Məhkəmə qərarları › İş №2-1(102)-478/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-478/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-478/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRAR (Açar sözlər: iddianın mümkün sayılmaması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil cavabdehin vəkili Fərid Həsənovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı şifahi müsahibənin nəticələrinə dair protokolun ona aid hissədə ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2 590/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı şifahi müsahibədə verdiyi cavabın məqbul qiymətləndirilməsi və bunun əsasında onun Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılmaqla Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdeh Vəkillər Kollegiyasının üzərinə qoyulmasını, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Vəkillər Kollegiyasının onun Vəkillər Kollegiyasına üzv qəbul edilməkdən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinə dair dəqiqləşdirmənin aşağıdakı məzmunda nəzərə alınmasını xahiş etmişdir: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq səlahiyyətli qurumu olan Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilən peşə yararlılığının müəyyən edilməsinə dair xx xxx 2018-ci il tarixli 29 saylı şifahi müsahibədə İddiaçı ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi öhdəliyi və İddiaçı peşə yararlığının müəyyən edilməsinə dair müvafiq rəy verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulsun; İddiaçı müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimə buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulsun; - İddiaçı aşağıdakı tələblərə cavab verməsi şərtilə onun Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulsun; 1) İddiaçı müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimi müvəffəqiyyətlə bitirməsi; 2) İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilə biləcəyi tarixə müvafiq olaraq iddiaçı X2 işində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin İİ hissəsi ilə z iddiyyət təşkil edən halların olmaması; - Tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq qurumu olan Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığının müəyyən edilməsinə dair xx xxx 2018-ci il tarixli 29saylı şifahi müsahibənin nəticələrinə dair protokolu (qərarı) İddiaçı aid olan hissədə ləğv edilsin; - Tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Vəkillər X1 xx xxx 2018-ci il tarixli 12 saylı protokolu (qərarı) İddiaçı aid olan hissədə ləğv edilsin. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-458/2019 saylı (sədrlik edən hakim X.İmanov) qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Vəkillər Kollegiyasının müvafiq səlahiyyətli qurumu olan Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilən peşə yararlılığının müəyyən edilməsinə dair xx xxx 2018-ci il tarixli 29 saylı şifahi müsahibədə ona ünvanlanmış suallara verdiyi cavabların məqbulqiymətləndirilməsi və onun peşə yararlığının müəyyən edilməsinə dair müvafiq rəy verilməsi; müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə buraxılması; Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və Vəkillər X1 xx xxx 2018-ci il tarixli 12 saylı protokolunun (qərarının) ona aid olan hissədə ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsini n xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini, həmin iddia tələblərinə baxılmasının mümkün hesab edilib, mahiyyəti üzrə baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2590/2019 saylı (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mübahisələndirilən xx xxxx 2019-cu il tarix li qərardadında istinad etdiyi əsasları təkrarlamış və ümumiyyətlə apelyasiya şikayətində irəli sürülən əsaslara toxunmamışdır. İddiaçı hesab edir ki, onun iddiası məcburetmə haqqında iddiadır və buna uyğun olaraq məcburetmə iddiasının aşağıdakı mümkünlük şərtləri ona münasibətdə tətbiq olunur (İnzibati Prosessual Məcəllə, maddə 2.2.2 və 33.2). Belə ki, bu iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aiddir (İnzibati Prosessual Məcəllə, maddə 1.1 və inzibati icraat haqqında Qanun, maddə 1.0.1). Nəticə etibarilə, cavabdeh ölkə üzrə vəkillərin müstəsna peşə təşkilatıdır və vəkilliyə qəbulu həyata keçirən yeganə təşkilatdır. Bu sahə üzrə məxsusi səlahiyyət həyata keçirir və amirlik üzrə qaydalar və qərarlar qəbul edir. Eləcə də cavabdeh bu funksiyalarını ictimai maraq (hüquq peşəsinin keyfiyyəti və maraqları) naminə həyata keçirir. Göstərilənlərə əsasən cavabdeh inzibati akt qəbul edən inzibati orqan funksiyasını yerinə yetirir və onunla iddiaçı arasında olan münasibət üzrə mübahisə inzibati mübahisədir. Bu iş üzrə mübahisənin predmeti iddiaçının subyektiv hüquqlarına toxunur. Belə ki, iddiaçının peşəsi hüquqşünaslıqdır. Hüquqşünaslıq üzrə effektiv peşə fəaliyyəti üçün vəkilliyə qəbul olmaq lazımdır. Cavabdeh iddiaçını vəkilliyə qəbul etməkdən imtina edib. Cavabdehin bu inzibati aktı iddiaçının peşə hüquqlarına dair maraqlarına toxunur. Beləliklə, iddiaçının peşə hüququ ilə əlaqədar cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ mövcu ddur (İnzibati Prosessual Məcəllə, maddə 35.1). İşin faktiki hallarından və hüquqi izahından aydın olur ki, iddiaçının subyektiv hüququnun qorunması yalnız Vəkillər Kollegiyasının İxtisas Komissiyasının xx xxx 2018-ci il tarixli 29 saylı qərarın ləğvini tələb etmir. Belə ki, onun vəkilliyə qəbul olunmaqdan imtinasının əsaslarını cavabdeh tərəfindən yol verilən ayrı-seçkilik və qərəzlilik təşkil etdiyi, həmçinin vəkilliyə qəbulun çox mərhələli olması tələb edir ki, məhkəmə tərəfindən şifahi imtahan nəticəsinin məqbul hesab edilməsi və sonrakı proseslərdə hər hansı qeyri qanuni maneələr yaradılmadan Vəkillər Kollegiyasına iddiaçının üzvlüyü təmin edilsin. Bundan əlavə, iddia tələbinin mümkünsüz sayılması üçün əsaslar mövcud deyil. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia tələbi bütü n mümkünlük şərtlərini ödəyir. Eləcə də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanundan göründüyü kimi (maddə 10) cavabdehin vəkilliyə namizədləri Vəkillər Kollegiyasına üzv qəbul etmək səlahiyyəti mövcuddur. Bu nöqteyi-nəzərdən iddiaçı cavabdehə qarşı qanuni əsaslar daxilində tələb irəli sürüb. Bu baxımdan iddianın mümkün sayılmaması üçün əsaslar mövcud deyil və onun iddiaçı kimi subyektiv hüququ var (İnzibati Prosessual Məcəllə, maddə 35). Bundan başqa, qeyd edilməlidir ki, iddia tələbinin əsaslı olmaması yaxud qismən əsaslı olmaması hələ onun mümkün hesab edilməməsi mənasına gəlmir. İddiaçı vəkilliyə namizəddir. İddiaçının İxtisas İmtahanının şifahi müsahibə mərhələsində verdiyi cavabları məqbul hesab edilmədiyi üçün o, qəbul prosesindən kənarda qalmış və Kollegiyaya üzv qəbul edilm əmişdir. Bununla bağlı iddiaçının cavabdehə qarşı qanuna əsaslanan tələb hüququ mövcuddur. Bu tələb «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 13-cü maddəsinin Vİİ hissəsindən irəli gəlir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-2590/2019 saylı qərardadının ləğv edilməsi, iddiaçının iddia ərizəsində qeyd olunan aşağıdakı iddia tələblərinə baxılmasının mümkün hesab edilib mahiyyəti üzrə baxılması: İddiaçı müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimə buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması; İddiaçı aşağıdakı tələblərə cavab verməsi şərtilə onun Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması: 1) İddiaçı müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimi müvəffəqiyyətlə bitirməsi, 2) İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilə biləcəyi tarixə müvafiq olaraq İddiaçı işində «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin İİ hissəsi ilə ziddiyyət təşkil edən halların olmaması; Tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq qurumu olan Vəkillərin ixtisas Komissiyasının peşə yararlı ğının müəyyən edilməsinə dair xx xxx 2018-ci il tarixli 29 saylı şifahi müsahibənin nəticələrinə dair protokolun (qərarın) İddiaçı aid olan hissədə ləğv edilməsi; Tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Vəkillər X1 xx xxx 2018-ci il tarixli 12 saylı protokolun (qərarın) İddiaçı aid olan hissədə ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmi n edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini, qeyd edilən iddia tələblərinə baxılmasının mümkün hesab edilib, mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini, iddia tələblərinə baxılmasının mümkün hesab edilib, mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Həsənov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2590/19 saylı qərardadla, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-458/2019 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 32.1, 32.2, 35.1, 35.3-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadı ilə qeyd olunan hissələrdə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı kasasiya şikayətində göstərmişdir ki, «Bakı Apelyasiya məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mübahisələndirilən xx xxxx 2019-cu il tarixli qərardadında istinad etdiyi əsasları t əkrarlamış və ümumiyyətlə apelyasiya şikayətində irəli sürülən əsaslara toxunmamışdır». Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə qərardad qəbul edərkən İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələblərinə riayət edərək qanundan kənara çıxmamışdır, yəni, məhz apelyasiya şikayətində irəli s ürülən əsaslara toxunmuş və onlara düzgün hüquqi qiymət vermişdir. İddiaçı kasasiya şikayətində həmçinin yazmışdır ki, «onun iddiası məcburetmə haqqında iddiadır və buna uyğun olaraq məcburetmə iddiasının aşağıdakı mümkünlük şərtləri ona münasibətdə tətbiq olunur (İnzibati Prosessual Məcəllə, maddə 2.2.2 və 33.1)». İddiaçı həmçinin qeyd etmişdir ki, «Bu mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aiddir (İnzibati Prosessual Məcəllə, maddə 1.1 və «İnzibati icraat haqqında» Qanun, maddə 1.0.1)». Daha sonra kasasiya şikayətində göstərilir ki, «bu iş üzrə mübahisənin predmeti mənim subyektiv hüquqlarıma toxunur. Belə ki, mənim peşəm hüquqşünaslıqdır. Hüquqşünaslıq üzrə effektiv peşə fəaliyyəti üçün vəkilliyə qəbul olmaq lazımdır». Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsa ssızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, iddiaçının peşə yararlılığının müəyyən edilməsinə dair Vəkillərin İxtisas Komissiyasının şifahi müsahibənin nəticələrinə dair xx xxx 2018-ci il tarixli 29 saylı protokolunun (qərarının) iddiaçıya aid olan hissədə ləğv edilməsi tələbi istisna olmaqla, onun tərəfindən irəli sürülən digər: Komissiya tərəfindən xx xxx 2018-ci il tarixdə şifahi müsahibə zamanı iddiaçının peşə yararlılığının müəyyən edilməsi zamanı ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi, müvafiq rəy verilməsi, onun icbari təlimə buraxılması və bitirmiş hesab edilməsi kimi iddia tələbləri, eyni zamanda, şikayəti ilə əlaqədar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin xx xxx 2018-ci il tarixli 12 saylı protokolunun (qərarının) ona aid olan hissədə ləğv edilməsi tələbi – vəkilliyə qəbul prosesi ilə əlaqədar fen məsələləri özündə əks etdirən, onun üçün əlverişsiz olan Vəkillərin İxtisas Komissiyasının xx xxx 2018-ci il tarixli 29 qərarını ləğv etməyən və dəyişdirməyən iddia tələbləri olmaqla məcburetmə haqqında iddianın predmet dairəsinə aid edilməsi mümkün olmayan tələbləri ehtiva edir. Belə qənaətə gəlmiş apelyasiya instansiyası məhkəməsi haqlı olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinin x xxxx 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları»na istinad etmişdir, belə ki, həmin Qaydaların 5.1-ci bəndinə görə yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək m əqsədi ilə onlarla şifahi müsahibə keçirilir; Həmin Qaydaların 5.2-ci bəndinə əsasən müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir; Qaydaların 5.3-cü bəndinə müvafiq olaraq hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər; Qaydaların 5.4-cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları «məqbul» və ya «qeyri-məqbul» kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd ap arılır. Müsahibənin nəticəsində cavabları «qeyri-məqbul» qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir; Qaydaların 6.1-ci bəndinə görə şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinin digər dövriliyi də müəyyən edilə bilər; Qaydaların 6.2-ci bəndinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti müsahibənin keçirildiyi İ gündən 1 (bir) il müddətində onun nəticələri üzrə müvafiq sənədlərin saxlanılmasını təmin edir; Qaydaların 6.3-cü bəndinə müvafiq olaraq Komissiya müsahibədə cavabları «məqbul» qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilir. Komissiyanın rəyi ilə cavabları «məqbul» qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılırlar; Qaydaların 6.4-cü bəndinə əsasən namizədin peşə yararlılığına dair Komissiyanın rəyi Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edildikdən və icbari təlimdən müvəffəqiyyətlə keçdikdən sonra, namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar aşkar edilmədikdə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir; Qaydaların 6.5-ci bəndinə görə müsahibənin nəticələrinə dair Komissiyanın qərarından narazı olan namizədlər qərarın elan olunduğu gündən 5 (beş) gün müddətində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət verə bilərlər. Həmin şikayətə Rəyasət Heyətinin iclasında baxılır və sonuncuya müvafiq cavab verilir. Bu xüsusda apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, «Qaydalar»ın qeyd olunan tələblərindən də göründüyü kimi, iddiaçının Vəkillərin İxtisas Komissiyasının xx xxx 2018-ci il tarixdə keçirilən şifahi müsahibədə ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi və peşə yararlığının müəyyən edilməsinə dair müvafiq rəy verilməsi, tədris-elm müəssisəsində icbari təlimə buraxılması və bitirməsi kimi iddia tələbləri – onun Vəkillər Kollegiyasına üzvlüyə qəbulu zamanı həyata keçirilən cavabdeh inzibati orqanın diskression səlahiyyətlərinin tərkib elementlərini özündə cəmləşdir ir. Bu baxımdan İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində sadalanan iddia növlərinə aid edilməsi və Vəkillərin İxtisas Komissiyasının iddiaçını Vəkillər Kollegiyasına üzvlükdən kənarda qoyan Protokolu (qərarı) mövcud olduğu halda, belə iddia tələblərinə ayrı-ayrılıqda, müstəqil olaraq inzibati icraat qaydasında baxılması mümkün ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının qeyd olunan iddia tələblərinin inzibati məhkəmə icraatında baxılmasını zəruri edən faktiki şərtlər mövcud olmadığından əsaslandırılmış iddia tələbləri kimi qəbul edilməsi istisna olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, i ddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiy a şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 21(103)-2590/19 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar