Məhkəmə qərarları › İş №2-1(102)-482/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-482/2019

19.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-482/2019 19.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinəqarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) ca vabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “əmək pensiyasının təyin edilməsi”tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2037/18 saylı, 3 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.X-ci ildə Bakı şəhərində doğulmuşdur. O, 01.06.1967-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı fəaliyyət göstərdiyi dövrdə aldığı əmək haqqının pensiya hesablan ması zamanı nəzərə alınmasına dair ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya müraciətinin təmin olunmaması barədə 13 aprel 2018-ci il tarixli imtina məktubu göndərmişdir. Məktubla bildirmişdir ki, iddiaçının pensiyası həmin tarixdə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmışdır. İddiaçı 15 may 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2010-cu ilə qədər qüvvədə olmuş 10.2 və 27.1-ci maddələrinə əsasən pensiyanın yenidən hesablanması və yaranmış pensiya fərqi məbləğinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır k i, cavabdeh tərəfindən ona yaşa görə pensiya təyin edilmişdir. Lakin, pensiya təyin olunan zaman onun işləyərkən aldığı əmək haqqı nəzərə alınmamış və bununla da pensiya məbləği çox az olmuşdur. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 27, 31, 37.7-ci, 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71, 72-ci maddələrinə istinad etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-2780/2018 saylı iş) 31 may 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2010-cu ilə qədər qüvvədə olmuş 10.2 və 27.1-ci maddələrinə əsasən pensiyanın yenidən hesa blanması və yaranmış pensiya fərqi məbləğinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini “Əmək pensiyaları haqqında” Qanunun 27, 31, 32-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71, 72-ci maddələrinə istinad edərək əsaslandırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər Nuriyeva Afaq Bayram qızı-məruzəçi, X4 və X2, 2-1(103)-2037/18 saylı iş) 3 oktyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 5 noyabr 2018-ci il tarixdə qərarın surətini almış, 4 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə də, İnzibati Prosessual Məcəllənin 90-cı maddəsini rəhbər tutaraq kassasiya şikayətini təqdim etmişdir. İddiaçı 13.01.2016-cı il tarixdə ona pensiya təyin olunması üçün müraciət etmiş və ona pensiya hüququnun yarandığı tarixdən - 01.01.2006-cı ildən ümumi iş stajı nəzərə alınmaqla pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyasına uyğun olaraq onun əmək pensiyası iş stajı əsasında hesablanmışdır. Qanuna 01.01.2010-cu ildə edi lmiş dəyişikliklərdən sonra əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi stajın hər ili üçün 170 manat pensiya kapitalı hesablanır və sığortaolunanın fərdi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixdə qeydə alınır. Qanunvericilikdə pensiyaların orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanması nəzərdə tutulmamışdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikay əti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddia tələbi pensiyanın “Əmək pensiyala rı haqqında” Qanunun 01.01.2010-cu ilədək qüvvədə olmuş 10.2 və 27.1-ci maddələrinə uyğun yenidən hesablanması və yaranmış pensiya məbləğinin birdəfəlik ödənilməsi barədədir. Cavabdeh hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2010-cu ildən qüvvədə olan normasına əsasən pensiyanın orta aylıq əmək haqqına uyğun hesablanması nəzərdə tutulmadığından tələb əsaslı sayıla bilməz. Mübahisə ilə bağlı məhkəmələr yuxarıda qeyd edilən qərarları qəbul etmişdir. Cavabdehin mövqeyinə görə iddiaçı 13 yanvar 2016-cı il tarixdə ona pensiya təyin edilməsi üçün müraciət etmiş, pensiya hüququnun yarandığı tarixdən 01.01.2006-cı ildən ümumi iş stajı nəzərə alınmaqla pensiya təyin edilmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının pensiya hüququ 2006-cı ilin yanvarından 1-dən yaranmış və həm in vaxtdan ona pensiya hesablanmışdır. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi arayışda onun 2004-2005-ci illər üzrə hər ayda aldığı əmək haqqının məbləği göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi pensiyanın müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqının onun müraciət etdiyi andan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanması barədə 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinə istinad etmişdir. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının hesablanması qaydası adı çəkilən Qanunun 27-ci maddəsində əksini tapmışdır. İddiaçının pensiya hüququ 2006-cı il yanvarın 1-dək yaranmışdır. Qanunverici 2010-cu il yanvarın 1-dən pensiyanın əmək haqqına əsasən hesablanması sistemindən imtina edərək sosial sığorta stajına əsasən pensiya hesablanması qaydasına keçmişdir. İddiaçının pensiya hüququ isə 2010-cu ilin yanvarınadək yaranmışdır. İddiaçının pensiya hüququ yaranan zaman “Əmək pensiyaları haqqında” Qanunun (1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (01.01.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27ci maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pe nsiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Bəhs olunanlara əsasən iddiaçının 2004-2005-ci illərdə aldığı əmək haqqı əsas götürülməklə pensiyanın hesablanmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən t am və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququ pozulmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2037/2018 saylı, 3 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar