Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-479/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergilərin hesablanması barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər B aş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 2-1(103)-1978/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 20.10.2017-ci il tarixli **********620200 nömrəli “Vergilərin hesablanması barədə” qərarı ilə iddiaçıya 2017-ci ilin avqust ayı üzrə əlavə olaraq 85.700 manat məbləğində ƏDV hesablanmış və ƏDV-nin yaranmasına səbəb satılmış mallara görə ticarət əlavəsinin tətbiq olunması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 20.10.2017-ci il tarixdə vergilərin hesablanması barədə **********620200 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC 27.04.2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslər Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı vaxtında vergi orqanına bəyan etmişdir. Bununla da, öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. Lakin 03.10.2017-ci il tarixli Cavabdeh vergilərin hesablanması barədə **********25600 nömrəli qərarına əsasən vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində 85.700 manat əlavə vergi məbləği hesablanmışdır. Halbuki, MMC fəaliyyət göstərdiyi müddətdən vaxtı vaxtında vergilər gəlirə uyğun olaraq bəyan edildiyi və ödənildiyi halda formal əsaslarla Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsassız olaraq əlavə vergi məbləği hesablamışdır. Buna görə də iddiaçı hesab edir ki, həmin məbləğ həqiqəti əks etdirmir və bu səbəbdən də Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması barədə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir
4. Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya hesablanmış verg i ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı vergi ödəyicisinin 2015-ci ilin sonuna 0,00 manat qalığının olduğu, 01.01.2016-cı il tarixdən 31.08.2017-ci il tarixədək olan dövr üzrə 1.058.485,18 manat məbləğində mallar idxal etdiyini müəyyən etmişdir. Satılmış mallara ticarət əlavəsi (40%) tətbiq edilməklə 1.481.879, 25 manat dövriyyə müəyyənləşdirilmişdir. Müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən dövriyyənin 920.068,12 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 26.09.2017-ci il tarixli **********438400 nömrəli “Kameral vergi yoxlam ası üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat məktubu, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə, Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 85.700,00 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 03.10.2017-ci il tarixli **********625600 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd edilən qərarın qəbul edilməsindən sonra iddiaçı tərəfindən 05.10.2017-ci il tarixdə həmin dövrə dəqiq ləşdirilmiş bəyannamə təqdim edilmiş, lakin dəqiqləşdirilmiş bəyannamənin qəbul edilməsi üçün əsaslar müəyyən olunmadığından iddiaçıya münasibətdə əvvəlki qərardakı hesablamanı təsdiq edən 20.10.2017-ci il tarixli **********620200 nömrəli “Vergilərin hesablanması barədə” Qərar qəbul edilmiş və iddiaçıya göndərilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.01.2019-cu il tarixli, 2-1(81)53/2019 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, Cavabdeh 20.10.2017-ci il tarixli vergilərin hesablanması barədə **********620200 saylı qərar ləğv edilmiş, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat xərc iddiaçıya aid edilmişdir.
6. Birinci instansiya məhkəməsi məhkəmə ekspertizası rəyinə əsaslanaraq qeyd etmişdir ki, işdə olan sənədlərlə Cavabdeh tərəf indən 20.10.2017-ci il tarixli, **********620200 saylı qərarda İddiaçı MMC-yə 2017-ci ilin avqust ayı üzrə əlavə olaraq 85.700,0 manat məbləğində ƏDV hesablandığı müəyyən edilmiş və həmin ƏDVnin yaranmasına səbəb satılmış mallara görə ticarət əlavəsi tətbiq olunması göstərilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavə və vergi tutulan idxal vergitutma obyektidir. Həmin maddənin tələblərindən göründüyü kimi, ƏDVnin ticarət əlavəsi ilə hesablanması yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilə bilər. Müə ssisə tərəfindən isə idxal əməliyyatları həyata keçirilmişdir. Bununla da birinci instansiya məhkəməsi hesab etmişdir ki, kameral qaydada verginin hesablanması zamanı cavabdeh tərəfindən Vergi Məcəlləsinin tələblərinə əməl olunmadığından mübahisəli qərar əsassızdır və ləğv edilməlidir. 7.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1001/2019 saylı, 18.06.2019-cu il tarixli qərarı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-53/2019 saylı, 23.01.2019-cu il tarixli qərarı dəyişd irilmədən qüvvədə saxlanılmışdır.
9. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-3216/2019 saylı, 10.12.2019-cu il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, A.Hüseynov, X.Məmmədov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1001/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkə məsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. İddiaçıya göndərilən malın pərakəndə satış qiyməti ilə malgöndərənə ödənilən alış qiyməti və onun fərqinə dair cavabdeh tərəfindən əsaslandırma təqdim edilməmiş, bununla bağlı məhkəmə tərəfindən də hər hansı araşdırma aparılmamışdır. Malların əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halında bazar qiymətinə əsasən ticarət əlavəsinin hesablanması nəzərdə tutulmuş, iddiaçıya təqdim edilən malların əvəzsiz təqdim edilməsi və ya barter olunması, malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti, malgöndərənə ödənilən alış qiyməti müəyyən edilməmiş, ticarət əlavəsinin məhz 40% hesablanması cavabdeh tərəfindən əsaslandırılmamış, məhkəmə tərəfindən də faktiki və hüquqi qiymətləndirmə aparılmamışdır. Həm bəyannamənin təqdim ed ildiyi gün, həm də qərarın qəbul edildiyi gün nəzərə alınarsa, ümumilikdə 29-cu iş günündə mübahisə olunan qərarın qəbul edilməsi müəyyən olunur. Odur ki, cavabdehin Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları, o cümlədən ƏDV-nin hesablanması ilə bağlı cavabdehin təqdim etdiyi gömrük bəyannamələrindəki məlumatları araşdırıb qiymətləndirməmiş, ekspert rəyində xüsusi bilik tələb edilən suallarla bağlı deyil, Vergi Məcəlləsinin müddəaları qeyd edilib həmin müddəaların mövcudluğu ilə bağlı fikir bildirilməsi nəzərə alınmamışdır. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.10.2020-ci il tarixli 21(103)-503/20 20 nömrəli qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), H.Həmidov və V.Məmmədov) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2-1(81)-53/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ekspertiza rəyində kameral qaydada verginin hesablanması zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmadığı və bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin tətbiq etdiyi hesabatlar qəbul olunmalı olduğu qeyd edilmiş, dolayısıyla, rəydə xüsusi bilik tələb edilən suallara de yil, Vergi Məcəlləsinin müddəalarının düzgün tətbiq edilib-edilməməsinə dair rəy verilmişdir. Ekspert öz rəyində hesablamalarla bağlı məsələyə ümumiyyətlə toxunmamış və əsassız olaraq prosessual normaların pozulmasına istinad etmişdir. Maddi və prosessual normaların düzgün tətbiq olunub-olunmamasına hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş məsələdir və bu hal ekspert rəyinin əsasını təşkil edə bilməz. Odur ki, birinci instansiya məhkəməsi mötəbər sübut qismində qəbul edilməsi mümkün olmayan ekspert rəyinin qərarında əsas kimi qeyd etməklə, yanlış nəticəyə gəlmişdir. Bundan başqa, yaranmış fərqlə bağlı malların təqdim edilməsi, vergi ödəyicisinin ƏDV bəyannaməsində göstərilməsi ya da mal qalığı kimi mənfəət vergisi bəyannaməsinin 1 №-li Əlavəsində əks etdirilməsi iş mate riallarından müəyyən edilmir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. d. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)857/2021 saylı, 26.05.2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, Z.Quliyev, K.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.10.2020-ci il tarixli 2-1(103)-503/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ekspertin rəyi ilə razılaşmadığına baxmayaraq, əlavə və ya təkrar ekspertiza təyin olunması məsələsini həll etməmişdir. Doğrudur ki, təkrar və ya əlavə ekspertiza təyin olunması məhkəmənin vəzifəsi deyil, hüququdur. Lakin baxılan işdə mübahisəli hal cavabdeh tərəfindən ticarət əlavəsinin düzgün hesablanmaması ilə bağlıdır. Məhkəmə də qeyd etmişdir ki, “ekspert öz rəyində hesablamalarla bağlı məsələyə ümumiyyətlə toxunmamışdır”. Bu halda məhkəmə ticarət əlavəsinin hesablanmasını təkcə hüquqi əsasları deyil, həm də məbləğin düzgün hesablanması üzrə araşdırma aparılmalı idi. e. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 21(103)-1978/2021 nömrəli qərarına əsasən (hakimlər S.Bəktaşi, Ş.Məmmədova, A.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinin 23.01.2019-cu il tarixli, 2-1(81)-53/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı MMC-dən tutulması qərara alınmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh nə qəbul etdiyi qərarlarda, nə də ki apellyasiya şikayətində iddiaçının dövriyyəsinə ticarət əlavəsi tətbiq etməklə ƏDV hesablanmasının normativ əsasının göstərməmiş, şəxsi mülahizəsi əsasında ticarət əlavəsinin tətbiq etməklə iddiaçının dövriyyəsinin əsassız artmasına səbəb olmuşdur.
20. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 2-1(103)-1978/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kas sasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlillərinə görə cavabdeh tərəfindən inzibati aktın əsaslandırılmamasına istinad edərək qərarın ləğv edilməsi Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsinə ziddir. Belə ki, Ali Məhkəmənin 17.05.2017-ci il tarixli 2-1(102)-510/2017 nömrəli qərarında qeyd edilmişdir ki, “vergi münasibətləri üzrə artıq mövcud olmuş praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması üzrə səyyar vergi yoxlaması keçirildiyi aktda, kameral vergi yoxlamaları üzrə isə uyğunsuzluq məktubunda əks etdirilir. Məhkəmə kolle giyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, lakin yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir, çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarlar ləğv edilməlidir ki, bu isə vergidən yayınma ehtimallarını yaradır”. Odur ki, apellyasiya instansiyası məhkəməsi vergi orqanı tərəfindən qəbul edilən inzibati aktın əsaslandırılmamasına istinad etməkdə haqlı olmamışdır.
22. Digər tərəfdən məhkəmə bildirir ki, müəssisənin yük-gömrük bəyannamələrinə əsasən iddiaçının idxal edilən mal dövriyyəsinin 1.058.485,18 manat, vergiyə cəlb edilən dövriyyənin 920.068,12 manat bəyan edilməsi hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilə bilmə z. Kassator məhkəmənin bu mövqeyini də əsassız hesab edir. Belə ki, yük gömrük bəyannamələrinə əsasən 01.01.2016-cı il tarixindən 31.08.2017-ci il tarixinədək olan dövr üzrə 1.058.485,18 manat məbləğində malların idxal olunduğu, lakin həmin mallar barəsində vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamədə məlumatların olmaması idxal olunan malların təqdim edilməsi barədə açıq aşkar nəticəyə gəlməyə səbəb olur. Belə ki, malların idxalının birmənalı şəkildə təsdiq olunduğu nəzərə alınarsa, həmin mallar ya təqdim edilməli və vergi ödəyicisi bunu bəyannamədə göstərməlidir. Ya da mal qalığı kimi vergi ödəyicisinin bəyannaməsində öz təsdiqini tapmalıdır.
23. Qeyd edilən malların itməsi halı belə əməliyyatın vergiyə cəlb olunmasını istisna etmir. Vergi ödəyicisi qeyd edilən halların da olmas ı barədə vergi orqanına məlumat verməmiş və zəruri təsdiqedici sənədləri təqdim etməmişdir. Deməli idxal olunmuş mallara münasibətdə bu ehtimal da öz təsdiqini tapmamışdır. Belə olan halda malların aqibəti qaranlıq qalmış və vergi ödəyicisi öz mövqeyini əsaslandıra bilməmiş və vergi orqanının həmin malların təqdim edilməsi ilə bağlı arqumentinə əks arqument göstərməmişdir. Lakin buna baxmayaraq, məhkəmə qərarın qəbulu zamanı bu faktları nəzərə almamış və qərarın qəbul edilməsi üçün zəruri olan bütün halları araşdırmamışdır.
24. Vergi Məcəlləsinin 14-cü maddəsinin tətbiq edilməsinə dair məhkəmənin mövqeyinə münasibətdə isə qeyd edilmişdir ki, həmin maddədə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması halları konkret şəkildə öz əksini tapmışdır. Lakin qeyd edilən halda həmin maddəd ə göstərilən əsaslardan heç biri olmadığından bazar qiymətinin tətbiqinə zərurət mövcud deyildir.
25. Beləliklə, məhkəmə öz vəzifələrini icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda olduğu kimi əks etdirmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə səthi yanaşmış, cavabdehin təqdim etdikləri sübutları qeyri-mötəbər, iddiaçı tərəfindən təqdim edilən sübutları isə mötəbər hesab etmişdir. Mötəbər hesab etdiyi sübutların mötəbərliyi isə əsaslandırılmamışdır. Həmçinin, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, lazımi və ağlabatan səylər göstərməmişdir.
26. Bundan başqa, ekspert rəyinin qiymətləndirilməsi zamanı da məhkəmə səhvə yol vermişdir. Belə ki, ekspert qarşısında qoyulmuş sual üzrə ekspertizaya təqdim edilmiş sənədlər əsasında hansı həcmdə dövriyyə məbləğinin müəyyən edilməsi ekspert rəyində öz əksini tapmamışdır. Xüsusi bilik tələb edilən halın müəyyən edilməsi məqsədilə təyin edilən məhkəmə-mühasibatlıq ekspertizasının hansı sənədlərə əsasən hansı həcmdə dövriyyə müəyyən etməsi aydın deyildir. Maraqlıdır ki, ekspert müvafiq hesablamalar aparılmadan dövriyyədən kənarlaşmanın olmaması barədə nəticə necə müəyyən edilmişdir? Odur ki, ekspert qarşısında qoyulan ilk sual üzrə heç bir tədqiqat aparmadan cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməklə iş üçün əhəmiyyətə malik olmayan formal nəticəyə gəlmişdir. Həmçinin, ekspert rəydə vergi orqanı tərəfindən 40% ticarət əlavəsinin tətbiq edilməklə dövriyyə müəyyən edilməsinin düzgün olmadığı barədə qeyd etmişdir. Qeyd edilən nəticəyə gələrkən ekspert heç bir tədqiqata və sübuta əsaslanmamış, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə istinad edərək öz şəxsi mülahizəsini qeyd etməklə kifayətlənmişdir.
27. Maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyü barədə rəy bildirmək ekspertin səlahiyyətinə aid deyildir. Odur ki, ekspert öz mövqeyini əsaslandırmaq məqsədilə vergi qanunvericiliyinə istinad etməkdə haqlı olmamışdır. Qeyd olunan maddi hüquq normasının tətbiqinə hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş məsələdir və bu hal ekspert rəyinin əsasını təşkil edə bilməz.
28. Qarşısında qoyulmuş ikinci sual üzrə ekspert iddiaçının 2017-ci ilin avqust ayı üzrə ƏDV üzrə borcunun məbləğini və üçüncü sual üzrə isə iddiaçı tərəfindən bəyan edilmiş 85.700 manat ƏDV-nin düzgün hesablanıb-hesablanmadığını müəyyən etməli idi. Lakin ekspert qeyd edilən suallar üzrə hər hansı tədqiqat aparmadan, müvafiq mühasibat sənədlərinə istinad etmədən vergi ödəyicisinin özü tərəfindən təqdim edilən vergi hesabatının qəbul edilməli olduğunu bildirmiş, lakin qeyd edilən yanaşmasını əsaslandırmamışdır. Başqa sözlə, ekspert müəyyən edilməli hallar üzrə lazımi araşdırma aparmadan formal və əsassız rəy tərtib etmişdir. Odur ki, qeyd edilənlər ekspert rəyinin əsassız olduğunu bir daha təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri
29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 2-1(103)-1978/2021 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, cavabdeh nə qəbul etdiyi qərarlarda, nə də apellyasiya şikayətində iddiaçının dövriyyəsinə ticarət əlavəsi tətbiq etməklə ƏDV hesablanmasının normativ əsasını göstərməmiş, şəxsi mülahizəsi əsasında ticarət əlavəsini tətbiq etməklə iddiaçının dövriyyəsinin əsassız artmasına səbəb olmuşdur. İddiaçı Vergi Məcəlləsinin 13.2.64, 14, 159.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, vergi orqanının qanunvericiliklə müəyyən edilmiş bazar qiyməti tətbiq etmək hüququ olduğu halda, heç bir hüquqi əsas olmadan ticar ət əlavəsini tətbiq etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Vergi Məcəlləsi Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar (-) 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: (-) 13.2.64. ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq; (-) Maddə
14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. (-) Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir (-) 31. “İnzibati icraat haqqında” Qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqların a müdaxilə edə bilərlər. Maddə
15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. (-) Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-)
32. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Məhkəmə qərarı bütövlükdə mübahisələndirildiyindən onun qanuniliyi və əsaslılığı tam həcmdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayə t edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, işə apellyasiya qaydasında baxılarkən Ali Məhkəmənin göstərişləri və apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.10.2021-ci il tarixli 9/5953 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən və Vergi Məcəlləsinin tələblərinə əsasən vergi orqanının 20.10.2017-ci il tarixli, **********620200 saylı qərarı ilə 2017-ci ilin avqust ayı üzrə hesablanmış 85700,00 manat məbləğində ƏDV-nin düzg ünlüyü müəyyən olunmur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarına əsasən İddiaçı MMC-nin 01.01.2016-cı tarixdən 31.08.2017-ci il tarixədək olan dövrdə idxal olunmuş malların satışına görə ticarət əlavəsi tətbiq etməklə dövriyyəsinin 920.068,12 (yəni vergi ödəyicisi tərəfindən satış qiyməti tətbiq edilərək bəyannamələrdə göstərdiyi dövriyyəsi) manat olması müəyyən olunur. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən 2017-ci ilin avqust ayı üzrə müəssisə tərəfindən hesablanmış ƏDV borcu mövcud deyildir.
36. Beləliklə, vergi orqanı müəyyən etdiyi dövriyyəyə 40% ticarət əlavəsi tətbiq etməklə iddiaçı tərəfindən idxal edilmiş malların ehtimal olunan satış dəyərini müəyyən edərək həmin dəyərə Ə DV tətbiq etsə də, ekspert rəyindən görünür ki, iddiaçının 01.01.2016-cı tarixdən 31.08.2017-ci il tarixədək olan dövrdə idxal olunmuş malların satışına görə ticarət əlavəsi tətbiq etməklə dövriyyəsi 920.068,12 (yəni vergi ödəyicisi tərəfindən satış qiyməti tətbiq edilərək bəyannamələrdə göstərdiyi dövriyyəsi) manat olmuşdur. Lakin cavabdeh nə qəbul etdiyi qərarlarda, nə də kassasiya şikayətində iddiaçının dövriyyəsinə ticarət əlavəsi tətbiq etməklə ƏDV hesablanmasının normativ əsasının göstərməmiş, şəxsi mülahizəsi əsasında ticarət əlavəsinin tətbiq etməklə iddiaçının dövriyyəsinin əsassız artmasına səbəb olmuşdur.
37. Bundan başqa, hazırkı qərarın 30-cu bəndində göstərilən normaların məzmunundan görünür ki, ƏDV-nin ticarət əlavəsi ilə hesablanması yalnız Azərbaycan Respublikası ərazisi ndə istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilə bilər. Müəssisə tərəfindən isə idxal əməliyyatları həyata keçirilmişdir.
38. Yenə həmin normalardan görünür ki, vergi orqanının qanunvericiliklə müəyyən edilmiş bazar qiyməti tətbiq etmək hüququ mövcud olduğu halda, heç bir hüquqi əsası olmadan ticarət əlavəsini tətbiq etmişdir.
39. Beləliklə, yuxarıda sadalanan hallardan görünür ki, işin araşdırılmış halları ilə vergi orqanı tərəfindən verginin hesablanması zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmadığı öz təsdiqini tapmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
40. Kassasiya şikayətinin “Ali Məhkəmənin formalaşmış məhkəmə təcr übəsinə əməl edilməməsi” barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində istinad edilən qərardan da görünür ki, Ali Məhkəmə yalnız cavabdeh tərəfindən inzibati aktın əsaslandırılmamasını əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Yəni, aparılmış inzibati icraat çərçivəsində inzibati aktın əsaslandırılmaması vergi orqanı tərəfindən yol verilmiş yeganə pozuntu olduğu halda bu əsasla qərarın ləğvini Ali Məhkəmə düzgün hesab etmir. Hazırkı halda isə cavabdeh inzibati aktın əsaslandırılmamasından başqa, hazırkı qərarın 36-38-ci bəndlərində göstərilən pozuntulara da yol vermişdir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 2-1(103)-1978/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 21(103)-1978/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.