Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-476/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi (bağ) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1947-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Res publikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2305/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri İcraiyyə Komitəsi X10 ilə iddiaçı arasında bağlanmış “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün” 13405 nömrəli xx.xx.1973-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ndə yerləşən 0,20 ha torpaq sahəsindən ibarət olan 375 saylı bağ sahəsi xx.xx.1972-ci il tarixdən xx.xx.1982-ci il tarixədək iddiaçının icarəsinə verilmişdir.
2. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********50 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsi ümumi hasar daxilindədir. Bundan əlavə təqdim edilmiş X2 və İstismarı Birliyi tərəfindən verilmiş 13405 saylı xx.xx.1973-cü il tarixli müqavilədə həmin Birliyin təsdiqedici möhürü yoxdur. Qeyd olunanlarla yanaşı “375” bağ nömrəsi digər fizik i şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi olan 375 (67) saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş X6 xx.xx.1973-cü il tarixli, 13405 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən 0,20 ha t orpaq sahəsi olan 375 saylı bağ sahəsi ona ayrılmış, həmin bağ sahəsi hal-hazırda da onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın onun müraciətindən imtina etməsi qanunsuz və əsassızdır.
6. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, “375” bağ nömrəsi digər fiziki şəxsin (X3) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən iddiaçının müraciətinin icrası mümkün ol mamış və bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********50 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır.
7. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********71 nömrəli və xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktublarla mübahisəli bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 375 saylı iki ayrı bağ sahəsinə dair sənədlər mövcuddur: 1) X10 ilə iddiaçı arasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində sahəsi 0,20 ha olan (67) 375 bağ sahəsinə dair xx.xx.1966-cı il tarixli müqavilə bağlanmış, daha sonra xx.xx.1973c ü il tarixdə iddiaçı ilə həmin müqavilə (13405 nömrəli) 375 nömrəli bağ sahəsi olaraq yenilənmişdir; 2) keçmiş X10 ilə X11 arasında xx.xx.1969-cu il tarixli 17235 nömrəli müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində sahəsi 0,20 ha olan 375 saylı bağ sahəsinə dair müqavilə bağlanmış, X8 ilə X9 arasında 17235 nömrəli müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 0,20 ha torpaq sahəsi X4 istifadəsinə verilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 375 nömrəli bağ evinin tikintisi üçün X4 adına torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş, qeyd edilən sənədlər əsasında sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, X9 tərəfindən həmin torpaq sa həsi xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında X5 bağışlanmış, sonuncu tərəfindən həmin torpaq sahəsi X1.
8. Bakı İnzibati Məhkəməsinin 1 aprel 2022-ci il tarixli, 2-1(112)-1987/2022 nömrəli qərarı (hakim G.A.Sevdimalıyeva) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0,20 ha olan (67) 375 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus Zirə qəsəbəsindəki 67(375) saylı bağ sahəsinə dair etibarlı icarə müqaviləsi idarənin arxiv qovluğunda mövcud olduğundan iddiaçının hüquqları daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh qurum tərəfindən X3 adına olduğu qeyd edilən Zirə qəsəbəsindəki 375 nömrəli digər bağ sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə əlaqəsi yoxdur, həmin bağlar üst-üstə düşmür, Zirə qəsəbəsində ayrı-ayrı ərazilərdə yerləşir. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının Zirə qəsəbəsindəki 67(375) saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir. Zirə qəsəbəsindəki 67(375) saylı bağ sahəsinə dair müqavilədə göstərilən ailə üzvləri bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməyərək buna dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmi şlər.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2305/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 aprel 2022-ci il tarixli, 2-1(112)-1987/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqanın “iddia olunan torpağın sxematik xəritəyə uyğun olmaması” barədə d əlilini qəbul etməmiş və qeyd etmişdir ki, bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Həmçinin iddiaçının həm adına rəsmiləşdirilməsini tələb etdiyi torpağın sxematik xəritəyə uyğunsuzluğu, həm də X2 və İstismarı Birliyi tərəfindən verilmiş 13405 saylı xx.xx.1973-cü il tarixli müqavilədə həmin Birliyin təsdiqedici möhürünün olmaması ilə bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi, eyni zamanda adı çəkilən Birlik tərəfindən tərtib olunmuş müqavilədə möhürün vurulmaması ilə bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
13. Digər tərəfdən, cavabdeh i nzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina edərkən imtina səbəblərindən biri kimi qeyd etdiyi mübahisəli bağın başqa fiziki şəxsin adına dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi adı çəkilən şəxsləri hazırki işə üçüncü şəxs qismində cəlb etsə də, sonradan torpaq sahəsinə dair ilkin sənədlər (1966-cı il tarixli müqavilə) məhkəməyə daxil olduqdan sonra və həmin üçüncü şəxslərin verdikləri izahatlardan bu torpaq sahələrinin bir-biri ilə bağlı olmadığını, ayrı-ayrı yerlərdə yerləşdiyini və iddia olunan torpaq sahəsi ilə bağlı iddiaçı ilə həmin şəxslər arasında mübahisənin olmadığını müəyyən etdiyi üçün düzgün olaraq həmin şəxslərin üçüncü şəxs kimi iştirakına xitam vermişdir.
14. Cavabdeh həmin qər ardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7, 11.1 və 23-cü maddələrinə, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamına, Torpaq Məcəlləsinin 68-ci maddəsinə və “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.... 18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış ev lərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tiki lilər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, mə hdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxa rışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlə rin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəy yən edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçü n əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstəril mişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlə rin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən mübahisələndirilən torpaq s ahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, həmin torpaq sahəsi ümumi hasar daxilindədir, təqdim edilmiş X2 və İstismarı Birliyi tərəfindən verilmiş 13405 saylı xx.xx.1973-cü il tarixli müqavilədə həmin Birliyin təsdiqedici möhürü yoxdur, eləcə də, “375” bağ nömrəsi digər fiziki şəxsin (X3) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsindən ibarət olan 375 saylı bağ sahəsinin iddiaçıya məxsus, yəni qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil.
28. Belə ki, həmin bağ sahəsi Bakı şəhəri İcraiyyə Komitəsi X10 ilə iddiaçı arasında bağlanmış “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün” 13405 nömrəli xx.xx.1973-cü il tarixli müqaviləyə əsasən iddiaçıya verilmişdir. Həmin müqavilə səlahiyyətli dövlət orqanı tərəfindən bağlanılmış və hal-hazıradək qüvvədədir. Həmin müqavilənin ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədən düşməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin müqavilə iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir.
30. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni sözügedən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və “375” bağ nömrəsi digər fiziki şəxsin (X3) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Çünki, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin hallarına görə cavabdehin imtinasının əsasını təşkil edən digər dəlil – “375” bağ nömrəsinin X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydi yyata alınması da əsassızdır. Belə ki, torpaq sahələrinə dair ilkin sənədlər (1966-cı il tarixli müqavilə) məhkəməyə daxil olduqdan sonra aparılmış məhkəmə araşdırması zamanı bu torpaq sahələrinin bir-biri ilə bağlı olmadığı, ayrı-ayrı yerlərdə yerləşdiyi və iddia olunan torpaq sahəsi ilə bağlı iddiaçı və həmin şəxs arasında mübahisənin olmadığı müəyyən edilmişdir.
33. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.
34. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcbu retmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2305/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.