Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-479/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-479/19 Bakı şəhəri 13 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən Bakı Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-1(103)-2504/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 20 iyun 1992-ci il tarixdən 30 dekabr 2003-cü il tarixədək Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Lənkəran Tədris İstehsalat Müəssisəsində əldə etdiyi əmək stajının həqiqiliyini qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun 20 iyun 1992-ci il tarixdən 30 dekabr 2003-cü il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. (iş v. 23) İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, birinci qrup əlildir. 20 iyun 1992-ci il tarixdən 30 dekabr 2003cü il tarixədək Azərbaycan Respublkası Korlar Cəmiyyətinin Lənkəran Tədris İstehsalat Müəssisəsində fəhlə işləmişdir. Bu barədə əmək kitabçasında qeydiyyat aparılmışdır. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət emiş, lakin sonuncu onun əmək fəaliyyəti dövrününü qarşılıqlı yoxlanılmasının mümkün olmadığı əsası ilə bundan qanunsuz imtina etmişd ir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının 20 iyun 1992-ci il tarixdən 30 dekabr 2003-cü il tarixədək olan fəaliyyət dövrünün qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün, onun ərizəsinin təmin edilməsi mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2-1(82)2052/2018 saylı qərarı (hakim Rüstəm Kərimli) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasındakı işləməsi barədə qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər sayılmalıdır. Belə olan halda, onun əmək kitabçasındakı qeydlər əsasında qanunla müəyyən edilmiş həddə sığorta stajı toplanmış olur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin e dilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-1(103)-2504/2018 saylı qərarı ilə (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının İ qrup əlilliyə görə əmək pensiyası hüququ əlilliyin müəyyən edildiyi 15 noyabr 2016-cı il tarixdən yaranmışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1, 32.1-1, 32.2, “İnzibati icraat haqında” Qa nunun 19.1-ci maddələri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, əlilliyə görə əmək pensiyası 1-ci qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyəti yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı o lduqda təyin edilir. Buna görə də iddiaçının iddia tələbinin təmin edilməsi qanuna ziddir. Dəlilin hüquqi əsası kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasının notarial qaydada təsdiq olu nmuş surətinə əsasən müəyyən olunur ki, o, 20 iyun 1992-ci ildən 30 dekabr 2003-cü ilədək Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Lənkəran Tədris İstehsalat Müəssisəsində fəhlə işləmişdir (İşdən görünür ki, iddiaçı tərəfindən, onun işlədiyi müəssisənin mövcudluğu faktının təsdiqi olaraq, həmin müəssisədə işləyən Ədalət Qasımov və Elşad Ağayev adında başqa iki şəxsin əmək kitabçalarının surəti təqdim olunmuşdur). Cavabdehin imtina məktubunun məzmunundan göründüyü kimi, iddiaçının 20 iyun 1992-ci ildən 30 dekabr 2003-cü ilədək əmək fəaliyyət dövrünü qarşılıqlı yoxlamaq mümkün olmadığı üçün ərizəni təmin etmək mümkün olmadığı bildirilmişdir. İddiaçı xx xxxxx 1976-cı ildə anadan olmuş (şəxs.vəs, Xətai RPİ 17 yanvar 2013), 15 noyabr 2016-cı il tarixdə onun İ qrup gözdən əlilliyi (2 saylı TS EK-in 15 noyabr 2016-cı il tarixli “müayinə olunan şəxs barədə məlumatı”) müəyyən olunmuşdur. İddiaçının 15 yaşının tamam olduğu 19 aprel 1991-ci ildən əmək qabilliyətli yaş dövrünün başlandığını nəzərə alsaq, onun 1-ci qrup əlilliyinin müəyyən edildiyi 15 noyabr 2016-cı il tarixədək 24 il 6 ay 27 gündən ibarət yaş dövrü üçün 8 il 4 aydan çox olmayan sığorta stajı tələb olunur. Mübahisəlndirilən 20 iyun 1992-ci ildən 30 dekabr 2003-cü illəri əhatə edən dövr üzrə isə onun sığorta stajı 11 il 6 ay 10 gün təşkil edir. Bununla da, əlilliyin təyin edildiyi 15 noyabr 2016-cı il tarixinə onun müvafiq sığorta stajı mövcud olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyi görə, iddiaçının əmək kitabçasının qeydlərində təsbit olunan məlumatların həqiqətə uyğun olmadığı ca vabdeh tərəfindən sübuta yetirilmədiyi üçün, onun mötəbərliyi mübahisə olunmur və buradakı məlumatlara əsasən, iddiaçının qanunvericiliklə tələb olunan müddətdən çox stajı vardır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçı 1-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajına malik deyidir. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. Tələblə iddiaçı əlil kimi pensiyanın təyin edilməsini xahiş etmişdir. İstinad etdiyi hallara görə (əlilliyi 15 noyabr 2016-cı il tarixində müəyyən olunmuş), pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (həmin Qanuna edilmiş dəyişikliklər barədə Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli Qanunun qüvvəyə minmədiyi dövrdə): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliy yətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 32.2-ci maddəsinə əsaəsnb, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyinvə ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündənmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qanunveric iliyin sadalanmış müddəalarından göründüyü kimi, əlilliyə görə əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt həmçinin şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Habelə, əlilliə görə pensiya hüququnun yaranması tarixi əlilliyin müəyyən olunduğu gün hesab edilir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 20 iyun 1992-ci il tarixdən 30 dekabr 2003-cü illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi ha qqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Eyni mahiyyətli müddəa tətbiq edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cıil tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının əmək kitabçasında əks olunmuş qeydlər onun sığorta stajını müəyyən etmək üçün yetərli olmuşdur. Belə ki, işin hallarından göründüyü kimi, apellyasiya məhkəməsi iddiaçı tərəfindən, onun işlədiyi müəssisənin mövcudluğu faktının təsdiqi olaraq, həmin müəssisədə işləyən Ədalət Qasımov və Elşad Ağayev adında başqa iki şəxsin əmək kitabçalarının surətlərinin təqdim olunmasına əsaslanmışdır. İddiaçının əmək kitabçasından məlum olur ki, onun işlədiyi dövrdə müəssisənin direktoru “Ağayev” adlı şəxs olmuşdur. Sonuncunun əmək kitabça sından məlum olur ki, 1988-ci ildə Azərbaycan SSR Korlar Cəmiyyətinin Lənkəran X1 direktorunun vəzifələrini icra edən vəzifəsinə təyin edilmiş və 2005-ci ildən həmin Müəssisədən digər vəzifəyə keçməklə əlaqədar işdən azad olunmuşdur. Göstərilənlər isə o nəticəcə gəlmək üçün əsas yaradır ki, iddiaçının işlədiyi müəssisə hələ SSRİ dövründə fəaliyyətdə olmuş və daha sonra təşkilatı-hüquqi formasını və adını dəyişdirmişdir. Bu hallar isə həmin müəssisənin mövcudluğunun əlavə olaraq yoxlanılmasını istisna etmişdir. Belə olan haldaapellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının əmək kitabçasında əks olunmuş qeydlərə əsasən ona 1-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi ilə cavabdeh onun qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-1(103)-2504/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-479/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-479/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver