Məhkəmə qərarları › İş №2-1(102)-479/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-479/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-479/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyi müəyyən edilmiş şəxsə ödənilməmiş pensiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ili n yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2273/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli müayinə aktına əsasən İddiaçı ümumi xəstəlik səbəbindən bir il müddətinə üçüncü dərəcəli əlillik təyin olunmuşdur.

2. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən xx.xx.2016-cı il tarixdə İddiaçı ümumi xəstəlik səbəbindən beş il müddətinə üçüncü dərəcəli əlillik təyin olunmuşdur.

3. Buna uyğun olaraq iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

4. İddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.

5. İddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcəli əlillik təyin olunmuşdur.

6. İddiaçı cavabdehə müraciət edənədək 2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın bərpa edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubunda bildirilmişdi r ki, araşdırma məlumatına əsasən, əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi vasitəsi ilə həyata keçirilir. Əlillik vəziyyəti yenidən qiymətləndirilərkən xx.xx.2022-cı il tarixindən İİİ dərəcə əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, pensiya ödənişi xx.xx.2022-ci il tarixindən bərpa edilmişdir. Müraciətdə qeyd edilən dövrdə əlillik dərəcəsi mövcud olmadığından və yeni əlillik dərəcəsiz əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə sizə pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün d eyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “qanunsuz yoxlama aparılan müddətdə əsassız olaraq ödənilməmiş 8 ay üçün cəmi 2920 manat pensiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın bərpa edilərək iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddiaç ı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu ildə birinci yoxlamadan 5 il keçməmiş o vaxt işlədiyi Məşğulluq Xidmətinin rəhbərliyinin göstərişi ilə təkrar tibbi yoxlamadan keçmiş və xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər X4 müalicə olunmuşdur. xx.xx.2019-cu ildə X1 rəyini TSEK-ə təqdim edərək təkrar 3-cü qrup əlillik təsdiq olunmuşdur.

11. Bundan sonra qanunvericiliyin tələbinə görə o, xx.xx.2024-cü ildə yoxlamadan keçməli idi. Lakin 2021-ci ilin sonlarında ona verilən müavinəti ödənilməsi dayandırılmışdır. İzah olunmuşdur ki, beş il tamam olduğundan təkrar komissiyadan keçməlidir. İddiaçının gözlərində də qüsur olduğundan 2021-ci ilin oktyabr ayında Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə olunmaq üçün növbəyə dayanmış, həmin Mərkəzdən növbənin xx.xx.2022-ci ild ə çatacağını bildirmişdilər. O, həmin günü müayinədən keçmiş və sənədlərini xx.xx.2022-ci ildə götürmüş və xx.xx.2022-ci ildə yaşadığı yer üzrə 6 saylı şəhər poliklinikasına təqdim etmişdir.

12. Poliklinikada onu 2022-ci ilin may ayına qədər yubandırdılar ki, TSEK icazə vermir, struktur dəyişikliyi olacaq və bildirdilər ki, Milli Oftolmologiya Mərkəzində əlilliyin təyin olunduğu vaxtdan müavinət veriləcək. 13. xx.xx.2022-ci ildən iddiaçıya təyin olunmuş 3-cü qrup əlillik bərpa olundu. Lakin keçən 8 ay üçün pensiya ödənilmədi. İddiaçıya təyin olunmuş 3-cü qrup əlillik sənədlərindən yanaşı xəstəlik kimi, xx.xx.2015-ci ildə ürəklə bağlı əlilliyin təyin olunduğu xəstəliyin daha da şiddətləndiyi qeyd edilmişdir. O, bu problemin həll olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncunun xx.xx.2022-ci il tarixli, **********3 saylı cavab məktubunda əsassız olaraq keçən müddət üçün pensiya ödənişinin mümkün olmadığı bildirilmişdir. Eyni zamanda məktubda göstərilir ki, pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. Müraciətdə qeyd olunan dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı yoxlamanın əsassız olaraq gecikdirilməsinin öz günahı olmadığını, görə zərər çəkməli olmadığını bildirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cava bdehin etirazları:

14. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, iddiaçıya ilkin olaraq ümumi xəstəlik səbəbindən xx.xx.2015-ci il tarixdə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonradan iddiaçının əlilliyi xx.xx.2016-cı il tarixdə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır (növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il olmaqla).

15. Buna uyğun olaraq iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli 310 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

16. İddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddət inin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi xx.xx.2021-ci il tarixdə 365.14 manat məbləğində müəyyən edilməklə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə həyata keçirilir.

17. Buna müvafiq olaraq Bakı 38 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 4118003AAEVW nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar v erilmişdir.

18. İddiaçı iddia ərizəsində xx.xx.2019-cu ildə təkrar tibbi yoxlamadan keçdiyini, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər X6 müalicə olunduğunu, xx.xx.2019-cu ildə X1 rəyini TSEK-ə təqdim etdiyini, təkrar İİİ dərəcə əlilliyinin təsdiq edildiyini qeyd etsə də, qeyd edilən dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə iddiaçıya dair göndəriş daxil olmamışdır.

19. Qeyd olunanlara əsasən iddiaçının pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir (bərpadan sonra ilk ödəniş xx.xx.2022-ci il tarixdə 365.14 manat məbləğində edilməklə). İddiaçının müraciətində və iddia ərizəsində qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından yə yeni əlillik dərəcəsi əlillik müddətinin bitd iyi tarixdən sonra 8 ay ərzində müəyyən edilmədiyindən (əlilliyin müddətinin bitmə tarixi xx.xx.2021-ci il; əlilliyin yenidən müəyyən edilmə tarixi - xx.xx.2022-ci il; keçən müddət 10 ay) iddiaçı ötürülmüş müddətdə əlilliyi olan şəxs hesab edilmir və bu səbəbdən həmin dövr üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğularına cavab:

20. Məhkəmənin sorğusuna əsasən, 6 nömrəli şəhər poliklinikasi xx.xx.2022-ci il tarixdə 90 nömrəli məktubu ilə bildirmişdir ki, vətəndaş İddiaçı 2015-ci ildən 6 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır. ÜİX, Gərginlik stenokardiyası İİİ f.s. QDÇ İİ dərəcə, OD-Görmə sinirinin atrofiyası diaqnozları ilə dispanser qeydiyyata götürü lüb. 2015-ci ildən İİİ qr. əlildir. Xəstə əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinə üçün xx.xx.2022-ci ildə Z.Əliyeva adına MOM-a göndərilmişdir. xx.xx.2022-ci il tarixdə MOM-da müayinədən keçmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək poliklinikanın elektron sistemində dəyişikliklərlə əlaqədar TSERAS reyestri bağlandığı üçün xəstə xx.xx.2022-ci il tarixdə əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərişlərin verilməsi qaydasına əsasən həkim müayinəsindən keçirilmiş və xx.xx.2022-ci il tarixdə xəstənin 88 saylı forması təsdiq olunaraq TSEK-in 38 nömrəli şəhər poliklinikasında yerləşən HMK-na göndərilmişdir.

21. Məhkəmənin sorğusuna əsasən, X5 adına Milli Oftalmologiya Mərkəzi xx.xx.2022-ci il tarixdə 1029 saylı məktubu ilə bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il ta rixdə X5 adına Milli Oftalmologiya Mərkəzinin X3 müayinədən keçmişdir. X3 pasientlər canlı növbə ilə müayinə olunurlar. Yalnız müraciət sayının normadan artıq olduğu zamanlarda vaxt məhdudiyyətini nəzərə alaraq, müayinə günü şifahi olaraq digər tarixə keçirilə bilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

22. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1710/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın bərpa edilərək ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

23. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya ilkin olaraq ümumi xəstəlik səbəbindən “ÜİX: Stabil gərginlik stenokardiyası, fs İİ. Hipertoniya xəstəliyi.İİ m ərQDÇ İ.” diaqnozu ilə xx.xx.2015-ci il tarixdə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, sonradan əlilliyi xx.xx.2016-ci il tarixdə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə uzadılmış, növbəti qiymətləndirmə xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Buna uyğun olaraq iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Həmin tarixdən iddiaçının pensiya ödənişi bərpa edilmiş, 2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün cavabdeh əmək pensiyasını ödəm əkdən imtina etmişdir. 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.”

25. Cavabdeh 2021-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayınadək olan müddət üçün iddiaçıya pensiya ödəməkdən imtinasını iddiaçının əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddətin keçməsi, həmin dövrdə iddiaçının əlillik dərəcəsi mövcud olmaması ilə əsaslandırmışdır.

26. Məhkəmə cavabdehin etirazının əsasları ilə razılaşmır.

27. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçının əlilliyi müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibbi müəssisə tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2022–ci ilin may ayında ona əvvəlki diaqnoz ilə yanaşı digər ağırlaşmalar və xəstəliklər də əlavə olunaraq “Görmə sinirinin atrofiyası, OD-Görmə sinirinin atrofiyası VİS OD=işıq duyğusu. VİS OS=0.8 k/etmir (onda səkkiz). Ağırlaşma H54.4 Monokulyar korluq,. Ağırlaşma H26.2 Ağırlaşmış katarakta, OD-Fəsadlı katarakta. OS- Başlanğıc katarakta. Yanaşı xəstəliklər H50.1 Müştərək xarici çəpgözlük, OD-Xarici çəpgözlük. Yanası xəstəliklər 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz. Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin z ədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], flıpertoniya xəstəliyi İİİ dər. Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit,. Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, ÜİX: Stabil gərginlik stenokardiyası İİİ f.s. Yanaşı xəstəliklər K86.1 Digər xroniki pankreatitlər, Xr. pankreativ” diaqnozu qoyulmuş və gözdən İİİ dərəcə əlillik müəyyən edilmişdir.

28. Göründüyü kimi, iddiaçının əlilliyinə səbəb olan xəstəlikləri mübahisəli dövrdə də mövcud olmuş, iddiaçı sağalmamış, əksinə onda əlavə xəstəliklər aşkar olunmuş, bunun nəticəsində ona yuxarıda qeyd olunan diaqnoz ilə müddətsiz əlilliyi müəyyən edilmişdir. İşdə olan sənədlərdən (X5 adına Milli Oftalmologiya Mərkəzinin məktubundan və s.) aydın olur ki, müvafiq səbəblərdən iddiaçının müayinələrinin vaxtında keçirilməsi mümkün olmamışdır, əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Beləliklə, cavabdeh imtinasında haqlı olmamış, iddiaçının ötürülmüş dövrdə sağlam olmasını təsdiqləyən sübutedici sənədləri də məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı əlilliyə görə əmək pensiyası iddiaçıya ödənilməlidir.

29. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2273/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1710/2023 saylı qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi xx.xx.2021-ci il tarixdə 365.14 manat məbləğində edilməklə).

32. Bakı 38 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 4118 003AAEVW nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.

33. Qeyd olunanlara əsasən iddiaçının pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir (bərpadan sonra ilk ödəniş xx.xx.2022-ci il tarixdə 365.14 manat məbləğində edilməklə). 34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. 35. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

36. Göründüyü kimi, iddiaçının əlillik müddəti bitdiyi tarixdən sonra 6 ay ərzində əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində yenidən əlilliyi müəyyən edilmədiyindən (əlilliyin müddətinin bitmə tarixi - xx.xx.2021-ci il; əlilliyin yenidən müəyyən edilmə tarixi - xx.xx.2022-ci il; keçən müddət 9 ay 9 gün) iddiaçı ötürülmüş müddətdə əlilliyi olan şəxs hesab edilmir və bu səbəbdən həmin dövr üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün d eyildir.

37. Kollegiya qeyd etmişdir ki, iddiaçının əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmağı, müvafiq sənədlər göndərilməsi iddiaçının avtomatik olaraq ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməsinə əsas vermir. Çünki bu halda gəlinmiş nəticə müvafiq inzibati orqanın həyata keçirdiyi kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur.

38. Hazırki iş üzrə iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli həmin qərar qüvvədə olduğu və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı pensiya ödənişini “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi halda, məhkəmə yanlış olaraq iddiaçının ötürüİmüş müddət də daxil olmaqla, əlilli yi olan şəxs hesab olunması və bu dövrlə bağlı əlilliyə görə əmək pensiyası ödənilməli olması qənaətinə gəlmişdir. Halbuki, iddiaçı sonuncu qiymətləndirməyə qədər müvafiq inzibati orqanın əlilliyin təyini ilə bağlı imtinalarını mübahisələndirməmişdir. 39. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda 6 aylıq müddət imperativ tələb olmaqla birbaşa tənzimlənmiş, müddətin buraxılmasının üzrlü hesab edilməsi şərtləri isə nəzərdə tutulmamışdır. Buna görə də müddətin iddiaçıdan asılı olmayan səbəblərdən ötürülməsi belə özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və iddiaçının qeyd-şərtsiz həmin ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsinə səbəb olmur.

40. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin qəra rlarında da hüquqi mövqe bu cür olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-864/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı): Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin 2.12.2020-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 11 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz.

41. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz.

42. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şik ayətinin dəlilləri

43. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qənaətinə görə əlilliyin təkrar yoxlamadan keçirilməsinin ləngidilməsi əlilin günahı ucbatından baş verməməsinə baxmayaraq, yoxlamanın aparıldığı dövr üçün pensiya ödənilməməlidir.

44. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilənlərə cavab olaraq bildirir ki: -6 saylı şəhər poliklinikasının verdiyi məktubundan görünür ki, İddiaçı vaxtında poliklinikaya müraciət etmiş, lakin TSERAS reyestri bağlandığı üçün müayinə gecikdirilmişdir; -həmçinin X5 adına Milli Oftomologiya Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 1029 saylı məktubda göstərilir ki, X3 pasientlər normadan artıq olduğu üçün müayinə gecikmişdir.

45. Göründüyü kimi, müayinə müvafiq orqanlar tərəfindən gecikdirilmi şdir.

46. Digər tərəfdən, iddiaçı 2019-cu ildə yoxlamadan keçdiyi üçün növbəti yoxlama 2024-cü ildə keçirilməli idi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Cavabdeh kassasiya şikayətinə dair etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli həmin qərar qüvvədə olduğu və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı pensiya ödənişini “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinə uyqun olaraq həyata keçirildiyindən apellyasiya instansiyası məhkəmə haqlı olaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. 48. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanununda 6 aylıq müddət imperativ tələb olmaqla birbaşa tənzimlənmiş, müddətin buraxılmasının üzrlü hesab edilməsi şərtləri isə nəzərdə tutulmamışdır. Buna görə də müddətin iddiaçıdan asılı olmayan səbəblərdən ötürülməsi belə özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və iddiaçının qeyd- şərtsiz həmin ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsinə səbəb olmur.

49. Sadalananlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 50. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəx sə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir....” 51. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

52. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni q ərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

53. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

54. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

55. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 56. “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinin tələbindən göründüyü kimi, əlilliyi olan şəxsin ə lillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. 57. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (maddə 3.3.). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (maddə 3.3-1).

58. Cavabdeh haqlı olaraq qeyd edir ki, iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası məhz əlillik müddətinin bitməsi səbəbi ilə dayandırılmış, əlilliyə görə əmək pensiyasının ödənişi isə onun əlilliyinin yenidən qiymətləndirildiyi tarixdən bərpa edilmişdir.

59. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilləri ilə razılaşır. Belə ki, həmin imtina yuxarıda istinad edilən normaların tələbindən irəli gəlir.

60. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hazırkı cavabdeh – DSMF şəxsin əlilliyini müəyyən etməyə və ya əlilliyi bərpa etməyə səlahiyyətli orqan deyil. Hazırkı mübahisədə DSMF-nin səlahiyyətləri digər orqan – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin müəyyən edilməsi tarixinə, əlilliyin dərəcəsinə və müddətinə bağlıdır. Başqa sözlə, əlilliyə görə əmək pensiyasının təyinatı, pensiya ödənişinin dayandırılması və bərpası, həmçinin onun ödənişinin dayandırılması və bərpası arasındakı müddət üçün ödənilməsi şəxsin qanunla müəyyən edilmiş qaydada və müddətdə əlilliyi olan şəxs hesab edilməsi ilə şərtlənir.

61. Hazırkı halda, iddiaçının əlillik müddətinin başa çatdığı tarixdən sonra yenidən əlilliyin təyin edildiyi tarixədək olan müddətdə onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbləri qaydasında “əlilliyi olan şəxs” statusuna malik olduğu müəyyən edilməmişdir.

62. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

63. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2273/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar