Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-476/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü tarixli, 2-1(103)-2573/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus hərbi biletə əsasən, o, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur.
2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın xx.xx.2021-ci il tarixli 93 nömrəli arxiv arayışının surətinə əsasən, İddiaçı həqiqətən yanvar 1995-ci il tarixdən 2714 №-li Avtobus parkına sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Yanvar 2001-ci il tarixədək həmin vəzifədə işləmişdir.
3. İş materiallarında olan Cəbrayıl rayon Məhk əməsinin 16 sentyabr 2021-ci il tarixli 2(072)-479/2021 nömrəli qətnaməsi ilə, İddiaçı 01 sentyabr 1973-cü il tarixdən etibarən 21 noyabr 1974-cü il tarixədək, 1977-ci il tarixdən etibarən 1980-cı il tarixədək Cəbrayıl rayon X2 “çilingər” vəzifəsində, 1980-cı il tarixdən etibarən 1987-ci il tarixədək Cəbrayıl rayon Mədəniyyət şöbəsində “sürücü” vəzifəsində və 1987-ci il tarixdən etibarən 23 avqust 1993cü il tarixədək Cəbrayıl rayon X1 “sürücü” vəzifəsində işləməsi faktı müəyyən edilmişdir.
4. İşdə olan Cəbrayıl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Q-45/2023 nömrəli məktubuna əsasən, Cəbrayıl rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(072)479/2021 nömrəli qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhk əmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə xx.xx.2022-ci il tarixdə icra olunması üçün aidiyyatı üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Anar Mirzəyev **********3 saylı, xx.xx.2022-ci il tarixli məktub ilə məhkəməyə müraciət edərək, İddiaçı 01 sentyabr 1973-cü il tarixdən etibarən 21 noyabr 1974-cü il tarixədək, 1977-ci il tarixdən etibarən 1980-cı il tarixədək Cəbrayıl rayon X1 “çilingər” vəzifəsində, 1980-cı il tarixdən etibarən 1987-ci il tarixədək Cəbrayıl rayon Mədəniyyət şöbəsində “sürücü” vəzifəsində və 1987-ci il tarixdən etibarən 23 avqust 1993cü il tarixədək Cəbrayıl rayon X1 “sürücü” vəzifəsində işləməsinin nəzərə alındığını bildirmişdir.
5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 25 yanvar 2022-ci il tarixli, məktubla müraciətin təmin olunmasından imtina etmişdir.
6. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(106)-1336/2022 saylı Qətnaməsinə və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 23 il 11 ay təşkil edir. xx.xx.2006-cı i l tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Arxiv arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin arxiv arayışına əsasən təqdim edilən arxiv arayışının surətində qeyd olunmuş 2714 №-li Avtobus parkında xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı 1996-cı ildə 2 ay, 1997-ci ildə 1 ay, 1998-ci ildə 2 ay, 1999-cu ildə 6 ay, 2000-ci ildə isə il ərzində adına əmək haqqı hesablanmayıb. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Əmək kitabçasını n surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib, eyni zamanda xx.xx.2021ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, 01.01,2022-ci il tarixindən 180 manata çatdırılıb. Məlumat üçün bildirir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehi n üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur və 29 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, müraciəti təmin edilməmişdir. İddiaçının ümumi əmək stajı tələb olunan 25 ildən çoxdur.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fon dunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazın dəlilləri imtina məktubunun məzmunu ilə eynidir.
11. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-554/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim A.Hüseynova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası rədd edilmişdir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 avqust 2023-cü il tarixli, 2-1(106)-185/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən, iddiaçı Cəbrayıl rayonunda qeydiy yatda olsa da, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi 40/41-də müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri isə inzibati ərazi vahidi kimi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırkı inzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. birinci instansiya məhkəməsində ikinci icraat
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 219/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1996-cı ilin mart, 1997-ci ilin sentyabr, 1998-ci ilin oktyabr-noyabr, 1999-cu il may-iyun ayları üzrə əməkhaqqını hansı səbəbdən almaması, əməkhaqqı almamasının digər səbəbləri (onun öz hesabına məzuniyyətdə olması və s.) məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. 2000 -ci il üzrə isə bütünlükdə müəssisənin fəaliyyətinin olduğu təqdirdə əməkhaqqı cədvəllərində iddiaçının adı, soyadı qeyd edilməsinə baxmayaraq əməkhaqqı barədə heç bir məlumat öz əksini tapmamışdır. İddiaçının sözügedən dövrlər üzrə müəssisə fəaliyyət göstərdiyi təqdirdə ümumiyyətlə əməkhaqqı almamasının hər hansı bir digər əsasları (öz hesabına məzuniyyətdə olması və s. barədə müvafiq təsdiqedici əmrlər) müəyyən edilmədiyindən, əməkhaqqı almadığı həmin dövrlərin pensiya hüququ verən əmək stajına daxil edilməsi əsaslı hesab edilə bilməz.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2573/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov/sədrlik edən və məruzəçi/, F.Talışınski və G.Abbasova) birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi qüvvədə olan (1 fevral 1999-cu il 818-İQ № Qanunla təsdiq edilmiş) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq qeyd etmişdir ki, işəgötürənlə işçinin qa rşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İddiaçının əmək fəaliyyətinin mübahisələndirilən 1997- 1999 dövrü tədqiq olunduqda müəyyən olunur ki, həmin dövrdə ödənişsiz aylar hər ildə 6 aydan çox olmamışdır. - 2000-ci ilin bütövlükdə ödənişsiz olmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, Nazirliyin işə əlavə olunmuş arxiv arayışlarına əsasən, nazirliyin əmr kitabları Mərkəzi Arxivin tam təhvil verilmədiyi və həmin ilə dair arxivdə məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Bütün bunlar, iddiaçının təqsirinə yozula və həmin il üzrə ona həqiqətən əmək haqqı ödənilmədiyini deməyə əsas verən mötəbər məlumatlar kimi qiymətləndirilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud o lan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının sığorta stajının 25 ildən az oluduğunu əsas gətirərək, həmin əsasla ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etməsi əsassızdır və qanunla qorunan hüquqlarını pozur.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaçının müraciətinə verilmiş imtinanın dəlilləri və iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 26. “ Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir....
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvl ərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyinin Kollegiyasının 13 may 2022-ci il tarixli **********1 nömrəli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 30. “İnzibati icraat haqqında” Qanun Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır....
31. Azərbaycan Respublikasının Əmə k Məcəlləsi: Maddə
129. Ödənişsiz məzuniyyətlərin növləri 129.2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat veri lir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət ü zrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdiri lməsi üçün əsaslar müəyyən edilməmişdir.
36. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
38. Apellyasiya məhkə məsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
40. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd edir ki, aparılan inzibati icraatın nəticəsi olaraq xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, 01.09 Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1336/2022 nömrəli qətnaməsinə və hərbi biletin (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tar ixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) surətinə əsasən İddiaçı sosial sığorta stajı 23 il 11 ay təşkil edir.
41. Həmçinin, cavabdeh kassasiya şikayətində göstərmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
42. Kassasiya şikayətinin dəlillərinə əsasən, iddiaçının mübahisələndirilməyən iş stajı cəmi 23 il 11 ay təşkil edir.
43. Cavabdeh tərəfindən inzibati icraat aparılarkən iddiaçının 2714 №-li Avtobus parkında xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1996-cı ildə 2 ay, 1997-ci ildə 1 ay, 1998-ci ildə 2 ay, 1999-cu ildə 6 ay, 2000-ci ildə isə bütün il ərzində iddiaçının adına əməkhaqqı hesablanmadığı müəyyən edilmişdir. Cavabdeh hazırkı iş üzrə iddia çının qeyd edilən tarixləri arasındakı dövrə aid iş stajını mübahisələndirir.
44. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmayaraq belə hesab edir ki, mübahisələndirilən dövr üzrə iddiaçının əmək fəaliyyəti onun sığorta stajı kimi nəzərə alınmalıdır.
45. İşin apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, mübahisələndirilən 1997- 1999 dövrü üzrə ödənişsiz aylar hər ildə 6 aydan çox olmamış, 2000-ci il üzrə isə nazirliyin əmr kitabları Mərkəzi Arxivin tam təhvil verilmədiyi və həmin ilə dair arxivdə məlumat aşkar edilmədiyi qeyd olunmuşdur.
46. Həmin müddətlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 31-ci bəndində qeyd edilən normadan göründüyü kimi, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqa vilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 47.Bununla yanaşı 2000-ci il üzrə isə nazirliyin əmr kitabları Mərkəzi Arxivin tam təhvil verilməməsi məhz iddiaçının təqsiri üzündən baş verməmiş və həmin il üzrə ona həqiqətən əmək haqqı ödənilmədiyini deməyə əsas verən mötəbər məlumatlar kimi qiymətləndirilə bilməz.
47. Belə ki, qərarın 30-cu bəndində normanın tələbinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlə rin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
48. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
49. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi xidmət müddəti də nəzərə alınmaqla tələb olunan 25 il sığorta stajına malik olduğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olun muş halları ilə təsdiq olunur. Odur ki, ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğundur.
51. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
52. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna ə saslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü tarixli, 21(103)-2573/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.