Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-481/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-481/19 Bakı şəhəri 13 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin müd iri X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2250/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 oktyabr 1980-ci il tarixdən 01 dekabr 1988-ci il tarixədək Ermənistan SSR, Vardenis rayonu X1 işlədiyi və əmək kitabçasında qeyd olunan illərin iş stajı kimi nəzərə alınması və 52 yaşının tamam olduğu 20 iyul 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 20 ildən çox ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmış 15 ildən çox güzəştli əmək stajına malik olduğundan, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh isə onun, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 10 il sosial siğorta stajnın olmadığını bildirərək 52 yaşdan pensiyanın təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2-1(82)3083/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 20 ildən çox ümumi staja malik olduğundan və bunun 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmış peşələrdə çalışdığından, ona hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericilik normalarına əsasən 52 yaşdan əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçıdan asılı olmayan səbəblərdən keçmiş müddət üçün alınmamış əmək pensiyası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Azvropa Konvensiyasının 1 saylı protokolunda öz əksini tapmış “mülkiyyət” anlayışına daxildir və Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin dövlət tərəfindən qorunmasına təminat verir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2250/2018 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdi rilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının 01 aprel 1991-ci il tarixdən 20 noyabr 2000-ci il tarixədək Sumqayıt Superfosfat Zafodunda nəzarətçi vəzifəsində işləməsi onun əmək kitabçası, 01 sentyabr 1980-ci il tarixdən 01 dekabr 1988-ci il tarixədək isə Ermənistan SSR, Vardenis rayonu, X1 ağır yeraltı şəraitdə telefon rabitə xidmətində işləməsi faktı məhkəmə qərarı ilə öz təsdiqini tapdığından və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı siyahıda nəzərdə tutulduğundan iddiaçı həmin dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 15 ildən çox ümumi və zərərli əmək sahas ində 7 il 6 aydan çox siğorta stajına malik olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8, 21.1, 31.1, 32.1-1, 37.7, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü i maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsd iq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikasının əmək pensiyasına dair qanunvericiliyi isə 52 yaşına çatmış qadınlara, onların 20 il siğorta stajı olduqda və bu müddətin azı 10 ilini adıçəkilən siyahıda nəzərdə tutulmuş işlərdə tam iş günü ərzində çalışdıqda yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını müəyyən etmişdir. İddiaçının tələb olunan güzəştli iş stajı olmadığından ona 52 yaşdan əmək pensiyasının təyin edilməsi qanunsuzdur. Kassasiya şikayətində göstərilən dəlilinin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəfıər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3414/2018 saylı iş üzrə 08 may 2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, həmin qətnamə ilə ərizəçi İddiaçı ərizəsi təmin edilmiş və onun 01 sentyabr 1980-ci il tarixdən 01 dekabr 1988-ci il tarixədək Ermənistan SSR, Vardenis rayonu, X1 ağır yeraltı ş əraitdə telefon rabitə xidmətində telefonçu işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. İT-İ seriyalı, ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 01 aprel 1991-ci il tarixli, 274k saylı əmrlə Sumqayıt Super fosfat zavoduna texniki nəzarət şöbəsinə 3-cü dərəcəli nəzarətçi qəbul edilmiş, 02 yanvar 1992-ci il tarixli, 66k saylı əmrlə texniki nəzarət və analatik tədqiqat şöbəsinə 3-cü dərəcəli növbətçi nəzarətçi keçirilmiş, 16 sentyabr 1992-ci il tarixli, 501/k saylı əmrlə ixtisası üzrə 4cü dərəcə verilmiş, 01 iyul 1995-ci il tarixli, 206k saylı əmrlə texniki nəzarət şöbəsinə 4-cü dərəcəli nəzarətçi keçirilmiş, 01 iyul 1996-cı il tarixli, 298k saylı əmrlə 6-cı dərəcəli növbətçi nəzarətçi peşəsinə qəbul edilmiş, 01 aprel 1997-ci il tari xli, 191k saylı əmrlə həmin sexdə 5-ci dərəcəli laborant nəzarətçisi keçirilmiş və 20 noyabr 2000-ci il tarixli, 286-k saylı əmrlə işdən azad edilmişdir. DSMF Nərimanov RŞ-nin 30 may 2018-ci il tarixli, 13/01-2500 saylı imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyalar haqqıda” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar: qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1964-cü il təvəllüdlüdür, güzəştli şərtlərlə yaşa görə əmək penisyası təyin edilməsi üçün tələb olunan 10 il sosial sığorta stajı olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. İddiaçının 01 sentyabr 1980-ci il tarixdən 01 dekabr 1988-ci il tarixədək Ermənistan SSR, Vardenis rayonu, X1 ağır yeraltı şəraitdə telefon rabitə xidmətində işlədiyi telefonçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə tədiq olunmuş 1 saylı Siyahı üzrə “10100000 - İ. Dağ-mədən işləri” adlanan 1-ci bölmədə “1.Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışl arında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər” hissəsinin “1010100e” kodlu tam iş günü ərzində yer altında olmaqla yuxarıda göstərilən fəhlə və qulluqçulara xidmət ilə məşğul olan bütün işçilər (yeraltı səhiyyə məntəqələrinin tibbi personalı, yeraltı telefon rabitə işçiləri və s.)” peşəsinə, nəzarətçi peşəsi isə 8-ci bölmə kimya istehsalatı texniki nəzarət şöbəsində məşğul olan nəzarətçilər peşəsinə uyğun gəlir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti il ə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslrını düzgün müəyyən etsə də, lakin onların tətəbiqində səhvə yol vermişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçı işlədiyi dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 15 ildən çox ümumi və zərərli əmək sahasində 7 i l 6 aydan çox siğorta stajına malik olduğundan, onun tələbi əsaslı olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərtlər onun 20 ildən çox ümumi və bu müddətin azı 10 ilini müvafiq siyahıda nəzərdə tutulmuş işlərdə tam iş günü ərzində çalışmasıdır, lakin onun tələb olunan güzəştli iş stajı olmadığından pensiyasının təyin edilməsi qanunsuzdur. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması tarixi məhkəmələr tərəfindən 20 iyul 2016-cı ilə aid edilmişdir. Həmin vaxt qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırın cı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin e dilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilər lər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 n ömrəli siyahısı üzrə: qadınlar — 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və zamana görə qüvvədə olmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanl ara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahılarda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinə qədər 15 il ümumi iş stajı - 01 sentyabr 1980-ci il tarixdən 01 dekabr 1988-ci il tarixədək Ermənistan SSR, Vardenis rayonu, X1 ağır yeraltı şəraitdə telefon rabitə xidmətində işləməsi faktı məhkəmə qərarı ilə (cəmi 8 il 3 ay); - 01 aprel 1991-ci il tarixdən 20 noyabr 2000-ci il tarixədək Sumqayıt Superfosfat Zafodunda nəzarətçi vəzifəsində işləməsi əmək kitabçası ilə (cəmi 9 il 7 ay 19 g ün) öz təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İstinad edilən Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş (1) və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) (2) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin (3) məcmusudur. Maddənin tələblərindən göründüyü kimi, sosial sığorta stajına aşağıdakılar daxil edilmişdir: iş dövrü; digər fəaliyyət dövrü; müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər. İş dövrü və digər fəliyyət dö vrlərinə hansı müddətlərin daxil edilməsi həmin Qanunun 21-ci maddəsində əks olunmuşdur. Maddə “Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri” kimi adlandırılmış və aşağıdakıları nəzərdə tutmuşdur: - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə həmçinin müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1991-ci ildən 2000-ci illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əm ək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Beləliklə, iddiaçının əmək kitabçasına əsasən müəyyən edilmiş iş stajı ilə apellyasiya məhkəməsinin nəticəsi düzgün olmuşdur. İddiaçının 01 sentyabr 1980-ci il tarixdən 01 dekabr 1988-ci il tarixədək işləməsi faktını məhkəmə qərarı əsasında müəyyən edilməsinə münasibətdə məhkəmə kollegiyas ı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” (bundan sonra mətndə - Qaydalar) 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tari xdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının 01 s entyabr 1980-ci il tarixdən 01 dekabr 1988-ci il tarixədək işlədiyi müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: - 69-cu maddəsinə əsasən, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddənin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları (...) milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasənrespublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir; Şahid ifadələrin ə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Habelə, yuxarıda istinad edilən Qaydaların 3.2.2-ci maddəsinin mənasına görə, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı - 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəddir. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən, o cümlədən milli münaqişə zəmini ilə əlaqədar iş stajı barədə sənədlər in təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahidlər ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, əgər məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Lakin apellyasya məhkəməsi iddiaçının məhkəmə qərarı əsasında iş stajını müəyyən edərkən qanunvericiliyin bu müddəalarını nəzərə almamışdır. Ən azından, məhkəmənin əsaslandığı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi barədə hər hansı qeyd mövcud deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasya şikayətində bildirilmiş dəlilin hüquqi əsası düzgün olmasa da, lakin faktiki əsası, yəni iddiaçının tələb olunan güzəştli iş stajının olmaması barədə dəlili qismən əsaslıdır və iş üzrə əlavə araşdırmanın aparılmasını zəruri etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda əks olunmuş maddi hüquq normalarının tətbiqi üçün iddiaçının güzəştli şərtlərlə pensya hüququnun yaranmasına əsas olmuş işin halları tam müəyyən edilməmiş və zəruri olan müddəalar tətbiq edilməmişdir. Bu halda həmçinin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi” pozulmuşdur. Həmin maddədə nəzərdə tu tulmuşdur: ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, göstərilmiş halın müəyyən edilməsi üçün iş yenidən apellyaisya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılm ası tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinin müdiri X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2250/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-481/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-481/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver