Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-48/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tanınma haqqında iddia tələbinin dəyişdirilməsi; iddianın mümkünlüyü; iddia tələbinin hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 avqust tarixli, 21(103)-1447/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehin 2018-ci il 21 iyun tarixli, **********6 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə əsasən işdən azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu il 19 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən onun işdən çıxarılmasına dair qəbul edilmiş 2018-ci il 21 iyun tarixli, ******** **6 nömrəli əmrin etibarsız sayılması, onun əvvəlki işə bərpa olunması və məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 2018-ci il 21 iyun tarixli, **********6 nömrəli əmrin ona münasibətdə olan hissədə ləğv olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci il tarixdən 2018-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon Şöbəsində mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2018-ci ilin iyun ayında verilmiş əmr əsasında xəbəri olmad an işdən azad edilmişdir. Ona işdən çıxarılmağı barədə ilk məlumatı şifahi şəkildə baş mühasib vermişdir. O, işə bərpa olunması üçün cavabdehə dəfələrlə müraciət etmiş, ona işə bərpa olunmasına köməklik ediləcəyi bildirilsə də, bu günədək işsizdir. Onun işdən çıxarılma səbəbi kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinin tələbinə əməl olunmadığı göstərilmişdir. Belə ki, o, orta təhsilli yox, orta ixtisas təhsillidir və ixtisası mühasibdir. 27 ildən artıq müddətdir ki, fasiləsiz olaraq mühasib kimi işləyir.
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 iyun tarixli, 2-1(112)-2473/2020 nömrəli qərardadı ilə iddiaçının “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələblərinə dair iddiası mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı işdən azad e dilməsi barədə əmrdən məlumatlı olmuş və həmin əmri qanunla müəyyən edilmiş 30 gün müddəti ötürməklə mübahisələndirmişdir.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 avqust tarixli, 2-1(103)-1447/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı ləğv edilmiş, inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən cavabdeh tərəfindən qəbul edilmiş 2018-ci il 21 iyun tarixli, **********6 nömrəli əmrin ona münasibətdə ləğv olunmasını xahiş etsə də, “əmrin etibarsız sayılması və işə bərpa” barədə ilkin tələbinə baxaraq qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma həddi iddia tələbindən asılı olaraq müəyyən edilməmiş və işin hallarının araşdırılması prinsipinə əməl olunmamaqla prosessual pozuntuya yol vermişdir.
10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. İş materiallarında olan iddiaçıya məxsus çoxsaylı ərizələr, müraciətlər və Nazirliyin iddiaçıya cavab məktubları, həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən bu faktların etiraf edilməsi iddiaçının iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddəti ötürdüyünü bir daha təsdiq edir. Belə ki, iddiaçı artıq 2018-ci ilin iyul ayından etibarən işdən çıxarılması barədə məlumatlı olduğu halda, məhkəməyə yalnız 2020-ci ilin əvvəlində müraciət etmişdir və iddiaçı iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
12. Bakı İnzibati Məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini mümkünsüz saymışdır. Lakin Bakı Apellyasiya Məhkəməsi qərardadında öz mövqeyini açıq-aşkar ifadə etməmiş, qərardad təzadlı şəkildə tərtib edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi qərardadında bir tərəfdə n iddia müddətinin ötürüldüyünü qeyd etsə də, digər tərəfdən Bakı İnzibati Məhkəməsi tərəfindən yol verilən texniki səhvi prosessual pozuntu hesab etmiş və yalnız bu əsasa görə həmin qərardadın ləğv edilməsi qənaətinə gəlmişdir.
14. Məsələ burasındadır ki, iddiaçının ilkin iddia tələbi “onun işdən çıxarılmasına dair qəbul edilmiş 2018-ci il 21 iyun tarixli, **********6 nömrəli əmrin etibarsız sayılması, onun əvvəlki işə bərpa olunması və məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsi” tələbi olmuşdur. 2020-ci il 07 aprel tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “cavabdeh tərəfindən qəbul edilmiş 2018-ci il 21 iyun tarixli, **********6 nömrəli əmrin ona münasibətdə ləğv olunmasını” xahiş etmişdir. Göründüyü kimi, iddiaçın ın iddia tələbi mübahisələndirmə iddiasına aiddir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi işə mahiyyəti üzrə baxmış və düzgün qənaətə gələrək iddianı mümkün hesab etməmişdir. Lakin birinci instansiya məhkəməsi öz qərardadının nəticə hissəsində texniki səhvə yol verilmiş və “əmrin ləğvi barədə” iddianın mümkün sayılmaması deyil, “əmrin etibarsız sayılması” barədə iddianın mümkün sayılmamasını qeyd etmişdir. Halbuki, mümkünsüzlüklə bağlı əsaslar iddia tələbinin mahiyyətindən asılı olmayaraq məhkəməyə gec təqdim edilməsi, iddia müddətinin ötürülməsi ilə bağlı müəyyən edilmişdir. Digər tərəfdən, məhkəmə proseslərində məhz əmrin ləğvi ilə bağlı əsaslar araşdırılmış, tərəflərin mövqeyi nəzərə alınmışdır. Odur ki, Bakı İnzibati Məhkəməsinin öz qərarının n əticə hissəsində texniki səhvə yol verməsi onun gəldiyi nəticəni dəyişdirmir.
15. Bundan əlavə, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(112)2473/2020 saylı 2020-ci il 16 iyun tarixli qərardadla texniki səhvə yol verilməsi müəyyən edilmiş və qərardadda buraxılmış aşkar yanlışlığın düzəldilməsi, həmin qərardadda İddiaçı tələbinin “əmrin etibarsız sayılması və işə bərpa olunması” əvəzinə “əmrin ləğvi” kimi göstərilməsi qərara alınmışdır. Həmin qərardad məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən yol verilmiş texniki səhv №2-1(112)-2473/2020 saylı 2020-ci il 16 iyun tarixli qərardadla düzəldilmişdir. Lakin məhkəmə həmin qərardadı nəzərə almamışdır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
17. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin q ərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İPM: Maddə
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə cavabdeh apellyasiya məh kəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
23. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı 2019-cu il 19 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən onun işdən çıxarılmasına dair qəbul edilmiş 2018-ci il 21 iyun tarixli, **********6 nömrəli əmrin etibarsız sayılması, onun əvvəlki işə bərpa olunması və məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, 2020-ci il 7 aprel tarixdə isə iddia tələbini dəyişdirərək cavabdeh tərəfindən qəbul e dilmiş 2018-ci il 21 iyun tarixli, **********6 nömrəli əmrin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir.
24. Dəyişdirilmiş iddia birinci instansiya məhkəməsinin 2020-ci il 21 may tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsinin 2020-ci il 11 iyun tarixli qərardadı ilə dəyişdirilmiş iddia deyil, iddiaçının ilkin - “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbləri üzrə iddiası mümkün sayılmamışdır.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi İPM-in 52-ci maddəsinin tələblərinə uyğun davranmalı, iddia tələbindən kənara çıxmalı deyildi.
26. Şikayətdə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 iyun tarixli qərardadında yanlışlığa yol verildiyinin müəyyən edilməsinə v ə həmin yanlışlığın aradan qaldırılmasına dair 2020-ci il 16 iyun tarixli qərardad qəbul edildiyi qeyd olunsa da, işdə şikayətin həmin dəlilini təsdiq edən məhkəmə aktı yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 avqust tarixli, 21(103)-1447/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov