Məhkəmə qərarları › İş №2-1(102)-479/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-479/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-479/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: ailə başçısını itirməyə görə pensiya) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı, cavabdehin vəkilinin iştirakı ilə İddiаçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29.01.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.1968-ci il təvəllüdlü iddiaçı uşaqlıqdan lal-kar olduğundan ona 3-cü qrup əlillik dərəcəsi verilmişdir. Hazırda 2-ci qrup əlilliyinə görə əmək pensiyası alır. İddiaçının atası X1 hakim vəzifəsində çalışmış və yaşa görə pensiyaçı olmuş, 29 dekabr 2009-cu il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehə müraciət edərək hüququ yarandığı 29.12.2009-cu il tarixdən ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasını xahiş etmiş, lakin sonuncu ona 01 may 2019cu il tarixdən pensiya təyin etmiş, bu zaman qanunda hakimlərə ödənilməsi nəzər də tutulan müavinət və əlavə haqları nəzərə almamışdır. İddiaçı cavabdehə müraciət edərək qanunda hakimlərə ödənilməsi nəzərdə tutulan müavinət və əlavə haqları nəzərə alaraq pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 21.05.2019-cu il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının atası hakim işlədiyi müddətdə iddia etdiyi əlavələri almadığından həmin əlavələr pensiyanın hesablanmasına daxil edilməmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququ yaranan vaxtdan, yəni, 2009-cu il 29 dekabr tarixindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, hakimlərə hakimlik stajının hə r beş ilinə hər aylıq vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının, hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımın, hər il məzuniyyət üçün iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə üçün ödənilən iki aylıq əmək haqqı məbləğində müavinətin nəzərə alınaraq onun ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması 2009-cu il 29 dekabr tarixindən hazırki vaxta qədər yaranmış pensiya məbləği fərqinin hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2577/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı hüququ yaranan vaxtdan, yəni 2019-cu il 01 may tarixindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, hakimlərə hakimlik stajının hər beş ilinə hər aylıq vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının, hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımın, hər il məzuniyyət üçün iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə üçün ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti n nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilmiş və digər hissədə isə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2577/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarını qismən ləğv edərək, iddianın ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı tarixdən, yəni 2009-cu il 29 dekabr tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və hazırki vaxta qədər yaranmış pensiya məbləği fərqinin birdəfəyə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilməsi his səsində də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2-1(81)-2577/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarı ilə tərəflərin apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2577/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı dəyişdirilərək, iddia qismən təmin edilmiş, iddiaçıya, onun pensiya hüququnun yaran dığı 29.12.2009-cu il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və hakimlərə ödənilən, hakimlik stajının hər beş ilinə hər ay aylıq vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının, hər il məzuniyyət üçün iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh və iddiaçı kassasiya şikayəti vermişdir. Kassas iya şikayətinin dəlilləri Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə tələb edilən əlavə haqq (m106), müavinət (m.107) və pul təminatının (m.109) “əmək haqqının sonrakı artımı” kimi qəbul edilməsi yolverilməzdir.İddiaçıya görə, “Əmək Pensiyaları haqqında” Qanunun (ƏPQ) 20.7 və 29.3-cü maddələri ona belə bir hüquqla çıxış etmək imkanı tanıyır. Halbuki 20.7-ci maddə, sabiq hakimlərin əmək pensiyasına əlavlərin hesablanması zamanı əmək haqqındakı sonrakı artımların diqqətə alınmalı olunmasını təsbit edir. Kassator hesab edirki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun (MHQ) 107 və 109-cu maddələrində nəzərdə tutulmuş müavinət və pul təminatı əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilə bilməz. Kassator MHQ-nin 106, 107, 109-cu maddələrinə, “Əmək Pensiyaları Haqqında” Qanunun 21.1, 1.0.5, 32.3, 7, 14.1, 14.1.1.2, 34, 31.2, 32.3, 14, 32.1-1-ci maddələrinə, “Sosial sığorta haqqında” qanunun 1-ci, 4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiyasının Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 14 noyabr 2014-cü il tarixli qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli qərarına, İnzibati-Prosessual Məcəllənin 90,92,94-cü maddələrinə istinad edərək, Bakı Apellyasiya Məhkəməsinin 24.10.2019-cu il tarixli, 2-1(103)-2146/2019 nömrəli qərarının ləğv olunaraq, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının kassasiya dəlillərinə görə işə baxan apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, “Birinci instansiya məhkəməsi hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasının cavabdeh həvalə edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, adıçəkilən yardımlar hakimlik kursunu b itirib ilk dəfə hakim seçilmiş hakimlərə təyin olunan və daimi xarakter daşımayan, yəni mütəmadi olmayan birdəfəlik ödənilən bir pul təminatıdır. Bu baxımdan belə yardım iddiaçının mərhum atasının vəzfə maaşında baş verən sonrakı artım kimi nəzərə alına bilməz.” İddiaçı apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, əgər qanunda məhkəmənin təfsir etdiyi kimi, yazılsaydı ki, bu ödəniş “kurs keçmiş” hakimlərə tətbiq edilir, onda məhkəmə haqlı olardı, lakin qanun hakimlik fəaliyyətinin birinci ilini nəzərdə tutur ki, bu da hər bir hakim vəzifəsində çalışanlara aiddir. Hər bir hakimin heç şübhəsiz ki, hakimlik fəaliyyətinin “birinci ili” vardır. Bu artım da qanunun tələbinə müvafiq olaraq heç bir məhdudiyyət qoyulmadan hər bir hakimə pensiya təyin edilərkən və zifə maaşında sonrakı artım kimi pensiya hesablanmasında nəzərə alınmalıdır. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə, “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 106-cı maddəsinə, İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə istinad edərək, Bakı Apellyasiya məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının bu iş üzrə qəbul etdiyi qərarı, hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımın nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməsini, hakimlərə səlahiyyətlərinin yerinə ye tirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatı hissəsində dəyişiklik edilərək, 25 faiz miqdarında aylıq pul təminatının nəzərə alınması barədə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Xoğlu vəkilsiz iştirak etdiyindən işə onun izahatı alınmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, **.**.1968-ci il təvəllüdlü iddiaçı uşaqlıqdan lal-kar olduğundan ona 3-cü qrup əlillik dərəcəsi verilmiş, рazırda 2-ci qrup əlilliyinə görə əmək pensiyası alır. İddiaçının atası X1 hakim vəzifəsində çalışmış və yaşa görə pensiyaçı olmuş, 29 dekabr 2009-cu il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehə müraciət edərək hüququ yarandığı 29.12.2009-cu il tarixdən ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasını xahiş etmiş, lakin sonuncu ona 01 may 2019cu il tarixdən pensiya təyin edilmiş, bu zaman qanunda hakimlərə ödənilməsi nəzərdə tutulan müavinət və əlavə haqları nəzərə alınmamışdır.İddiaçı cavabdehə müraciət edərək qanunda hakimlərə ödənilməsi n əzərdə tutulan müavinət və əlavə haqları nəzərə alaraq pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 21.05.2019-cu il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının atası hakim işlədiyi müddətdə iddia etdiyi əlavələri almadığından həmin əlavələr pensiyanın hesablanmasına daxil edilməmişdir. Hazırkı iş üzrə iddiaçının atasının X1 hakim vəzifəsində çalışmış olması, 29 dekabr 2009-cu il tarixdə vəfat etməsi, iddiaçıya 01.05.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilməsi işin tərəflər arasında mübahisələdirilməyən hallarına aiddir. İddiaçı ona 29 dekabr 2009-cu il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilməli olmasını, həmçinin pensiya məbləğinin hesablanması zamanı qanunda hakimlərə ödənilməsi nəzərdə tutulan müavinət və əlavə haqlar ın nəzərə alınmalı olmasını mübahisələndirir. Cavabdehin imtinasının əsasını isə iddiaçının atası hakim işlədiyi müddətdə tələb olunan əlavələri almaması təşkil edir. İddiaçıya 29 dekabr 2009-cu il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilməli olmasına dair iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum atası X1 20.07.1998-ci il tarixdən hakim kimi yaşa görə əmək pensiyası təyin olunmuş və o, 2009-cu il 29 dekabr tarixində vəfat etmişdir. Eyni zamanda, iddiaçı uşaqlıqdan lal-kar olmuş, əlillik pensiyası almış və DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən ona 01.05.2019-cu ildən 464,24 məbləğində ailə başçsısını itirməyə görə pensiya təyin edilmişdir. Halbuki, iddiaçının ailə başçısının itirməyə görə pensiyasını almaq hüququ atasının öldüyü 29.12.20 09-cu il tarixindən yaranır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.3-cü maddəsinə əsasən isə ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 14.1-ci və 14.1.1.2-ci maddələrinin tələbindən isə görünür ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası Qanunun qeyd olunan normalarının tələbi baxımından, hesab edir ki, iddiaçının ailə başçısının itirməyə görə pensiya hüququq atasının öldüyü 29.12.2009-cu il tarixindən yaranmasına dair apellyasiya instansiya məhkəməsinin nəticəsi əsaslıdır. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi iddia tələbini “hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasının cavabdeh həvalə edilməsi” hissəsində təmin etməməkdə haqlı olmuşdur. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə əsasən ilk dəfə hakim vəzifəsinə təyi n olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, adıçəkilən yardımlar hakimlik kursunu bitirib ilk dəfə hakim seçilmiş hakimlərə təyin olunan və daimi xarakter daşımayan, yəni mütəmadi olmayan birdəfəlik ödənilən bir pul təminatıdır. Bu baxımdan belə yardım iddiaçının mərhum atasının vəzifə maaşında baş verən sonrakı artım kimi nəzərə alına bilməz. Bundan əlavə, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsinin 1-ci hisssəsinin 4-cü və 7-ci bəndlərinə əsasən digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, bütün məhkəmələrin hakimləri nə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. 3-cü hissəsinə əsasən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. Həmin Qanunun 107-ci maddəsinin 1-ci hissəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Yuxarıda sadalanan normaların tələblərinə əsasən ailə başçısını itirməyə görə pensiyanın hakimlərə hakimlik stajının hər beş ilinə hər ay aylıq vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının, hər il məzuniyyət üçün iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə üçün ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət nəzə rə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşarkən Qanunun qeyd olunan tələbləri nəzərə alınmışdır. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının 29.12.2009-cu il tarixdən nəzərə alınmalı olması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” 08.10.2010-cu il tarixli Qanunla 106-cı maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilmişdr: "Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikas ı Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.” Həmin Qanun isə 01.10.2010-cu il tarixdən qüvvəyə mindiyindən sözügedən əlavənin iddiaçıya təyin edilmiş pensiya məlbəğində nəzərə alınması da həmin tarixdən etibarən olmalıdır. Məhkəmə kollegiyası iddiaçının “hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatı hissəsində dəyişiklik edilərək, 25 faiz miqdarında aylıq pul təminatının nəzərə alınması”na dair kassasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edir ki, iddiaçının iddi a tələbi “səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının nəzərə alınaraq onun ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması 2009-cu il 29 dekabr tarixindən hazırki vaxta qədər yaranmış pensiya məbləği fərqinin hesablanaraq ona ödənilməsi barədə” olduğundan, iddiaçının iddia tələbində “hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 25 faiz miqdarında aylıq pul təminatının nəzərə alınması”na dair tələbi olmadığından, məhkəmə kollegiyası bu mərhələdə buna qiymət verə bilməz. İPM-nin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarı “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının 29.12.2009-cu il tarixdən nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində dəyişdirilməli, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzif ə maaşının 15 faizi miqdarında aylıq pul təminatının 01.10.2010-cu il tarixdən nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarı “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təmin atının 29.12.2009-cu il tarixdən nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində dəyişdirilsin. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının 01.10.2010-cu il tarixdən nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar