməsi tələb olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı ƏDV ödəməkdən azaddır. Hazırkı vəziyyətdə yük lizinq müqaviləsindən də göründüyü kimi lizinq predmetidir, buna görə də ƏDV-yə cəlb olunmamalıdır. Gömrük rəsmiləşdirilməsi aparıla bilmədiyi üçün yüklər müvəqqəti saxlanca verilmişdir və gömrük orqanına bildirilmişdir ki, qurumun bu hərəkət və hərəkətsizliyi nəticəsində İddiaçı MMC-ə külli miqdarda ziyan dəyməkdədir və bu ziyanın da həcmi yüklər rəsmiləşənədək gündən günə artacaqdır və ziyan gömrük orqanından tələb ediləcəkdir. xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən 1508/2019 saylı məktubla DGK-ə məhkəməyə qədər edilməli olan son müraciəti edildi və yükün buraxılmasını, MMC-nın günbəgün ziyanla üzləşməsini onların nəzərinə çatdırdı. Həmin məktuba cavab vermək əvəzinə onlara xx.xx.2019-cu il tarixində eyni məzmunlu elektron müraciətə cavab olaraq bildirdilər ki, guya idxal edilmiş mallar lizinq müqaviləsinin obyekti deyildir. Bu səbəbdən iddiaçı ƏDV ödəməlidir. Bir sözlə inzibati orqan tərəfindən müraciəti imtina cavabı verilmişdir. Daha sonra MMC tərə findən xx.xx.2019-cu il tarixində 1 saylı Baki İnzibatiİqtisadi Məhkəməsinə müraciət edilərək cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması, İddiaçı MMC-yə məxsus rəsmiləşməsi yekunlaşmayan yüklərin rəsmiləşməsinə icazə verilməsi, yüklərin ƏDV-nin ödənilməsindən azad olunması səbəbilə ƏDV ödənilmədən buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulan 4184.32 manat məbləğində ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının nəzərinə çatıdırılmışdır ki, idxal predmetini təşkil edən yükün lizinq şərtlərilə müqavilə tərəfi olan “xxxx” MMC - direktoru X4 verilməsi nəzərdə tutulduğundan İddiaçı MMC öz müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi artıq onun işgüzar nüfuzuna xələl gətirir və tərəflər arasında münasibətləri gərginləşdirir. Müqavilə tərəfi olan “xxxx” MMC artıq müqavilədən imtina etmək barədə niyyət məktubunu İddiaçı MMC-yə ünvanlamışdır və həmin məktubda bildirmişdir ki, tez bir zamanda İddiaçı MMC öz müqavilə öhdəliyini yerinə yetirməzsə və ya alternativ tədbirlər görərək avadanlıqları lizinq alana təhvil verməzsə bu zaman Mülki Məcəllənin tələblərinə müvafiq olaraq tərəflər arasında imzalanmış müqaviləyə xitam verilərək müvafiq təzminat tələb ediləcəkdir. Bundan başqa tərəflər arasında xx.xx.2019-cu il tarixli 101 saylı İpoteka müqaviləsi bağlanmışdır ki, idxal predmetini təşkil edən həmin 5 ədəd lizinq obyekti “xxxx” ASC-də girov qoyulmuşdur. İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixində məcburiyyət qarşısında qalaraq qanunsuz tələb edilən ƏD V məbləği ödənilmişdir. Yeni məzmunlu müraciət xx.xx.2019-cu il tarixində cavabdehə təqdim edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)3839/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır(hakim – Ş.Ə.Süleymanova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2721/2019 saylı qərardadı ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətləri n edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilm əsindən imtina olunması, yaxud inzibati orqanın maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır, qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfındən mümkün sayılması üçün vacib şərtlər-tərəfin səlahiyyətli məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X6 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Məhərrəmova Aysel Yusif qızın ın, cavabdehin nümayəndəsi X3, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)2721/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilk dəfə cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması, yüklərin rəsmiləşməsinə icazə verilməsi, ƏDV ödənilmədən yüklərin buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulan ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Dövlət Gömrük Komitəsinin İddiaçı MMCdən 25068.85 manat məbləğində ƏDV-nin tutulmasına dair cavabdehin hərəkət lərinin qanunsuz hesab edilməsi, 25068.85 manat məbləğində ƏDV artıq ödəmə hesab edilməklə həmin məbləğin geri qaytarılmasına dair DGK-nin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim edilməsi, DGK-nin qanunsuz hərəkətləri nəticəsində 73851.43 manat ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddiaçı ƏDV məbləğin ödənildiyini bildirməklə, ƏDV-nin tutulmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin pulun geri qaytarılması və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini mübahisələndirmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının tələbi - mübahisənin mahiyyəti hərəkətlərin qanunsuz hesab edilməsi, ödənilmiş məbləğin qaytarılmasına dair DGK-nin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim edilməsi və ziyanın ödənilməsindən ibarətdir, iddianın mümkün hesab edilməsi barədə qərardad yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir, iddianın mümkünlüyünə dair bütün meyarların mövcud olub-olmaması xidməti vəzifəyə görə yoxlanılmalıdır, bu zaman iddianın daxil olma vaxtı deyil, qərarın qəbul edilmə anı əsas götürülür, iddiaçı tərəfindən ƏDV məbləği xx xxxxxxx 2019-cu il tarixində ödənilmiş, növbəti iş günü, yəni xx xxxxxxx 2019-cu il tarixində yeni və ilkin məzmunlu müraciət inzibati orqana rəsmi şəkildə təqdim edilsə də, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almayaraq, məhkəmə iclasını ağlabatan müddətə təxirə salmamış, iddiaçının hüquqlarını məhdudlaşdırmış, məhkəmə həmçinin İPM-nin 13cü maddəsində müə yyən edilmiş hüquqi yardım göstərilməsi ilə bağlı vəzifəni yerinə yetirərkən iddianın növünü və predmetini araşdırmamış, belə olan halda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması son nəticədə məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Həmin Qanunun 89.2-ci maddəsinə əsas ən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsində göstərilir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.7-ci maddələrinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qər arları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş idida müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, n atamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmə qaydasında müdafiəsinə təminat verilməsi barədə müddəanın, həmçinin həmin maddənin İİ hissəsin də nəzərdə tutulmuş vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət vermək (məhkəmədə iddia qaldırmaq) hüququnun təmin olunması ilə bağlı inzibati hüquq müstəvisində səmərəli prosessual-hüquqi və institusional təminatlar sisteminin yaradılmasına xidmət edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisənin mahiyyətinin hərəkətlərin qanunsuz hesab edilməsi, ödənilmiş məbləğin qaytarılmasına dair DGK-nin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim edilməsi və ziyanın ödənilməsindən ibarət olduğunu, iddianın mümkünlüyünə dair bütün meyarların mövcud olub-olmamasının xidməti vəzifəyə görə yoxlanılmalı olduğunu, iddiaçı tərəfindən ƏDV məbləğinin xx xxxxxxx 2019-cu il tarixində ödənilərək, növbəti iş günü, yəni xx xxxxxxx 2019-cu il tarixində yeni və ilkin məzmunlu müraciət inzibati orqana rəsmi şəkildə təqdim edilsə də, birinci instansiya məhkəməsi tərəfindən iclasın ağlabatan müddətə təxirə salınmadığını, iddiaçının hüquqlarının məhdudlaşdırıldığını, İPM-nin 13-cü maddəsində müəyyən edilmiş hüquqi yardım göstərilməsi ilə bağlı vəzifəni yerinə yetirərkən iddianın növünün və predmetinin araşdırılmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)2721/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx x 2019-cu il tarixli, 2-1(103)-2721/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar