Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-478/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı (üçüncü şəxs Azərbaycan Dövlət İqtisad Universiteti) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirmədən, İddiaçı Cavabdeh1nə qarşı Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla torpaq sahəsi üzrə hüquqların həyata keçirilməsinə maneənin qadağan olunması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2761/2021 nömrəli, 23.11.2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin müvəqqəti hasara almaq üzrə quraşdırılma işlərinin aparılmasına cavabdehin etirazının qanunsuz hesab edilməsi, həmçinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini dəmir, plastik və yaxud taxta materiallarından ibarət konstruksiya ilə müvəqqəti hasara almaq üzrə quraşdırma işlərinin aparılmasının qarşısını alan hər hansı müdaxilə və ya digər formada m əhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir
2. Bakı İnzibati Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2-1(112)-3286/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.
3. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2761/2021 nömrəli, 23.11.2021-ci il tarixli qərarı ilə (sədrlik edən Səadət Bəktaşi, hakimlər Azər Hüseynov və Aida Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2-1(112)-3286/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmış dır.
5. Üçüncü şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2761/2021 nömrəli, 23.11.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllənin 75.4-cü maddəsinə əsasən bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
7. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
8. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
9. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Hazırkı qərardadın 6-9-cu bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, şikayətin verilmədiyi hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
11. İşin hal larından isə məlumdur ki, üçüncü şəxs Azərbaycan Dövlət İqtisad Universiteti birinci instansiya məhkəməsinin qərarını mübahisələndirməmişdir. Odur ki, həmin qərar ona münasibətdə artıq qüvvəyə minmişdir.
12. İPM-in “kassasiya instansiyası məhkəməsində şikayət üzrə icraat” adlanan Xİ fəslində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarından şikayət verilmə imkanı nəzərə tutulmamışdır. Odur ki, üçüncü şəxs Azərbaycan Dövlət İqtisad Universiteti birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermədiyinə görə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2761/2021 nömrəli, 23.11.2021-ci il tarixli qərarından da kassasiya şikayəti vermək hüququ yoxdur.
13. Qeyd olunanları nəz ərə alan məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayəti mümkün sayıla bilməz.
14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2761/2021 nömrəli, 23.11.2021-ci il tarixli qərarından üçüncü şəxs Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Üçüncü şəxsin kassasiya şikayətinin qəbulundan imtina edilsin.