Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-477/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi; iddia müddətinin ötürülməsi, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Na zirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X14 və qeyriləri) qarşı “JN 1395A. kod 902****2 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və ******* saylı çıxarışın qismən ləğv edilməsi, adının qalması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-49/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarından iddiaçının hüquqi varisi Məmmədov Ehtibar Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN 1395A kod 902****2 nömrəli, avqust 2**5-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Mingəçevir Şəhər İcra H akimiyyəti başçısının 23.07.2**4-cü il tarixli 293 saylı qərarı ilə verilmiş 0,25 hektar torpaq sahəsi İddiaçı Əbdulhüseyn oğlunun, X19, X8, X3, Cavabdeh3, X2, X4, X1, X26, X15, X20, X27, X28, X41, X42, X6, X9, X50, X21 və X52 mülkiyyətinə verilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27 avqust 2014-cü il tarixli, RX seriyalı ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Əbdulhüseyn oğlunun, 0,19 ha torpaq sahəsi isə hər biri 0,0125 ha hissə olmaqla paylı mülkiyyət hüququ üzrə İddiaçı Əbdulhüseyn oğlunun, Məmmə dov Ehtibar Yusif oğlunun, X8, X3, Cavabdeh3, X2, X4, X1, X29, X27, X41, X42, X9, X50, X22 və X52 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək JN 1395A, kod 902****2 şəhadətnamənin həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi barədə üçüncü şəxslərin mülkiyyət hüququ və ******* saylı çıxarışın üçüncü şəxsləri - Məmmədov Ehtibar Yusif oğlu, X23, X10, Cavabdeh3, X7, X11, X5, X43, X44, X53, X54, X24, X59, X35 və X60 aid hissəsinin ləğv edilməsi və İddiaçı adının qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında, 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində 1950-ci ildən y aşayır. 1993-cü ildə yaşadığı evin dövlət planına uyğun sökülməsi nəzərdə tutulduğu üçün o, ailə üzvlərinin gələcəkdə mənzillə təmin olunması üçün övladlarını, kürəkənini və nəvələrini öz evində pasport qeydiyyatına saldırmışdır. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı 23 iyul 2**4-cü il tarixli, 293 saylı sərəncamı ilə həmin torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Lakin həmin torpaq sahəsi ilə bağlı JN- 395A KOD 902****9 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən əsassız olaraq üçüncü şəxslərin adları həmin şəhadətnaməyə daxil edilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun, torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə onun və üçüncü şəxslərin adlarına qeydiyyata alınmışdır. Halbuki, həmin evdə pasport qeydiyyatında olan şəxslərin hər birinin ayrılıqda özlərinə məxsus evi və həyətyanı torpaq sahələri vardır.
5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1150/2014 nömrəli, 10 dekabr 2014cü il tarixli qərarı ilə (hakimi U.H.Osmanov) iddia tələbi təmin edilmiş, JN-1395A kod 902****2 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən, yəni üçüncü şəxslər X36, X23, X10, Cavabdeh3, X7, X11, X5, X45, X32, X37, X44, X46, X53, X54, X16, X24, X59, X35 və X60 münasibətdə ləğv edilməsi qərara alı nmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23.07.2**4-cü il tarixli 293 saylı sərəncamı ilə rəsmi olaraq 0,25 ha həyətyanı torpaq sahəsi iddiaçının adına rəsmiləşdirildiyindən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, lakin həmin sərəncam əsasında JN-1395 A, kod 902****2 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən X45 və qeyrilərinin adları hər hansı hüquqi əsas olmadan qeyd olunduğundan iddiaçı JN 1395A, kod 902****2 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən, yəni üçüncü şəxslər X36, X23, X10, Cavabdeh3, X7, X11, X5, X45, X32, X37, X44, X46, X53, X67 2lu, X16, X24, X59, X35 və X60 münasibətdə ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.
7. Şəki İnzibati-İqtis adi Məhkəməsinin 2-1(84)-1150/2014 nömrəli, 10 dekabr 2014cü il tarixli qərardadı ilə (hakimi U.H.Osmanov) iddiaçının cavabdehə qarşı “JN 1395A. kod 902****2 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və DƏDXR-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi” barədə iddia tələbi DƏDXR-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.
8. Üçüncü şəxslər X17, X10, Cavabdeh3, Abdullayeva (Qurbanova) Günel Abdurrəhman qızı, X11 və Abdullayeva (Hüseynova) Qumral Abdurrəhman qızı apellyasiya şikayəti verərək, qərarın onlara münasibətdə ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində i craat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-49/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərardadı ilə X47 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-49/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-1150/2014 nömrəli, 10 dekabr 2014-cü il tarixli qərarı üçüncü şəxslər X14, X12, Cavabdeh3 Abdurəhman oğlu, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə ləğv edilmiş və inzibati iş üzrə yeni qərar çıxarılmış, JN 1395A. kod 902****2 nömrəl i torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər X14, X12, Cavabdeh3 Abdurəhman oğlu, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə rədd edilmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd edilən üçüncü şəxslər qeydiyyatda olduqları ünvanda «Torpaq İslahatı haqqında» Qanuna uyğun olaraq torpaq əldə etmək hüququna malik olmuş və onların adlarının torpağın mülkiyyətə verilməsi barədə JN 1395A. kod 902****2 nömrəli şəhadətnamədə qeyd edilməsi qanuni və əsaslı olmuşdur.
12. İddiaçının hüquqi varisi Məmmədov Ehtibar Yusif oğlu kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndər ilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya Məhkəməsi İPM-in tələblərini kobud surətdə pozmuşdur. Belə ki, məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq əsassız olaraq 8 il bundan əvvəl qəbul olunmuş birinci instansiya məhkəməsinin qərarını heç bir əsas olmadan və qanunsuzluq edərək ləğv etmiş və yeni əsassız qərar qəbul etmişdir.
14. Mərhum atası, İddiaçı mülkiyyətindən kürəkəni - X10, onun ailə qurmuş qızları Qurbanova (Abdullayeva) Günel Abdurrəhman qızı və Hüseynova (Abdullayeva) Qumral Abdurrəhman qızı və qız nəvələri olan - Cavabdeh3 və X11 torpaq payı istəyirlər. Həmin şəxslərin Yevlax rayonu Xanabad kəndində hər birinin ayrıca evləri, torpaq sahələri və ailələrinin yaşadığı evləri v ardır. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldı ğı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya ş ikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir.
20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklif ləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
21. Hazırkı iş üzrə mübahisələndirilən JN 1395A. kod 902****2 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 2**5-ci il də tərtib olunmuş və İddiaçı təqdim edilmişdir. Belə olan halda, aydındır ki, həmin vaxtdan iddiaçı bu şəhadətnamədən və həmin şəhadətnamədə üçüncü şəxslərin adlarının göstərilməsindən məlumatlı olmuşdur.
22. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).
23. Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 29 8-ci mаddə).
24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də, mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
25. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi şəhadətnamənin ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu halın iddianın baxılan hissədə mümkünsüzlüyünə səbəb olduğunu nəzərə almadan mübahisəyə mahiyyəti üzrə baxmışdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının hüquqi varisi Məmmədov Ehtibar Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(107)-49/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 1395A, kod 902****2 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslər X14, X12, Cavabdeh3 Abdurəhman oğlu, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına dair hissədə ləğv edilməsi və adının qalması” barədə iddia tələbi üçüncü şəxslər X14, X12, Cavabdeh3 Abdurəhman oğlu, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə mümkün sayılmasın. Qərar qətidir.