Məhkəmə qərarları › İş №2-1(102)-482/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-482/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-482/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublik asının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X29) “X14 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçıya məxsus torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 2-1(107)-15/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarından üçüncü şəxs F.M.Qurbanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı aid iş materiallarındakı sənədlər:

1. Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə Göyçay rayonu, Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmiş, həmin siyahının 8-ci sırasında şə hid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmişdir.

2. Sözügedən torpaq sahəsinin hüdudları naturada tanıdılaraq iddiaçının istifadəsinə verilmiş və buna dair müvafiq akt tərtib edilmişdir. Bundan sonra iddiaçı sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. 3. 260577 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 iddiaçı X23 ilə nikah bağlamışdır. İddiaçı soyadını dəyişərək “Cəbrayılova” soyadını qəbul etmişdir. Üçüncü şəxs X19 aid iş materiallarındakı sənədlər

4. Göyçay RAİK-nin 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X3 və onun ailə üzvlərinin mülkiyyətinə 1.11 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-572, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüqu quna dair" Dövlət Aktı ilə rəsmiləşdirilmişdir.

5. Göyçay RAİK-nin 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X24 və onun ailə üzvlərinin mülkiyyətinə 1.00 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-573, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə rəsmiləşdirilmişdir.

6. X24 xx.xx.2001-ci il tarixdə vəfat etməsindən sonra xx.xx.2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmiş və şəhadətnaməyə əsasən X25 və X26 mərhumun vərəsələri müəyyən edilmişlər. Onların adına AA seriyalı 004102 xx.xx.2011ci il tarixli plan və ölçü sənədi, həmçinin MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarış tərtib edilmişdir.

7. Göyçay RAİK-nin 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı il ə Göyçay rayon Potu kənd sakini X4 və onun ailə üzvlərinin mülkiyyətinə 0.91 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-574, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə rəsmiləşdirilmişdir.

8. Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş 12 aprel 2011-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən, JN-572, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə Göyçay rayon Potu kənd sakini X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.11 hektar torpaq sahəsi X1, DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən X7 adına MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış və AA 004004 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Sonradan Ş.Həsənova həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə əsas ında X2.

9. Göyçay rayon Notariat Kontorunda 25 may 2011-ci il tarixli təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, JN-573, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı və MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Göyçay rayon Potıı kənd sakinləri X25 və X12 mülkiyyətinə verilmiş 1.00 hektar torpaq sahəsi ünvan 1 ünvanda yaşayan X1, DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən X7 adına MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış və AA 004143 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Ş.Həsənova 1.0034 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə ilə X2.

10. Göyçay rayon Notariat Kontorunda 07 iyun 2012-ci il tarixli təsdiq edilmiş alqı- satqı müqaviləsinə əsasən, JN-574, KOD 40812018 saylı "Torpağ a mülkiyyət hüququna dair" şəhadətnamə ilə Göyçay rayon Potu kənd sakini X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.91 hektar torpaq sahəsi ünvan 2 ünvanda yaşayan Yaqubov (Həsənov) Zeynal Dadaş oğluna satılmış, DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən Yaqubov (Həsənov) Zeynal Dadaş oğlunun adına MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarış və A seriyalı, 262097 nömrəli, xx.xx.2018-ci il tarixli plan-ölçü sənədi tərtib edilmişdir. X6 xx.xx.2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, 0.91 ha torpaq sahəsini X2.

11. X14 alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahələrinə onun mülkiyyət hüququ dövlət reyestrində **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış və onun adına xx.xx.2019-cu il tarixli çıxarış və A seriyalı 370056 nömrəli xx.xx.2019-cu il tarixli plan-ölçü sənədi tərtib edilmişdir. İşin digər halları

12. İddiaçı Göyçay rayonu, Potu kəndi ərazisində yerləşən və istifadəsində olan 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir.

13. Cavabdeh iddiaçıya ünvanladığı 03 iyul 2020-ci il tarixli, **********86 saylı daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişdə göstərmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən həmin torpaq sahəsinin digər mülkiyyətçiyə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş **********60 və **********21 reyest r nömrəli torpaq sahələrinin koordinatları ilə üstüstə düşdüyündən ərizənin icrasından imtina olunur.

14. Bundan sonra iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, üçüncü şəxsin mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçıya məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissədə ləğv olunmasını xahiş etmişdir.

15. Cavabdehin iddiaçıya ünvanladığı 04 avqust 2020-ci il tarixli, **********12 saylı məktubunda qeyd edilmişdir ki, X14 (üçüncü şəxs) mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilmişdir. Hüquqların qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən, iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

16. İddiaçı 21 iyul 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tar ixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. İddia tələbində işin halları sadalanmış, əlavə olaraq göstərilmişdir ki, üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları düzgün işlənilməmişdir. Belə ki, iş üzrə üçüncü şəxs X29 iddiaçının qardaşı X38, X34 və X8 qarşı tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa qoyulması, torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair iddia ərizəsi ilə Göy çay Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddianın əsaslılığını yoxlamaq üçün iş üzrə ekspertiza təyin edərək rəy almışdır. Rəydən görünür ki, üçüncü şəxsin Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi onun göstərdiyi yerdə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, sənəddə göstərilən torpaq sahəsinin koordinatları faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir.

18. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmiş, etirazda imtinanın dəlillərini təkrarlamışdır.

19. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1216/2020 nömrəli qərardadı ilə X29 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

20. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)149/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizas ı təyin edilmiş, ekspertizanın aparılması “X22” MMC-nin ekspertlərinə tapşırılmış və xx.xx.2021-ci il tarixli, 179 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - İş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında naturada və ərazinin ümumi xəritəsi üzərində aparılan ekspertiza tədqiqatı nəticəsində iddiaçıya Göyçay rayonu "Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi ilə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. Həmin hissə AutoCad və ArcMap proqramları vasitəsilə tərtib olunan planda aydın şəkildə göstərilmişdir; - X10 əsasən (islahat dwg) X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədi ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməmişdir. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. Qeyd: xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən 3.02 ha torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyətilə uyğunsuzluq təşkil edir. - Ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahəl əri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. - İş materiallarına əlavə edilən JN-572, JN-573 və JN-574 saylı Dövlət Aktlarının planı köhnə Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. Sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bu kimi Dövlət Aktlarının məlumatlarını yeni koordinat sistemində (WGS-84) tərtib olunan Elektron Məlumat bazasına inteqrasiya edən zaman köhnə koordinat sistemində yığılan bütün daşınmaz əmlak elementləri (torpaq sahələrinin, çayların, kanallların, fərdi yaşayış evlərinin və s. kimi oriyentirlər) naturadakı coğrafi yerləşmə mövqeyi (məkan göstəriciləri) nəzərə alınmadan, olduğu kimi köçürülmüşdür. Bu səbəbdən də müəyyən koordinat sürüşmələri xətası baş vermişdir. Eləcə də, sözügedən torpaq sahələrində də ərazi üzrə koordinat sürüşməsi xətası yaranmışdır. - İddiaçıya Göyçay rayonu "Ə.Kərim" adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının faktiki istifadə etdiyi 0.2350 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. - Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - X14 mülkiyyətində olan, həmçinin iş materiallarına əlavə olunan **********21 reyestr nömrəli çıxarış və onun plan-ölçü sə nədində qeyd olunduğu kimi, 3.0234 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyalı, uqodiyası əkin olmaqla kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir. - X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi digər sahələrdən fiziki sərhədlə ayrılmamışdır.

21. Şəki İnzibati Məhkəməsinin (hakim İ.H.Cabbarov) 2-1(116)-149/2021 nömrəli, 3 iyun 2021-ci il tаrixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçı Cəbrayılova (Əzizo va) Fəxriyyə Əhməd qızına məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üstüstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

22. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu n 2.2, 8.0.1, 8.0.5, 13.11, 16.2, 23.1-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 10 və 21-ci maddələrinə və ekspert rəyinə istinad etməklə belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır. Belə ki, cavabdeh inzibati orqan ləğvi tələb olunan torpaq sahəsinin planı və ölçüsü sənədini tərtib edərkən “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşmə halını araşdırmamış, nəticədə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırlmasına gətirib çıxaran qanunsuz hərəkətlərə yol vermişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsi cavabdeh inzibati orqanı reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdı rma aparmaq vəzifəsindən azad etməmişdir. Həmin sənəd tərtib olunarkən torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti nəzərə alınmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

23. Cavabdeh və üçüncü şəxs F.M.Qurbanov ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

24. Şək i Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

25. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, 10/5065 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyində qeyd olunur ki: - X16 verilmiş 0.08 ha torpaq sahəsinin sxematik planında əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 kv.m. hissəsinin X17 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qe ydiyyata alınmış 3.0224 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. - X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edildiyi müəyyən edildi. - X16 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik plan”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 12 kv.m hissəsinin “G.Əsədov” adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində JN-573 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan torpaq sahəsi ilə, 701 kv.m hisəsinin isə JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. - 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ərazidə sənədlər işlənərkən torpaq sahələrinin koordinatlarında sürüşmə olub-olmadığını müəyyən etmək mümkün olmadı. - X16 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planında əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin digər torpaq sahələrindən ancaq qərb istiqamətindən çəpərlə ayrılması müşahidə edildi. - X16 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik plannda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin "G.Əsədov” adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin uqodiyalı, elektron bazada təqdim olunan, "X18 X32"ndə isə sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, uqodiyası tikinti altında olan torpaqlar kimi göstərildiyi müəyyən edildi. - X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin "G.Əsədov” adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquluşu layihəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, əkin uqodiyalı olduğu müəyyən olundu. - X14 adına olan plan və ölçü sənədində və ilkin sənədlərdə, yəni JN-572, JN- 573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında göstərilən torpaq sahələrinin yer quruluşunun, konfiqurasiyasının, plan və ölçüsünün "G.Əsədov” adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair k ompleks yerquruluşu layihəsində X14 nümayəndəsinin naturada göstərdiyi və faktiki istifadə etdiyi 2.83 ha torpaq sahəsinin 2.24 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. - X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin digər sahələrdən fiziki sərhədlə ayrılmadığı müəyyən edildi.

26. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ş.Hüseynov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və V.İ.Məlikov) 2-1(107)-15/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxs F.M.Qurbanovun apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmı ş, əlavə olaraq qeyd etmişdir: 27.1. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyinin mötəbər olmamasına dair dəlilləri ilə bağlı bildirir ki, məhkəmə kollegiyası tərəfindən alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə “X22" MMC tərəfindən verilmiş rəyin əsas parametrləri ilə üst-üstə düşür. Belə ki, hər iki rəydə elektron baza məlumatlarında iddiaçıya verilmiş torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, uqodiyasının tikinti altında olan torpaqlar kimi qeyd edildiyi göstərilmişdir. 27.2. Digər tərəfdən, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020-ci il tarixli, 30439 nömrə li ekspert rəyindən görünür ki, Göyçay rayonu, Potu kəndində yerləşən xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, X14 xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi sonuncunun göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, xx.xx.2019cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatla r daxilindəki torpaq sahəsində tikililər mövcuddur. 27.3. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 10/5065 nömrəli və 19 mart 2020-ci il tarixli, 30439 nömrəli ekspert rəyləri bir-birini tamamladığından məhkəmə kollegiyası həmin rəyləri mötəbər sübut növü kimi qəbul edir. O da nəzərə alınmalıdır ki, iddiaçıya həyətyanı torpaq sahəsi 1996-cı ildə, JN572, JN573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarında göstərilən torpaq sahələri isə 1998-ci ildə verilmişdir. 27.4. Məhkəmə kollegiyası üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin “X19 məxsus 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ləğv edilməsi” tələbinin ümumi məhkəməyə aid olması ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd edi r ki, iddiaçı torpaq sahələrinin alqı-satqısına dair bağlanmış müqavilələr əsasında cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş plan və ölçü sənədində əks olunmuş döngə nöqtələrinin koordinatlarını mübahisələndirir. Həmin mübahisə isə birbaşa cavabdeh inzibati orqanın fəaliyyətindən yarandığından ona inzibati icraat qaydasında baxılmalıdır.

28. Üçüncü şəxs F.M.Qurbanov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

29. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən torpaq sahələrinin üst-üstə düşmə halı hərtərəfli araşdırıl mamış, əsassız olaraq üçüncü şəxsin mülkiyyət hüququna müdaxilə edilmişdir.

30. Belə ki, ekspert rəyində plan və ölçü sənədinin Dövlət Aktlarına uyğun verildiyi qeyd edilmişdir. Bu halda, Dövlət Aktları qüvvədə olduğu halda, ona dair verilmiş plan və ölçü sənədinin ləğv edilməsi mümkün deyildir.

31. Bundan əlavə, iddiaçıya məxsus torpaq sahəsi Potu kəndinin həyətyanı massivində, üçüncü şəxsə məxsus torpaq sahəsi isə kəndin əkin massivində yerləşir. İddiaçı ilə yanaşı, 24 nəfər Potu kənd sakininə ayrılmış torpaq sahəsi faktiki olaraq mübahisəli torpaq sahəsindən aralı yerləşir və torpaq sahələri arasından kənd daxili yol keçir.

32. Bundan əlavə, iddia tələbində qeyd olunan koordinatlar Göyçay rayonu, Ə.Kərim adına kolxozun xx.xx.1996-cı il tarixli, 11 nömrəli müvəkillər yığıncağının qərarı ilə Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin kordinatları deyil, X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin X30 qanunsuz olaraq zəbt etdiyi 0.17 ha hissəsinin kordinatlarıdır. Göyçay rayon RİHB-nın Baş Memarı İ.Süleymanovun, Göyçay rayon Potu kənd Bələdiyyəsinin sədri Z.İbrahimovun və Göyçay RİHB-nın Potu kənd İƏD üzrə nümayəndəsi N.Vəliyevin torpaq sahəsinin koordinatlarını müəyyən etmək səlahiyyəti, nə də ki, texniki imkanları yoxdur.

33. Bundan əlavə, iddiaçı iddia ərizəsində bir neçə müxtəlif tələbləri birləşdirmiş, həmin tələblərdən biri ümumi məhkəməyə, digər isə inzibati məhkəməyə aid olmasına baxmayaraq, Şəki İnzibati Məhkəməsi iddia tələbinin "X19 məxsus 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ləğv edilməsi" ümumi məhkəməyə aid olan hissəsini qanunsuz olaraq araşdırmış və bununla da iddianın mümkünlüyünü müəyyən edən prosessual qanunvericliyin tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etirazda apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

35. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfində n tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikay ətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassa siya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY

38. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

39. Hazırkı iş üzrə iddiaçının iddia tələbi “X14 mülkiyyətind ə olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş (X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 –Y 4499818.9, X 730503.386 – Y 4499831.1) koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir.

40. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının h üquqi marağı nə qədər ki, üçüncü şəxsin mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv edilməsi ilə bağlıdır, bu halda ilk növbədə, məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus torpaq sahəsinin yerinin, o cümlədən koordinatlarının müəyyən edilməsi və həmin sahənin naturada və ya texniki göstəricilərlə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi təşkil etməlidir.

41. Belə ki, hazırkı iş üzrə iddiaçı hüquqi tələbinin əsası kimi aşağıdakı sənədləri təqdim etmişdir: - Göyçay rayonu, Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpa q sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı və həmin sərəncamla təsdiq edilmiş siyahı (həmin siyahının 8-ci sırasında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmişdir); - Torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Akt (iş v. 11)- Aktda iddiaçıya 20 m x 30 m olmaqla, 0.06 ha torpaq sahəsinin ayrıldığı, ayrılan torpaq sahəsinin sərhədləri şimaldan yol yeri, şərqdən qonşu Əzizov Babək, cənubdan əkin sahəsi və qərbdən əkin sahəsi- göstərilmişdir; - İddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik Planı (Göyçay rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş memarı, Göyçay rayon İcra Hakimiyyətinin Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Göyçay rayon Potu kənd Bələdiyyəsinin sədri tərəfindən imzalanmış və müvafiq möhürlərlə təsdiq edilmişdir).

42. Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı və həmin sərəncamla təsdiq edilmiş siyahının mötəbərliliyi məhkəmə sorğuları vasitəsi ilə yoxlanılmış və Milli Arxiv İdarəsinin Göyçay Filialı tərəfindən verilmiş sənədlərlə təsdiqlənmişdir (İ cild: iş v. 124-127).

43. Torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair Aktla bağlı isə qeyd edilməlidir ki, həmin aktın əsli iş materiallarında yoxdur (notarial təsdiq edilmiş surəti mövcuddur) və arxivdə aşkar edilməmişdir. Bununla yanaşı, həmin Aktda iddiaçının faktiki isitfadəsinə verilən sahə 0.06 ha göstərilmişdir. Göründüyü kimi, sərəncamla təsdiqlənmiş siyahıda göstərilən torpaq sahəsinin ölçüsü ilə faktiki iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü bir-birindən fərqlənir. Həmçinin, Aktda müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya torpaq sahəsi ayrıldığı qeyd olunsa da, müvəkkillər yığıncağının sözügedən qərarı ilə bağlı arxivdə məlumat aşkar edilməmişdir (İİ cild: iş v.31). Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı sözügedən Aktda ona ayrılan torpaq sahəsinin ölçüsünün 0.06 olması ilə bağlı hər hansı mübahisə açmamış, ona daha sonra 0.02 ha torpaq sahəsinin də ayrılmasına dair hər hansı sənəd təqdim edilməmişdir.

44. İddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik Planı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin planın əsli iş materiallarında yoxdur (notarial təsdiq edilmiş surəti mövcuddur). Bundan əlav ə, həmin planla bağlı onu təsdiqləmiş orqanlara (Potu Bələdiyyəsinə, Göyçay Rayon İcra Hakimiyyətinə) sorğular ünvanlanmamış, həmin planın və orada əks olunan koordinatların hansı qaydada tərtib edilməsi ilə bağlı araşdırma aparılmamış, iddiaçıya Aktla təhvil verilmiş (Aktda qeyd olunmuş sərhədlər əsasında) torpaq sahəsinin sxematik Plandakı koordinatlarla üst-üstə düşüb-düşməməsi yoxlanılmamışdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, Aktda torpaq sahəsinin ölçüsü 20 m x 30 m, Planda 25 mx 32 m, iş materiallarında olan “Tikinti və torpaq sahələrinin Baş Planında isə (İ cild: iş v.120) torpaq sahəsinin ölçüsü 40 m x 20 m göstərilmişdir (Baş Planın "xxxx" MMC tərəfindən verildiyi ehtimal olunur). Göründüyü kimi, torpaq sahəsinin quruluşu ilə bağlı iş materiallarında olan sənədlərdə uyğunsuzl uqlar mövcuddur.

45. Qeyd edilməlidir ki, iş materiallarında olan Göyçay rayon X11 da (İ cild: iş v.230) iddiaçıya 0.06 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmiş, ayrılan torpaq sahəsinin sərhədləri - şimaldan yol yeri, şərqdən qonşu Əzizov Babək, cənubdan əkin sahəsi və qərbdən əkin sahəsi - göstərilmiş, həmçinin arayışa əlavə olunan xəritədən çıxarışda (İ cild: iş v.231) iddiaçıya icra hakimiyyətinin qərarı ilə ayrılmış torpaq sahəsinin yeri göstərilmişdir. Bundan əlavə, iş materiallarında (İİ cild: iş v. 69) Milli Arxiv İdarəsinin Göyçay Filialı tərəfindən həyətyanı torpaq fondu üçün ayrılan 1.48 ha torpaq sahəsinə dair yerquruluşu planı təqdim edilmişdir.

46. Qeyd edilənlərə əsasən, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçıya ayrılan torpaq sahəsinin ölçü sünü müəyyən etməli (0.06 ha, yaxud 0.08 ha), həmin torpaq sahəsinin yerləşmə yerini dəqiqləşdirməli (bu zaman, Torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Aktı və orada əks olunmuş sərhədləri, Göyçay rayon X13 əlavə olunmuş xəritədən çıxarış və Milli Arxiv İdarəsinin Göyçay Filialı tərəfindən həyətyanı torpaq fondu üçün ayrılan 1.48 ha torpaq sahəsinə dair yerquruluşu planı nəzərə alınmalı, iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik Planının sözügedən sənədlərdəki məlumatlara uyğunluğu müəyyən edilməlidir) və sahənin dəqiq və həqiqi koordinatlarını müəyyən etməlidir.

47. Məhkəmə kollegiyası iddiaçı ilə üçüncü şəxsin torpaq sahələrinin üst-üstə düşməsinə dair aşağı instansiya məhkəmələrinin araşdırması ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

48. İş materiallarında ola n "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində (üçüncü şəxsin başqa şəxslərə qarşı qaldırdığı iddia üzrə mülki icraat çərçivəsində əldə edilmişdir - İ cild: iş v.14) üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin naturada onun göstərdiyi ərazidə yerləşdiyi müəyyən olunsa da, konfiqurasiya fərqi və koordinat sürüşməsinin mövcudluğu müəyyən edilmişdir. Həmçinin, rəydə plan və ölçü sənədindəki koordinatlarla, faktiki vəziyyət arasında uyğunsuzluq olduğu qeyd edilmişdir. Həmin icraat çərçivəsində verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyi də mütəxəssis rəyi ilə oxşar məzmunludur (İ cild: iş v.84-87).

49. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün mür aciət olunmuş, "xxxx" MMC tərəfindən bununla bağlı mütəxəssis ayrılsa da, tərəflərin iştirakı məhkəmə tərəfindən təmin edilmədiyindən mütəxəssis rəyinin verilməsi mümkün olmamış, məhkəmə tərəfindən isə mütəxəssis rəyinin əldə edilməsi istiqamətində əlavə tədbir görülməmiş, əvəzində “X22” MMC-dən ekspert rəyi alınmışdır. Həmin ekspert rəyində isə iddiaçıya Göyçay rayonu "Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi ilə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin üst-üstə düşdüyü, üçüncü şəxsin mülkiyyətində olan 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mül kiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilmədiyi, çıxarış və plan-ölçü sənədlərinin tərtib edilməsi zamanı qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə sürüşməsinə yol verildiyi, plan və ölçü sənədində göstərilən 3.02 ha torpaq sahəsinin koordinatlarının faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil etdiyi, lakin JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşmədiyi, iddiaçıya Göyçay rayonu "Ə.Kərim" adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının faktiki istifadə etdiyi 0.2350 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsinin müəyyən olunduğu və X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin digər sahələrdən fiziki sərhədlə ayrılmadığı qeyd edilmişdir.

50. İşə baxan apellyasiya instansiyası məhkəməsi yenidən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün müraciət etmiş, verilmiş mütəxəssis rəyində və həmin rəy əsasında tərtib edilmiş “Məhkəmə Ekspertiza Mərkəzi”nin xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, iddiaçıya verilmiş 0.08 ha torpaq sahəsinin sxematik Planında əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 kv.m hissəsi üçüncü şəxsin mülkiyyətində olan və 3.0224 ha torpaq sahəsi üst-üstə düşür, torpaq sahələrinin koordinatlarında sürüşmə olub-olmadığını müəyyən etmək mümkün olmamışdır, həmçinin üçüncü şəxsin adına qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədi - ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilmiş, iddiaçıya və üçüncü şəxsə ayrılmış torpaq sahəsinin "G.Əsədov” adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin uqodiyalı, elektron bazada təqdim olunan, "X18 X32"ndə isə iddiaçıya ayrılan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, uqodi yasının tikinti altında olan torpaqlar kimi göstərildiyi müəyyən edilmişdir.

51. Göründüyü kimi, iş materiallarında olan, torpaq sahələrinin üst-üstə düşübdüşməməsi ilə bağlı sənədlərin məzmununda uyğunsuzluq vardır.

52. Belə ki, ilk növbədə, sonuncu mütəxəssis və ekspert rəyi iddiaçıya verilmiş 0.08 ha torpaq sahəsinin sxematik Planında əks olunan koordinatlara müvafiq verilmişdir ki, artıq yuxarıda qeyd edildiyi kimi, həmin sxematik Planın həqiqiliyi və mötəbərliliyi, həmçinin orada əks olunan koordinatların dəqiqliyi araşdırılmamışdır.

53. Bundan əlavə, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması işin mübahisəsiz halıdır və işdəki mötəbər sübutlarla da təsdiqlənir (dövlət aktları, reyestrdən çıxarışlar və plan-ölçü sənədləri). İddiaçıya isə fərdi yaşayış evi nin tikintisi üçün torpaq sahəsi ayrılmışdır ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin mümkünsüzlüyü nəzərə alındıqda, bu halda müxtəlif kateqoriyalı iki torpaq sahəsinin naturada üst-üstə düşməsi şübhə doğurur.

54. Həmçinin, eyni qurum tərəfindən (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) müxtəlif icraatlarda (mülki və inizbati) verilmiş mütəxəssis rəylərinin məzmunu ziddiyyətlidir. Belə ki, birində torpaq sahələrinin koordinatlarında sürüşmə olub-olmadığını müəyyən etmək mümkün olmadığı qeyd edilsə də, digərində konfiqurasiya fərqi və koordinat sürüşməsinin mövcudluğu müəyyən edilmişdir. Həmçinin, rəydə plan və ölçü sənədindəki koordinatlarla, faktiki vəziyyət arasında uyğunsuzluq olduğu qeyd edilmişdir.

55. Apellyasiya instansiya məhkəm əsi iddiaçıya ayrılmış torpaq sahəsinin onun iddia etdiyi torpaq sahəsi olub-olmaması məsələsini də araşdırmamışdır.

56. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları natamam araşdırılmış, iş üzrə sübutlar arasındakı ziddiyyət aradan qaldırılmamış, məhkəmə araşdırmasının predmeti və istiqaməti düzgün müəyyən edilməmişdir.

57. Həmçinin, apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya baxışında nəzərə almalıdır ki, üçüncü şəxs F.Qurbanov xüsusi mülkiyyətində olan torpaq sahəsindən X20, X5 və X30 çıxarılması, sonuncular tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)119/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hazırda məhkə mə mübahisəsi yekunlaşması barədə dəqiq məlumat yoxdur). Həmin icraatda F.Qurbanov iddia tələbinin əsaslandırlmasında cavabdeh şəxslərin 0.08 ha torpaq sahəsini qanunsuz zəbt etdiyini və həmin sahədə fərdi yaşayış evi tikildiyini qeyd etmişdir ki, həmin şəxslərdən biri də iddiaçının qardaşı - X35r. Odur ki, sözügedən zəbt edilmiş sahənin hazırda mübahisə predmeti olan torpaq sahəsi olub-olmaması, iddiaçının ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinin, mülki icraat çərçivəsində sökülməsi tələb olunan və digər şəxslər tərəfindən tikilmiş eyni ev olub-olmaması məsələsi də araşdırılmalıdır.

58. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi ilə bağlı isə qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü və yerləşmə y eri dəqiq müəyyən edildikdən sonra qanuni əsaslar mövcud olduğu halda, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları qeydə alınması barədə qərar qəbul edilə bilər.

59. Beləliklə, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından barəsində şikayət verilən qərar ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

60. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.

61. Yuxarıdakılara əsasən, məhkəmə kolle giyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-15/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar