Məhkəmə qərarları › İş №2-1(102)-482/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-482/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-482/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; “əllə döymədə dəmirçilər”, “rəngsazlar”; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X üsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2639/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edi lmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metal emalı bölməsinin (11) dəmirçi – presləmə istehsalatı bəndində (11.2) fəhlələr yarımbəndində (b) müvafiq olaraq əllə döymədə dəmirçi vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin xx.xx.2021-ci il tarixli SOCAR**********81200601B00067 nömrəli arayışında xx.xx.1974-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexində əllə döymədə dəmirçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin sexində əllə döymədə dəmirçi vəzifəsində işlədiyi qeyd olunmuşdur, hansı ki, Nəqliyyat sexi yuxarıda qeyd olunan Siyahı üzrə dəmirçi-presləmə istehsalatı sahəsinə aid deyil. Bundan başqa təqdim etdiyi sənədlərdə xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji departamentinin 1 saylı Avtonəqliyyat xüsusi texnika sahəsinin təmir emalatxanasında işlədiyi avtomobillərin təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddianın dəyişdirilməsi barədə ə rizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki o, xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuş, 1973-cü il tarixdən hərbi xidmətdəki dövrü çıxmaqla bu günə qədər işləyir. “Azneft” H.Z.Tağıyev adına NQÇİ xx.xx.2021-ci il tarixli “zərərli iş şəraiti haqqında” arayışdan göründüyü kimi, xx.xx.1973-xx.xx.1978-ci il tarixədək, xx.xx.1975-xx.xx.1975-ci il tarixinədək və xx.xx.1983-xx.xx.1989-cu il tarixədək bu dövr ərzində o, əllə döymədə dəmirçi peşəsində çalışmışdır. 5. “SOCAR” Baş Ofi s Mərkəzi arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli güzəştli şərtlərə görə verdiyi cavab məktubuna əsasən xx.xx.1975-ci il tarixində “Əzizbəyovneft” NQÇİ-nin traktor nəqliyyat kontorundan köçürülmə yolu ilə X1 idarəsinə işə qəbul olunmuşdur. 6. xx.xx.1975-xx.xx.1976-cı il tarixədək əllə döymədə dəmirçi, sonra həqiqi hərbi xidmətə çağırıldığına görə öz xahişi ilə işdən azad olunmuşdur. Yenidən xx.xx.1978xx.xx.1980-ci il tarixədək əllə döymədə dəmirçi peşəsində çalışmışdır. 7. “Azneft” İB-nin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin verdiyi arayışa əsasən isə xx.xx.2014-cü il tarixdən - xx.xx.2020-ci il tarixədək avtomobillərin təmiri üzrə çilingər peşəsində çalışmışdır. 8. xx.xx.2020-ci ildən bu günə kimi 5 saylı Texnoloji Nəqliyyat Departamentində 1 saylı AXTS-nin təmir emalatxanasına 6 -cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsində çalışır.

9. Bundan əlavə, o, iş saatlarının nəzərə alınaraq işlədiyi qurumdan süd məhsulu alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişlər. Cavabdehin etirazı:

10. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi xx.xx.1974-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində əllə döymədə dəmirçi, xx.xx.2014-cü il tarixdən bu günə kimi təmir emalatxanasın da çilingər vəzifələrində işlədiyi illəri güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilməsini göstərir.

11. İddiaçı ərizəsində qeyd etdiyi peşələrə və onun işlədiyi sahəyə baxdıqda müəyyən edilir ki, həmin peşələr güzəştli peşə kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı xx.xx.1974-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində əllə döymədə dəmirçi peşəsində işlədiyi sahə neft və qaz sahəsi olmuş, həmin sahə “Metal emalı” sahəsi olmamışdır.

12. Həm hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “ Qərarının Xİ “Metal Emal” bölməsinin 2-ci yarım bölməsində 11102000-ci kod altında Dəmirçi-presləmə istehsalat sahəsinə aid olan 1110200a-13227 kodu altında, həmçinin hal-hazırda qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da Metal Emalı (11) bölməsinin Dəmirçi-presləmə istehsalat bölməsində (11.2) fəhlələr yarımbəndində (b) göstərilən əllə döymədə dəmirçi vəzifələri qeyd edilmişdir.

13. Həmin qərarlardan göründüyü kimi, qeyd edilən peşə Metal Emalı sahəsinin dəmirçi-presləmə istehsalat sahəsinə aiddir. İddiaçının həmin peşədə işlədiyi sahə isə həm onun əmək kitabçasında, həm də SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına NQCİ tərəfindən verilmiş arayışdan da bəlli olduğu kimi, ne ft-qaz istehsalat sahəsidir və həmin sahədə əllə döymədə dəmirçi vəzifəsi güzəştli pensiya hüququ verən sahə kimi nəzərdə tutulmamışdır.

14. İddiaçının təqdim etdiyi SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına NQCİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda mötəbər sübut kimi qəbul edilə bilməz, belə ki, həmin arayışda iddiaçının işlədiyi əllə döymədə dəmirçi peşəsi güzəştli peşə kimi qeyd edilsə, arayışı verən müəssisənin iş sahəsinin metal emalı sahəsi olması qeyd edilməmiş və əsaslandırılmamış, formal olaraq ancaq iddiaçının işlədiyi peşənin adına istinad edərək onun işlədiyi peşələrin ona güzəştli pensiya hüququ verən peşələr olması qeyd edilmişdir. Məhz bu səbəbdən, qeyd edilən arayış mötəbər sübut kimi qəbul edilə bilməz. Əmək kitabçasında qeyd edilən peşələrin güzəştli pens iya hüququ verən peşə kimi qəbul edilməsi üçün həmin peşənin adı yuxarıda qeyd etdiyi Siyahılarda qeyd edilməsi ilə bərabər həmin peşə adlarının daxil olduğu istehsalat sahələrinin də şəxsin işlədiyi sahə ilə eynilik təşkil etməlidir. Məhz bu səbəbdən, iddiaçının işlədiyi qeyd edilən peşəsi güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz.

15. İddiaçının təqdim etdiyi “Azneft” istehsalat Birliyinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında onun xx.xx.2014xx.xx.2020-ci il tarixlərində işlədiyi avtomobil təmiri üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj kimi qeyd edilmişdir.

16. Lakin arayışda qeyd edilən bəndə baxdıqda müəyyən etmək olar ki, həmin arayış ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da qeyd edilən peşələr fərqli peşələrdir və həmin arayışı tərtib edən şəxs qanunsuz olaraq həmin məzmunlu arayışı tərtib etmişdir. Belə ki, həmin 10.2-ci bölmənin a bəndində avtomobil təmiri üzrə çilingər peşəsi adlı peşə qeyd edilən bölmədə göstərilməmişdir. Məhz bu səbəbdən də, iddiaçının işlədiyi həmin peşədə güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bi lməz.

17. İddiaçı iddia ərizəsində özünün xx.xx.1986-xx.xx.1997-ci illər ərzində süzücütökücü vəzifəsində, xx.xx.2003-xx.xx.2004-cü illər ərzində isə süzücü qablaşdırıcı vəzifələrində işlədiyini qeyd edərək həmin vəzifələrin ona güzəştli pensiya hüququ verdiyini bildirmiş və bunun üçün hal-hazırda qüvvədən düşmüş və adı yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 1071300a-18598 koduna və hal-hazırda qüvvədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 7.11 bəndinə istinad etmişdir. Lakin, elə iddiaçının istinad etdiyi həmin kod (qüvvədən düşmüş Qərarda) və bəndə (qüvvədə olan Qərarda) baxdıqda müəyyən edilir ki, həmin süzücü-tökücülər peşələr Metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aiddir. İddiaçının işlədiyi sahə isə işəgötürənin adından da bəlli olduğu kimi, neftemalı sahəsidir. Məhz bu səbəbdən də, qeyd edilən peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz. Məhkəmə sorğularına cavablar:

18. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdu ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin xx.xx.2023-cü İİ tarixli 14-2/3-64/2023 nömrəli məktubunda qeyd edilən arxiv məlumatlarına və xx.xx.1957-cı il təvəllüdlü İddiaçı məxsus HT ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən o, “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Traktornəqliyyat kontorunda xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək əllə döymədə dəmirçi köməkçisi, həmin kontorda xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, X2 İdarəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, X3 İdarəsində xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək və, “Əzizbəyovneft" NQÇİ-nin X3 İdarəsində xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək əllə döymədə dəmirçi, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək lehimçi, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək, H.Z.Tağıyev adına NQÇİ-nin Texnoloji nəqliyyat sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, X3 İdarəsində xx.xx. 1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, H Z.Tağıyev adına NQÇİ-nin Nəqliyyat sexində xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək rəngsaz peşəsində işləmişdir. İddiaçı yuxarıda qeyd edilən təşkilatlarda xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (5 ay 29 gün) işlədiyi əllə döymədə dəmirçi köməkçisi, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (1 il 1 ay 2 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (1 il 9 ay 26 gün), xx.xx.1983cü il tarixdən xx.xx.1986-cı il tarixədək (02 il 09 ay 10 gün) işlədiyi əllə döymədə dəmirçi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilə rin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.2-ci Dəmirçi-presləmə istehsalatı yarımbölməsində qeyd edilmiş “əllə döymədə dəmirçilər" peşəsinə uyğundur (əllə döymədə dəmirçi peşəsində iş stajı 6 il 2 ay 7 gün). Belə ki, Texnoloji nəqliyyat sexinin (idarəsinin) Mexaniki emalatxanasında əllə döymədə dəmirçi peşəsinin adı yerinə yetirilən işin xüsusiyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş normativ sənəd “Fəhlə peşələrini və İşlərin Vahid tarif-ixtisas sorğu kitabçası” (VTİSK) hissə 2-nin “Dəmirçi-presləyici və termik işlər” bölməsinə uyğun olaraq müəyyən edilmişdir. Texnoloji nəqliyyat sexinin (idarəsinin) Mexaniki emalatxanasında əllə döymədə dəmirçi peşəsində işləyən işçi avtomobil resorlarının dəst halında yığılması və təbəqələrin əvvəlki şablon vəziyyətinə uyğunlaşdırılması, resor təbəqələrinin şablon üzrə əyilməsi, resor boyunları və kronşteynlərin döymə ilə düzəldilməsi, resor boyunları dəstinin paketlərə taxılması, müxtəlif muft və sıxacların döyməklə hazırlanması, açarların buynuzlarının aralanması və düzəldilməsi və s. işləri icra etmişdir. Bu işlər isə VTİSK-nın "Dəmirçi-presləyici və termik işlər” bölməsində mövcud olan “əl ilə dəmir döyən" peşəsinin işinin xüsusiyyətləri ilə eynidir. Texnoloji nəqliyyat sexinin (idarəsinin) Mexaniki emalatxanasında əllə döymədə dəmirçi peşəsinin işinin xüsusiyyətləri VTİSK-nın “Dəmirçipresləyici və termik işlər" bölməsində mövcud olan “əllə dəmir döyən" peşəsinin işinin xüsusiyyətlərinə uyğun olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı İlə təsdiq edilmiş Siyahıda da “Dəmirçi-presləmə istehsalatı” yarımbölməsində nəzərdə tutulmuş “əllə döymədə dəmirçilər" peşəsi ilə eynilik təşkil etdiyini hesab edirlər. SOCAR-ın Mərkəzi Arxivində saxlanılan “Əzizbəyovneft” NQÇİ-nin Nəqliyyat sexinin, X2 İdarəsinin, X3 idarəsinin əmək haqqı cədvəllərində 2004cü ilədək ödəniş növləri qeyd edilmədiyi üçün İddiaçı əllə döymədə dəmirçi peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına artım əmsalının tətbiq edilibedilməməsi haqqında dəqiq məlumat vermək mümkün deyildir. Eyni zamanda bildirmişlər ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (20 il 8 ay 28 gün) işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qə rarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsinə uyğundur. Lakin X3 İdarəsinin (Nəqliyyat sexinin) iş yerlərinin attestasiyası sənədləri SOCAR-ın Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadığı üçün onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməyi haqqında təsdiqedici sənədləri təqdim edə bilmirlər. SOCAR-ın Mərkəzi arxivində saxlanılan 2004-2010-cu illərin əmək haqqı cədvəllərinə əsasən iddiaçının rəngsaz peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 1,04 (4%) artım əmsalı tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Bakı İnzibati Məhkəməsinin xx. xx.2023-cü il tarixli, 2-1(112)-564/2023 saylı qərarı ilə iddiaçıya 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçının imtinası əsassızdır. İddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən müəyyən edilir ki, iddiaçının xx.xx.1974cü il tarixdən xx.xx.1975-ci il tarixədək (5 ay 29 gün) işlədiyi əllə döymədə dəmirçi köməkçisi, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (1 il 1 ay 2 gün), xx.xx.1978- ci il tarixdən xx.xx.1980-ci il tarixədək (1 il 9 ay 26 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (2 il 9 ay 10 gün) işlədiyi əllə döymədə dəmirçi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.2-ci Dəmirçi-presləmə istehsalatı yarımbölməsində qeyd edilmiş “əllə döymədə dəmirçilər" peşəsinə uyğundur (əllə döymədə dəmirçi peşəsində iş stajı 6 il 2 ay 7 gün). xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (20 il 8 ay 28 gün) işlədiyi rəngsaz peşəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsinə uyğundur. İddiaçının ümumilikdə 26 ildən çox gü zəştli iş stajına malik olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

21. Beləliklə, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müddəaları tətbiq olunmalıdır. İddiaçının xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, eləcə də, tələb olunan yaş həddini tamamladığından, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.

22. Cavabdeh həmin qərardan apellyasiya şikayət i verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2639/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-564/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

26. K assasiya şikayətində iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir.

27. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri bax ımından mümkün hesab edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

28. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instans iyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılma lıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət mümkün hesab edilmişdir.

31. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

33. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübu tlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

34. Məhkəmə kollegiyası nəzərə alır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən i stifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

35. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunm alıdır (2-1(102)-1410/2021, 2-1(102)-131/2022, 2-1(102)1399/2023 №-li işlər üzrə qərarlar).

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (20 il 08 ay 28 gün) işlədiyi “rəngsaz” peşəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas olan peşələrə aid olmasının cavabdeh tərəfindən mübahisələndirilməsinə münasibətdə isə bir daha vurğulayır ki, işdə olan “Azneft” İstehsalat Birliyinin 17 yanvar 2023-cü il tarixli məktubunda X3 İdarəsinin (Nəqliyyat sexinin) iş yerlərinin attestasiyası sənədlərinin SOCAR-ın Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadığı üçün şəxsin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməyi haqqında təsdiqedici sənədlərin təqdim edilə bilmədiyi göstərilsə də, həmin sorğuya cavab məktubunda bu peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsinə uyğun olduğu göstərilməklə yanaşı, SOCAR-ın Mərkəzi arxivində saxlanılan 2004-2010-cu illərin əmək haqqı cədvəllərinə əsasən İddiaçı rəngsaz peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 1,04 (4%) artım əmsalının tətbiq edildiyi də göstərilmişdir.”.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrin in tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışda da qeyd olunur ki, iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməyini təsdiq edən sənədlər mövcud deyil.

38. İddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiyinin mötəbər və düzünə sübutlarla təsdiq olunduğuna dair məlumat işdə yoxdur.

39. Arayışda qeyd edilən və apellyasiya instansiyası məhkəməsinin də əsaslandığı “SOCAR-ın Mərkəzi arxivində saxlanılan 2004-2010-cu illərin əmək haqqı cədvəllərinə əsasən İddiaçı rəngsaz peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 1,04 (4%) artım əmsalının tətbiq edildiyi”nə dair məlumata gəldikdə, həmin məlumat araşdırma və qiymətləndirmə predmeti olmadan hazırk ı məzmunda qərarın əsasına qoyulmalı deyildi.

40. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özü-özlüyündə əsas vermir.

41. Digər tərəfdən, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad ed ilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 №-li Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir: əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində orta səviyyəsində yuxarı səviyyəsində - 1,04 - 1,08 - 1,12 əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində orta səviyyəsində yuxarı səviyyəsində - 1,16 - 1,20 - 1,24

42. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışda 2004-2010-cu illərin əmək haqqı cədvəllərinə əsasən İddiaçı rəngsaz peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 1,04 artım əmsalının tətbiq edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 №-li Qərarının 1-ci bəndində həmin əmsalın əmək şəraiti ağır və zərərli işlərə tətbiq olunduğu göstərilir. 43. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində isə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti or qanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğu təsbit olunmuşdur.

44. Başqa sözlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002ci il tarixli, 137 №-li Qərarının 1-ci bəndinin tələbi nəzərə alındıqda, iddiaçıya “əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin” ən azından aşağı səviyyəsindəki 1,16 əmsalı tətbiq olunduğu halda, bu, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə” müddəasının tətbiqi üçün sübut mənbəyi kimi qəbul oluna bilərdi.

45. Bununla yanaşı, iddiaçının peşəsinə və ya vəzifəsinə münasibətdə hansı əmsalın tətbiq edilməsindən (yaxud, üm umiyyətlə tətbiq edilməsindən) asılı olmayaraq, həmin peşə və ya vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmalı, normanın dispozisiya şərtlərinə uyğun olmalıdır. Hazırkı halda, söhbət iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiyinin müəyyən olunmasından gedir.

46. Qeyd olunduğu kimi, güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmay an zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərın icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

47. Hazırkı halda, qeyd olunanlar iddiaçının “əllə döymədə dəmirçi” peşəsi üzrə işlədiyi iş yerinə və iş stajına münasibətdə təmin edilsə də, onun “rəngsaz” peşəsi üzrə işlədiyi iş yerlərinə və iş stajına münasibətdə təmin edilməmişdir.

48. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən lə ğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

49. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının ümumi iş stajı mübahisələndirilmir.

50. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (05 ay 29 gün) işlədiyi əllə döymədə dəmirçi köməkçisi, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (01 il 01 ay 02 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (01 il 09 ay 26 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (02 il 09 ay 10 gün) işlədiyi əllə döymədə dəmirçi peşəsi üzrə işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayışda iddiaçının peşəsi, gördüyü iş və həmin işin icra olunduğu əmək şəraiti ilə bağlı ətr aflı izah verilmiş və iddiaçının gördüyü işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.2-ci Dəmirçi-presləmə istehsalatı yarımbölməsində qeyd edilmiş “əllə döymədə dəmirçilər" peşəsinə uyğunluğunu əsaslandırmışdır.

51. Bununla yanaşı, iddiaçının həmin peşə üzrə güzəştli iş stajının müddəti “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş müddətlə bağlı şərti ödəmədiyindən, bununla da həmin müddət iddiaçının ümumi iş (sığorta) stajı ilə birlikdə iddianın təmin edilməsinin müstəqil əsası kimi qəbul edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi nin qərarı tam ləğv edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2639/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar