Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-482/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarına izah verilməsi) 11.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə məhkəmə qərarına izah verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 0 9 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3563/2024 nömrəli qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2007-ci il tarixdən sabiq hakim kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı ona xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona hakim kimi dördüncü ixtisas dərəcəsinin verildiyini, lakin əmək pensiyası hesablanarkən həmin ixtisas dərəcəsinə görə haqqın nəzərə alınmadığını əsas gətirərək, cavabdehə qarşı dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və pensiya hüququnu n yarandığı xx.xx.2007-ci il tarixdən yaranmış fərqin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır.
3. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqq pensiyasına hesablanmaqla pensiyasının yenidən hesablanması və xx.xx.2018-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
4. Qanuni qüvvəyə mindikdən sonra həmin qərar icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, birinci instansiya məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 nömrəli qərarına izah verilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, uzun sürən müraciətləri və məhkəmənin xəbərdarlıq məktubları nəticəsində sözügedən məhkəmə qərarı 2023-cü ilin mart ayında icraya yönəldilsə də, iddiaçının pensiyasına hesablanmış bu əlavə haqq düzgün hesablanmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə bu məsələ ilə əlaqədar qəbulda olarkən qərarın icrasına qarşı cavabdehə narazılığını bildirmiş, həmçinin bu barədə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Mövcud qanunvericiliyin tələbinə əsasən keçmiş, hazırkı və sonrakı dövrlər (illər) üçün ixtisas dərəcəsinə görə əlavə haqqın hesablanması həmin dövrlərdə mövcud olan Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləği əsasında həll edilməlidir. Cavabdeh təşkilat keçmiş dövrə görə ixtisas dərəcəsinə əlavəni həmin dövrlərdə mövcud olan minimum əmək haqqı məbləği əsasında həll etdiyi halda, 2023-cü ildə Respublikada minimum əmək haqqı xx.xx.2023-cü ildən 345 manat olmasına baxmayaraq, əlavəni pensiyasına 300 manatdan hesablayır ki, bu hal da qanunvericiliyin tələbinə ziddir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) 18 oktyabr 2023-cü il tarixli, 2-1(112)-3602/2022 nömrəli qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi, dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqq pensiyaya hesablanmaqla pensiyanın yenidən hesablanıb, məbləğin müəyyən edilməsi və keçən müddət üçün pensiya hüququ yarandığı vaxtdan, yəni xx.xx.2007-ci ildən hazıra kimi olan müddət ərzində yaranmış fərqin birdəfəlik qaydada dedikdə 2023-cü il də daxil olmaqla 2023-cü ilin yanvar ayından minimum əmək haqqının iki misli (345 manat x 2) məbləğində nəzərə alınmaqla ödənilməsinin izah olunması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilməklə 2023-cü ilin yanvar ayından tətbiq edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan məhkəmə qərarının icrası zamanı Azərbaycan Respublikası Prezidentinin sözügedən sərəncamının nəzərə alınmasını məqs ədə uyğun hesab etməmişdir. Məhkəmə qərarının düzgün və tam icra edilməməsi nəticəsində iddiaçıya 2023-cü il üçün əmək pensiyasının məbləği düzgün müəyyən edilməmişdir. Buna görə də, cavabdehə izah edilməlidir ki, iddiaçının 2023-cü il üçün əmək pensiyası məbləği, ixtisas dərəcəsinə görə əlavə haqq 2023-cü ilin yanvar ayından minimum əmək haqqının iki misli (345 manat x 2) məbləğində nəzərə alınmaqla, hesablanmalıdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 05 mart 2024-cü il tarixli, 2-1(103)-1137/2024 nömrəli qərardadı ilə cavabdehin ap ellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rahib Nəbizadə /sədrlik edən və məruzəçi/, Aida Hüseyn və Nigar Rəsulbəyova) 15 iyul 2024-cü il tarixli, 2-1(102)-1723/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qal an hissədə təmin edilməmişdir.
14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının izah edilməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi izahla bağlı halları kifayət qədər təhlil etməmişdir. Məhkəmə kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli Plenum Qərarındakı hüquqi mövqeyi rəhbər tutaraq bildirir ki, qəbul edilmiş qərardad qərarın izahına dair tələblərə cavab vermir. Belə ki, qərara verilmiş izahda (apellyasiya instansiyası məhkəməsi bu izahla tam razılığını qəbul etdiyi qərardadla ifadə etmişdir) “dördüncü ixtisas dərəcəsinə görə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məblə ğində əlavə haqq pensiyaya hesablanmaqla pensiyanın yenidən hesablanmasını” qeyd etmişdir. Lakin məhkəmə minimum əmək haqqı məbləği ilə bağlı məqama izah verərkən bunun hansı dövrləri əhatə etdiyini qeyd etməmişdir. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən, minimum əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsində olan sosial normativdir. Bu sosial normativ müvafiq icra hakimiyyəti orqanının qərarı ilə (Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur) Azərbaycan Respublikasında əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə hər il müxtəlif pul məbləğini özündə ehtiva edir. Azərbaycan Respublikasında minimum əmək haqqı dinami k formada dəyişkən xarakterə malik olmaqla, müxtəlif illərdə fərqli məbləğlərdə olmuşdur. Bu səbəbdən də yuxarıda qeyd edildiyi kimi, izahla bağlı qərardadda “Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləği” ifadəsinin işlədilməsinin hansı dövrlərə aid olması əksini tapmamışdır.
15. Qərardadda qeyri-müəyyənlik yaradan məqamlardan biri də iddiaçının pensiya hüququnun yaranma vaxtı ilə əlaqədardır. Birinci instansiya məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 nömrəli qərarında (iddiaya mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir) iddiaçının pensiya hüququnun xx.xx.2018-ci il tarixdən yarandığı qeyd edilsə də, izahla bağlı qərardadda bu hüququn xx.xx.2007-ci il tarixdə mövcud olduğu göstərilmişdir. Məhkəmə kollegiyası bu qeyri-müəyyənliyin aradan qaldırılmasının və iddiaçının pensiya hüququnun, daha dəqiq yenidən hesablanmanın konkret hansı vaxtdan müəyyən edilməsinin əhəmiyyətli olması qənaətindədir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarına onun məzmunu dəyişdirilmədən izah verilə bilər. Apellyasiya instansiyası məhkəməsi qanunun bu tələbini pozmuş, gəldiyi nəticəni əsaslandırmamışdır.
16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin Bakı İnzibati Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunda Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 nömrəli qərarının icrası məqsədi ilə iddiaçıya ötən dövr üzrə ödənilməli olan 14072,16 manat fərq məbləğinin müəyyən edildiyi, həmin məbləğin xx.xx.2023-xx.xx.2027-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 293,17 manat olmaqla iddiaçının müvafiq kart hesabına köçürülməklə məhkəmə qərarının icrasının tam başa çatdırılacağı bildirilmişdir (i.v. 97). Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilinə münasibət bildirməmiş, hesablanmış əlavə pensiya məbləğinin hansı qaydada müəyyən edilməsini, habelə məhkəmə qərarının icrasının başa çatıb-çatmamasını, icranın qərara uyğun həyata keçirilməsini yoxlamamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Elvin Əliyev) 09 oktyabr 2024cü il tarixli, 2-1(103)-3563/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iddiaçının ərizəsi qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarının nəticə hissəsində göstərilmiş “Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki misli məbləğində əlavə haqq pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2018-ci il tarixdən ödənilməsi” dedikdə məhkəmə qərarının qəbul edilərək, qüvvəyə mindiyi “2022-ci il üçün minimum əmək haqqının məbləği nəzərə alınmaqla həmin məbləğin iki misli (300 manat x 2) məbləğində əlavə haqqın iddiaçının pensiyasına hesablanması və xx.xx.2018-ci il tarixdən etibarən ödənilməsi nəzərdə tutulur” şəklində izah verilmişdir.
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 nömrəli qərarı tam icra edilmədiyinə, icra tam başa çatmadığına, hələ də həm in qərarın icrası hissə-hissə olmaqla həyata keçirildiyinə görə iddiaçının ərizəsinə əsasən onun izah edilməsi mümkündür. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-3602/2022 nömrəli qərarı 2022-ci ildə qüvvəyə minməklə, icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən, 2022-ci il üçün minimum əməkhaqqının məbləği 300 manat müəyyən edildiyindən və Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)- 3602/2022 nömrəli qərarında iddiaçının pensiyasına hesablanacaq əlavə haqqın məbləğinin hansı il üzrə Respublikada müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun hesablanması, yaxud əlavə haqqın ödəmənin həyata keçirildiyi illər üzrə ölkə üzrə müəyyən ediləcək minimum əmək haqqının (hər il üzrə fərqli məbləğdə ola bilər) məbləğindən asılı olaraq hesablanıb ödənilməli olması konkret olaraq müəyyən edilmədiyindən, sözügedən qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə kollegiya hesab edir ki, məhz mübahisənin həlli zamanı, yəni 2022-ci ilin minimum əmək haqqı (300 manat) əsas götürülməklə, həmin məbləğin iki misli məbləğində əlavə haqq iddiaçının pensiyasına hesablanmaqla pensiyanın yenidən hesablanması və məhz xx.xx.2018-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi şəklində qərara izah verilməlidir.
19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin tam təmin olunmasını xahiş etmişdir.
20. Həmçinin cavabdeh də kassasiya şikayəti verərək, həmin qərardadın ərizənin təm in olunan hissəsində ləğv edilməsini və həmin hissədə də ərizənin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ kassasiya şikayətlərinin dəlilləri
21. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin 12 may 2022-ci il tarixli qərarının icrası ilə əlaqədar dördüncü ixtisas dərəcəsi üçün əlavə haqq xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlərdə mövcud olan minimum əmək haqqının 2 misli məbləğində hesablanaraq ona ödənilmişdir. Həmin dövrlər üzrə mübahisə yoxdur. Mübahisə 2023-cü il və sonrakı illərlə bağlıdır. Cavabdeh keçmiş dövrlər üzrə əlavəni həmin dövrlərdəki minimum əmək haqqı əsasında hesabladığı halda, 2023-cü il üzrə minimum əmək haqqının 345 manat olmasına baxmayaraq hesablamanı 300 manat əsasında (300x2) aparmış və nəticədə məhkəmə qərarını düzgün icra etməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsasən hər il əmək pensiyalarının yenidən hesablanıb indeksasiya edildiyi nəzərə alınaraq, 2023-cü il üçün sözügedən əlavə 345x2 məbləğində müəyyən edilməli idi. Apellyasiya instansiyası məhkəməsi isə qərardadında məhkəmə qərarının qismən icra edildiyini etiraf etməsinə baxmayaraq, iddiaçının ərizəsinin hansı hissədə təmin edildiyinə, hansı hissədə rədd edildiyinə münasibət bildirməmiş, əlavənin hesablanması ilə bağlı cavabdehin haqsız mövqeyini müdafiə etmişdir.
22. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyada tələbləri və birinci instansiya məhkəməs inin 12 may 2022-ci il tarixli qərarı nəzərə alınmaqla iddiaçının əmək pensiyası yenidən hesablanaraq 6530,91 manat müəyyən edilmiş, həmçinin ötən dövr üzrə ona ödənilməli olan 28958,68 manat pul vəsaiti hesablanmışdır. Həmin 28958,68 manat pul vəsaitinin 375,53 manat hissəsi cari ilin may ayında iddiaçıya ödənilib, qalan 28583,15 manat hissəsi isə iddiaçının müraciəti nəzərə alınaraq cari aydan etibarən hissə-hissə (hər ay 7145,79 manat) onun əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, birinci instansiya məhkəməsinin 12 may 2022-ci il tarixli qərarı cavabdeh tərəfindən tam icra edilmişdir. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsinin qərardadı əsaslı olmamışdır. kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
23. Kassasiya şikayə tlərinə qarşı etirazlar təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə ş ikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə a pellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhk əmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından iş üzrə məhkəmə qərarına apellyasiya instansiyası məhkəməsi tərəfindən ətr aflı və əsaslandırılmış şəkildə izah verilmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3563/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.