Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-476/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə tərəfindən verilmiş torpaq sahəsinin üçüncü şəxsin adına rəsmiləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı “torpaq sahəsinin rəsmiləşdirilməsi” (3-cü şəxs: X5) tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(105)-2309/ 2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 519 nömrəli qərarında qeyd olunmuşdur ki, X2 xx.xx.2004-cü il tarixli ərizəsinə əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 351 saylı qərarı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən, bələdiyyənin vəsaiti hesabına torpaqla doldurularaq yararlı vəziyyətə gətirilmiş ərazidən 600 kv.m. torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı-s atqı yolu ilə vətəndaş A.E.Abdullayevin mülkiyyətinə verilmişdir. Sonradan vətəndaş A.E.Abdullayev xx.xx.2004-cü il tarixli ərizə ilə bələdiyyəyə müraciət edərək, mülkiyyətinə verilmiş 600 kv.m. torpaq sahəsinin X3 adına sənədləşdirilməsini xahiş etmişdir. Eyni zamanda, vətəndaş X5 xx.xx.2004-cü il tarixli ərizə ilə M.Ə.Rəsulzadə bələdiyyəsinə müraciət edərək, bələdiyyənin xx.xx.2004-cü il tarixli, 351 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün vətəndaş A.E.Abdullayevin mülkiyyətinə verilmiş 600 kv.m. torpaq sahəsinin onun razılığı əsasında adına sənədləşdirilməsini xahiş etmişdir. M.Ə.Rəsulzadə bələdiyyəsinin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasında vətəndaş A.E.Abdullayevin və N.M.Mustafayevin ərizələrinə baxılmış, qeyd olunan ünvanda yerləşən A.E.Ab dullayevin mülkiyyətində olan 600 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikinüsi üçün alqı-satqı yolu ilə vətəndaş N.M.Mustafayevin mülkiyyətinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Yuxarıda qeyd olunanlara və vətəndaş X2 xx.xx.2004-cü il tarixli razılıq ərizəsinə, X1 xx.xx.2004-cü il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi-şossesinin sol tərəfində yerləşən 600 kv.m. torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X3 mülkiyyətinə verilsin (hər kv.m. üçün 11200 manat ödəmək ş ərtilə).
2. M.Ə.Rəsulzadə bələdiyyəsinin vətəndaş A.E.Abdullayevin adına verdiyi xx.xx.2004-cü il tarixli, 351 saylı qərarı ləğv edilsin və bu barədə vətəndaşa məlumat verilsin.
2. İş materiallarında olan 17 sentyabr 2022-ci il tarixli razılıq ərizəsindən görünür ki, üçüncü şəxs X5 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 519 saylı Qərara əsasən onun adına verilmiş 600 kv.m topraq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etməmişdir.
3. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 ünvanlanmış 24 sentyabr 2022-ci il tarixli, Ə-32 saylı məktubda qeyd olunmuşdur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 600 kv.m. to rpaq sahəsinin alqısatqı yolu ilə X3 mülkiyyətinə satılması barədə M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 519 saylı qərarının onun razılıq ərizəsinə əsasən vətəndaş İddiaçı adına rəsmiləşdirilməsi mümkün deyildir. Belə ki, hazırda M.Ə.Rəsulzadə bələdiyyəsində torpaq sahəsinin mülkiyyətə verilməsi və addan- ada keçirilməsi ilə bağlı qərar qəbul olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şosesinin sol tərəfində yerləşən və X4 adına olan 600 kv.m olan torpaq sahəsinin onun razılığı əsasında İddiaçı adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh in üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün N.Mustafayevə ayrılmışdır. Daha sonra aralarında notarial formada razılaşmaya əsasən cavabdehə müraciət edərək torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi xahiş edilmiş, lakin tələbin təminindən imtina edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 24 oktyabr 2022-ci il tarixli, 21(112)-13691/2022 nömrəli qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 20 fevral 2023-cü il tarixli, 21(112)-3330/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bələdiyyə üçüncü şəxsin mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etmiş, torpaq sahəsinin həmin şəxsin mülkiyyətinə keçirilməsi barədə iradə ifadəsini göstərmişdir. İddiaçının hazırkı tələbi isə bələdiyyənin qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən istisnalar nəzərə almaqla torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilməklə ayrılmasına dair normativ tələbinin müddəalarına uyğun deyil. Belə ki, istər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun, istər “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin, istərsə də aidiyyəti torpaq qanunvericiliyinin tələbi ilə bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməli olma sı ilə bağlı müddəa müəyyən etmişdir. İddiaçı isə hərrac və müsabiqə keçirilmədən adıçəkilən torpaq sahəsinin onun adına sənədləşdirilməsini tələb edir. Hazırkı halda da cavabdeh torpaq sahəsinin ayrılmasına münasibətdə diskresion səlahiyyətindən istifadə edərək üçüncü şəxsin adına torpağın satılması barədə qərar qəbul etmişdir ki, iddiaçının tələbi ilə torpaqayırma sənədlərində hər hansı dəyişikliyin edilməsi zərurəti, həmin torpaq sahəsinin üçüncü şəxsin adından digər bir şəxsin adına keçirilməsinin məcburiliyindən söhbət belə gedə bilməz. Bu zaman üçüncü şəxsin hər hansı razılığının olması da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də göründüyü kimi bələdiyyə torpaq sahəsinə sərəncam verməkdə, o cümlədən bir şəxsin adından digər şəxsin adına keçirməkdə diskresion səlahiyyətə malikdir və hər hansı orqan tərəfindən torpaq sahəsinin mütləq qaydada başqa şəxsin adına dəyişdirilməsinin tələb edilməsi yolverilməzdir.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat 10.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə (sədrlik edən), X.A.Cəmilova və R.Ə.Səmədov) 5 oktyabr 2023-cü il tarixli, 2-1(103)2309/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(112)-3330/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının güddüyü məqsədi nəzərə alaraq iddiaçıya hüquqi yardım göstərərək həmçinin, izah edir ki, adına inzibati orqanın aktı mövcud olan 3-cü şəxsin qeyd edilən torpaq sahəsini iddiaçıya vermək niyyəti varsa, öz adından müvafiq inzibati orqana müraciət edərək, imtina cavabı aldıqda isə məhkəmədə iddia qaldıraraq, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırdıqdan sonra, həmin torpaq sahəsini müvafiq əqd əsasında iddiaçıya satmaq hüququna malikdir. 12.İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri 13.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsi əvvəllər qəsəbə bələdiyyəsi tərəfindən X2 adına ayrılmışdır, sonradan A.E.Abdullayev qəsəbə bələdiyyəsinə xx.xx.2004-cü il tarixli ərizə ilə müraciət edərək onun adına ayrılmış 600 kv.- lik torpaq sahəsinin N.M.Mustafayevin adına keçirilməsini xahiş etmişdir. Eyni zamanda, N.M.Mustafayev də ərizə ilə bələdiyyəyə müraciət edərək vətəndaş A.E.Abdullayevin mülkiyyətinə verilmiş 600 kv.m-lik torpaq sahəsinin onun razılığı əsasında öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Hər iki vətəndaşın ərizəsinə baxan qəsəbə bələdiyyəsi belə bir razılaşmanı məqsədə uyğun hesab edərək alqı-satqının baş verməsinə razı olmuşdur və torpaq sahəsi N.M.Mustafayevin adına rəsmiləşdirilmişdir. Hazırda isə cavabdeh olan bələdiyyə məhkəmə proseslərində də sakitlik nümayiş etdirərək iddiaya etiraz etmədiklərini və əgər müvafiq məhkəmə qərarı olarsa icra etməyə hazır olduqlarını bildirmişdir. Bundan əlavə onlar sübut kimi apellyasiya şikayətə bələdiyyə torpağının addan-ada rəsmiləşdirilməsi ilə bağlı Bakı-İnzibati İqtisadi Məhkəməsinin 2004cü ilə məxsus müvafiq qərarını əlavə etmişlər. Qanunvericiliyin tələbinə əsasən vətəndaşın vəziyyətini yüngülləşdirən qanunun geriyə qüvvəsi vardır. Hesab edir ki, bələdiyyə ilə onun arasında olan münasibət 2004-cü ildə yarandığı üçün onun iddia tələbinə həmin dövrə aid qaydalar tətbiq edilməli və mövcud qanunvericilik normaları tətbiq edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTB İQ EDİLƏN HÜQUQ 15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbay can Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalm a sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. 16. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə” Bənd
4. Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9cu və 10-cu maddələrinə, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Bənd 10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Res publikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrini n, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 22.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəs əbəsinin şimal hissəsində Binəqədi şosesinin sol tərəfində yerləşən və X4 adına olan 600 kv.m olan torpaq sahəsinin onun razılığı əsasında İddiaçı adına rəsmiləşdirilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 24.İddiaçının Bələdiyyə ilə onun arasında olan münasibət 2004-cü ildə yarandığı üçün onun iddia tələbinə həmin dövrə aid qaydalar tətbiq edilməli olması ilə bağlı dəlilləri də əsassızdır.
25. Kollegiya qeyd edir ki, “Bələdiyyə t orpaqlarının idarə edilməsi haqqında” Qanunu, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə” ilə bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməli olması müəyyən edilmişdir.
26. Bununla yanaşı, bələdiyyə isə torpaq sahəsinə sərəncam verməkdə, o cümlədən bir şəxsin adından digər şəxsin adına keçirməkdə diskresion səlahiyyətə malikdir və hər hansı orqan tərəfindən torpaq sahəsinin mütləq qaydada başqa şəxsin adına dəyişdirilməsinin tələb edilə bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkə məsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2309/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.