Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-478/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2567/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1978-1983-cü illərdə Azərbaycan Politexnik İnstitutunda əyani şöbədə ali təhsil almış və ona müvafiq ixtisas üzrə tam kursu bitirməsinə dair İB seriyalı 040672 nömrəli xx.xx.1983-cü il tarixli diplom verilmişdir.
2. İddiaçıya məxsus BÇ seriyalı 054707 nömrəli xx.xx.1985-ci il tarixli hərbi biletə əsasən, o, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus İT-İ seriyalı xx.xx.1989-cu il tarixli əmək kitabçasına əsasən, o, 21 noyabr 1983-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır və hal-hazıradək işləyir. 4. “X1” MMC-nin 19 aprel 2018-ci il tarixli, 133/A nömrəli arayışına əsasən, iddiaçı 28 mart 2001-ci il tarixdən 1 sentyabr 2005-ci il tarixədək Poladəritmə sexində zərərli iş şəraitində növbə rəisi, 1 sentyabr 2005-ci il tarixdən 1 noyabr 2006-cı il tarixədək Poladəritmə sexinin menecerin müavini vəzifəsində, 1 noyabr 2006-cı il tarixdən 1 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexində zərərli iş şəraitində şixtə (xəlitə) sahəsinin rəisi vəzifəsində çalışmışdır Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (b) yarımbəndində növbə rəisləri, sahə rəisləri, sex rəisləri, onların müavinləri kimi öz əksini tanmışdır. 5. “X1” MMC-nin 19 aprel 2018-ci il tarixli, 85/L nömrəli arayışına əsasən, iddiaçı 1 sentyabr 2009-cu il tarixdən 7 iyul 2011-ci il tarixədək təkrarqarametal tədarükü sahəsində böyük usta, 7 iyul 2011-ci il tarixdən 1 sentyabr 2014-cü il tarixədək təkrarqarametal tədarükü sahəsinin rəisi, 1 sentyabr 2014-cü il tarixdən 10 oktyabr 2016-cı il tarixədək poladəritmə sexinin rəisi, 10 oktyabr 2016-cı il tarixdən 10 mart 2017-ci il tarixədək poladəritmə sexinin rəis müavini, 10 mart 2017- ci il tarixdən hal-hazıradək baş direktorun istehsalat üzrə 1-ci müavininin müşaviri vəzifəsində çalışır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (b) yarımbəndində ustalar, böyük ustalar, sahə rəisləri, sex rəisləri, onların müavinləri kimi öz əksini tapmışdır. 6. “X1” MMC-nin 30 aprel 2021-ci il tarixli, 50/L nömrəli məktubuna əsasən, iddiaçı 28 mart 2001-ci il tarixdən 1 sentyabr 2009-cu il tarixədək olan dövr ərzində “X1” MMC-nin poladəritmə sexində növbə rəisi, menecerin müavini, şixtə sahəsinin rəisi vəzifələrində çalışmı şdır. Qeyd edilən dövrdə “X1” xarici investorlar tərəfindən idarə edildiyi üçün bəzi vəzifələrin adlarında ingilis mənşəli sözlər yer almışdır. Menecer müavini sex rəisinin müavini kimi başa düşülməlidir. İddiaçı öz əmək funksiyalarını elektrik poladəritmə sexində, isti və zərərli iş şəraitində yerinə yetirirdi. Bu baxımdan, qeyd edilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (b) yarımbəndində növbə rəisləri, sahə rəisləri, sex rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. Bundan başqa, təkrarqarametal tədarükü sahəsi “metal lurgiya istehsalatı”na aid olan elektrik poladəritmə sexinin daxilində yerləşir. Həmin sahədə metal tullantıların emalı prosesi həyata keçirilir. İddiaçı 1 sentyabr 2009-cu il tarixdən 1 sentyabr 2014-cü il tarixədək olan dövr ərzində həmin sahədə böyük usta və sahə rəisi vəzifələrində çalışmışdır. Bu vəzifələr də yuxarıda qeyd edilən Siyahının 3.6 (b) yarımbəndində növbə rəisləri, sahə rəisləri, sex rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. İddiaçının iş yeri bilavasitə elektrik poladəritmə sexinin daxilində yerləşirdi və o, bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirmişdir.
7. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından 28 iyul 2 021-ci il tarixli, **********2 nömrəli məktubla imtina olunmuşdur.
8. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş əmək kitabçasında iddiaçının xx.xx.2005-xx.xx.2006-cı illərdə “X1” MMC-nin Poladəritmə sexində menecerin müavini vəzifəsində işlədiyi qeyd olunsa da, bu vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının “Metallurgiya istehsalatı” bölməsinin (3) polad və ferroərinti istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (rəhbərlər və mütəxəssislər yarımbəndində) nəzərdə tutulan sex rəisinin müavini vəzifəsinə uyğun deyil. Təqdim edilən sənədlərdə onun 2009-2014-cü illərdə Təkrarqarametal Tədarükü sahəsində böyük usta və sahə rəisi vəzifələrind ə işlədiyi qeyd olunmuşdur. Lakin həmin vəzifələr yuxarıda qeyd olunan polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az olmaqla, 9 il 9 ay 12 gün təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 60 yaşdan, yəni 14 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğ inin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur. Hal-hazırda “X1” MMC-də baş direktorun istehsalat üzrə 1-ci müavininin müşaviri vəzifəsində çalışır. 4 may 2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdehin 28 iyul 2021-ci il tarixli məktubu ilə ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinaya səbəb kimi onun işlədiyi sahənin və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuş sahə və vəzifələrə aid olmadığı göstərilmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun çalışdığı “X1” MMC-də xarici investorlar tərəfindən idarə edildiyi dövrdə bəzi vəzifələrin adlarında ingilis mənşəli sözlər yer almışdır. Onun 1 sentyabr 2005-ci il tarixdən 1 noyabr 2006-cı il tarixədək çalışdığı Poladəritmə sexində “menecer müavini” vəzifəsi, məhz “sex rəisinin müavini” vəzifəsi olmuşdur. Həmçinin, 1 sentyabr 2009-cu il tarixdən 1 sentyabr 2014-cü il tarixədək işlədiyi təkrarqarametal tədarükü sahəsi poladəritmə sexinin daxilində yerləşən metal tullantılarının emalını həyata keçirən sahədir. Göründüyü kimi, həmin sahə yuxarıda qeyd edilən Siyahının 3.6-cı bəndində nəzərdə tutulan “polad və ferroərintilər istehsalı” s ahəsinə aiddir və iddiaçının işlədiyi vəzifələr də uyğun olaraq 3.6 (b) yarımbənddə nəzərdə tutulmuş böyük usta, sahə rəisi, sex rəisi, onların müavinləri vəzifələrinə uyğundur. “X1” MMC-nin 30 aprel 2021-ci il tarixli 50/L saylı məktubunda yuxarıda qeyd edilənlər ətraflı şəkildə öz əksini tapmışdır. Bununla bağlı, cavabdehin əməkdaşlarının və mütəxəssislərinin iştirakı ilə yerində baxış keçirməklə, onun işlədiyi sahənin nə dərəcədə zərərli və isti sahə olmasının müəyyən edilməsini tələb etsə də, heç bir araşdırma aparılmadan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Təqdim edilən sənədlərdə qeyd olunduğu kimi, onun 60 yaşı olan müddətə, yəni 14 fevral 2021-ci il tarixədək hərbi xidmət və təhsil müddəti də nəzərə alınmaqla 42 il 9 ay ümumi əmək s tajı, 15 il 11 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı və 124441.0 manat məbləğində pensiya kapitalı var.
11. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “Metallurgiya istehsalatı” bölməsinin (3) polad və ferroərinti istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sex rəisləri, onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi 21 noyabr 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 1 sentyabr 2005-ci il tarixdən 1 noyabr 2006-cı il tarixədək olan dövr ərzində “X1” MMC-nin Poladəritmə sexində menecerin müavini vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sex menecerinin müavini vəzifəsi yuxarıda qeyd olunan sex rəisləri, onların müavinləri vəzifəsinə uyğun deyil. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərdə 1 sentyabr 2009-cu il tarixdən 1 sentyabr 2014-cü il tarixədək olan dövr ərzində təkrarqarametal tədarükü sahəsində böyük usta və sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi təkrarqarametal tədarükü sahəsində usta və sahə rəisi vəzifələri yuxarıda qeyd olunan polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması sahəsi nə aid deyil. Bu səbəbdən, güzəştli iş stajı 12 il 6 aydan az (9 il 9 ay 12 gün) təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
12. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək olan 27 il 7 il 16 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 20472,85 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 129565,41 manat olmaqla, cəmi 150038,26 manat pensiya kapitalı hesablanmışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə, onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46320,00 manat məbləğində hesablanmışdır.
13. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 11 aprel 2022-ci il tarixli, 21(112)-1853/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 14 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya m əhkəməsi qeyd etmişdir ki, iddiaçının müvafiq yaş həddinə çatması, yetərli pensiya kapitalı toplaması, eləcə də 25 il sığorta stajına malik olması işin mübahisə olunmayan hallarına aiddir və məhkəmə icraatında tədqiq edilmiş əmək kitabçası, diplom və digər sənədlərlə də bu hallar təsdiqini tapır. Cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlil isə, yalnız iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan az (9 il 9 ay 12 gün) staj toplamasıdır. “X1” MMC-nin qeyd edilən arayışlarında iddiaçının 2001-2014-cü illərdə işlədiyi vəzifələrin xüsusiyyətləri, o cümlədən iş şəraiti (vəzifənin adı fərqli ifadə olunsa da) təsvir olunmuş və həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə t əsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6-cı bəndinin “b” yarımbəndində nəzərdə tutulan növbə rəisi, sex rəisi, sex rəisinin müavini vəzifələrinə uyğun olması qeyd edilmişdir. Məhkəmə icraatında cavabdeh tərəf həmin arayışlardakı məlumatların qeyri-mötəbərliyi ilə əlaqədar hər hansı dəlil gətirmədiyindən, belə hal icraatda müəyyən edilmədiyindən, həmin sənədlər mötəbər qiymətləndirilir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13 və 52-ci maddələri rəhbər tutularaq, iddia ərizəsində tələb kimi göstərilən “əmək pensiyasının məbləğinin ödənilməsi” ifadəsi “əmək pensiyasının təyin edilməsi” kimi qəbul e dilməlidir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Məhkəmə sorğusuna cavab olaraq, “X1” MMC-nin xx.xx.2022-ci il tarixli, X-Y1954 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı tarixədək X1 Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin poladəritmə sexinin “menecerin müavini” (sex rəisinin müavini) vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “X1” MMC-nin (hazırkı QSC-nin) təkrarqarametal tədarükü sahəsində “böyük usta” vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək isə həmin sahədə “sahə rəisi” vəzifəsində işləmişdir. İddiaçı menecerin müavini kimi poladəritmə sexində isti və zərərli iş şəraitində texnoloji təlimatlara ciddi əməl etməklə, polad və ferroərintilər istehsalı ilə bağlı işlərə operativ rəhbərliyi həyata keçirmişdir. Qeyd edilən peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin “2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor iş ləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində “sex rəisləri, onların müavinləri” vəzifələri ilə eynilik təşkil edir. Təkrarqarametal tədarükü sahəsində “böyük usta” və “sahə rəisi” isti və zərərli iş şəraitində qara metal qırıntılarının və tullantılarının qəbulu, boşaldılması, emalı, şixtə sahəsinin fasiləsiz olaraq vaxtlı-vaxtında emal olunmuş metal qırıntıları ilə təmin olunması proseslərində görülən bütün işlərin təşkilatçılıqlarını və həmin işlərə rəhbərliyi həyata keçirir. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilə rin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin “3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində “ustalar, böyük ustalar” və “sahə rəisləri” peşələri ilə eynilik təşkil edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının qeyd edilən peşələr üzrə əmək fəaliyyəti isti və zərərli iş şəraitində polad və ferroərintilər istehsalı ilə bağlı olmuşdur. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində polad və ferroərintilər istehsalatı sahələrində keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əm ək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən iddiaçının işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 26 oktyabr 2022-ci il tarixli, 21(103)-2567/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(112)-1853/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının tələbi “ona 60 yaşdan, yəni 14 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə yanaşı, həm də “keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə olsa da, birinci instansiya məhkəməsi qərarının nəticəvi hissəsində onun yalnız birinci tələbinin təmin olunduğunu göstərmiş, digər tələbinə münasibət bildirməmişdir. Lakin bu hal kobud prosessual pozuntu kimi qəbul edilmədiyi üçün məhkəmə qərarının ləğv edilib, iddianın bu səbəbdən rədd edilməsi üçün əsas yaratmır. Bu zaman məhkəmə kollegiyası nəzərə almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəl lər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla, həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
20. Cavabdehin kassasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun iddiaçıya ünvanladığı imtina məktubunun, birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın və apellyasiya şikayə tinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2567/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
30. Əmək pensiyasını təyin edən orqan... 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavə nin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir....
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
3. Metallurgiya istehsalatı (Qara metallar)... 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması... b) rəhbərlər və mütəxəssislər: növbə rəisləri sahə rəisləri sex rəisləri, onların müavinləri ustalar, böyük ustalar...
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma his səsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (hə cmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə cavabdehin imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlil lərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də imtina məktubunun, etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.
31. Belə ki, iddiaçıya 14 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlərin ödənilməsi təl əb olunur: 1) iddiaçının 60 yaşının tamam olması; 2) azı 25 il sığorta stajına malik olması; 3) 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
32. İş materialları ilə müəyyən edilir ki, iddiaçının 60 yaşı 14 fevral 2021-ci ildə tamam olmuş, o, əmək pensiyasının təyin edilməsi üçün iddia etdiyi 14 fevral 2021-ci il tarixə ümumilikdə 25 ildən çox sosial sığorta stajına, 12 il 6 aydan çox xüsusi iş stajına malikdir və tələb olunan minimum məbləğ 46.320 manat olduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində 150.038,26 manat vəsait toplanmışdır.
33. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən sadəcə, onun xüsusi iş stajını mübahisələndirmiş, digər tələblərlə bağlı hər hansı etirazı olmamışdır.
34. Cavabdehin şikayətinin dəlillərinə görə, iddiaçının xx.xx.2005 - xx.xx.2006-cı illərdə “X1” MMC-nin Poladəritmə sexində işlədiyi menecerin müavini vəzifəsi və 20092014-cü illərdə Təkrarqarametal tədarükü sahəsində işlədiyi böyük usta və sahə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda olmadığından, onun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. İddiaçının güzəştli stajı 9 il 9 ay 12 gündür.
35. İşdəki sübutlar və apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx. 2005-ci il tarixdən xx.xx.2006-cı tarixədək X1 Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin poladəritmə sexinin “menecerin müavini” (sex rəisinin müavini) vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “X1” MMC-nin (hazırkı QSC-nin) Təkrarqarametal tədarükü sahəsində “böyük usta” vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək isə həmin sahədə “sahə rəisi” vəzifəsində işləmişdir. İddiaçının qeyd edilən peşələr üzrə əmək fəaliyyəti isti və zərərli iş şəraitində polad və ferroərintilər istehsalı ilə bağlı olmuş, o, işlədiyi müddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində polad və ferroərintilər istehsalatı sahələrində keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan, iddiaçının işlədiy i dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmiş və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir.
36. Cavabdehin mübahisələndirdiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin “3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” bəndinin (b) rəhbərlər və mütəxəssislər yarımbəndində “ustalar, böyük ustalar” və “sahə rəisləri” peşələri ilə eynilik təşkil edir. Belə olan halda, iddiaçının güzəş tli iş stajı 12 il 6 aydan çoxdur.
37. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə 12 il 6 aydan az işləməsi barədə cavabdehin şikayətinin dəlili əsaslı olmamışdır.
38. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərar dəyişdirilmədən QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2567/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.