Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-48/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının təsnifat üzrə fərdi şəxsi hesaba daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üz rə Mərkəzi Filialına qarşı “iddiaçının mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006-2009-cu illəri əhatə edən müddətdə ödənilən məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi hesabına işlənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2-1(107)-362/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış əsasən, Şəki rayonu, Cumakənd kəndində yerləşən 0,85 ha torpaq sahəsi Nümayəndə1, İddiaçı, X3 və X2 ümumi birgə mülkiyyətindədir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Şəki rayonu, Cumakənd kəndində yerləşən 0,5801 ha torpaq sahəsi Nümayəndə1, İddiaçı, X3 və X2 ümumi birgə mülkiyyətindədir.
3. İddiaçı tərəfindən torpağa görə sosial sığorta haqqı olaraq Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə xx.xx.2008-ci il tarixli, 436413 nömrəli mədaxil qəbzinə əsasən 2007-ci il üçün 5 manat, xx.xx.2008-ci il tarixli, 436669 nömrəli mədaxil qəbzinə əsasən 2006, 2007 və 2008-ci illər üçün 40 manat və xx.xx.2009-cu il tarixli, 859403 nömrəli mədaxil qəbzinə əsasən 2009-cu il üçün 27 manat ödənilmişdir.
4. İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabınd a əks olunması barədə cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006-2009-cu illəri əhatə edən müddətdə ödənilən məcburi dövlət sosial sığorta haqqının onun fərdi hesabına işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006-2009-cu illərdə məcburi dövlət sosial sığorta haqqı olara q ödənişlər etmiş, lakin ödədiyi məcburi dövlət sosial sığorta haqları fərdi hesabında əks olunmamışdır. İddiaçı ödədiyi vəsaitin fərdi hesabında qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı ilin 1 yanvar tarixindən başlayaraq aparılır. Nazirliyin X1 Sisteminin “Sığorta (Monitorinq)” altsistemində “Sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri" bölməsində “Mülkiyyətində olan kənd təsər rüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi iddiaçının uçot məlumatları, təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar” (Forma B2) və ona uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3), həmçinin ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nda və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda şəxsin mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməsi tələbi nəzərdə tutulub. Lakin iddiaçı torpaq mülkiyyətçisi kimi Fond un yerli orqanında uçota durmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim: Vüqar Musayev) 28 mart 2023-ci il tarixli, 21(116)-432/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006-2009-cu illəri əhatə edən müddətdə (xx.xx.2009-cu ildə 27 manat, xx.xx.2008-ci ildə 40 manat və xx.xx.2008ci ildə 5 manat) ödədiyi məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi hesabına işlənilməsi öhdəliyi qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən xx.xx.2009-cu il tarixli 859403 nömrəli qəbzlə 27 manat, xx.xx.2008-ci il tarixli 436669 nömrəli qəbzlə 40 manat və xx.xx.2008-ci il tarixli 436413 nömrəli mədaxil qəbzi ilə 5 manat pul məbləği Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin hesabına ödənilmişdir. Cavabdeh orqan, iddiaçının “Torpaq mülkiyyətçiləri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmadığını bildirsə də, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, müvafiq uçotun aparılması iddiaçıdan ödənişləri qəbul edən Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin vəzifəsi olmuşdur. Ödənişləri qəbul edən Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməmiş və ödənilən vəsaiti qəbul etməklə müvafiq mədaxil qəbzlərini iddiaçıya təqdim etmişdir. Bununla da, iddiaçı, torpaq mülkiyyətçisi kimi müvafi q ödənişləri ödəməklə, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra etmişdir. Təqdim edilən mədaxil qəbzləri "xxxx" MMC və Bakı şəhəri İcra Hakimiyyətinin İqtisadiyyat Komitəsinin Mətbəəsi tərəfindən çap edilmişdir və həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestrinin məlumatları ilə sübuta yetirilir. Təqdim edilən qəbzlərin mötəbərliyini şübhə altına salacaq hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda müvafiq hallar məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan, iddiaçının 2008-2009-cu illərdə torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərinin onun fərdi hesabında qeyd edilməs indən imtina etməkdə haqlı olmamışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Günay Cavadova) 06 iyun 2023-cü il tarixli, 2-1(107)-362/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; Maddə 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəs i ilə açılmış şəxsi hesabdır; Maddə 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Maddə 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta st ajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sah ibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəy yən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; Maddə 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştl i şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. 17. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həya ta keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; Maddə 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; Maddə 13 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Qeyrikommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mül kiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. Kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçotu müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu, qaydaları məcburi dövlət sosi al sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 14 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Maddə 18 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığ orta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır; Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 2.1-ci bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığor tası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 18. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması; Maddə 1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab; Maddə 1.2. Bu Qanunda istifa də olunan digər anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əmək pensiyaları haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənaları ifadə edir. Maddə 10.2 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək. Azərbaycan Respublikası Prezidentinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2-ci hissəsinə (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) əsasən, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qa nunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin v ə dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin də lillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə k ollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Hazırkı iş üzrə iddiaçının tələbi mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006-2009-cu illəri əhatə edən müddətdə ödədiyi məcburi dövlət sosial sığorta haqqının onun fərdi hesabına işlənilməsi ilə bağlıdır.
27. İddiaçının hüquqi marağı və məqsədi xx.xx.2018-ci il tari xədək ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeydə alınmasına və bununla da “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsində nəzərdə tutulmuş qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Başqa sözlə, hazırkı tələb iddiaçının gözlənilən əmək pensiyası hüququnun gələcəkdə təmin olunması üçün zəruri olan sığorta stajının nəzərə alınmasına xidmət edir.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeydə alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyy ət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə müvafiq mədaxil qəbzləri ilə xx.xx.2008-ci il tarixdə 2007-ci il üçün 5 manat, xx.xx.2008-ci il tarixdə 2006, 2007 və 2008-ci illər üçün 40 manat və xx.xx.2009-cu il tarixdə 2009-cu il üçün 27 manat məcburi dövlət sosial sığorta haqqı ödəmiş, lakin ödənilmiş həmin vəsait qanunvericiliyə uyğun qaydada onun fərdi hesabında qeydə alınmamışdır. İddiaçı həmin vəsaitin fərdi hesabında əks olunması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh X1 Sisteminin “Sığorta (Monitorinq)” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi iddiaçının uçota alınmadığını əsas gətirərək, iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
31. Bu qərarın 18-ci bəndində istinad edilən normaların mahiyyəti baxımından, sığortaolunana fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən cavabdehin məsuliyyət sferasına aiddir. Bu mənada iddiaçı müvafiq dövrdə torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi təqdim etməklə aidiyyəti qurumda uçota durmasa da, yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyi zaman cavabdeh onun uçota durması üçün həmin qaydanı ona izah etməli və bununla bağlı yardım göstərməli idi.
32. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd etmək lazımdır ki, sığortaedəndən və sığortaolunandan qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüququ, həmin şəxslər tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təm in etmək isə sığortaçının vəzifəsidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qanunda nəzərdə tutulmuş səlahiyyətləri publik-hüquqi xarakter daşıdığından o, həmin səlahiyyətlərin icrasından imtina edə bilməz və bunun üçün əsaslar olduğu halda, məcburi dövlət sosial sığortasının məqsədləri üçün sığortaedəndən və sığortaolunandan qanunla müəyyən edilmiş məlumatları tələb etməli, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməlidir.
34. Hazırkı halda, cavabdeh inzibati orqan yuxarıda qeyd olunan və təyinatı aşkar göstərilən ödənişləri qəbul etməsinə baxmayaraq, məcburi dövlət sosial sığortasının məqsədləri üçün zəruri məlumatların fərdi şəxsi hesab a daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının uçota alınma ilə bağlı qaydaya əməl etməməsi onun tərəfindən sığorta haqqının cavabdehə ödənilməsi faktını və həmin vəsaitin onun fərdi hesabında qeydə alınması ilə bağlı cavabdehin müvafiq öhdəliyini istisna etmir.
35. Beləliklə, cavabdeh orqan torpaq mülkiyyətçisi tərəfindən ödənilən sosial sığorta ödənişlərinin onun fərdi hesabında qeydə alınmasından imtina etməkdə haqlı olmamışdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün hesab edilməlidir. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsas lanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 21(107)-362/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.