Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-48/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ haqqında arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonun Xaçmaz kəndində yerləşən 0,1834 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması ba rədə arayışı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-86/2024 nömrəli, 10 iyun 2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN- 173A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 67 nömrəli qərarı ilə X2 0,36 ha torpaq sahəsi ayrılmışdır.
2. AZ-İ 292637 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2008ci il tarixdə vəfat etmişdir.
3. AZ-T 262351 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 anası X7r.
4. Oğuz Rayon Dövlət Arxivinin 19 oktyabr 2022-ci il tarixli, 52 saylı məktubund an görünür ki, Oğuz rayon Xaçmaz kənd İƏD-nin 1980-2000-ci illərə dair Təsərrüfatbaşına kitablarında X5 qeydiyyatı tapılmadı.
5. Oğuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 65 №-li məktubuna əlavə edilmiş 1972-1974-cü illərə aid Təsərrüfatbaşına kitablarından 967 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, X10 təsərrüfatbaşçısı olaraq qeyd edilmişdir.
6. Oğuz Rayon Dövlət Arxivinin 18 avqust 2023-cü il tarixli, N-3-48-36RA2-67/2023 saylı məktubundan görünür ki, Oğuz (Vartaşen) rayon Xaçmaz kənd “Komsomol” kolxozunun qaytanlanmış torpaq kitabında X5 adına torpaq ayrılması haqqında hər hansı bir qərar aşkar edilmədi.
7. Oğuz rayon İHB-nın Xaçmaz İƏD-nin nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Oğuz rayon Xaçmaz kəndində mərhum X6 məx sus fərdi yaşayış evi olmuş, həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi hal hazırda onun övladları İddiaçı və X8 qapalı həyət kimi istifadəsindədir. Qeyd edilən torpaq sahəsində 1970-ci illərin əvvəllərində yaşayış evi olmuş hal-hazırda həmin ev yaşayış olmadığı üçün tamamilə dağılmışdır.
8. Xaçmaz Bələdiyyəsinin 16 oktyabr 2023-cü il tarixli, 67 nömrəli məktubundan görünür ki, mərhum X10 torpaq islahatı aparılmazdan bir neçə il əvvəl yaşayış yerini dəyişdiyinə görə onun istifadəsində hər hansı fərdi yaşayış və torpaq sahəsinin olması barədə bələdiyyədə heç bir məlumat yoxdur. 9. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Oğuz rayonu Xaçmaz kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahıl arında X5 adı, eləcə də Şəhadətnamə və plan-ölçü sənədi aşkar edilməmişdir.
10. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi 0,30 hektardır. Xaçmaz kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı, faktiki istifadəçisi İddiaçıdır, iddiaçının istifadəsində olan torpaq sahəsinin 0,1166 ha hissəsi 173A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0,1834 ha hissəsi isə 1052B nömrə ilə qeydiyyata alınmış bələdiyyə mülkiyyəti ilə üst-üstə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
11. İdd iaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayonunun Xaçmaz kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq mərhum X5 adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-443/2023 saylı qərardadı ilə Oğuz rayonu Xaçmaz bələdiyyəsi və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. 13. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia tələbini dəqiqləşdirərək, Oğuz rayonun Xaçmaz kəndində yerləşən 0,1834 ha həyətyanı torpaq sahəs i üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-443/2023 nömrəli qərardadı ilə üçüncü şəxs qismində zəruri cəlb edilmiş X1 inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Oğuz rayon Xaçmaz kəndi üzrə 1972-1974-cü illərə aid Təsərrüfatbaşına kitablarına istinad edərək təsərrüfatın istifadəsində olmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması barədə qeydiyyatın aparılması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan sözüg edən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
16. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Oğuz rayonu Xaçmaz kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması uçun əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır.
17. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-443/2023 saylı, 3 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddia tələbi təmin edilərək, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İddiaçı O ğuz rayonun Xaçmaz kəndində yerləşən 0,1834 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Oğuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 65 №-li məktubuna əlavə edilmiş 1972-1974-cü illərə aid Təsərrüfatbaşına kitab məlumatları əsasında 1972-1974-cü illərin təsərrüfatbaşına kitabında iddiaçının mərhum anası Şəkər Əliyevanın ailə başçısı olmaqla təsərrüfatının mövcud olması müəyyən olunur. Sözügedən təsərrüfatın istifadəsində olan torpaq sahəsinin və fərdi yaşayış evinə münasibətdə isə məhkəmə qeyd edir ki, Oğuz rayon İHBnın Xaçmaz İƏD-nin nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli aktla Oğuz rayon Xaçmaz kən dində mərhum X6 məxsus fərdi yaşayış evinin olması, həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin hal hazırda onun övladları İddiaçı və X8 qapalı həyət kimi istifadəsində olması, qeyd edilən torpaq sahəsində 1970-ci illərin əvvəllərində yaşayış evi olsa da, hal-hazırda həmin evin yaşayış olmadığı üçün tamamilə dağılması qeyd edilmişdir. İddia olunan həyətyanı torpaq sahəsi qapalı həyət kimi mərhum Şəkər Əliyevanın övladlarının istifadəsində olduğundan məhkəmə hesab edir ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Şəkər Əliyevaya məxsus olması barədə arayışın verilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1477/2023 nömrəli qərarı mövcuddur).
19. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-86/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və T.H.Həsənov) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 3 noyabr 2023-ci il tarixli, 2-1(116)-443/2023 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılar aq İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonun Xaçmaz kəndində yerləşən 0,1834 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan 1972-1974-cü illərə aid Təsərrüfatbaşına kitab məlumatları əsasında 1972-1974-cü illərin təsərrüfatbaşına kitabında iddiaçının mərhum anası Şəkər Əliyevanın ailə başçısı kimi qeyd edilməsi müəyyən olunsa da, həmin kitablarda iddiaçının mərhum anası Şəkər Əliyevaya hər hansı və nə qədər torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilməmişdir. Həmçinin iddiaçının mərhum anası Şəkər Əliyevaya və onun ailəsinə torpaq payının verilməsinə dair subyektlər siyahısında adı mövcud deyil, ona şəhadətnamə və plan-ölçü sənədi verilməmişdir. Bundan başqa iş materiallarında olan arayışlardan da, Şəkər Əliyevaya hər hansı torpaq payı ayrılmadığı müəyyən olunmuşdur. İddia edilən torpaq sahəsi digər mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşür. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndin ə görə, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində təsbit olunmuşdur. Göründüyü kimi, iddiaçının mərhum anası Şəkər Əliyevaya torpaq payının ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Belə olan halda, cav abdeh orqan Oğuz rayonun Xaçmaz kəndində yerləşən 0,1834 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayış verilməsindən imtina etməkdə haqlı olmuşdur.
22. İddiaçılar kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-86/2024 nömrəli qərarının tam ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsi, AR Prezidentinin 13.01. 2015-ci il tarixli 439 nömrəli Fərman 2.3-cü bənd, AR Prezidentinin xx.xx.2022-ci il tarixi 1655 nö mrəli Fərman 1.3.3-cü bəndinin tələbinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin məhkəmə təqdim olunmuş təsərrüfatbaşına kitabdan çıxarışı qeydiyyat üçün əsas kimi qəbul etməmiş, səbəbini isə onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsinə “hüquq müəyyənedici sənəd” hazırlanmamışdır. Eyni zamanda məhkəmə iddiaçının anası Şəkər Əliyevaya hər hansı və nə qədər torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilmədiyini yazır. (Qərarın 29cu bəndi) X12 Məhkə məsi qeyd edilən torpaq sahəsinin iddiaçının ana babasından qalan yurd yeri olduğunu, iddiaçının babasının 1930-cu ildə vəfat etdiyini, anasının 1950-ci illərdə faktiki nikaha daxil olaraq Ağdam şəhərinə köçdüyünü, iki övladının olmasını, 1965-ci ildə rəsmi nikaha daxil olduğunu, 1970-ci ildə öz ata yurduna qayıtmasını, ev tikərək 4 il həmin evdə uşaqları ilə yaşamasını, sonra Ağdama qayıtmasını, Ağdam işğal olunduqdan sonra isə Bakı şəhərində yaşamalarını və digər halları araşdırmadan və nəzərə almadan qanunsuz və əsassız qərar qəbul etmişdir. İddiaçının vəkili vəsatət verərək iddiaçının babası Əhməd Lətifovun adına torpaq qeydi barədə sorğu verilməsini xahiş etmişdir. Məhkəmə isə həmin sorğunu düzgün ünvana göndərməmişdi. Məhkəmə tərəfindən “Torpaq islahatı haqqında” Qanunun 9-cu və 10-c u maddələri düzgün tətbiq olunmamışdır. Torpaq islahatı zamanı iddiaçının, anasının və qardaşının Oğuz rayonunun Xaçmaz kəndində qeydiyyatda olmadıqlarını və yaşamadıqlarını məhkəmə nəzərə almamışdır. Hətta məhkəmə qərarda Şəkər Əliyevanın subyektlər siyahısında adının olmadığını, ona şəhadətnamə və plan-ölçü sənədi verilmədiyini, ona hər hansı torpaq payı ayrılmadığını və iddia edilən torpaq sahəsinin digər mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşdüyünü yazır. (qərarın 30-31-ci bəndləri) Bütün bunlar isə həqiqəti əks etdirmir, iddiaçının anasına islahat vaxtı və ya əvvəllər torpaq ayrılması barədə iddiası yoxdur, iddia olunan torpaq sahəsi heç bir mülkiyyətçinin torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə iddiaçıya onun əldə edə bilmədiyi sübutların alınmasında yardım etməmişdir. Apellyasiya instansiyası məhkəməsində dəfələrlə iddiaçının babasının adına olan torpaq sahəsi barədə bütün sənədlərin və məlumatların alınması barədə vəsatətlər verilmişdir. Lakin məhkəmə ətraflı araşdırma aparmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Əldə olunmuş və iddiaçı tərəfindən təqdim edilmiş sənəd və sübutların isə böyük əksəriyyəti nəzərə alınmamış və həmin sübutlar araşdırılmamış və qiymətləndirilməmişdir. Məhkəmə şikayət etdiyimiz qərarda məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlərdən cəmi bir neçəsinə istinad etməklə kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşın maz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və b u qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtin a edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasın a səbəb olan hallar aradan qaldırılmadıqda. 26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətən daşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
27. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı
2. Azərbaycan Respublikası Sovet Sosi alist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Mə hkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. İş materiallarından görünür ki, iddiaçı həm inzibati orqana, həm də məhkəməyə müraciəti Oğuz rayonun Xaçmaz kəndində yerləşən 0,1834 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayış verilməsindən ibarət olmuşdur. Başqa sözlə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsidir.
35. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısını rəhbər tutaraq bildirir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslıdır.
36. Belə ki, iddiaçıda mülkiyyət hüququnun təsdiq edilməsini tələb etdiyi həyətyanı torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd yəni, akt, şəhadətnamə, qeydiyyat vəsiqəsi və ya digər rəsmi sənəd mövcud deyildir. Belə olduğu təqdirdə mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı qeyrimümkün dür.
37. İş materiallarında olan Oğuz Rayon Dövlət Arxivinin 18 avqust 2023-cü il tarixli, N3-48-36RA2-67/2023 saylı məktubundan görünür ki, Oğuz (Vartaşen) rayon Xaçmaz kənd “Komsomol” kolxozunun qaytanlanmış torpaq kitabında X5 adına torpaq ayrılması haqqında hər hansı bir qərar aşkar edilmədi.
38. Oğuz rayon İHB-nın Xaçmaz İƏD-nin nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Oğuz rayon Xaçmaz kəndində mərhum X6 məxsus fərdi yaşayış evi olmuş, həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi hal hazırda onun övladları İddiaçı və X8 qapalı həyət kimi istifadəsindədir. Qeyd edilən torpaq sahəsində 1970-ci illərin əvvəllərində yaşayış evi olmuş hal-hazırda həmin ev yaşayış olmadığı üçün tamamilə dağılmışdır.
39. Xaçmaz Bələdiyyəsinin 16 oktyabr 2 023-cü il tarixli, 67 nömrəli və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, mərhum X10 torpaq islahatı aparılmazdan bir neçə il əvvəl yaşayış yerini dəyişdiyinə görə onun istifadəsində hər hansı fərdi yaşayış və torpaq sahəsinin olması barədə bələdiyyədə heç bir məlumat yoxdur. Eyni zamanda, Oğuz rayonu Xaçmaz kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında X5 adı, eləcə də Şəhadətnamə və plan-ölçü sənədi aşkar edilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcl udur.
41. İddiaçı təsərrüfatbaşına kitabda qeyd edilmiş məlumatlara istinad edərək həmin torpaq sahəsinin onun mərhum anası məxsus olmasını bildirsə də, bununla bağlı kollegiya qeyd edir ki, 1972-1974-cü illərə aid Təsərrüfatbaşına kitabında X10 təsərrüfatbaşçısı olaraq qeyd edilsə də, Oğuz rayon Xaçmaz kənd İƏD-nin 1980-2000-ci illərə dair Təsərrüfatbaşına kitablarında X5 qeydiyyatı tapılmamışdır.
42. Bundan başqa, qeyd edilməlidir ki, torpaq sahəsinin uzun müddət faktiki istifadədə olması şəxsin əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün kifayət etmir. Belə ki, uzun illər ərzində istifadə qanuni istifadə anlayışını tam ehtiva etmir və hüquqmüəyyənedici sənədlər mövcud olmadan əmlakın uzun müddətli istifadəsi qanuni istifadə anlayışı ilə əhatə olunmur. İddiaçı bu hüquq larının qeydiyyatını yalnız o zaman tələb edə bilər ki, əgər o, həmin əmlaka münasibətdə yuxarıda göstərilən qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən birinə malik olsun. Hazırkı mübahisə üzrə iddiaçının torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olması məhkəmə araşdırılmaları zamanı müəyyən edilməmiş, iddiaçı tərəfindən bu halın əksini təsdiq edən sənəd təqdim edilməmişdir.
43. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının iddia tələbi qanunun müddəaların uyğun olmadığından təmin edilə, apellyasiya instansiya məhkəməsinin qərarı isə ləğv edilə bilməz.
44. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA AL Dİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-86/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.