Məhkəmə qərarları › İş №2-1(102)-477/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-477/2019

12.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-477/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fondunun Xətai rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1942/2018 saylı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin 27 aprel 2018-ci il tarixli, 19/3852-01 saylı məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən güzəştli iş stajı olmadığı üçün imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək ona 24.08.2009-cu il tarixindən, yəni 52 yaşından əmək pensiyası təyin olunması və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2484/2018 saylı, 29 may 2018-ci il tarixli qərarı (hakim - R.L.Kərimli) ilə iddia tələbi təmin edilmiş, İddiaçı 24 avqust 2009-cu il tarixindən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xətai rayon Şöbəsinə həvalə olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğ v edib iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli iş stajı barədə aydınlaşdırıcı arayış təqdim etməmişdir. Əmək kitabçasında olan dövr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1942/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və X.Ə.Sarıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2018-ci il ta rixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarını ləğv edib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməyərək mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında tələb olunan azı 10 il güzəştli iş stajı yaranmadığından onun ərizəsini təmin etmək mümkün olmamışdır. Məhkəmə isə əsassız olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin o lunması haqqında qərar çıxarmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əs asən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İşin hallarından göründüyü k imi tərəflər arasında mübahisə doğuran əsas məsələ iddiaçının tələb olunan güzəştli iş stajına malik olub-olmadığı məsələsidir. Cavabdeh həm müraciəti təmin etməkdən imtina edərkən, həm də daha sonra verdiyi apellyasiya və kassasiya şikayətlərində iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına hüquq verən peşələrdə qanunvericiliyin tələb etdiyi müddət ərzində işləmədiyini bildirmişdir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, o, 15.12.1975-ci il tarixdən 01.08.1980-ci il tarixədək “Bakı Neftçıxarma Zavodunda” laborant, 01.09.1980-ci il tarixdən 03.04.1989-cu il tarixədək polimerləşmə institutu laboratoriyasında laborant vəzifələrində çalışmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər K abinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahısına əsasən kimyəvi analiz laborantları peşəsi 2091300a-13321 kod nömrəsi ilə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşələr sırasına daxil edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da kimyəvi analiz laborantları peşəsi güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşələr sırasına daxil edilmişdir. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi kod (2091300a-13321) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsinin “11. Ftor turşusunun və onun duzlarının istehsalı” altbölməsində nəzərdə tutulmuşdur və məhz həmin sahədə işləyən kimyəvi analiz laborantları peşəsinə aiddir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi həmin məsələyə ümumiyyətlə münasibət bildirməmiş, iddiaçının işlədiyi peşənin sözügedən sahəyə aid olub-olmadığını yoxlamamışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 24.08.2009-cu il tarixindən ona pensiya təyin edilməsini xahiş etdiyi üçün onun çalışdığı laborant peşəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehs alatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun qiymət verilməlidir. Həmin Siyahıda isə 18.8-ci bənddə laborant vəzifəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərə uyğunluğu məsələsini dəqiq müəyyən etməmişdir. Belə ki, məhkəmənin istinad etdiyi 18.8-ci bənddəki bütün adlarda laborantlar, o cümlədən sex laborantları peşəsi Siyahının “18. Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı” bölməsinin “1 8.8. Bu Siyahının 18-ci bölməsində adları çəkilən istehsalatlar” altbölməsində nəzərdə tutulmuşdur və məhz həmin sahədə işləyən şəxslərə aiddir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iddiaçının əmək kitabçasında qeyd edilmiş işlədiyi peşələrlə Siyahıda göstərilmiş peşələrin yerinə yetirilmiş əmək funksiyaları nəzərə alınmaqla eyni olubolmadığını dəqiq müəyyən etməlidir. İşin hallarından həmçinin müəyyən edilir ki, apellyasiya məhkəməsi işə baxarkən Heydər Əliyev adına Neft Emalı Zavoduna sorğu verərək iddiaçının orada çalışdığı peşənin zərərli əmək stajına aid olub-olmadığına dair məlumat verilməsini tələb etmişdir. Bununla bağlı olaraq həmin Zavodun verdiyi 05 oktyabr 2018-ci il tarixli cavab məktubunda isə göstərilmişdir ki, iddiaçı 18.04.1975-ci il tarixdən 01.08.1980-ci il tarixəd ək həmin zavodda laborant peşəsində işləmişdir və çalışdığı peşənin adı əvvəllər qüvvədə olmuş xüsusi zərərli sayılan 1 saylı siyahıya daxil deyildir. Apellyasiya məhkəməsi özünün qərarında sözügedən cavab məktubunun məzmununa natamam istinad etmiş, məktubda göstərilən iddiaçının çalışdığı peşənin adının əvvəllər qüvvədə olmuş xüsusi zərərli sayılan 1 saylı siyahıya daxil olmadığına dair məsələyə münasibət bildirməmişdir. Beləliklə, təkrar apellyasiya baxışı zamanı ilk növbədə iddiaçının işlədiyi peşələrin yuxarıdakı Siyahılarda göstərilmiş bölmələrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsinin “11. Ftor turşusunun və onun duzlarının istehsalı” altbölməsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “18. Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı” bölməsinin “18.8. Bu Siyahının 18ci bölməsində adları çəkilən istehsalatlar” altbölməsinə) aid edilməsinin mümkünlüyünə qiymət verilməlidir. Apellyasiya məhkəməsi bununla bağlı hər hansı araşdırma və qiymətləndirmə aparmamışdır. Təkrar apellyasiya baxışı zamanı belə aidiyyət müəyyən edilərsə, o halda, məhkəmə əlavə olaraq peşələrin uyğunluğu məsələsini dəqiq araşdırmalı və müəyyən etməlidir. Başqa sözlə, məhkəmə iddiaçının əmək kitabçasında qeyd edilmiş işlədiyi peşələrlə S iyahıda göstərilmiş peşələrin yerinə yetirilmiş əmək funksiyaları nəzərə alınmaqla eyni olub-olmadığını dəqiq müəyyən etməlidir. Bununla bağlı olaraq kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Buna görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair işə baxarkən cavabdehin bu barədə bildirməsindən asılı olmayaraq iddiaçının tələb olunan güzəştli iş stajına malik olub-olmama sı mütləq məhkəmə tərəfindən araşdırılmalı və dəqiq müəyyən olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1942/2018 saylı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi X.S.Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar