Məhkəmə qərarları › İş №2-1(102)-481/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-481/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-481/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; penitensiar müəssisələrdə mülki işlər – tibb işçiləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 21(103)-2928/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, X1 xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək (07 ay, 07 gün), 2 saylı uşaq diş klinikasında xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək (11 ay, 28 gün), X1 xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (04 ay, 11 gün) işləmiş, Bakı şəhəri 14 saylı Texniki Peşə Məktəbində xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “elektrik” ixtisası üzrə təhsil almış (06 ay), Tbilisi “Zarya” zavodunda xx.xx.1982ci il tarixdən xx.xx.1984-cü il tarixədək (01 il, 09 ay, 22 gün) işləmiş, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək təhsil almış (05 il, 10 ay), Azərbaycan SSR Səhiyyə Nazirliyinin 1 saylı ruhi xəstəxanasında xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək həkim-interna (01 il, 17 gün), Bakı şəhəri Psixonevroloji Dispanserində xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək həkim-psixiator (06 il, 07 ay), Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tərkib ində Penitensiar sistemin tibb xidmətləri İdarəsinin Nəzdində xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək həkim-psixiator (xx.xx.2004-cü il tarixdə Ədliyyə Nazirliyi üzrə xx.xx.2004-cü il tarixli 18-T nömrəli əmrlə penitensiar sistemin tibb xidməti Məhkəmə Qərarlarının İcrasının Baş İdarəsinin tərkibindən çıxarılmış və onun bazasında Ədliyyə Nazirliyinin müstəqil Tibb İdarəsi yaradılmışdır, iş stajı: 13 il, 03 ay, 11 gün) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həkim-psixiatr (10 il, 05 ay, 24 gün) işləmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-17-1/1/1-m-367-6/23 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə nazi rinin xx.xx.2007-ci il tarixli 39-T nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi haqqında Əsasnamə”sinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müstəqil struktur qurumudur. Əsasnamənin 6.2-ci bəndinə uyğun olaraq penitensiar müəssisələrində saxlanılan məhkumlara və təqsirləndirilən şəxslərə tibb xidmətinin göstərilməsini təmin etmək Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin fəaliyyət istiqamətlərindən biridir.

3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı yoxdur. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci inst ansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.

6. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

7. İşin məhkəmə araşdırması zamanı: 7.1. Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2024- cü il tarixli, 40/8 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilm iş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 34-cü hissəsində Penitensiar müəssisələrdə mülki işçilərin siyahısında “tibb işçiləri” qeyd olunmuşdur. “Ədliyyə Orqanlarında Qulluq Keçmə Haqqında” Azərbaycan Respublikasının Qanunun 39.1-ci maddəsinə əsasən Penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin, habelə penitensiar müəssisələrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləyən mülki işçilərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyy ən edilir. 7.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.2024cü il tarixli, 3-16-20/2-502/2024 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Poliklinikasının həkimpsixiatrı vəzifəsinə (0,5 ştat vahidi üzrə mülki işçi qismində) təyin edilmişdir. Ədliyyə nazirinin 18-T nömrəli, xx.xx.2004-cü il tarixli əmri ilə 2005-ci ilin yanvar ayının 1-dən penitensiar sistemin tibb xidməti Məhkəmə Qərarlarının icrası Baş idarəsinin tərkibindən çıxarılaraq Nazirliyin müstəqil Tibb idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli 446 nömrəli Fərmanı ilə Ədliyyə Nazirliyinin yeni strukturu təşkil edildikdə Tibb baş idarəsi də həmin struktura daxil olan ədliyyə orqan ı kimi təsdiq olunmuşdur. Ədliyyə Nazirliyi üzrə 39-T nömrəli, xx.xx.2007-ci il tarixli əmrlə Tibb baş idarəsinin strukturu və ştat bölgüsü təsdiq olunduqda digər əməkdaşlar kimi iddiaçı da tutduğu vəzifədən azad edilərək 17 gün müddətində sərəncamda olmuş və xx.xx.2007- ci il tarixdə Tibb baş idarəsinin Poliklinikasına tam ştat vahidi üzrə eyni vəzifəyə (mülki işçi qismində) təyin edilmiş, xx.xx.2017-ci il tarixdə isə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı Poliklinikada işləyərkən 2005-ci ildən başlayaraq dövri olaraq cəzaçəkmə müəssisələrində aparılan kütləvi müayinələrdə iştirak etmiş, Müalicə müəssisəsinin tərkibində fəaliyyət göstərən Həkim-psixiatrik komissiyasının üzvü kimi (2010-2017-ci illər ərzində) psixiatrik müalicəyə ehtiyacı olan məhkumların müəyyən edilərək müalicəyə cəlb edilməsi və ağır ruhi xəstəliyə düçar olmuş məhkumların Tibb baş idarəsinin Xüsusi Həkim Ekspert Komissiyasına şəhadətləndirilməyə təqdim edilməsi üzrə işləri bir müddət icra etmişdir. Qeyd edilir ki, penitensiar müəssisələrdə saxlanılan məhkumlara və təqsirləndirilən şəxslərə tibbi xidmət göstərən əməkdaşların fəaliyyəti ilə Poliklinikada çalışan əməkdaşların fəaliyyəti və buranın iş rejimləri tam bir-birindən fərqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 34-cü bölməsindən müəyyən olunur ki, bu hüquq penitensiar müəssisələrdə mülki işlərdə işləmiş tibb işçilərinə şamil e dilir.

8. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(112)-6108/2024 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, iddiaçıya 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. İşdən göründüyü kimi, iddiaçının ümumi stajının onun 60 yaşının tamam olduğu tarixə tamamlanması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması işin mübahisələndirilməyən halıdır. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixədək 25 il ümumi iş stajının olması onun əmək kitabçası və diplomu ilə təsdiq olunur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun ümumi güzəştli iş stajının olmaması qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə qeyd etmişdir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, p eşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”) da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. İddiaçının işlədiyi peşələr işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarla təsdiq olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında da nəzərdə tutulmuşdur - “Penitensiar müəssisələrdə mül ki işlər” adlanan 34-cü bölmədə “Tibb işçiləri”. Beləliklə, iddiaçının xx.xx.2022-ci il tarixədək, qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd edilmiş hallar nəzərə alınaraq iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsaslı olmuşdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2928/2024 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, K.Əkbərov və S.Səlimova) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası öz qərarında məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək kitabçasının əsli nə məhkəməyə, nə də Mərkəzi Filiala, h əmçinin güzəştli arayış təqdim edilməmiş, bu səbəbdən inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. … 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 13 may 2 022-ci il tarixədək qüvvədə olan redaksiyada Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. … Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövl ət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti.... 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530VİQD nömrəli Qanunu: Maddə

2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün t əyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir....

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" Bölmə 34. “Penitensiar müəssisələrdə mülki işlər”.... “Tibb işçiləri”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmi şdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hü quqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtina və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırma ları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Ədliyyə nazirinin 18-T nömrəli, xx.xx.2004-cü il tarixli əmri ilə 2005-ci ilin yanvar ayının 1dən penitensiar sistemin tibb xidməti Məhkəmə Qərarlarının icrası Baş idarəsinin tərkibindən çıxarılaraq Nazir liyin müstəqil Tibb idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli 446 nömrəli Fərmanı ilə Ədliyyə Nazirliyinin yeni strukturu təşkil edildikdə Tibb baş idarəsi də həmin struktura daxil olan ədliyyə orqanı kimi təsdiq olunmuşdur. Ədliyyə Nazirliyi üzrə 39-T nömrəli, xx.xx.2007-ci il tarixli əmrlə Tibb baş idarəsinin strukturu və ştat bölgüsü təsdiq olunduqda digər əməkdaşlar kimi iddiaçı da tutduğu vəzifədən azad edilərək 17 gün müddətində sərəncamda olmuş və xx.xx.2007-ci il tarixdə Tibb baş idarəsinin Poliklinikasına tam ştat vahidi üzrə eyni vəzifəyə (mülki işçi qismində) təyin edilmiş, xx.xx.2017-ci il tarixdə isə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı Poliklinikada işləyərkən 2005-ci ildən başlayaraq dövri olaraq cəzaçəkmə m üəssisələrində aparılan kütləvi müayinələrdə iştirak etmiş, Müalicə müəssisəsinin tərkibində fəaliyyət göstərən Həkim-psixiatrik komissiyasının üzvü kimi (2010-2017-ci illər ərzində) psixiatrik müalicəyə ehtiyacı olan məhkumların müəyyən edilərək müalicəyə cəlb edilməsi və ağır ruhi xəstəliyə düçar olmuş məhkumların Tibb baş idarəsinin Xüsusi Həkim Ekspert Komissiyasına şəhadətləndirilməyə təqdim edilməsi üzrə işləri bir müddət icra etmişdir.

27. Həmçinin, penitensiar müəssisələrdə saxlanılan məhkumlara və təqsirləndirilən şəxslərə tibbi xidmət göstərən əməkdaşların fəaliyyəti ilə Poliklinikada çalışan əməkdaşların fəaliyyəti və buranın iş rejimləri tam bir-birindən fərqlənir. Güzəştli şərtlərlə pensiya hüququ penitensiar müəssisələrdə mülki işlərdə işləmiş tibb işçilərinə şamil edilir ( Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-16-20/2-502/2024 nömrəli məktubu).

28. Göründüyü kimi, iddiaçı penitensiar müəssisənin poliklinikasında çalışan digər əməkdaşlardan fərqli olaraq, məhkumlara və təqsirləndirilən şəxslərə tibbi xidmət göstərən fəaliyyətlə məşğul olduğundan məhz bu əsasla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

29. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 60 yaşı tamam olduğu tarixə qanunvericiliklə müəyyən edilmiş həddə ümumi və güzəştli iş stajına malik olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapdığından cavabdeh inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qa nunsuz və əsassız olmuşdur.

30. Sonda məhkəmə kollegiyası cavabdehin “əmək kitabçasının əslinin təqdim edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş və həmin surətdə sənədin mötəbərliyini, həqiqiliyini şübhə altına alan heç bir hala rast gəlinməmişdir. Bu səbəbdən, qanunvericiliyin tələblərinə əsasən əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti əslinə bərabər olduğundan sübut qismində qəbul edilməklə, məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası o nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, ş ikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2928/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar