Məhkəmə qərarları › İş №2-1(102)-481/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-481/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-481/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Zaqatala rayonu Qandax Bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinə verilmiş çıxarışın ləğv edilməsi, hüququn inzibati akt əsasında qeydə alınması, inzibati aktın mübahisələndirilməməsi, iddianın mümkünlük şərti Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Zaqatala rayonu Qandax Bələdiyyəsinin (bundan sonra iddiaçı) Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-303/2021 saylı, 2 dekabr 2021-ci il tarixli qərarından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 21.01.2000-ci il tarixli, 11 saylı sərəncamı ilə “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 253 saylı Fərmanın ın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 saylı 19 yanvar 2000-ci il tarixli sərəncamına müvafiq olaraq bələdiyyə torpaqlarının və əmlakının bələdiyyələrin sərəncamına verilməsi, onların təşəkkülünün və inkişafının təmin edilməsi məqsədi ilə qərara alınmışdır:

2. Komissiyaya tapşırılsın ki, RİHB ərazi nümayəndələri və YAİKO ilə birlikdə 3 gün müddətində bələdiyyə orqanları üçün binaların ayrılması, həmin binaların telefonlaşdırılması, avadanlıq və dəftərxana ləvazimatları ilə təmin edilməsi və digər məsələlər köməklik göstərilməsi barədə təkliflərini RİHB versinlər.

3. RİHB ərazi nümayəndələri və YAİKO tapşırılsın ki, 01 fevral 2000-ci ilədək RİHB verilmiş təkliflər üzrə bələdiyyə orqanlarına binaların və avadanlıqların təhviltəslimini, dəftərxana ləvazimatları ilə təchiz olunmalarını və həmin orqanların fəaliyyət başlaması üçün digər köməkliklər göstərilməsini təmin etsinlər.

4. RİHB ərazi nümayəndələrinə tapşırılsın ki, aqrar islahatların aparılması zamanı bələdiyyə orqanlarına verilməsi nəzərdə tutulan sosial infrastruktur obyektlərinin və avadanlıqların və digər əmlakın 01 aprel 2000-ci ilədək komisyon qaydada təhviltəslimini təmin etsinlər.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.01.2000-ci il tarixli, 15s saylı və Zaqatala RİHB-nin 21.01.2000-ci il tarixli, 11 saylı sərəncamının icrası ilə əlaqədar rayonun bələdiyyə orqanlarına inzibati binaların ayrılması haqqında Zaqatala Rayon İcra Hakimiyyəti başçısı 24.01.2000-ci il tarixli, 15 saylı sərəncam vermişdir. Sərəncamla RİHBnin ərazi nümayəndələrinə tapşırılmışdır ki, təsərrüfatlarda aqrar islahatlar zamanı ərazi nümayəndələrinə təhvil verilmiş rayon komissiyasının təklifləri əsasında bələdiyyə orqanlarının inzibati idarə heyəti üçün nəzərdə tutulan binaların əvəzsiz olaraq bələdiyyələrin sərəncamına verilməsini təmin etsinlər. Sərəncamın təsdiq edilmiş surətinə əlavə edilən Zaqatala rayonu üzrə bələdiyyə şuralarının bina təchizatı haqqında məlumat sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qandax kənd YAİK-nın binası Zaqatala rayonu, Qandax bələdiyyəsinə verilmişdir. Zaqatala RİHB-nin Qandax ərazi nümayəndəsinin 27.01.2000-ci il tarixli, 03 saylı sərəncamına əsasən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 24.01.2000-ci il tarixli, 15 saylı sərəncamına uyğun olaraq Qandax bələdiyyəsinə YAİK-nın binası ayrılmış, YAİK-nın fəaliyyəti dövrün də iki otağın müvəqqəti olaraq onların istifadəsində saxlanılması qərara alınmışdır.

6. Qandax kənd keçmiş “Ukrayna” adına kolxozun YAİK-nın 10.05.2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən Zaqatala RİHB-nin 03.07.2001-ci il tarixli, 443 nömrəli məktubuna və əməyin ödənilməsinin təlimatları haqqında qanunun 178-ci maddəsinə əsasən X7 1975-ci ildə təsərrüfatda aldığı zədəyə görə hesablanmış 1.100.000 manat müavinət pulu hesabına YAİK-ya məxsus idarə binasından əmlak verilməsi qərara alınmışdır. Həmçinin eyni tarixli və nömrəli iclas protokoluna əsasən müəyyən edilir ki, X3 hesablanmış 1.133.000 manat əmlak payı hesabına Qandax YAİKya məxsus olan idarə binasından əmlak verilməsi qərara alınmışdır.

7. Yuxarıda qeyd olunan iclas protokolundan çıxarışlara, həmçinin iş materia llarında olan əmlakdan pay haqqının verilməsi barədə 27.05.2002-ci il tarixli, 6 və 7 saylı aktlara əsasən X7 adına qeyri-yaşayış binasına Texniki pasport və 16.01.2020-ci il tarixli, **********40-06301 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Çıxarışa əsasən ümumi sahəsi 361.8 kv.m olan daşınmaz əmlakın 1/2 hissəsi X7, 1/2 hissəsi isə X2 mülkiyyətinə verilmişdir.

8. Zaqatala rayonu Qandax YAİK-nın 01.11.2002-ci il tarixli, 1 nömrəli iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Ukrayna” adına kolxozda aqrar islahatlar başa çatdırılmış, yekunları barədə arayış tərtib edilmişdir. İclas protokoluna əsasən “Ukrayna” kolxozunda aqrar islahatların aparılması barədə YAİK-nın yekun hesabatı qəbul və təsdiq edilmiş, Qandax kənd YAİK-da islahat başlanan dövrdən 01.11.2002-ci il tarixədək olan dövr ərzində islahat komissiyasına məxsus əmlakın bölüşdürülməsinə dair yekun məlumat təsdiq edilmiş, 01.11.2002-ci il tarixdən Zaqatala rayonu, Qandax kənd YAİK-nın fəaliyyəti dayandırılmışdır.

9. İddiaçı üçüncü şəxslərin adına verilmiş çıxarışın ləğv edilməsi barədə 20 aprel 2020-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh 30 aprel 2020-ci il tarixli məktubunda bildirmişdir ki, çıxarışda qeyd edilən əmlak üçüncü şəxslərin mülkiyyətindədir. Mübahisəyə məhkəmə qaydasında baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər: X13 və X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 10.05.2002-ci il tarixli qərarının və onun əsasında X7 və X1 a dına 16.01.2020-ci il tarixdə qeydiyyat alınmış çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.01.2000-ci il tarixli 15S saylı sərəncamına əsasən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı 21.01.2000-ci il tarixli 11 saylı sərəncam imzalamışdır. Sərəncamda Zaqatala rayon Bələdiyyə orqanlarının inzibati binalar ilə təmin edilməsi öz əksini tapır. Həmin sərəncama əsasən rayon icra hakimiyyəti başçısının ərazi nümayəndələrinə tapşırılmışdır ki, təsərrüfatda aqrar islahatlar zamanı ərazi nümayəndələrinə təhvil verilmiş rayon Komissiyasının təklifləri əsasında bələdiyyə orqanlarının inzibati idarə fəaliyyəti üçün nəzərdə tutulan binalar əvəzsi z olaraq bələdiyyələrin sərəncamına verilməsini təmin etsinlər. Həmin Sərəncama əlavə olaraq Zaqatala rayonu üzrə Bələdiyyə şuralarının bina təchizatı haqqında məlumatda Zaqatala rayon X9 kənd YAİK-nın binası ayrılmışdır. Eyni zamanda həmin sərəncama uyğun olaraq Qandax ərazi nümayəndəsinin 24.01.2000-ci il tarixli 03 saylı sərəncamı ilə Qandax kənd bələdiyyəsinə YAİK-nın binasının ayrılması, YAİK-nın fəaliyyəti dövründə iki otağın müvəqqəti olaraq YAİK-nın istifadəsində saxlanılmasına dair sərəncam verilmişdir. Eyni zamanda Zaqatala rayon Aqrar İslahat Komissiyasının Zaqatala rayonu “Ukrayna” adına kolxozun aqrar islahat proqramında Bələdiyyə mülkiyyətinə verilən 28088000 dəyərində obyektlərin içərisində beş milyon dəyərində olan YAİK-nın inzibati binası nəzərdə tutulmuşdur.

12. İddiaçı d əqiqləşdirilmiş iddia tələbində üçüncü şəxslərin adına cavabdeh tərəfindən verilmiş 16.01.2020-ci il tarixli reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

13. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi 6 oktyabr 2020-ci il tarixli etiraz məktubunda bildirmişdir ki, üçüncü şəxslərin (payı ½ hissə) Zaqatala rayonu, Qandax kəndində yerləşən qeyri-yaşayış binası (idarə heyətinin binası) üzərində mülkiyyət hüququ müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq 16 yanvar 2020-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir...Belə ki, həmin daşınmaz əmlak mülkiyyətə YAİK-ın qərarı ilə verilmişdir.

14. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov, 2-1(116)-204/2021 nömrəli iş) 21 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə X13 və X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli çıxarışın ləğv olunması öhdəliyinin qoyulması qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nazirlər Kabinetinin 19.01.2000-ci il tarixli 15S saylı sərəncamına əsasən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı 21.01.2000-ci il tarixli 11 saylı sərəncam imzalamışdır. Sərəncamda Zaqatala rayon bələdiyyə orqanlarının inzibati binalar ilə təmin edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən r ayon icra hakimiyyəti başçısının ərazi nümayəndələrinə tapşırılmışdır ki, təsərrüfatda aqrar islahatlar zamanı ərazi nümayəndələrinə təhvil verilmiş rayon Komissiyasının təklifləri əsasında bələdiyyə orqanlarının inzibati idarə fəaliyyəti üçün nəzərdə tutulan binalar əvəzsiz olaraq bələdiyyələrin sərəncamına verilməsini təmin etsinlər. Sərəncama əlavə olaraq Zaqatala rayonu üzrə Bələdiyyə şuralarının bina təchizatı haqqında məlumatda Zaqatala rayon X9 kənd YAİK-nın binası ayrılmışdır. Eyni zamanda həmin sərəncama uyğun olaraq Qandax ərazi nümayəndəsinin 24.01.2000-ci il tarixli 03 saylı sərəncamı ilə Qandax kənd bələdiyyəsinə YAİK-nın binasının ayrılması, YAİK-nın fəaliyyəti dövründə iki otağın müvəqqəti olaraq YAİK-nın istifadəsində saxlanılmasına dair sərəncam verilmişdir. Binalara dair təhvil-təslimin 01.04.2000-ci ilə qədər yekunlaşdırılması tapşırılmışdır. İdarə binası bələdiyyənin mülkiyyətinə verildiyi halda Qandax kənd keçmiş “Ukrayna” adına kolxozun YAİK-nın 10.05.2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən 3-cü şəxslərə idarə binasından əmlak verilmişdir. Halbuki idarə binası “Ukrayna” adına kolxozun YAİK-nın mülkiyyətində olmamış, binanın 2 otağı müvəqqəti olaraq onların istifadəsində saxlanmışdır. Ümumiyyətlə protokoldan çıxarışda əmlak payının nədən ibarət olması qeyd olunmamış, 6 və 7 saylı aktlara əsasən 3-cü şəxslərin hər birinə idarə binasının ½ olmaqla pay verildiyi yazılmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdehin təqdim etdiyi aktlarda payın ½ olduğu yazılsa da, arxivin təqdim etdiyi aktlarda pay qeyd olunmamışdır. Həmçinin Zaqatala ra yon Dövlət Arxivi tərəfindən məlumat verilmişdir ki, 10.05.2002-ci il tarixli, 1 nömrəli protokolun əsli və ya surəti arxivdə mövcud deyil, yalnız həmin protokoldan çıxarışları mövcuddur. Həmçinin məhkəməyə arxivdən göndərilən noyabr 2002-ci il tarixli Zaqatala rayonu Qandax kənd YAİK-nın iclas protokolundan görünür ki, iclas protokolu nömrə 1 qeyd olunmuşdur. YAİK sədri Hənifə Kərimov olmaqla Qandax kənd “Ukrayna” kolxozunda aqrar islahatın aparılmasının yekunları barədə olmuşdur. Eyni ildə may ayında 1 nömrəli və noyabr ayında 1 nömrəli iclasın olması mümkün deyil. 3-cü şəxslərə idarə binasının əmlak payı verilməsi barədə qərar qanunsuz olduğundan, həmin qərar əsasında verilmiş əmlakdan pay haqqının verilməsi barədə aktlar mülkiyyət hüququnun qeydə alınması üçün əsas ola bilmədiyi üçün i ddia təmin olunmalıdır.

16. Üçüncü şəxslər X13 və X4 həmin qərardan apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5məruzəçi, X14 və X11, 2-1(107)-303/2021 saylı iş) 2 dekabr 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-204/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmişdir.

18. Apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qandax kənd keçmiş “Ukrayna” adına kolxozun YAİK-nın 10.05.2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən Zaqatala RİHB-nin 03.07.2001-ci il tarixli, 443 nömrəli məktubuna və əməyin ödənilməsinin təlimatları haqqında qanunun 178-ci maddəsinə əsasən X7 1975-ci ildə təsərrüfatda aldığı zədəyə görə hesablanmış 1.100.000 manat müavinət pulu hesabına YAİK-ya məxsus idarə binasından əmlak verilməsi qərara alınmışdır. Həmçinin eyni tarixli və nömrəli iclas protokoluna əsasən müəyyən edilir ki, X3 hesablanmış 1.133.000 manat əmlak payı hesabına Qandax YAİK-ya məxsus olan idarə binasından əmlak verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan iclas protokolundan çıxarışlara, həmçinin iş materiallarında olan əmlakdan pay haqqının verilməsi barədə 27.05.2002-ci il tarixli, 6 və 7 saylı aktlara əsasən X7 adına qeyri-yaşayış binasına Texniki pasport və 16.01.2020-ci il tarixli çıxarış tərtib edilmişdir. “Ukrayna” adına kolxozun YAİK 10 may 2002-ci il tarixli qərarı ilə idarə binası üçüncü şəxs lər X10 və X3 pay verilmişdir.

19. İddiaçı 10 dekabr 2021-ci il tarixdə apelyasiya məhkəməsinin qərarını almış, 8 yanvar 2022-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazların dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.01.2000-ci il tarixli sərəncamına əsasən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı 21.01.2000-ci il tarixli 11 saylı sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Qandax ərazi nümayəndəsinin 24.01.2000-ci il tarixli 03 saylı sərəncamı ilə Qandax kənd bələdiyyəsinə YAİK-nın binasının ayrılması, YAİK-nın fəaliyyəti dövründə iki otağın müvəqqəti olaraq YAİK-nın istifadəsində saxlanıl masına dair sərəncam verilmişdir. Eyni zamanda Zaqatala rayon Aqrar İslahat Komissiyasının Zaqatala rayonu “Ukrayna” adına kolxozun aqrar islahat proqramında Bələdiyyə mülkiyyətinə verilən 28088000 dəyərində obyektlərin içərisində beş milyon dəyərində olan YAİK-nın inzibati binası nəzərdə tutulmuşdur.

21. İdarə binası bələdiyyənin mülkiyyətinə verildiyi halda, Qandax kənd keçmiş “Ukrayna” adına kolxozun YAİK-in 10 may 2002-ci il tarixli protokolundan çıxarışa əsasən üçüncü şəxslərə idarə binasından əmlak verilmişdir. Halbuki idarə binası kolxozun yerli AİK-in mülkiyyətində olmamış, iki otaq müvəqqəti istifadə üçün ayrılmışdır.

22. Apelyasiya məhkəməsi yerli AİK-nın qərarına istinad etsə də arxiv materiallarında belə qərar olması sübuta yetməmişdir. İdarə binası əsaslı şəkildə təmir olunmuş, 2000-ci ildən kənd bələdiyyəsi, kənd kitabxanası və bina tikildiyi tarixdən mədəniyyət evi kimi fəaliyyət göstərir.

23. Şikayətin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 25. “Sovxozların və kolxozların islahatı haqqında” Qanun: Maddə

4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X18 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Maddə

7. Rayon aqrar islahat komissiyası Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir. Rayon aqrar islahat komissiyasının tərkibinə rayon (şəhər) icra hakimiyyətinin, rayon xalq deputatlar sovetinin, kənd təsərrüfatı idarəsinin, Dövlət Əmlak Komitəsinin, torpaq şöbəsinin, statistika idarəsinin, aqrar-sənaye kompleksi işçiləri həmkarlar ittifaqının rayon komitəsinin, təsərrüfatların, rayon ictimaiyyətinin nümayəndələri daxil edilir. Komissiya: rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının) təsdiqinə təqdim edir; rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; islahatın maliyyə təminatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir; bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş idarələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Resp ublikası Aqrar İslahat Komissiyasına təqdim edir; X18 komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və təlimatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Maddə

8. X18 komissiyası X18 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hü quqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiy yələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə ka sasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidi r. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

28. İddiaçının kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükd ə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır.

31. Zaqatala rayonu Qandax kənd YAİK-nın 10 may 2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən üçüncü şəxslər G.Ə.Bayramovaya hesablanmış 1.133.000 manat əmlak payı hesabına və O.N.Bayramova təsərrüfatda aldığı zədəyə görə hesablanmış 1.100.000 manat müavinət hesabına Qandax kənd YAİK-ya məxsus olan idarə binasından əmlak verilməsi qərara alınmışdır.

32. Zaqatala Rayon Dövlət Arxivinin 02.12.2011-ci il tarixli, 937 və 938 nömrəli arxiv arayışlarının təsdiq edilmiş surətlərindən g örünür ki, Qandax kənd keçmiş “Ukrayna” adına kolxozun YAİK-nın 10.05.2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən Zaqatala rayon İH başçısınin 03.07.2001-ci il tarixli, 443 nömrəli məktubuna və əməyin ödənilməsinin təlimatları haqqında qanunun 178-ci maddəsinə əsasən X7 1975-ci ildə təsərrüfatda aldığı zədəyə görə hesablanmış 1.100.000 manat müavinət pulu hesabına YAİK-ya məxsus idarə binasından əmlak verilməsi qərara alınmışdır. Həmçinin eyni tarixli və nömrəli iclas protokoluna əsasən müəyyən edilir ki, X3 hesablanmış 1.133.000 manat əmlak payı hesabına Qandax YAİK-ya məxsus olan idarə binasından əmlak verilməsi qərara alınmışdır.

33. Yuxarıda qeyd olunan iclas protokolundan çıxarışlara, həmçinin iş materiallarında olan əmlakdan pay haqqının verilməsi barədə 27.05.2002-ci il tarixli, 6 və 7 saylı aktlara əsasən X7 adına qeyri-yaşayış binasına texniki pasport və 16.01.2020-ci il tarixli çıxarış tərtib edilmişdir. Çıxarışa əsasən ümumi sahəsi 361.8 kv.m olan daşınmaz əmlakın 1/2 hissəsi X7, 1/2 hissəsi isə X2 mülkiyyətinə verilmişdir.

34. İddiaçı dəqiqləşdirilmiş iddia tələbində üçüncü şəxslərin adına cavabdeh tərəfindən verilmiş 16.01.2020-ci il tarixli reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

35. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi 6 oktyabr 2020-ci il tarixli etiraz məktubunda bildirmişdir ki, üçüncü şəxslərin (payı ½ hissə) Zaqatala rayonu, Qandax kəndində yerləşən qeyri-yaşayış binası (idarə heyətinin binası) üzərində mülkiyyət hüququ müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq 16 yanvar 2020-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir...Belə ki, həmin daşınmaz əmlak mülkiyyətə YAİK-ın qərarı ilə verilmişdir.

36. Beləliklə, üçüncü şəxslərin adına qeyri-yaşayış binasına 16 yanvar 2020-ci il tarixli hüququn qeydə alınması YAİK-ın qərarı ilə verilmişdir.

37. X18 Komissiyasının qərarı qüvvədədir. 38. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyi şdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə).

39. Qeyri-yaşayış sahəsinin verilməsinə əsas kimi aqrar islahat komissiyasının 10 may 2002-ci il tarixli qərarına istinad edilmişdir. Mübahisə predmeti olan bina ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır.

40. Qeyri-yaşayış binasının verilməsinə əsas olan aqrar islahat komissiyasının 10 may 2002-ci il tarixli qərarı hüquqi cəhətdən etibarlı olduğundan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 16 yanvar 2020-ci il tarixli qeydiyyatın ləğvinə dair iddia t ələbi iddianın mümkünlük şərtinə cavab vermir.

41. Odur ki, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır.

42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-303/2021 saylı 2 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Zaqatala rayonu Qandax Bələdiyyəsinin iddiası mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar