Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-48/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 (xx.xx.1957-cu il təvəllüdlü; ölüm tarixi: xx.xx.2022-ci il; FİN: 3PM48B5) cavabdeh Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 21(103)-1102/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletə əsasən o, 22 may 1976-cı il tarixdən 10 iyun 1978-ci il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.
2. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı: - xx.xx.1978-ci ildə Mexaniki suvarma id arəsi Mexaniki emalatxanaya tex. normalaşdırıcı vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. - xx.xx.1981-ci ildə Bakı xüsusi sement tikinti-təmir Tİ-nin Sement zavodunda 1 saylı sahəyə texnoloji avadanlığın təmiri üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmiş, xx.xx.1982-ci ildə çilingər işi üzrə 4-cü dərəcə verilmişdir. SSRİ Tikinti Materialları Sənayesi Nazirliyinin xx.xx.1981-ci il tarixli, 99 nömrəli əmrinə uyğun olaraq “Bakı xüsusi sement tikinti-təmir” Tİ-nin adı dəyişdirilərək “Xüsusiləşdirilmiş Təmir İdarəsi “Bakı sement təmir” adlandırılmışdır. xx.xx.1983-cü ildə çilingər işi üzrə 5-ci dərəcə verilmişdir.xx.xx.1984-cü ildə yanaşı strop (yükləri və s. qaldıran və endirən) işçi işinə təhkim olunmuş dur. xx.xx.1986-cı ildə çilingər işi üzrə 6-cı dərəcə verilmişdir. SSRİ Tikinti Materialları Sənayesi Nazirliyinin xx.xx.1987-ci il tarixli, 697 nömrəli əmrinə uyğun olaraq “İttifaq xüsusi sement tikintitəmir” Trestinin ləğvi ilə əlaqədar Xüsusiləşdirilmiş Təmir İdarəsi “Bakı sement təmir”in adı dəyişdirilərək Xüsusiləşdirilmiş İdarə “Bakı sement təmir” adlandırılmışdır. Kvalifikasiya komissiyasının protokollarına və yeni maaş dərəcəsinə əsasən, ona sement avadanlığının təmiri üzrə çilingər işi üzrə 6-cı dərəcə verilmişdir. xx.xx.1993-cü ildə 3 saylı sahəyə sahə ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə “Bakısementtəmir” müəssisəsindən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. - xx.xx.2000-ci ildə “Qaradağsement” SC-də mexaniki se xə təmir üzrə 6-cı dərəcəli çilingər işinə qəbul edilmişdir. xx.xx.2000-ci ildə Təmir xidmətinə avadanlığın təmiri üzrə 6cı dərəcəli çilingər işinə keçirilmişdir. xx.xx.2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2b bəndinə əsasən (əmək müqaviləsinin başa çatması) işdən azad edilmişdir. - xx.xx.2004-cü ildə “Bakısementtəmir” müəssisəsində 1 saylı sahəyə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü ildə Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. - xx.xx.2004-cü ildə 11 saylı Təmir Tikinti İdarəsi ilə bağlanmış müqaviləyə əsasən iş icraçısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən müqaviləyə xitam verilmişdir.
3. Azə rbaycan Respublikası “Bakısementtəmir” kollektiv müəssisəsinin direktoru İ.H.Həsənovun imzası və müəssisənin möhürü ilə təsdiq edilmiş, 38 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı həqiqətən xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Bakıxüsusisementtəmirtikinti” idarəsində texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində (xx.xx.1981-ci il tarixli, 73 nömrəli əmr), xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixinədək həmin idarədə sahə rəisi vəzifəsində (xx.xx.1993-cü il tarixli, 71-k-04 nömrəli əmr), xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək "xxxx" səhmdar Cəmiyyətində qurğuların təmiri üzrə çilingər vəzifəsində (xx.xx.2000-ci il tarixli 15/k nömrəli əmr), xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək “Baksementtəmirtikinti” kollektiv müəssisəsində sahə rəisi vəzifəsində (xx.xx.2004-cü il tarixli, 1-k nömrəli əmr) peşələrində çalışmışdır. Yuxarıda adları çəkilən peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 14.1-ci paraqrafının “a” bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir.
4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün 30 oktyabr 2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya 18 noyabr 2020-ci il tarixli, **********2 nömrəli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina edildiyini bildirmişdir.
5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının güzəştli iş stajı 1 2 il 6 aydan az (12 il 2 gün) təşkil edir, qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixindən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, 24 aprel 1957-ci il tarixdə doğulub. 1976-1978-ci illər (2 il) ərzində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 6 iyul 1978-ci il tarixdən 19 oktyabr 1981-ci il tarixinə kimi Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı trestinin “Mexaniki suvarma idarəsi”ndə texniki nizamlayıcı vəzifəsində (3 il 3 ay 13 gün), 16 noyabr 1981-ci il tarixdən 18 noyabr 1993-cü il tarixinədək “Bakıxüsusisementtəmirtikinti” idarəsində texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində (12 il 2 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli,12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 14.1, bənd a), 18 noyabr 1993-cü il tarixdən 01 dekabr 1996-cı il tarixinədək həmin idarədə sahə rəisi vəzifəsində (3 il 12 gün), 13 may 2000-ci il tarixdən 15 yanvar 2001-ci il tarixinədək "xxxx" səhmdar Cəmiyyətində qurğuların təmiri üzrə çilingər vəzifəsində (8 ay 2 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar t arixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 14.1, bənd a), 2 yanvar 2004-cü il tarixdən 19 mart 2004-cü il tarixinədək “Bakısementtəmiri” müəssisəsində sahə rəisi vəzifəsində (2 ay 17 gün), 23 mart 2004-cü il tarixdən 02 iyul 2012-ci il tarixinədək 11 saylı Təmir-Tikinti İdarəsində iş icraçısı vəzifəsində (8 il 2 ay 29 gün), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 29, bənd b“iş icraçıları”), 21 yanvar 2013-cü il tarixdən 1 oktyabr 2013-cü il tarixinədək "xxxx" ASC-də sement istehsalı sahəsində çilingər vəzifəsində (8 ay 9 gün), 1 oktyabr 2013-cü il tarixdən 30 aprel 2014-cü il tarixinədək "xxxx" ASC-nin sement zavodunda usta (çilingər) vəzifəsində (6 ay) işləmiş, 1 may 2014 -cü il tarixindən bu günədək “X10”nda çilingər vəzifəsində işləyir. Beləliklə, 24 aprel 2014-cü il tarixinə (57 yaşı tamam olanadək) ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 30 il 5 ay 24 gün (25 ildən artıq) təşkil etmiş, həmin staj illərindən 20 il 11 ay 3 gün müddətini 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışıb. Bununla da 1 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qa nununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq 57 yaşına çatdığı 30 aprel 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanıb. Pensiya almaq hüququ yarandığı 24 aprel 2014-cü il tarixdən etibarən pensiya təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiya haqqının ödənilməsi barədə cavabdehə müraciətinə imtina cavabı verilmişdir.
8. Cavabdeh iddia tələbinə dair yazılı etirazda göstərmişdir ki, filial 4 noyabr 2019cu il tarixli, **********5 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ona pensiya təyin edilməsi üçün zəruri olan sənədlərin əsilləri tam şəkildə İdarəyə təqdim edildikdən sonra iddiaçının müraciətinə baxıla bilər. İddiaçı, pensiya təyini üçün zəruri olan sən ədlərin əslini tam şəkildə təqdim etmək əvəzinə birbaşa məhkəmədə iddia qaldırmışdır. Filial məlum məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etməmiş, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci (Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır) və Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları ”nın tələblərinə uyğun olaraq zəruri sənədləri tələb etmişdir. Bir sözlə, qanunvericiliyə əsasən cavabdehin iddiaçıdan sözügedən sənədlərin əslini tələb etmək hüququ olmuş, iddiaçı isə həmin sənədlərin əslini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdehə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. İddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tətbiqi mümkün deyildir. Çünki iddiaçi 1 yanvar 2006cı il tarixinədək tələb olunan ümumi və güzəştli iş stajını tam toplamamışdır. İddiaçı Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahının 14.1-ci paraqrafının (a) bəndinə istinad edərək xx.xx.1981-xx.xx.1993-cü illərdə (12 il 2 gün) “Bakıxüsusisementtəmirtikinti” idarəsində çalışdığı “texnoloji qurğular ın təmiri üzrə çilingər” peşəsinin, xx.xx.2000-xx.xx.2001-ci illərdə (8 ay 2 gün) "xxxx" ASC-də çalışdığı “qurğuların təmiri üzrə çilingər” peşəsinin güzəştli olduğunu iddia edir. Eyni zamanda, iddiaçıya görə, xx.xx.2004-xx.xx.2012-ci il tarixlərində (8 il 2 ay 29 gün) 11 Saylı Təmir-Tikinti İdarəsində çalışdığı “iş icraçısı” peşəsinin məlum Siyahının 29-cu paraqrafının (b) bəndində nəzərdə tutulmuşdur. İddiaçının güzəştli iş arayışı qismində təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 38 saylı Arayış lazımi rekvizitləri ehtiva etmir. Çünki həmin arayışda iddiaçının çalışdığı peşələrin Nazirlər Kabinetinin məlum qərarı ilə təsdiqlənmiş siyahılardakı hansı peşəyə uyğun gəlməsinə dair heç bir qeyd yoxdur. Sadəcə olaraq, ümumi şəkildə müvafiq paraqraf və bəndə istinad edilmişdir. Halbuki həmin bə nddə 30-dan çox peşənin adı vardır.
9. Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli, 2-1(112)-3120/2021 nömrəli qərarı (hakim F.İ.Mədətli) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş sənədlərə əsasən iddiaçının xx.xx.2017-ci ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq (30 il 05 ay 24 gün) ümumi və 15 il 11 ay 3 gün güzəştli iş stajı mövcuddur. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər 57 yaşı tam am olan xx.xx.2014-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajının olması məhkəmə tərəfindən müəyyən edildiyindən, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmamışdır. İddiaçıya məxsus əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş arayışlara əsasən iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahıda qeyd olunan XVİİ. “Tikinti materialları istehsalatı” adlı XVİİ bölməsinin 21801000a-18559 saylı kodu üzrə texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər peşəsinə bərabər tutulmalıdır.
11. Cavabdeh apellyasiya şika yəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq “Bakısementtəmir” kollektiv müəssisəsi tərəfindən təqdim edilmiş 17 may 2022-ci il tarixli, 28 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı 16 noyabr 1981-ci il tarixdən 1 dekabr 1996-cı il tarixinədək "xxxx" İdarəsində işləmişdir. Arxiv sənədlərinə əsasən, onun İdarədə işlədiyi vəzifələr barəsində məlumatlar aşağıdakı kimidir: - xx.xx.1981-ci il (əmr № 73-k) tarixdən xx.xx.1982-ci il tarixinədək texnoloji avadanlığın təmiri üzrə 3-cü dərəcəli çilingər; - xx.xx.1982-ci il tarixdən (əmr № 76-k) xx.xx.1983-cü il tarixinədək texnoloji avadanlığın təmiri üzrə 4-cü dərəcəli çilingər; - xx.xx.1983-cü il tarixdən (əmr № 73k) xx.xx.1984-cü il tarixinədək texnoloji avadanlığın təmiri üzrə 5-ci dərəcəli çilingər; - xx.xx.1984-cü il tarixdən (əmr № 27-k) 05.03 1986-cı il tarixinədək yanaşı stop (yükləyici); - 05.03 1986-cı il tarixdən (əmr № 8-k) xx.xx.1993-cü il tarixinədək texnoloji avadanlığın təmiri üzrə 6-ci dərəcəli çilingər; - xx.xx.1993-cü il tarixdən (əmr № 71-k) xx.xx.1996-cı il tarixinədək 3-cü sahəyə sahə ustası. "xxxx" Müəssisəsinin direktorunun 8-k nömrəli 17 mart 1997-ci il tarixli əmri ilə öz xahişinə əsasən işdən azad edilmişdir. 13. “Bakısementtəmir” kollektiv müəssisəsi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, 27 nömrəli güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək “Bakıxüsusementtəmirtikinti" idarəsində texnoloji qurğuların təmiri üzrə (3-cü, 4-cü, 5-ci və 6-cı dərəcəli) çilingər vəzifəsində (xx.xx.1981-ci il tarixli, 73 nömrəli əmr) və xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixinədək tikinti sahəsinin ustası vəzifəsində (xx.xx.1993-cü il tarixli 71-k-04 nömrəli əmr) işləmişdir. Onun həmin peşələrdə iş stajı 15 il 1 ay 12 gün təşkil etmişdir. Yuxarıda adları çəkilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının XVİİ bölməsinin 21801000a-18559 saylı kodu üzrə “texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər” peşəsinə, həmçinin həmin bölmənin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməs inin 2290000b-23419 kodu üzrə “tikinti və quraşdırma işlərinin ustaları” peşəsinə, eyni zamanda 2 nömrəli Siyahıda qeyd olunan XVİİ “Tikinti materialları istehsalı” bölməsinin 21801000a-18559 saylı kodu üzrə “texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti ilə məşğul olan təmirçi-çilingərlər” peşəsinə uyğundur.
14. Məhkəməyə təqdim edilmiş AZ-İİ 260185 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum iddiaçının oğlu X6 iddiaçının prosessual hüquq varisi qismində məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda, mərhumun digər vərəsələri X2, X3 və X4 tərəfindən X5 müvafiq etibarnamələr verilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2-1(103)-1102/2022 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov / sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Yusifov) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli, 2-1(112)-3120/2021 nömrəli qərarı dəyişdirilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və onun cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki 3 il müddətinə, yəni xx.xx.2017-ci il tarixdən vəfat etdiyi xx.xx.2022-ci il tarixədək olan dövr üzrə hesablanaraq prosessual hüquq varisi X5 ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşsa da, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi pensiya məbləğinin hansı tarixdən etibarən ödənilməsi i lə bağlı səhv nəticəyə gəlmişdir. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və onun cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki 3 il müddətinə, yəni xx.xx.2017-ci il tarixdən vəfat etdiyi xx.xx.2022ci il tarixədək olan dövr üzrə hesablanaraq prosessual hüquq varisi X5 ödənilməsi qərara alınmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri məzmun baxımından imti nanın və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Belə ki, cavabdeh şikayətdə qeyd edir ki, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiqi mümkün deyildir. Çünki iddiaçı 1 yanvar 2006-cı il tarixinədək tələb olunan ümumi və güzəştli iş stajını toplamamışdır. İddiaçı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahının 14.1-ci paraqrafının (a) bəndinə istinad edərək xx.xx.1981-xx.xx.1993-cü illərdə (12 il 2 gün) “Bakıxüsusisementtəmirtikinti” idarəsində çalışdığı “texnoloji qurğuların təmiri üzrə çilingər” peşəsinin, xx.xx.2000-xx.xx.2001-ci illərdə (8 ay 2 gün) "xxxx" ASC-də çalışdığı “qurğuların təmiri üzrə çilingər” peşəsinin güzəştli olduğunu iddia edir. Eyni zamanda, iddiaçıya görə, xx.xx.2004- xx.xx.2012-ci il tarixlərində (8 il 2 ay 29 gün) 11 SAYLİ Təmir-Tikinti İdarəsində çalışdığı “iş icraçısı” peşəsi məlum Siyahının 29-cu paraqrafının (b) bəndində nəzərdə tutulmuşdur. İddiaçının güzəştli iş arayışı qismində təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 38 saylı arayış lazımi rekvizitləri ehtiva etmir. Çünki həmin arayışda iddiaçının çalışdığı peşələrin hansı peşəyə uyğun gəlməsinə dair heç bir qeyd yoxdur. Bundan əlavə, iddiaçı vəfat etmişdir. İddiaçının pensiya hüququnun şəxsi xarakterli hüquq olması nəzərə alınmayaraq iş üzrə hüquq varisliyinə yol verilmişdir. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarı əsassızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığort aolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
21. Sığorta stajı na daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə
22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22.2. Sığortaolunanın ayrı-a yrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.... Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.11-ci maddəsində göstərilən şərt n əzərə alınmaqla ödənilir.
22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbay can Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;...
25. Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 21800000 - XVİİ. Tikinti materialları istehsalı 21801000 -
1. Sement istehsalı 2180100a - a) fəhlələr... 2180100a—18559 - texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər... 22900000 - XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri... 2290000b - b) rəhbərlər və mütəxəssislər 2290000b—23419 - yeni tikinti və quraşdırma işlərinin ustaları...
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-c i il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
14. Tikinti materialları istehsalı 14.1. Sement istehsalı a) fəhlələr:... texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçiçilingərlər...
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya pros es iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəşt li şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
36. İşin apelyasiya məhkəməsi tərə findən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, onun 57 yaşının tamam olduğu, 25 ildən çox ümumi iş stajına malik olduğu, o cümlədən həmin stajın 12 il 6 aydan çox hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə qazandığı iş üzrə materiallarla təsdiq olunur.
37. Kassasiya şikayətinin təkrarlanan dəlillərində cavabdeh iddiaçının xüsusi iş stajının tələb olunan həddən (12 il 6 ay) az olduğuna (xx.xx.1981-xx.xx.1993-cü illərə münasibətdə 12 il 2 gün) və iddiaçının güzəştli iş arayışı qismində təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 38 saylı arayışın lazımi rekvizitləri ehtiva etmədiyinə istinad edir.
38. Halbuki apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq “Bakısementtəmir” kollektiv müəssisəsi tərəfindən təqdim olunmuş və iş üzrə materiallara əlavə olunmuş 17 may 2022-ci il tarixli, 27 nömrəli güzəştli arayışda iddiaçının işlədiyi peşə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının XVİİ bölməsinin 21801000a-18559 saylı kodu üzrə “texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər” peşəsinə, həmçinin həmin bölmənin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290000b-23419 kodu üzrə “tikinti və quraşdırma işlər inin ustaları” peşəsinə uyğun olduğu konkret şəkildə qeyd olunmuşdur. Arayışdan onun həmin peşələrdə iş stajının 15 il 1 ay 12 gün təşkil etdiyi görünür.
39. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
40. Bundan əlavə, məhkəmə kollegiyası pensiya (müavinət) hüququnun hüquqi varislik qaydasında keçməsinə yol verilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zid d olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
41. İşdə iştirak edən şəxs(lər)in prosessual hüquq varisliyi qaydasında əvəz edilməsi qaydası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmadığından, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinin hazırkı işdə tətbiqini mümkün və zəruri hesab edir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
43. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə hüquqi varislik iddiaçıya məxsus pensiya hüququnun onun hüquqi varisinə ötürülməsi ilə deyil, iddiaçının pensiya hüququnun təsdiq olunduğu və ona əmək pensiyanın təyin olunduğu təqdirdə, təyin olunmuş pensiyanın iddiaçının vəfat etdiyi tarixədək ödənilməli olan məbləğinin onun varislərinə ödənilməsinin təmin olunması ilə bağlıdır. Başqa sözlə, hazırkı halda hüquqi varislik iddiaçının gözlənilən pensiya hüququ və həmin hüquqa əsaslanan gözlənilən mülkiyyət hüququ ilə əlaqədar tələblərdən irəli gəlir. Odur ki, apelyasiya məhkəməsi haqlı ol araq iddiaçının 19 may 2022-ci il tarixdə vəfat etdiyini nəzərə alaraq, onun hüquqi varisini məhkəmə icraatına cəlb etmiş, iddiaçıya təyin edilmiş pensiyanın 30 oktyabr 2017ci il tarixdən vəfat etdiyi tarixədək ödənilməli olan məbləğinin hesablanaraq onun hüquqi varisinə ödənilməsi vəzifəsini cavabdehə həvalə etmiş və bununla da iddiaçının mülkiyyət hüququ ilə əhatə olunan əmlakının hüquqi varislik qaydasında keçməsini təmin etmişdir.
44. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 21(103)-1102/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.