Məhkəmə qərarları › İş №2-1(102)-480/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-480/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-480/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2578/2022 nömrəli, 1 2 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 102 nömrəli Sərəncamına və xx.xx.2020-ci il tarixli 1600 nömrəli icarə müqaviləsinə əsasən 49 il müddətinə X2 icarəyə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində sonuncunun icarə hüquqları qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Y asamal rayon Bələdiyyəsi sədrinin 30/2 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə Yasamal rayonu, ünvan 1 ünvanında məskunlaşan məcburi köçkün, İddiaçı tərəfindən Ü.Əkbərov küçəsində 1050 kv. metr torpaq sahəsinin ailəməişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq sahəsinin ailə-məişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq faktı təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təsərrüfat otağının yerləşdiyi 1050 kv. metr torpaq sahəsi vətəndaş İddiaçı icarəyə verilmiş və torpaq sahəsinin icarəyə verilməsi şərtlərinin müqavilə əsasında tənzimlənməsi qərara alınmışdır.

3. Yasamal Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 9/16 nömrəli, xx.xx.2007-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür k i, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ü.Əkbərov küçəsində yerləşən ümumi sahəsi 1.050.00 kv metr olan torpaq sahəsi müvəqqəti istifadə üçün İddiaçı icarəyə verilmiş və icarəçi torpaq sahəsini qəbul etmişdir.

4. Bakı şəhəri, Yasamal rayonu Yasamal Bələdiyyəsinin 306 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X3 həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən torpaq sahəsi üçün icarə haqqının ödəyicisidir, ödənişi etmişdir və xx.xx.2021-ci il tarixədək borcu yoxdur.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8574/2021 nömrəli qərardadlarından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının ləğv edilməsi, eyni zamanda mübahisəli torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin qeyd olunan qərardadları ilə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və çıxarışın ləğv edilməsi barədə iddiasının Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşə n 0,10 ha torpaq sahəsinin X1 istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 102 nömrəli sərəncamın ləğv edilməsi hissəsində geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi; İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və çıxarışın ləğv edilməsi barədə iddiasının Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair X1 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əml akın Dövlət Reyestrində aparılmış qeydlərin (Çıxarışın) ləğvi hissəsində isə mümkün sayılması qərara alınmışdır.

6. Bakı İnzibati Məhkəməsinin arxivindən götürülmüş 2-1(112)-8574/2021 nömrəli işdə olan Bakı Şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyətinin 70 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş 28 avqust 2020-ci il tarixli, 1600 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 102 saylı xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsində yerləşən torpaq sahəsi X2 49 il müddətinə icarəyə vermişdir.

7. Bakı Şəhər İcra Haki miyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 102 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsində yerləşən 0.10 ha torpaq sahəsi vətəndaş X1, 0.11 ha torpaq sahəsi isə vətəndaş X5 icarə əsasında istifadələrinə verilmişdir.

8. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli, S-244-091 nömrəli məktubundan müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən icarə əsasında X1 adına rəsmiləşdirilmiş 0.10 ha torpaq sahəsi “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq Sərəncamları ilə Yasamal Bələdiyyəsinə ayrılmış əraziyə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 23 fevral 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının X2 torpaq sahəsinin icarəyə verilməsi hissəsində və X4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Yeni Yasamal, U.Əkbərov küçəsində yerləşən ümumi sahəsi 1.050 kv. mert olan torpaq sahəsini əraziyə atılmış məişət tullantılarından təmizləyib abadlaşdırmışdır. Həmin torpaq sahəsini daş hasara almış, su və kanalizasiya xətləri çəkmişdir. Torpaq sahəsind ən, faktiki olaraq o, istifadə edir. Torpaq sahəsinin icarəsinə verilməsi üçün Bakı şəhəri Yasamal bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Qeyd edilən torpaq sahəsi Bakı şəhəri Yasamal bələdiyyəsinin sədrinin 04 aprel 2007ci il tarixli 30/2 saylı sərəncamına əsasən onun icarəsinə verilmiş, aralarında icarə müqaviləsi bağlanılmışdır. O, sistematik olaraq icarə haqqını bələdiyyə büdcəsinə ödəyir. Bundan sonra o, istifadəsində olan torpaq sahəsinin 0.1 ha hissəsinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 102 nömrəli sərəncamı və xx.xx.2020-ci il tarixli icarə müqaviləsi ilə X2 49 il müddətinə icarəyə verildiyi haqqında məlumat almışdır. Hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli sərəncamı qanunvericiliyin tələblərini pozm aqla verilmişdir.

11. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6494/2022 nömrəli, 3 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.

13. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan müvafiq olaraq, 2 (iki) və 1 (bir) ilə yaxın bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

14. İddiaçı apellyasiya şikayəti verərək həmin qə rardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2578/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6494/2022 nömrəli, 3 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, iş materiallarına əsasən, iddiaçı tərəfindən hazırda verilmiş iddia ərizəsi ilə eyni məzmunlu (sərəncamın ləğv edilməsi və s.) iddia ərizəsi ilk d əfə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur ki, bu hal da iddiaçının mübahisələndirilən sərəncamı və müqaviləni həmin tarixdə artıq əldə etmiş olduğunu sübut edir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının X2 torpaq sahəsinin icarəyə verilməsi hissəsində və X4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv olunması barədə iddiaçının hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur.

17. Bundan başqa qeyd edilmişdir ki, iş materiallarında olan məhkəmənin 03 iyun 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi üzrə buraxılmış prosessual müddətin bərpa olunmasına dair İddiaçı tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır.

18. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlilləri ilə uyğunluq təşkil edir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və y a hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məh kəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan la zımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxl anılmalıdır.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

27. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

29. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı hazırda mübahisələndirdiyi sə rəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan müvafiq olaraq 2 (iki) və 1 (bir) ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, hazırkı iş materiallarına əsasən, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə eyni məzmunlu (sərəncamın ləğv edilməsi və s.) iddia ərizəsi ilk dəfə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur ki, bu hal da iddiaçının mübahisələndirilən sərəncamı və müqaviləni həmin tarixdə artıq əldə etmiş olduğunu sübut edir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının X2 torpaq sahəsinin icarəyə verilməsi hissəsində və X4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv olunması barədə iddiaçının hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Bundan başqa, iş materiallarında olan birinci instansiya məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadından görünür ki, iddiaçının cavabdehə qarşı “X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbi üzrə buraxılmış prosessual müddətin bərpa olunmasına dair iddiaçı tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır.

30. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2578/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar