Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-479/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2956/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən, iddiaçı ünvan 1ənzil ünvanında qeydiyyatdadır.
2. N saylı hərbi hissə komandirinin N saylı əmrindən xx.xx.1999-cu il tarixli çıxarışa əsasən, ehtiyata buraxılmış N saylı hərbi hissə komandirinin sərəncamında olan baş leytenant X6 şəxsi heyətin siyahısından çıxarılmış və qeydiyyata alınmaq üçün Qazax rayon hərbi komissarlığına göndərilmişdir. 3. xx.xx.1984-cü il tarixli 349648 saylı n ikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Şəlalə Əhmədağa qızı ilə nikaha daxil olmuşlar. 4. xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş MN-16052 nömrəli məlumat vərəqinə əsasən, X2 pul təminatı 986.80 manat olmuşdur.
6. X4 məxsus pensiyaçının uçot vərəqinə görə, ona xx.xx.1999-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
7. İddiaçı cavabdehə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
8. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********3 saylı və xx.xx.2021-ci il tarixli, **********6 saylı eyniməzmunlu məktubları ilə mərhum X2 Azərbaycan Respublikası vətəndaşı olmadığı əsası ilə iddiaçıya ai lə başçısını itirməyə görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 8/1302 saylı mülahizəsi ilə bildirilmişdir ki, İddiaçı mərhum həyat yoldaşı baş leytenant X4 01 dekabr 1999-cu il tarixdən hesablanmaqla 06 noyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmuş Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən xidmət illərinə görə pensiya təyin olunaraq barəsində tərtib olunmuş xx.xx.2000-ci il tarixli 293/33 nömrəli "ödəniş tapşırığı" və 391668 nömrəli "pensiya vərəqi" BUSBankın (X3 Bank, indiki Kapital Bank) 2 saylı Səbail rayon filialına göndərilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən Yasin Məmmədova aid "pensiya ödənişinə icazə v ərəqi" BUSBankın 2 saylı Səbail rayon filialına 25 sentyabr 2006-cı il tarixdə göndərilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 2006-cı il 28 noyabr tarixli 184-111 QD nömrəli Azərbaycan Respublikası Qanununun və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı ilə bağlı funksiyaları Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Bu səbəbdən, Yasin Məmmədovun Azərbaycan Respublikası vətəndaşlığından çıxaraq Rusiya Federasiyasına köçməsi barədə məlumatları olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 8.5-ci maddəsində məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsinin həyata keçirilməsi, 8.6.1-ci maddəsində isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyalarının xərclərini məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi Fondun əsas vəzifələri kimi göstərilmişdir. Həmin Əsasnamənin 9.4-cü maddəsində məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetməni, əmək pensiyalarının təyin edilməsini, maliyyələşdirilməsini və ödənilməsinə nəzarəti həyata keçirmək Fondun əsas funksiyalarında n biri kimi göstərilmişdir. Hesab edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası əsassızdır. Belə ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. O, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə müvafiq olaraq 62,5 yaşına çatdığına görə "yaşa görə əmək pensiyası" hüququna malikdir. İddiaçı həyat yoldaşı vəfat etdiyinə görə, o, həm də "ailə başçısını itirməyə görə əmək pensiyası" hüququna da malikdir. İddiaçı müraciəti əsasında ona "ailə başçısını itirməyə görə əmək pensiyası" təyin olunması üçün tərtib olunmuş MN- 16052 nömrəli xx.xx.2021-ci il tarixli "Məlumat vərəqi" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafi ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala göndərilmişdir. Bundan başqa, qanunvericilik yol verdiyi halda mərhum X4 artıq ödənilmiş pensiya məbləğləri İddiaçı təyin olunmalı olan pensiyasından aybaay tutularaq Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə bərpa oluna bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 24.1.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi üçüncü şəxs göstərilməklə) iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmənin 07.4.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Res publikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.
12. İddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Qanunun 2, 7, 14, 17 və 43cü maddələrinə istinad edərək cavabdehin imtinasını əsassız hesab etdiyini qeyd etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5445/2022 nömrəli, 7.6.2022-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.1959-cü ildə anadan olduğu üçün qanunvericiliyə əsasən 62 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmışdır. Eyni zamanda, iddiaçının mərhum əri X4 hərbi qulluqçu kimi xx.xx.199 9-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin xx.xx.2017-ci il tarixdə həmin şəxs ölmüşdür. Belə olan halda, iddiaçının ailə başçısını itirməyinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2.-ci maddəsinə müvafiq olaraq pensiya hüququ yarandığından onun müraciəti əsasında tərtib olunmuş MN-16052 nömrəli xx.xx.2021-ci il tarixli "Məlumat vərəqi" Müdafiə Nazirliyi tərəfindən cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının mərhum ərinin Rusiya Federasiyasının vətəndaşı olması əsas gətirilərək, iddiaçıya ailə başçısını itirməyinə görə pensiya təyin edilməsindən imtina edilmişdir.
15. İddiaçının mərhum əri X4 xx.xx.1999-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edildiyindən şəxsin pensiya hüququ artıq cavabdeh tərəfindən tanınmış və ic ra edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, Dövlət Sosial Müdafiə Fondu orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
17. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının mərhum əri X6 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinin tələbinə görə əmək pensiyası təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası olduğundan pensiya hüququ məhz Azərbaycan Respublikasında yaranmış və icra edilmişdir.
18. Həmçinin, iddiaçının mərhum əri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün onun tərəfindən ödənilmiş məbləğ hazırda iddiaçının mülkiyyəti hesab olunur.
19. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2956/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5445/2022 nömrəli, 7.6.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunm ası və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun: - 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.15. Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; - 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. - 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; - 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçu lar sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məh kəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eyn ilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
32. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının mərhum əri X4 xx.xx.1999-cu il tarixdə yaşa görə əmək pensiy ası Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı tərəfindən Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə uyğun olaraq təyin edilmiş, o, həmin pensiyanı öldüyü 27.6.2017-ci il tarixədək almışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, işin hazırkı vəziyyətində iddiaçının mərhum ərinin ona əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qəbul edildiyi vaxtdan öldüyü 27.6.2017-ci il tarixədək keçmiş hərbi qulluqçu kimi pensiya hüququnun mövcudluğu mübahisələndirilməli deyil.
34. Beləliklə, ailə başçısı pensiya aldığı dövrdə vəfat etdiyindən, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən normalarından irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olun ması üçün əsaslar yoxdur.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2956/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.