Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-480/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının əmrinin mübahisələndirilməsi; işə bərpa; məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqına əlavələrin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin qismən ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxma ilə əlaqədar almalı olunan əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(107)-434/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi orqanlarında vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı aparılan islahatların davamı olaraq Vergilər nazirinin 14 fevral 2019-cu il tarixli **********172700 nömrəli əmri ilə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyinin bütün struktur bölmələrinin, o cümlədən Ərazi Vergilər İdarələrinin tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü yeni qaydada təsdiq edilmişdir. 2. “İşdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 14 fevral 2019-cu il tarixli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək İddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Vergilər Nazirliyinin “Sərəncamda saxlama müddətinin uzadılması haqqında” müvafiq əmri ilə iddiaçının nazirliyin sərəncamında saxlanılma müddəti 3 ay uzadılmış, lakin sonradan həmin əmrə “Sərəncamdan çıxarılma haqqında” 19 sentyabr 2019-ci il tarixli əmrlə dəyişiklik edilərək İddiaçı 13 sentyabr 2019-cu il tarixdən nazirliyin sərəncamından çıxarılmış hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 18 mart 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 14 fevral 2019-cu il tarixli, **********084600 nömrəli “işdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrinin ona aid hissəsinin ləğv edilməsini, 4 iyul 2018-ci il tarixli əmək müqaviləsinin yenidən bağlanmış hesab edilməklə məcburi işburaxma ilə əlaqədar işdə olmadığı müddətdə almalı olduğu əmək haqqının və digər ödənişlərin ödənilməsi ilə işə bərpa olunmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 14 fevral 2019-cu il tarixli, **********084600 nömrəli əmrinin və 19 sentyabr 2019-cu il tarixli əmrinin ona aid hissəsinin ləğv edilməsini, 14 fevral 2019-cu il tarixdən işə bərpa olunmağı və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(116)-963/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 29 iyun 1994-cü il tarixdə vergi orqanlarında işə qəbul olunaraq Qəbələ rayonuna işləməyə göndərilmişdir. 25 ilə yaxın müddətdə orada fəaliyyət göstərmiş vergi strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. Cavabdehin 14 fe vral 2019-cu il tarixli, **********084600 nömrəli əmri ilə vergilər nazirliyinin 58 işçisinin, o cümlədən iddiaçının nazirliklə bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin 14 fevral 2019-cu il tarixli, **********084600 nömrəli “işdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrinin ona aid hissəsi ədalətsiz, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci və 75-ci maddəsinin 3-cü hissəsinin və eləcə də Vergilər Nazirliyi ilə arasında bağlanmış 4 iyul 2018-ci tarixli əmək müqaviləsinin 8-ci bəndinin tələblərinə zidd bir əmrdir və əmrin ona aid hissəsi ləğv edilməlidir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yaz ılı etirazlar təqdim etmişdir. Etirazlarda göstərilmişdir ki, iddiaçı 29 iyun 2000-ci il tarixdən vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış və onun tutduğu sonuncu vəzifə 10 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsi olmuşdur. Məlum olduğu kimi, son vaxtlar vergi orqanlarında vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı bir çox islahatlar aparılır ki, məhz qeyd olunan islahatların davamı olaraq vergilər nazirinin 14 fevral 2019-ci il tarixli, **********172700 nömrəli əmri ilə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi məqsədilə ləğv edilmiş Vergilər Nazirliyinin bütün struktur bölmələrinin, o cümlədən Ərazi Vergilər İdarələrinin tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü yeni qaydada təsdiq edilmişdir. Eyni zamanda, məhz bu səbəbdən vergilər nazirinin eyni tarixli **********084600 nömrəli əmri ilə 58 nəfər vergi əməkdaşı, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və iddiaçı 3 ay müddətinə ləğv edilmiş Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Ləğv edilmiş Vergilər Nazirliyinin “Sərəncamda saxlama müddətinin uzadılması haqqında” müvafiq əmri ilə iddiaçının nazirliyin sərəncamında saxlanılma müddəti 3 ay müddətinə uzadılmış, lakin sonradan həmin əmrə “Sərəncamdan çıxarılma haqqında” 2019-cu il tarixli əmrlə dəyişiklik edilərək 13 sentyabr 2019-cu il tarixdən nazirliyin sərəncamından çıxarılmış hesab edil mişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. təşkilati-ştat tədbirlərinin keçirilməsi, yəni işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi üçün əsasdır o halda ki, həmin vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olsun və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etmiş olsun. 10 saylı Ərazi Vergilər İdarəsində işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə bağlı aparılmış təşkilati-ştat tədbirlərinin nəticəsi olaraq iddiaçının vergi orqanlarında başqa vəzifəyə keçirilməsi mü mkün olmadığı üçün nazirliyin müvafiq əmri ilə o, 14 fevral 2019-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə nazirliyin sərəncamına götürülmüş, həmin müddət bitdikdən sonra sərəncamda qalma müddəti 3 ay müddətinə uzadılmış və sonda 13 sentyabr 2019-cu il tarixdən sərəncamdan çıxarılmış hesab edilmişdir. Başqa sözlə, cavabdeh orqan təşkilati-ştat tədbirlərinin aparılması ilə bağlı iddiaçının başqa vəzifəyə keçirilməsi mümkün olmadığından ilkin olaraq onu tutduğu vəzifədən azad edərək sərəncama götürsə də, daha sonra digər əməkdaşlarla yanaşı iddiaçının vergi orqanlarında mövcud olan vəzifələrə uyğun olmadığı qənaətinə gələrək onu nazirliyin sərəncamından çıxarmışdır. Göründüyü kimi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə bağlı cavabdeh ona verilmiş səlahiyyə tlərdən istifadə edərək iddiaçını başqa vəzifəyə keçirmək mümkün olmadığından tutduğu vəzifədən azad etməklə sərəncama götürməsi və bir ildən çox müddətdə sərəncamda saxlanılma imkanı olmadığı üçün sərəncamdan çıxarması qanunvericiliyinin tələblərinə tam uyğun olmuşdur. İddia ərizəsində cavabdeh tərəfindən digər vəzifəyə keçirilməsi mümkün olduğu, ona digər vəzifə təklif olunmadığı və onun təklif olunan vəzifədən imtina etmədiyi halda əmrdə istinad olunan “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinin, 4 iyul 2018-ci il tarixli əmək müqaviləsinin və Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin kobud surətdə pozulması göstərilmişdir. Bununla bağlı bildirilməlidir ki, Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qull uqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Məhz qeyd olunan normanın tələblərindən göründüyü kimi, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar azad edilmiş vəzifəli şəxslərin sərəncama götürülməsi, sərəncamda saxlanılması və sərəncamdan çıxarılması məsələləri əmək qanunvericiliyində ümumiyyətlə tənzimlənmədiyindən bu hallarda yalnız dövlət vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunu tənzimləyən “Dövlət vergi orqanl arında xidmət haqqında” Əsasnaməyə istinad edilməlidir. Qeyd olunan Əsasnamənin tələblərinə əsasən vergi orqanlarının vəzifəli şəxslərin hüquqi statusunu tənzimləyən normativ hüquqi aktla təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxslərinin sərəncama götürülməsi, müəyyən edilmiş müddətdə sərəncamda saxlanılması və sərəncamdan çıxarılması məsələləri ilə bağlı ləğv edilmiş Vergilər Nazirliyinə müstəsna səlahiyyətlər verilmişdir. Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vergi orqanlarının vəzifəli şəxslərinin tutduğu vəzifədən azad edilərək sərəncama götürülməsi, sərəncamda saxlanılması və sərəncamdan çıxarılması birbaşa ləğv edilmiş Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş və nə “Dövlət vergi or qanlarında xidmət haqqında” Əsasnamədə, nə də ki əmək qanunvericiliyində bununla bağlı heç bir qadağa nəzərdə tutulmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 21(81)-1835/2019 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(116)-98/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 14 fevral 2019-cu il tarixli, **********084600 nömrəli və 19 sentyabr 2019-cu il tarixli əmrləri iddiaçıya aid hissədə ləğv edilmiş, cavabdehin üzərinə iddiaçının 14 fevral 2019-cu il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan 8 fevral 2019-cu il tarixli “məzuniyyət haqqında” sənəd ilə müəyyən edilmişdir ki, iddiaçı 8 fevral 2019-cu il tarixli ərizəsinə əsasən 11 fevral 2019-cu il tarixdən 5 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan “işdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 14 fevral 2019-cu il tarixli sənəddən müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək o, tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İddiaçının məz uniyyətdə olduğu vaxt əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 16 iyun 2021-ci il tarixli, **********092400 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya vergi orqanlarında digər vəzifəyə keçirilmə təklif edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci bəndinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. İddiaçının digər vəzifəyə keçirilməsinin qeyrimümkün olması barədə məhkəməyə cavabdeh tərəfindən heç bir tutarlı sübut və dəlil təqdim olunmamış və iddiaçıya vergi orqanlarında digər vəzifəyə keçirilmə təklif edilməmişdir. Bu iki halın mövcudluğu mübahisəli 14 fevral 2019-cu il tarixli əmrin iddiaçıya münasibətdə ləğv edilməsi üçün kifayətdir. 14 fevral 2019-cu il tarixli əmr iddiaçıya münasibətdə qanunsuz olduğu üçün ondan sonra iddiaçıya münasibətdə qəbul edilmiş əmr, hazırkı halda 19 sentyabr 2019-cu il tarixli əmr də qanunsuzdur və nəticə etibarı ilə ləğv edilməlid ir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(107)-434/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qar şı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin mövqeyinə görə məzuniyyətdə olduğu vaxtda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 76-cı maddəsinə və Əmək Məcəlləsinin 79-cu maddəsinə ziddir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə “əmək müqaviləsinin ləğv edilməsi" və "sərəncama götürülmə" ifadələrinə eyni məna verməklə düzgün olmayan nəticəyə gəlmiş və 14 fevral 2019-cu il tarixli, **********084600 nömrəli əmri işçi ilə işəgötürən arasında faktiki əmək münasibətlərini sonlandıran akt hesab etmişdir. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-müha fizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Göründüyü kimi vəzifəli şəxslərin sərəncama götürülməsi, sərəncamda saxlanılması və sərəncamdan çıxarılması məsələləri Əmək Məcəlləsində tənzimlənmədiyindən bu hallarda yalnız dövlət vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunu tənzimləyən "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə istinad edilməlidir. "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 38-ci maddəsində göstərilmişdir ki, təşkilati-ştat təbdirlərinin həyata keçiri lməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Maddənin məzmunundan göründüyü kimi, burada azadolma anlayışı Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi və əmək müqaviləsinə xitam verilməsi anlayışları ilə üst-üstə düşmür. Belə ki, şəxsin sərəncamda olduğu müddət əmək haqqı saxlanılır. Başqa sözlə, şəxsin əmək haqqının saxlanılması şəraitində əmək münasibətlərinə xitam verilməsindən söhbət gedə bilməz. Digər tərəfdən sərəncamda saxlanılan müddət ərzində xidməti-əmək münasibətləri ilə bağlı konkret hüquqi hərəkətlər sərəncamın müddətinin artırılması və s.) həyata keçirilməsi imkanı mövcudluğunu qoru maqdadır. Hesab edilməlidir ki, hazırkı iş üzrə İddiaçı ilə olan xidməti-əmək münasibətlərinə xitam verilməsi tarixi 14 fevral 2019-cu il kimi deyil, “19 sentyabr 2019-cu il tarixli, **********222700 nömrəli əmrə müvafiq olaraq “13 sentyabr 2019-cu il tarixindən Vergilər Nazirliyinin sərəncamından çıxarılsın” hissəsinə uyğun olaraq 13 sentyabr 2019-cu il tarix qəbul edilməlidir.
16. Məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normalarını - “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməmin 81-ci və Əmək Məcəlləsinin 300-cü maddələrini tətbiq etməklə səhvə yol vermişdir. Məhkəmə xüsusi olaraq iddia tələbinin əmək haqqına əlavələr hissəsi üzrə heç bir əsaslandırma aparmamışdır. Digər tərəfdən, məhkəmə hazırkı mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını, yəni Nazirlər Kabineti nin 17 oktyabr 2017-ci il tarixli, 442 nömrəli qərarı ilə təsdiq edilmiş qaydanın 3.1.2-ci yarımbəndi və Vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli, **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydasının 2.5.5-ci bəndini tətbiq etməmişdir. Belə ki, sözügedən müddəalardan göründüyü kimi, həmin qaydaların 2.5.5-ci yarımbəndinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi sərəncama çıxarıldıqda və 2.10-cu bəndinə əsasən işə bərpa edilmiş əməkdaşa işdə olmadığı dövr üçün vəzifə maaşına əlavə verilmir. Qeyd olunanlara əsasən hesab edilməlidir ki, iddiaçının əmək haqqına əlavələrin verilməsi tələbi üzrə subyektiv hüququ mövcud olmamışdır. Belə olan halda aşağı instansiya məhkəmələrinin əmək haqqına əlavələr hissəsi üzrə iddia tələbini təmin etməklə bağlı gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Göründüyü kimi vergi orqanı işçilərinə əlavələrin verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı əsasında qəbul edilmiş Qaydalara uyğun olaraq Dövlət Vergi Xidmətinin müstəsna səlahiyyətindədir. Göstərilənlərə əsasən, qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Ümumiyyətlə, işçilərin vəzifə maaşına aylıq əlavələr vergi orqanının büdcədənkənar vəsaiti hesabına ödənilir. Bununla yanaşı, işçiyə ödəniləcək orta aylıq əmək haqqı məbləği bilavasitə büdcə vəsaiti hesabına formalaşır. Belə olan halda dövlət büdcəsindən maliyyələşməsi nəzərdə tutulan vəsaitin süni şəkildə şişirdilməsi, yəni həmin vəsaitin tərkibinə büdcədənkənar fond hesabına ödənilən vəsaitin daxil edilməsi yol verilməzdir. Başqa sözlə, vəzifə maaşına əlavələr dövlət büdcəsi vəsaiti hesabına ödənilmədiyindən orta aylıq əmək haqqının hesablanması məqsədləri üçün dövlət büdcəsindən vəsait ayrılarkən, bu vəsaitin tərkibində vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmır.
17. Məhkəmə tərəfindən hazırkı mübahisə üzrə tətbiq edilməli olan Əmək Məcəlləsinin 296.4-cü maddəsi tətbiq edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 4 may 2021-ci il tarixli iddianın həcminin artırılması ilə bağlı ərizədə iddiaçının iş buraxma dövrü üzrə əmək haqqına əlavələrinin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın mümkü nlük şərtləri yoxlanılmadan əsassız və qanunsuz olaraq ərizə icraata qəbul edilmişdir. Mübahisənin 2019-cu ilin mart ayında başladığını nəzərə alaraq iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi sonuncu tarix kimi həmin tarix müəyyən edilir. Buna baxmayaraq, 4 may 2021-cil tarixli ərizə ilə iddia tələbinin həcminin artırılması barədə ərizə əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülməklə təqdim edilmişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edi ldiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu baxımdan hesab edilməlidir ki, məhkəmə qeyd olunan maddi hüquq normasını tətbiq etməli olsa da tətbiq etməmiş və bununla da düzgün olmayan nəticəyə gələrək iddia tələbini müvafiq hissədə əsassız və qanunsuz olaraq mümkün saymışdır.
18. İddiaçı 4 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın həcminin artırılmasına cavabdeh tərəfindən münasibət bildirilməsinə imkan yara dılmamış və aşkar şəkildə çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsiplərinin təməl şərtləri pozulmuşdur. Bu barədə apellyasiya şikayətində qeyd edilməsinə baxmayaraq apelyasiya məhkəməsi tərəfindən də bu dəlilə münasibət bildirilməmişdir. Həmçinin məhkəmə qərarını proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmamışdır. İddia “məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilsə də nə birinci instansiya, nə də ki apellyasiya instansiyası məhkəməsi qərarında bu hissə hüquqi cəhətdən əsaslandırılmadığından prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə etirazda göstərilmişdir ki, əmrin heç bir təşkilati-ştat tədbirinə aidiyyəti olmamışdır. Belə ki, iddiaçının sonuncu işlədiyi şöbədə onunla birlikdə 4 işçi olduğu halda, həmin şöbəyə əlavə işçi götürülmüş və hazırda bu ştatların sayı 6-ya çatdırılmışdır. Həmin şöbədə işçi sayı azalmamışdır. Məhkəməyə tərəfimdən cavabdehin internet səhifələrində yerləşdirdiyi işçi, o cümlədən hüquqşünas ştatları ilə bağlı bir neçə elanı təqdim edilmişdir. Bu elanlar həmin əmrin imzalandığından bir-neçə gün öncə verilmiş və əlavə işçi tələb olunması barədə idi. Həmin tarixlərdən onlarla işçi Vergilər Nazirliyinə işə qəbul olunmuşdur. Bundan əlavə həmin vergi stru kturunda bir neçə boş hüquqşünas ştatı olsa belə, iddiaçını ixtisara salaraq idarənin baş hüquqşünası ştatına mütəxəssis təyin edilir və bu gün də həmin vəzifəni icra etməkdədir. Həmçinin “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsi təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi yox, yalnız tutduğu vəzifədən azad edilmiş işçinin sərəncamda saxlanılmasına imkan verir. Bundan əlavə, sözü gedən əmrdə Əsasnamənin 75-ci maddisinin 3-cü maddəsinə də istinad edilsə də, cavabdeh məhkəməyə 2021-ci ilin iyun ayında təqdim etdiyi **********092400 nömrəli məktubla rəsmi olaraq iddiaçıya digər vəzifəyə keçirilmə təklif olunmadığı qeyd edilmişdir. Məhkəməyə təqdim edilən Beynəlxalq bankdan alınmış çıxarışdan məlum olduğu kimi əmrin verilməsi ilə dərhal son haqq-hesab aparılaraq iddiaçıya cavabdeh tərəfindən cəmi 3 dəfə ödəniş edilmiş və bunlar da yanvar ayının (28 fevral 20019-cu il tarixdə), fevral ayının (6 mart 2019-cu il tarixdə) əmək haqları və son haqq-hesabdan (30 aprel 2019-cu il tarixdə 59 man. 81 qəpik ödənilmişdir.) ibarət olmuş və buradan da əmək müqaviləsinə məhz 14 fevral 2019-cu il tarixdə xitam verdiyi görünməkdədir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamə (Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmişdir): Maddə
75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər:... 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə;... Maddə
76. Vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.3.... Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməs inin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı 11 fevral 2019-cu il tarixdən 5 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. “İşdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 14 fevral 2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək o, tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür.
25. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci bəndinin 3-cü hissəsinə görə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzi fəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər.
26. Cavabdeh 16 iyun 2021-ci il tarixli, **********092400 nömrəli məktubla təsdiq edir ki, iddiaçıya vergi orqanlarında digər vəzifəyə keçirilmə təklif edilməmişdir.
27. Həmin Əsasnamənin 76-cı maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir.
28. İddiaçının məzuniyyətdə olduğu vaxt əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır.
29. Beləliklə, “İşdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqınd a” 14 fevral 2019-cu il tarixli əmrinin qanunsuz olduğuna dair məhkəmələrin gəldiyi nəticə əsaslıdır.
30. Şikayətin dəlilinə görə, "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 38-ci maddəsində göstərilmişdir ki, təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Maddənin məzmunundan göründüyü kimi, burada azadolma anlayışı Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi və əmək müqaviləsinə xitam verilməsi anlayışları ilə üst-üstə düşmür. Belə ki, şəxsin sərəncamda olduğu müddət əmək haqqı saxlanılır. Başqa sözlə, şəxsin əmək haqqının saxlanılması şəraitin də əmək münasibətlərinə xitam verilməsindən söhbət gedə bilməz... Hesab edilməlidir ki, hazırkı iş üzrə İddiaçı ilə olan xidməti-əmək münasibətlərinə xitam verilməsi tarixi 14 fevral 2019-cu il kimi deyil, “19 sentyabr 2019-cu il tarixli, **********222700 nömrəli əmrə müvafiq olaraq “13 sentyabr 2019-cu il tarixindən Vergilər Nazirliyinin sərəncamından çıxarılsın” hissəsinə uyğun olaraq 13 sentyabr 2019-cu il tarix qəbul edilməlidir.
31. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, 14 fevral 2019-cu il tarixli əmrin iddiaçıya aid hissəsinin məzmunundan göründüyü kimi, həmin əmrlə əmək müqaviləsinə xitam verilərək iddiaçı tutduğu vəzifədən azad edilmişdir. 19 sentyabr 2019-cu il tarixli, **********222 700 nömrəli əmrdə isə iddiaçının “13 sentyabr 2019-cu il tarixindən Vergilər Nazirliyinin sərəncamından çıxarılması” təsbit olunmuşdur. Başqa sözlə, mübahisələndirilən əmrlərin məzmunlarına görə, iddiaçı ilə əmək müqaviləsinə və onun xidmətinə artıq birinci əmrlə xitam verilmişdir. İkinci əmrdə iddiaçı ilə əmək müqaviləsinə və iddiaçının xidmətinə xitam verilməsi barədə heç bir göstəriş yoxdur.
32. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə xüsusi olaraq iddia tələbinin əmək haqqına əlavələr hissəsi üzrə heç bir əsaslandırma aparmamışdır. Digər tərəfdən, məhkəmə hazırkı mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını - Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli, 442 nömrəli qərarı ilə təsdiq edilmiş qaydanın 3.1.2-ci yarımbəndi və Vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli, **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydasının 2.5.5-ci bəndini tətbiq etməmişdir. Belə ki, sözügedən müddəalardan göründüyü kimi, həmin qaydaların 2.5.5-ci yarımbəndinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi sərəncama çıxarıldıqda və 2.10-cu bəndinə əsasən işə bərpa edilmiş əməkdaşa işdə olmadığı dövr üçün vəzifə maaşına əlavə verilmir.
33. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, həmin normalar iddiaçıya münasibətdə o halda tətbiq oluna bilərdi ki, o, qanuni əsaslarla sərəncama çıxarılmış olsun. Hazırkı halda, “İşdən azad edilmə və Vergilər Nazirliyinin sərəncamına götürülm ə haqqında” 14 fevral 2019-cu il tarixli əmr qanunsuz olduğundan və həmin əmrin ləğvi onun yaratdığı hüquqi nəticələri aradan qaldırdığından, həmin normaların tələbləri iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Başqa sözlə, iddiaçı qanunsuz olaraq sərəncama çıxarılmaqla həmin əlavələri almaqdan qanunsuz olaraq məhrum olmuşdur.
34. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən hazırkı mübahisə üzrə tətbiq edilməli olan Əmək Məcəlləsinin 296.4-cü maddəsi tətbiq edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 4 may 2021-ci il tarixli iddianın həcminin artırılması ilə bağlı ərizədə iş buraxma dövrü üçün əmək haqqına əlavələrin də ona ödənilməsi barədə tələb irəli sürülmüşdür. Məhkəmə tərəfindən iddianın mümkünlük şərtləri yoxlanılmadan əsassız və qanunsuz olaraq ərizə icraata qəbul edilmişdir. Mübahisənin 2019-cu ilin mart ayında başladığını nəzərə alaraq iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi sonuncu tarix kimi həmin tarix müəyyən edilir. Buna baxmayaraq, 4 may 2021-cil tarixli ərizə ilə iddia tələbinin həcminin artırılması barədə ərizə əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülməklə təqdim edilmişdir.
35. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, əvvəla, iddiaçı həmin tələblə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İPM-də öhdəliyin icrası haqqında iddianın verilməsi üçün müddət müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı ilkin tələbində “məcburi işburaxma ilə əlaqədar işdə olmadığı müddətdə almalı olduğu əmək haqqının və digər ödənişlərin ödənilməsi ilə işə bərpa olunm asını” xahiş etmişdir. İddiaçı 4 may 2021-ci il tarixli ərizəsi ilə iddianın həcmini artırmamış, ilkin iddia ərizəsində göstərdiyi “digər ödənişlərin ödənilməsi” tələbini dəqiqləşdirmişdir.
36. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçı 4 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddianın həcminin artırılmasına cavabdeh tərəfindən münasibət bildirilməsinə imkan yaradılmamış və aşkar şəkildə çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsiplərinin təməl şərtləri pozulmuşdur. Bu barədə apellyasiya şikayətində qeyd edilməsinə baxmayaraq, apelyasiya məhkəməsi tərəfindən də bu dəlilə münasibət bildirilməmişdir.
37. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya in stansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 81.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin normanın tələbi nəzərə alındıqda, iddiaçının “tələbin dəqiqləşdirilməsi” barədə ərizəsinə apellyasiya instansiyası məhkəməsində icraat zamanı da münasibət bildirmək üçün cavabdehin prosessual imkanları olmuşdur. Bu imkanı apellyasiya instansiyası məhkəməsində icraat zama nı məhdudlaşdıran hal müəyyən edilməmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(107)-434/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.