Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-477/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov Rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apellyasiya şikayəti verilməsi üçün prosessual müddətinin ötürülməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1134/2021 nömrəli iş üzrə 15.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 23 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı ikinci qrup əlillərə səhhətinin pozulmasına səbəb olmuş ziyana görə minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik maddi yardımın verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2. 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2-1(81)-3608/2018 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 20.11.2018-ci il tarixli, 2-1(82)-4606/2018 nömrəli (sədrlik edən hakim Xaliq İmanov) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına, İPM-in 35.1-ci maddəsinə istinad edərək, belə hesab etmişdir ki, iddiaçı qaldı rdığı məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etməsini təsdiq edən sübutunu və eləcə də, sonuncu inzibati orqanın imtina məktubunu məhkəməyə təqdim edə bilməmişdir.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 20.11.2018-ci il tarixli, 2-1(82)-4606/2018 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı həmçinin apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, həmin qərardadın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 15.03.2021-ci il tarixli, 2-1(103)-1134/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Vüsalə Baxışova) qərardadı ilə birinci instansiya məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2- 1(82)-4606/2018 saylı qərardadından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2-1(82)-4606/2018 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün sayılmaması və apellyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti Azərbay can Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15.03.2021-ci il tarixli, 2-1(103)-1134/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup ömürlük Çernobıl əlilidir. Qarabağda gedən döyüşlərdə iştirak ed ib, müharibə veteranıdır. 3 az yaşlı övladları var, həyat yoldaşı heç bir yerdə işləmir. Qan xəstəliyindən əziyyət çəkir. Hal-hazırda idiopatik trombositepenik purpura diaqnozu ilə B.Eyvazov adına X1 Transfiziologiya institutunda dispanser qeydiyyatındadır. 3-cü dərəcəli Bronxial astma diaqnozu ilə müalicə olunur. Ailə və maddi vəziyyəti çətindir. 1993-cü il 6 dekabr tarixli 762 saylı qanununa əsasən 14-cü maddədə göstərilən bənddə hal-hazıra kimi qüvvədədir. Minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik ziyana görə pul kompensassiyası nəzərdə tutulmuşdur. Qanuna əsasən zərərə görə birdəfəlik minimum əmək haqqını almayıb. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2-1(81)-3608/2018 nömrəli qərardadından, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.11.2018-ci il tarixli, 2-1(82)-4606/2018 nömrəli qərardadlarından apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasının səbəbi müalicə olduğu olmuş və 1 il keçdikdən sonra Bakı Apellyasiya Məhkəməsinə şikayəti ilə müraciət etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2-1(103)-1134/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin burax ılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KAS SASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, iş materiallardan görünür ki, mübahisələndirilən qərardadın surəti 26 noyabr 2018-ci il tarixli müşayiətedici məktubla sifarişli-xəbərnaməli poçt vasitəsi ilə tərəflərə göndərilmiş və iddiaçının ünvanına göndərilmiş məhkəmə qərardadı idd iaçı tərəfindən 09.04.2019-cu il tarixdə xəbərnaməyə şəxsən imza edilərək qəbul edilmişdir.
16. Qərarın 12-ci bəndində sadalanan inzibati prosessual normaların tələbinə əsasən, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti 19.04.2019-cu il tarixdə bitmişdir.
17. Buna baxmayaraq, iddiaçının apellyasiya şikayəti 19.11.2020-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti başa çatdıqdan sonra təqdim edilmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür.
18. Apellyasiya məhkəməsi haqlı olaraq öz qərardadında qeyd etmişdir ki, “Qanunvericik müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarl a əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. İddiaçı xəstəliyi ilə əlaqədar olaraq üzrlü səbəbdən müddəti ötürdüyünü qeyd etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir”.
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi prosessual hüquq normaları düzgün olmuşdur.
20. Belə ki, birinci instansiya məhkəməsinin qərardadından qanunla müəyyən edilmiş müddətdə şikayət vermək hüququnun olmasına baxmayaraq iddiaçı tərəfindən həmin müddətdə apellyasiya şikayəti verilməmiş, eyni zamanda apellyasiya şikayətinin v erilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
22. Həmin Məcəllənin 24.4-cü maddəsinə müvafiq olaraq təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respubl ikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulan müddəti, eyni zamanda həmin müddətin bərpasına dair ərizə verilməsi üçün qanunvericiliklə müəyyən edilən 1 il müddəti buraxmışdır.
24. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 15.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.03.2021-ci il tarixli, 2-1(103)-1134/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.