Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-476/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 25.11.2021-ci il tarixli, 21(103)-2266/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X1 Məşğulluq Altsistemində 06.05.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. İddiaçı 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh belə ödəmənin verilməsindən imtina etmişdir.
2. X4 7 saylı Ərazi Məşğulluq filialının iddiaçıya ünvanladığı məktubunda bildirilmişdir ki, iddiaçı X1 Məşğulluq Altsistemində 06.05.2020-ci il tarixdən işsiz kimi qeydiyyatda olsa da, İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən onun mülkiyyətində iki və daha çox daşınmaz əmlak olduğuna görə iddiaçıya 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Eyni zamanda, iddiaçının müraciəti ilə əlaqədar ona, Məşğulluq Altsistemində mövcud olan münasib işlərə müraciət etməsi tövsiyyə olunsa da, iddiaçı ailə vəziyyəti ilə əlaqədar işləmək imkanının olmadığını bildirmişdir. Bununla yanaşı, iddiaçıya boş (vakant) iş yerləri ilə tanış olmaq üçün “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsistemində (MAS) mövcud olan vakansiyaları mütəmadi izləmək və ya Mərkəzlə əlaqə saxlayaraq əlavə məlumat almaq tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdir ilməsi barədə ərizə ilə müraciət edərək ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may, iyul, avqust ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiаçı tələbini belə əsаslаndırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 127 nömrəli qərarına əsasən, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən ona birdəfəlik yardım verilməlidir.
5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının birdəfəlik ödəməni alması hüququnun müəyyən edilməsi üçün yoxlama aparılarkən onun mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlak olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3-cü bəndinə görə isə mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara və mülkiyyətində və ya ist ifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara birdəfəlik ödəmə verilmir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4434/2021 nömrəli 01.06.2021-ci il tarixli qərarı ilə (hakim Mehriban Qarayeva) iddia təmin edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı koronavirus (COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsinin qərara alındığı tarixdə iddiaçının mülkiyyətində yalnız bir daşınmaz əmlakın - Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi, 11J nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0213 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Həmin tarixə qədər iddiaçının mülkiyyətində bir neçə əmlakın olması müəyyən edilsə də, həmin əmlaklar iddiaçı tərəfindən müvafiq olaraq 03.07.2007-ci il, 22.09.2017-ci il, 16.02.2019-cu il tarixlərdə özgəninkiləşdirilmişdir. Buna görə də, cavabdeh tərəfindən guya ki, iddiaçının mülkiyyətində bir neçə daşınmaz əmlakın olmasına istinad edərək, iddiaçıya maddi yardımın ödənilməsindən imtina etməsi əsassızdır.
8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.11.2021-ci il tarixli, 21(103)-2266/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Səadət Bəktaşi, hakimlər – Azər Hüseynov və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilməmi ş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4434/2021 nömrəli 01.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.11.2021-ci il tarixli, 2-1(103)-2266/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Müm kün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Bundan başqa, “Mediasiya haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlət, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir.
13. Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarına və prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Cavabdehin vəsatə ti
15. Cavabdeh 23.02.2021-ci il tarixində məhkəməyə vəsatət təqdim edərək işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatəti belə əsaslandırmışdır ki, dövlətin maliyyə dayanıqlığının qorunması, sosial təminat sisteminin bütövlüyünün təmini, işin adekvat həllinə nail olunması, eləcə də, oxşar işlərə baxılmasında məhkəmə təcrübəsinin formalaşması baxımından müvafiq işə məhkəmə iclasında baxılmalıdır.
16. Ali Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının vəsatəti təmin oluna bilməz. Belə ki, hazırkı inzibati iş hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olmadığından İPM-in 96.4-cü maddəsinə uyğun olaraq (hazırkı qərarın 24-cü bəndi) işə yazılı məhkəmə icraatı qaydasında baxılmalıdır. Cavabdeh vəsatətdə ha zırkı inzibati işin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olmasını sübut edən dəlillər irəli sürməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 07.04.2020-ci il tarixli 127 nömrəli qərarının 1-ci bənd ində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaq ədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir.
20. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi k arantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri).
21. Həmin Qərarın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bil dirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10).
22. Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25.04.2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara(2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır.
23. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Həmin Məcəllənin 96.4-cü maddəsinə əsasən kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
26. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlillərində cavabdeh məhkəmənin iş üzrə ətraflı araşdırma apar madığını, maddi hüquq normasının tətbiqində səhvə yol verdiyini qeyd etsə də, məhkəmə kollegiyası kassatorun bu dəlillərini əsassız hesab edir.
31. Belə ki, hazırkı qərarın 16-21-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, işsiz kimi qeydiyyatda olan şəxslərə aylıq birdəfəlik ödəmə verilir. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçıya 06.05.2020-ci il tarixində işsizlik statusu verilmişdir. Beləliklə, iddiaçı qanunvericilikdə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuş şəxslərin dairəsinə aiddir.
32. Cavabdehin imtinasının əsası isə odur ki, iddiaçının mülkiyyətində birdən çox daşınmaz əmlak var. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
33. Belə ki, iş materiallarında ola n Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11.09.2020-ci il tarixli **********58 saylı arayışdan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 27.05.2021-ci il tarixli **********32 saylı məktubla birinci instansiya məhkəməsinə göndərilmiş İddiaçı məxsus olmuş əmlaklara dair sənədlər əsasında məkhəmə müəyyən etmişdir ki, 21.07.2006-cı il tarixdən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, cənub-qərb hissəsində yerləşən 0.06 ha torpaq sahəsi 03.07.2007-ci il tarixdə X7 bağışlanmış, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 914 saylı bağ sahəsi 22.09.2017-ci il tarixdə X3, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X6 xe yrinə 16.02.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi, 11J nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0213 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ 29.05.2019cu il tarixdə ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır.
34. Göründüyü kimi, aşağı instansiya məhkəmələri tərəfindən aparılmış məhkəmə araşdırması ilə cavabdehin imtinasında qeyd olunan iddiaçının mülkiyyətində iki və daha çox daşınmaz əmlakın olması dəlili təkzib olunmuşdur. İddiaçı 190 manat birdəfəlik ödəmənin verilməsi üçün müraciət etdiyi anda mülkiyyətində yalnız bir daşınmaz əmlakın olması məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin ed ilməsi barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
35. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.11.2021-ci il tarixli, 2-1(103)-2266/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.11.2021-ci il tarixli, 21(103)-2266/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.