Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-480/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Seyid oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və 07.05.2019 Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı Seyid oğlu və vəkili Vəkil, cavabdeh şöbənin vəkili X1 iştirakı ilə, İddiaçı Seyid oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Seyid oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, iddiaçının təhsil müddətləri əmək stajına sayılaraq, ona 52 yaşından, 29.10.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına və yaranacaq məbləğin birdəfəyə iddiaçının he sabına köçürülməsinə cavabdeh şöbəyə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş № 2-1(82)-2130/2018) iddianın təmin edilməsi; iddiaçıya 52 yaşından 29.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliynin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)2029/18) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 16 may 2018 -ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 04.10.2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh şöbənin vəkili İ.Qədirov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, bddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmus, 01.09.1977 25.07.1978-ci il tarixlərdə pesə məktəbində, daha sonra 1978 - 1996-cı illərdə və 1999-cu ildən hal-hazıradək neft və qaz çıcarma sahəsində zərərli peşələrdə işləmişdir. 01.01.2006-cı il tarixinə onun 25 ildən yuxan ümumi stajı 17 ildən yuxarı isə x üsusi stajı vardır. İddiaçı hesab etmişdir ki, onun güzəştli pensiya hüququ 52 yaşınının tamam olduğu 29.10.2012-ci il tarixdən yaranmışdır. Bu əsasla O, müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir ki, ona qeyd edilən tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. Lakin sonuncu 31.01.2018-ci il tarixli cavab məktubu ilə «Əmək pensiyaları haqqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinadən, onun ərizəsinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, 60 yaşı olmadığından güzəştli şərtlərlə əmək pensiyası hüqüqu yoxdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, işin materiallarına, o cümlədən iddiaçının əmək kitabçasının qeydlərinə və işin 4-cü vərəqində olan, “Abşeroneft” Neft və Qazçıxarma İdarəsinin 22.11.2017-ci il tarixli 20 saylı izahlı arayışına əsasən, iddiaçının 01.01.2006-cı il tarixinə 25 ildən çox ümumi stajı toplansa da, həmin tarixə onun 1 №-li Siyahıda nəzərədə tutulan peşədə ən azı 10 il çalışdığı müəyyən olunmur. Belə ki, iddiaçının 24.04.1981 - 31.08.1982-ci il tarixlərdə (1 il 4 ay 6 gün) Bakı Balıq Kombinatında, 01.11.1992 - 26.09.1995-ci il tarixlərdə (2 il 10 ay 25 qün) “Xəzərneftflot”da çalışdığı matros peşəsi 2 №-li Siyahının “XXVİİİ. Nəqliyyat bölməsinin
3. Dəniz və çay donanması” hissəsinin 23003010 koduna (Üzən heyət: “Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti”), 01.09.1982 - 08.02.1989-cu il tarixlərdə (6 il 5 ay 7 gün) balıq emalçısı kimi işlədiyi peşə isə həmin 2 №-li Siyahının “XXİİ. Yeyinti sənayesi bölməsinin 22417020—17531 koduna (balıq, dəniz heyvanları və dəniz məhsulları istehsal edən fəhlələr)” peşəinə uyğun gəlir. İddiaçının, “Abşeroneft” Neft və Qazçıxarma İdarəsinin 22.11.2017-ci il tarixli 20 saylı izahlı arayışından göründüyü kimi, 1 №-li Siyahıda nəzərdə tutulan peşədə, o cümlədən, dəniz neftçisi kimi, həmin Siyahının “X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “HOOOOOa—15824” kodunda nəzərdə tutulan - “neft və qaz hasilatı üzrə operator” peşəsində çalışdığı dövrün isə 04.01.1999-cu ildən 01.01.2006-cı ilə qədər olan hisəssi isə, cəmi, cavabdeh şöbənin qeyd etdiyi kimi, 6 il 11 ay 27 gün təşkil edir. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixinə 1 №-li Siyahı üzrə 10 il xüsusilə zərərli və ağır peşədə iş stajı mövcud deyil. Bu baxımdan cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmaqla, sonuncunun qanunla qorunan hər hansı hüququnu pozmamışdır, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuzdur, ona görə də təmin edilə bilməzdi. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, 01.01.2006-cı il tarixə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01.08.1997-ci il tarixədək 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 1997-ci il tarixli 358-İQD nömrəli Qanununla dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qəra rı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı”sı - “Yeraltı işlərdə, Əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların,işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nı, 2 №-li Siyahı ilə isə, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa,qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verənistehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sını - özündə əks etdirir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən yalnız 1 №-li Siyahıda nəzərdə tutulan, yəni ə mək şəraiti xüsusilə zərərli və ağır olan peşələrdə çalışan şəxslərə güzəştli şərtlərlə 01.08.1997-ci ilədək 50 yaşından, 2000-ci ilin avqust ayının 1-dən isə 52 yaşından, o zaman, pensiya təyin oluna bilər ki, həmin şəxsin ən azı 10 il bu peşədə stajı mövcud olsun. 01.01.2006-cı il tarixdən isə “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minmiş və həmin Qanunun qeyd edilən 9.1 -ci maddəsinin tələbindən göründüyü kimi, kişilər üçün güzəştli şərtlərlə əmək pensiyası - 57 yaşından təyin olunmağa başlanmışdır (AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə yeni Siyahı ttəsdiq olunmuşdur). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prose ssual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.